Məhkəmə qərarları › İş №e-2(001)-5441/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5441/2024

23.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5441/2024 23.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 02 dekabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 anadan olmuşdur. Maraqlı şəxs maddi olaraq ona və övladlarına baxmadığı üçün, övladlarının tələbatlarını ödəmək, onları saxlamaq çətin olduğu üçün aliment tələbi barədə mediasiya təşkilatına müraciət etmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatının mediatoru X4 iştirakı ilə xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs ilə onun arasında barışıq sazişi bağlamışdır. Belə ki, Maraqlı şəxs övladları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün avqust ayından etibarən hər ayın 2-si bir uşaq üçün 220 manat olmaqla, iki uşaq üçün cəmi 440 manat sabit pul məbləğində alimentin kart hesabı vasitəsilə onun xeyrinə ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs sazişdə qeyd edilən 1.1-ci bənddəki şərti pozaraq, aliment məbləğini onun kart hesabına ödəmir. Barışıq sazişi 10 gün müddətində icra edilməli idi. Həmin müddətin keçməsinə baxmayaraq, hazırda 2-ci tərəf barışıq sazişini icra etməkdən imtina edir. Bununla yanaşı, aralarında bağlanmış nikah pozulmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs məhkəməyə ərizə təqdim edərək, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad 1 saylı Mediasiya təşkilatı tərəfindən bağlanmış 26 iyul 2024-cü il tarixli, MŞS/MT-023/2024-01531 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X6 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla “1.1 Tərəflərin razılığına əsasən ikinci tərəf Maraqlı şəxs övladları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşaq üçün cəmi 440 manat pul məbləğində alimenti kart hesabı vasitəsilə avqust ayından etibarən hər ayın 2-si birinci tərəf Ərizəçi xeyrinə ödəyəcəyi öhdəliyini öz üzərinə götürür.” barədə razılığa gəlmişlər. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etmədiyini ərizəsində qeyd etmişdir. Göründüyü kimi Ərizəçi, Maraqlı şəxs və mediator X6 arasında mediasiya prosesi nəticəsində 26 iyul 2024-cü il tarixli, MŞS/MT-023/2024-01531 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla Maraqlı şəxs övladları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 220 manat olmaqla, iki uşaq üçün cəmi 440 manat pul məbləğində alimentin kart hesabı vasitəsilə avqust ayından etibarən hər ayın 2-si birinci tərəf Ərizəçi xeyrinə ödənilməsini öhdəsinə götürməsini razılaşdırmışlar. Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə mülki-prosessual qanunvericiliyin barışıq sazişinin təsdiq edilməsi ilə bağlı müvafiq tələblərinə əsaslanaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi, Maraqlı şəxs və mediator X6 arasında mediasiya prosesi nəticəsində bağlanmış 26 iyul 2024-cü il tarixli, MŞS/MT-023/2024-01531 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməlidir. 1.1 Tərəflərin razılığına əsasən ikinci tərəf Maraqlı şəxs övladları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşaq üçün cəmi 440 manat pul məbləğində alimenti kart hesabı vasitəsilə avqust ayından etibarən hər ayın 2-si birinci tərəf Ərizəçi xeyrinə ödəyəcəyi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi, Maraqlı şəxs və mediator X6 arasında mediasiya prosesi nəticəsində 26 iyul 2024-cü il tarixli, MŞS/MT-023/2024-01531 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin. 1.1 Tərəflərin razılığına əsasən ikinci tərəf Maraqlı şəxs övladları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşaq üçün cəmi 440 manat pul məbləğində alimenti kart hesabı vasitəsilə avqust ayından etibarən hər ayın 2-si birinci tərəf Ərizəçi xeyrinə ödəyəcəyi öhdəliyini öz üzərinə götürür. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar