Məhkəmə qərarları › İş №e-2(001)-544/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-544/2024

31.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-544/2024 31.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavаbdеh Cavabdeh iddiаçı İddiaçınə vurulmuş 2750,50 manat məbləğində zərərin, 1894,49 manat debitor borcun və iddiaçı tərəfindən ödənilmiş 66,45 dövlət rüsumu olmaqla ümumilikdə 4711,44 manat məbləğində pulun tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB (Bundan sonra “İddiaçı” adlandırılacaq) ilə Cavabdeh (Bundan sonra “Cavabdeh” adlandırılacaq) arasında imzalanmış 26 mart 2020-ci il tarixli, 07/266 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu isitfadəçisi arasında qazın alıq-satqısı barədə” müqaviləyə əsasən “İddiaçı” tərəfindən cavabdehin mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və cavabdehə **********0004 saylı abonent kodu verilməklə fərdi yaşayış evinin qazla təchizatı təmin edilmişdir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək, habelə “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, eyni zamanda 2.3.4- cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. ş materiallarına əlavə edilmiş Abonent saldosundan bəlli olur ki, cavabdeh tərəfindən yaşadığı fərdi yaşayış evində 4 gözlü qaz piltələri (PQ4 və qənaətli su qızıdırıcı quraşdırılmışdır. İddiaçının səlahiyyətli əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərəkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbbi qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə aktlaşdırılmaqla, habelə qaz sayğacının fotə çəkilişlərlə lentə alınmaqla rəsmiləşdirilmişdir. Belə ki, cavabdeh barəsində tərtib edilmiş aktlar aşağıdaki kimidir: xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 2427 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 485,40 manat müəyyən edilməsi barədə tələbnamə, 2. xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 627 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 125,40 manat müəyyən edilməsi barədə tələbnamə, 3. xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 140 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 28 manat müəyyən edilməsi barədə tələbnamə, 4. xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 468 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 93,60 manat müəyyən edilməsi barədə tələbnamə, 5. xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 767 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 130,70 manat müəyyən edilməsi barədə tələbnamə, 6. xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 540 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 108 manat müəyyən edilməsi barədə tələbnamə, 7. xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 540kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 108 manat müəyyən edilməsi barədə tələbnamə, 8. xx.xx.2018-ci il tarixli 0186664№-li akt əsasında 540 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 54 manat müəyyən edilməsi barədə tələbnamə, 9. xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 540 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 54 manat müəyyən edilməsi barədə tələbnamə, 10. xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 540 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 54 manat müəyyən edilməsi barədə tələbnamə, 11. xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 540 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 54 manat müəyyən edilməsi barədə tələbnamə, 12. xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 540 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 54 manat müəyyən edilməsi barədə tələbnamə, 13. xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 900 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 90 manat müəyyən edilməsi barədə tələbnamə, 14. xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 648 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 64,80manat müəyyən edilməsi barədə tələbnamə, 15. xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 72 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 7,20 manat müəyyən edilməsi barədə tələbnamə, 16. xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 252 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 25,20 manat müəyyən edilməsi barədə tələbnamə, 17. xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 252 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 25,20 manat müəyyən edilməsi barədə tələbnamə, 18. xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 252 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 25,20 manat müəyyən edilməsi barədə tələbnamə, 19. xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 252 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 25,20 manat müəyyən edilməsi barədə tələbnamə, 20. xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 252 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 25,20 manat müəyyən edilməsi barədə tələbnamə, 21. xx.xx.2019cu il tarixli ******* №-li akt əsasında 900 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 90 manat müəyyən edilməsi barədə tələbnamə, 22. xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 2088 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 208,80 manat müəyyən edilməsi barədə tələbnamə,

23. xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 2088 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 208,80 manat müəyyən edilməsi barədə tələbnamə, 24. xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 2088 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 208,80 manat müəyyən edilməsi barədə tələbnamə, 25. xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 1810 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 181 manat müəyyən edilməsi barədə tələbnamə, 26. xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 2218 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 216 manat müəyyən edilməsi barədə tələbnamə, Ümumilikdə 2750,50 (iki min yeddi yüz əlli manat 50 qəpik) manat məbləğində dəymiş ziyan. Bundan başqa təqdim edilmiş abonent saldosundan bəlli olur ki, cavabdeh tərəfindən faktiki olaraq quraşdırılmış qaz sayğacı üzrə sərfiyyat həyata keçirilsə də həmin sərfiyyat üzrə borc tam ödənilmədiyindən debitor borc yaranmış və həmin borcun məbləği 1894,49 (bir min səkkiz yüz doxsan dörd manat 49 qəpik) manat təşkil etməkdədir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, cavabdehin etirazına münasibətdə isə yazılı mülahizə təqdim etmişdir. Mülahizəsini isə belə əsaslandırmışdır ki, hazırki tələb üzrə iddia müddəti keçməmişdir. Çünki tələb edilən debitor borc məbləği 2020-ci ilin aprel ayından başlayan dövrü əhatə edir ki, hazırki iddia tələbi ilə 2023-cü ilin sentyabr ayında məhkəməyə müraciət edilmişdir. Dəymiş ziyanla bağlı aktlar üzrə isə 2018-ci il tarixindən başlayan dövrü əhatə etmişdir ki, bu zaman da iddia müddəti hazırki mərhələdə nə debitor borca, nə də dəymiş ziyana münasibətdə tətbiq edilə bilməz. İş materiallarına əlavə edilmiş və dəymiş ziyanı xarakterizə edən aktlardan bəlli olur ki, ilkin akt 2018-ci ilin mart ayını, sonuncu akt isə 2020-ci ilin oktyabr ayını əhatə edir. Belə ki, cavabdeh barəsində 2018-ci il üzrə 10 akt tərtib edilmiş, həmin aktlar üzrə vurulmuş zərərin miqdarı müvafiq olaraq 1241.1 manat təşkil edir. 2019-cu ilin yanvar ayından dekabr ayı da daxil olmaqla cavabdeh barəsində iddiaçı tərəfindən ümumilikdə 12 akt tərtib edilmiş, həmin aktlar üzrə ümumilikdə 694.8 manat məbləğində dəymiş ziyan müəyyən edilmişdir. 2020-ci ildə isə cavabdeh barəsində yalnız dörd dəfə akt tərtib edilmiş, dəymiş ziyan məbləği isə 814.6 manat müəyyən edilmişdir. Ümumilikdə 26 akt tərtib edilmiş, itirilmiş qazın həcmi 22281 kub.m, zərərin məbləği isə 2750.5 manat təşkil etmişdir. Debitor borcla bağlı isə iş materiallarına əlavə edilmiş abonentin saldosundan bəlli olur ki, hazırda iddiaçı tərəfindən cavabdehdən tələb edilən debitor borc məbləği 2020-ci ilin aprel ayından başlamaqla 2023-cü ilin iyun ayı da daxil olmaqla olan dövrü əhatə edir. Belə ki 2020-ci ilin aprel-oktyabr dövr üzrə 88.7 manat məbləğində qaz sərf edilmiş, lakin heç bir ödəniş olmamışdır. 2021-ci ilin yanvar-dekabr dövr üzrə 677 manat məbləğində qaz sərf edilmiş, lakincəmi 2 manat ödəniş həyata keçirilmişdir. Əlavə olaraq həmin dövrdə yeni tarifə keçid olaraq 9 manat debitor borcu olmuşdur ki, ümimilikdə cavabdehin 2021-ci il üzrə istifadə etmiş olduğu qazın dəyəri 686 manat təşkil etmişdir.2022-ci ilin yanvar-dekabr dövr üzrə faktiki olaraq 239.04 manat məbləğində qaz sərf edilmiş, lakin 59 manat ödəniş olmuşdur. Yeni tarifə keçid olaraq 2.16 manat da toplananda 2022-ci il üzrə cavabdehin istifadə etmiş olduğu debitor borcu 241.2 manat təşkil etmişdir.2023-cü ilin yanvar-oktyabr dövr üzrə cavabdehin istifadə etdiyi qazın dəyəri 119.4 manat olsa da, cəmi 78 manat ödəniş həyata keçirilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş abonent saldosunda göstərilmiş 2020-ci il üzrə 1536.99 manat ödəniş cavabdehin ödədiyi məbləği deyil, qaz sayğacının dəyişdirilməsi zamanı həmin ana qədər mövcud olan həm aktlar, həm də debitor borcun yeni sayğaca köçürülməsini əks etdirmişdir. Bu baxımdan 2020-ci il üzrə cavabdeh barəsində tərtib edilmiş akt üzrə dəymiş ziyanın məbləği 814.6 manat təşkil etdiyindən, həmin məbləği 1536.99 manat qeyri-ödəniş məbləğindən çıxıldıqdan sonra yedə 722.39 manat məbləğində borc qalmış olur ki, həmin borc məbləği 2020-ci il üzrə mövcdu olmuş 88.7 manat məbləğindəki debitor borc məbləğindən əlavə yaranmış debitor borc məbləğidir ki, sayğacın dəyişdirilməsi zamanı mövcud olmuş borcun yeni quraşdırılmış sayğaca köçürülməsini ehtiva edir.İddia ərizəsinə əlavə edilmiş abonent saldosunda ayın sonuna borc qrafasında 2023-cü ilin iyul ayı üzrə qalıq borc məbləği ümumilikdə 4644.99 manat müəyyən edildiyindən, iddia tələbi üzrə 2750.5 manat məbləğində dəymiş ziyan məbləği tələb edildiyindən qalıq debitor borc məbləği 1894.49 manat(46xx.xx-2750.5) müəyyən edilmişdir. Faktiki olaraq debitor borc üzrə ödənişlərdən tutulmalar olduğundan, yalnız 2023-cü ilin iyun ayı da daxil olmaqla abonent saldosundan dəymiş ziyan məbləği çıxıldıqdan sonrakı borc məbləği debitor borc olaraq tələb edilmişdir. Yekun olaraq məhkəmənin diqqətinə çatdırırlar ki, hazırki mülki iş üzrə Cavabdeh münasibətdə dəymiş ziyana münasibətdə 2018-ci ilin mart ayından 2020-ci ilin oktyabr ayı da daxil olmaqla gəmin dövrləri, debitor borc məbləği isə 2020-ci ilin apel ayından 2023-cü ilin iyun ayı da daxil olmaqla olan dövrü əhatə edir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, yaşadığı ərazidə əvvəl sayğac olmadığı üçün 4 ay qazdan sayğacdan kənar istifadə etmiş və hər ay nəzarətçiyə 20 manat ödəniş etmişdir. İş materiallarında olan fotoşəkil ona məxsus olan evə aiddir. Sayğac ilk dəfə smart tipli olmuş, daha sonra mexaniki sayğac quraşdırılmışdır. O, hər ay qazdan istifadəyə görə ödənişdən əlavə borcuna görə də ödənişlər edir. Sonuncu dəfə istifadəyə görə 30 manat, 10 manat isə borcuna görə ödəniş etmişdir. Sayğac quraşdırıldıqdan sonra heç bir müdaxilə etməmişdir.

5. Bundan əlavə cavabdeh iddiaya dair yazılı etiraz və iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İddiaya etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək olan müddət ərzində 26 ədəd akt tərtib edilmişdir və aktlarda qazın talanması faktı göstərilmişdir, bütün aktlara eyni formada, yalnız bir dəfə çəkilmiş fotoşəkillər əlavə edilmiş və fotoşəkillərdə əlavə xətt olması göstərilmişdir. Lakin həmin fotoşəkil heç də sayğacdan kənar xəttin olmasını sübuta yetirmir, qanunvericiliyin tələblərinə uyğun olaraq qeyri-qanuni istifadə aşkar edildikdə xəttin hardan çəkilməsi, həmçinin ləğv edilməsi və.s tədbirlər görülür.Qeyri-qanunu qaz xətti ləğv edildikdə bu barədə akt tərtib edilməklə rəsmiləşdirilməlidir. Göründüyü kimi cavabdeh tərəf formal olaraq onlarla akt tərtib etmiş, aktlar onun iştirakı olmadan tərtib edilmişdir, heç bir əsaslı sübutlar olmadan, foto-video çəkilişlər aparılmamış, əlavə qaz xəttinin ləğv edilməsini sübuta yetirən dəlillər olmamışdır. Tərəfimizdən sayğaca hər hansı müdaxilə edilməsi absurddur, sayğac küçədə yerləşir, aktlar onun iştirakı olmadan tərtib edilmişdir.

6. İddia müddətinin tətbiq edilməsi barədə ərizədə isə qeyd edilmişdir ki, iddia ərizəsinin əsası yoxdur, belə ki, iddiaçı tərəfindən vaxtında tələb irəli sürmədiyindən iddia müddəti ötürülmüşdür. İddiaçı tərəf iddia ərizəsində ilk aktın xx.xx.2018-ci il tarixdə, sonuncu aktın isə xx.xx.2020-ci il tarixdə tərtib edildiyini göstərmişdir. Göründüyü kimi xx.xx.2024-cü il tarixdən artıq 3 il vaxt keçmişdir. İddiaçı tərəf 2023-cü ilin 20 oktyabrınadək iddia qaldırmaq hüququ olduğu halda iddia qaldırmamışdır. Həmçinin iddiaçı tərəfindən eyni fakt üzrə ümumilikdə 26 akt tərtib edilməsi və birinci akt tərtib edildikdən sonra heç bir tədbir görürlməməsi aktların əsassızlığına dəlalət edir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. Cavabdehin fakiki sahibliyində olan Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evinə qazın verilməsi və alqı-satqısı ilə bağlı tərəflər arasında müqavilə münasibətləri olmuşdur. Belə ki, iddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və **********0004 abonent kodu verilmişdir. Bundan sonra ilk dəfə xx.xx.2018-ci il tarixdə abonentin itron tipli, G-4 markalı, 1602az**********99 nömrəli sayğacı birliyin nümayəndələri tərəfindən çıxardılmış, sayğacın çıxarılma səbəbi isə sayğaca dəfələrlə müdaxilə kimi göstərilmiş və naməlum səbəbə görə eyni sayğac quraşdırılmışdır. Hansı ki, həmin sayğac 03 aprel 2018-ci il tarixdə laboratoriya yoxlanışına təqdim edilmiş və 10 may 2018-ci il tarixdə dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. Laboratoriya rəyində göstərilmişdir ki, sayğacın klapanı sınıqdır, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, yivli birləşmələr korroziyaya uğrayıb. Lakin hələ laboratoriya yoxlanışı keçirilmədən birliyin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli AKT tərtib edilmiş, baxış keçirilən sayğacın zavod nömrəsinin 1602az**********99 olduğu qeyd edilmiş və yoxlama zamanı sayğacdan kənar təbii qazdan istifadə halının aşkar olunduğu və kənar xəttin ləğv edilməli olduğu göstərilmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə itirilmiş qazın dəyəri hesablanmış və bu barədə tərtib edilən tələbnaməyə əsasən, qaz işlədicilərindən pq2-nin maksimal saatlıq qaz sərfi 0.6 kub.m/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 33 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 147 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 kub.m/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 147 gün qəbul edilməklə itirilmiş qazın həcminin 2724 kub.m olduğu müəyyən edilmişdir. Bununla belə abonentə 2427 kub.m itirilmiş qazın həcminin dəyəri kimi 485.4 manat borc hesablanmışdır.

8. Daha sonra xx.xx.2018-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT tərtib edilmiş və abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmiş və buna görə 125.4 manat, xx.xx.2018-ci il tarixli akta görə 28 manat, xx.xx.2018-ci ildə 93.6 manat borc hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı aktda qeyd edilmişdir ki, yoxlama zamanı qaz sayğacı qaz xəttinin üzərində aşkar edilməmişdir. Daha sonra xx.xx.2018-ci il tarixli akta görə 130.7 manat, xx.xx.2018-ci il tarixli AKT-a görə 108 manat, xx.xx.2018-ci il tarixli akta görə 108 manat, xx.xx.2018-ci il tarixli AKT-a görə 54 manat, xx.xx.2018-ci il tarixli AKT-a görə 54 manat, xx.xx.2018-ci il tarixli akta görə 54 manat, xx.xx.2019-cu il tarixli AKT-a görə 54 manat, xx.xx.2019-cu il tarixli AKT-a görə 54 manat, xx.xx.2018-ci il tarixli AKT-a görə 90 manat, xx.xx.2018-ci il tarixli AKT-a görə 64.8 manat, xx.xx.2019-cu il tarixli AKT-a görə 7.2 manat, xx.xx.2019-cu il tarixli AKT-a görə 25.2 manat, xx.xx.2019-cu il tarixli AKT-a görə 25.2 manat, xx.xx.2019cu il tarixli AKT-a görə 25.2 manat, xx.xx.2019-cu il tarixli AKT-a görə 25.2 manat, xx.xx.2019-cu il tarixli AKT-a görə 25.2 manat, xx.xx.2019-cu il tarixli AKT-a görə 90 manat, xx.xx.2019-cu il tarixli AKT-a görə 208.8 manat, xx.xx.2020-ci il tarixli AKT-a görə 208.8 manat, xx.xx.2020-ci il tarixli AKT-a görə 208.8 manat, xx.xx.2020-ci il tarixli AKT-a görə 181 manat və xx.xx.2020-ci il tarixli AKT-a görə 216 manat abonentə borc hesablanmışdır. Sonuncu akt istisna olmaqla digər aktların tərtib edilmə səbəbi sayğacdan kənar təbii qazdan istifadə halı ilə bağlı olmuşdur. Sonuncu akt-ın isə tərtib edilmə səbəbi sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilməsi, qapağın sol yan hissəsində əzik-cızıq izlərinin olması olmuşdur.

9. Bundan əlavə iddiaçı 2020-ci ilin aprel ayından 2023-cü ilin iyun ayı da daxil olmaqla əhatə etdiyi dövr üzrə debitor borca görə 1894.49 manat pul tələb edir.

10. Cavabdeh sayğacın olmadığı dövrdə təbii qazdan sayğacdan kənar 4 ay istifadə etdiyini qəbul edir, lakin sayğacın quraşdırıldığı dövrdən hər hansı kənar xətdən istifadə etmədiyini bildirir. Eyni zamanda iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

11. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək, iddiaçının tələbinin qismən əsaslı olduğu qənaətinə gəlir.

12. Belə ki, iddiaçının tələbinin hüquqi əsasını mülki hüquq pozuntusuna görə vurulmuş zərərin əvəzinin ödənilməsi və müqavilə öhdəliklərinin icrası təşkil edir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Eyni zamanda həmin maddənin 3-cü bəndində qeyd edilmişdir ki, Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

15. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

17. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

18. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun(xx.xx.2022ci il tarixdə edilmiş dəyişikliklərlə):

19. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8-1ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

20. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

21. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

22. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

23. Lakin işin hallarından göründüyü kimi, qaz paylayıcısı olan iddiaçı ilk dəfə qanunsuz qoşulma halını 2018-ci ilin mart ayında müəyyən etmişdirsə müvafiq tədbirlər görməli olduğu halda bunu etməmişdir. Halbuki, həmin əməl zərərin məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. İddiaçı qanunvericiliyin verdiyi imkanlardan istifadə etməyərək, ilk dəfə akt tərtib edildikdən sonra qanunsuz qoşulma ilə bağlı daha 25 AKT tərtib etmiş və hal-hazırda həmin aktlara əsasən zərəri tələb edir. Halbuki qazdan istifadə qaydalarında qaz paylayıcının qanunsuz qoşulma halını dərhal ləğv etmək və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq tələb etmək vəzifəsi təsbit olunmuşdur. Təbii qaz təchizatını həyata keçirən və bazarda inhisarçı statusa malik olan subyektin qanunsuz qoşulma halına etinasız yanaşması istehlakçıların bu halı təkrar etməsinə təşviq etməklə lüzumsuz məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarır. Məhkəmə çəkişməsi zamanı isə müvafiq hüquqazidd əməlin törədildiyi vaxtdan uzun müddət keçməsinə görə təqsirin və ya təqsirsizliyin sübuta yetirilməsi mümkünsüz olur. Üstəlik Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə(köhnə redaksiyada) əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

24. Bu səbəbdən iddiaçının ilk aktın tərtib edildiyi vaxtda təqribən 5 il 6 ay sonra iddia verməsi(xx.xx.2023-cü il tarixdə iddia verilmişdir) onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməli və borclunun məsuliyyətinin azalması üçün əsas hesab edilməlidir.

25. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində qeyd edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.

26. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir.

27. Eyni zamanda həmin Məcəllənin 560.3.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir.

28. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, cavabdeh 4 ay müddətdə qanunsuz qoşulma faktını etiraf etdiyindən, eyni zamanda iddiaçının zərərin azaldılması üçün müvafiq tədbirlər görməsi müəyyən edilmədiyindən iddia tələbi ilk AKT-a, yəni xx.xx.2018-ci il tarixli, ******* nömrəli AKT-a münasibətdə əsaslı hesab edilməli və cavabdehdən təbii qazdan qanunsuz istifadəyə görə həmin AKT-a əsasən hesablanmış 485.4 manat məbləğində vəsait tutulmalıdır.

29. Bu hissədə məhkəmə iddia müddətinin tətbiq edilməsini əsassız hesab edir. Belə ki, deliktlə bağlı xüsusi iddia müddəti nəzərdə tutulmadığından ümumi iddia müddətinə tabe olur, ümumi iddia müddəti isə Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən 10 il təşkil edir. Odur ki, qanunsuz qoşulma halının baş verdiyi 2018-ci ildən ümumi iddia müddəti keçməmişdir.

30. Debitor borcla bağlı iddia tələbini də məhkəmə qismən əsaslı hesab edir. Belə ki, iddiaçı 2020-ci ilin aprel ayından 2023-cü ilin iyul ayınadək debitor borca görə 1894.49 manat tələb edir və hansı ki, həqiqətən təqdim etdiyi abonentin saldosundan abonentin istifadə etdiyi qazın dəyərini tam ödəmədiyi müəyyən olunur. Halbuki, "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının (xx.xx.2023-cü il tarixli dəyişikliyədək olan redaksiyasında) 5.2-ci bəndində qeyd edilmişdir ki, Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

31. Bununla belə məhkəmə hesab edir ki, həm vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə, həm də müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan iddianın məhkəmə verildiyi xx.xx.2023-cü il tarixdən əvvəlki 3 il dövrə görə iddiaçı tələb hüququnu ötürmüşdür. Odur ki, iddiaçı yalnız 2020-ci ilin 20 sentyabrından etibarən debitor borcu tələb edə bilər. Bundan əlavə iddiaçı mülahizəsində debitor borcun 2020-ci ilin aprel ayından 2023-cü ilin iyun ayı da daxil olmaqla olan dövrü əhatə etdiyini bildirsə də, tələb edilən borcun, yəni 1894.49 manatın (46xx.xx-2750.5) 2023-cü ilin fevral ayınadək olan dövrü əhatə etdiyi, üstəlik həmin dövrün 2020-ci ilin aprel ayından da əvvəldən başladığı məlum olur. Odur ki, iddia tələbi həddində cavabdehdən 2020-ci ilin oktyabrından 2023-cü ilin fevral ayınadək olan debitor borc məbləği tutulmalıdır, 2023-cü ilin fevral ayından sonra olan debitor borcla bağlı hesablaşma isə hazırki iddianın predmetinə aid olmadığından məhkəmə həmin hissəyə münasibət bildirməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehdən 2023-cü ilin fevral ayınadək olan debitor borca gorə cəmi 963.24 manat məbləğ tutulmalıdır. Tətbiq edilən prosessual normalar:

32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

34. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

35. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

36. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, 2018-ci ilin mart ayından 2020ci ilin oktyabr ayınadək təbii qazdan qanunsuz istifadəyə görə 485.4 manat, 2020-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayınadək olan debitor borca görə 963.24 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

37. Həmçinin iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 21 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 2018-ci ilin mart ayından 2020-ci ilin oktyabr ayınadək təbii qazdan qanunsuz istifadəyə görə 485.4(dörd yüz səksən beş manat, qırx qəpik) manat, 2020-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayınadək olan debitor borca görə 963.24(doqquz yüz altmış üç manat, iyirmi dörd qəpik) manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 21 (iyirmi bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar