Məhkəmə qərarları › İş №e-2(001)-5448/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5448/2025

15.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5448/2025 15.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair (açar sözlər: borc tələbi, sübutetmə,etiraf) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2889.39 (iki min səkkiz yüz səksən doqquz 39 (otuz doqquz qəpik) manat məbləğin habelə ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat 40 (qırx) qəpik) manat ümumilikdə 2919.79 (iki min doqquz yüz on doqquz manat 39 (otuz doqquz) qəpik məbləğdə pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Vəliyev X3 rayon Polis şöbəsinin əməkdaşıdır. Cavabdehi İsmayıllı şəhər sakini kimi əvvəldən tanıyırdı, normal münasibətləri olmuşdur. "xxxx" MMC ilə borclular Cavabdeh ilə X4 arasında 27 mart 2023cü il tarixli zaminlik müqaviləsi bağlanmış, bağlanmış müqavilə əsasında 12 ay müddətinə 1840 manat məbləğində kredit verilmişdir. 27 aprel 2023-cü il tarixdən öhdəliyin icra edilməməsi nəticəsində 1840 manat əsas, 360 manat faiz, 2750 manat 99 qəpik dəbbə pulu olmaqla, 4950 manat 99 qəpik borc yaranmışdır. Kredit müqaviləsi üzrə yaranmış borcu Cavabdeh və zamin kimi ondan 4975 99 (dörd min doqquz yüz yetmiş beş manat) 99 (doxsan doqquz qəpik) məbləğ ödənilməsi tələb olunmuşdur. Yaranmış borc müəyyən olunmuş müddətdə BOKT Falcon Finance” MMC ödənilmədiyindən, İsmayıllı rayon Notariat Kontorunun 81-1803 nömrəli, xx.xx.2024-cü iltarixli icra qeydinə əsasən,"xxxx" MMC-nə olan borclular Cavabdeh Feyzrulla oğlu və Əliyeva (Məmmədova) Ruhangiz Səftər qızından ümumilikdə 4975.99 (dörd min doqquz yüz yetmiş beş manat) 99 (doxsan doqquz qəpik) məbləğdə pulun ona aid olan 2750.99 (iki min yeddi yüz əlli manat 99 qəpik) məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş) manat məbləğdə dövlət rüsumu olmaqla vəsati tutularaq tələbkara ödənilməsi barədə İsmayıllı rayon İcra və probasiya şöbəsinə icra sənədi daxil olmuşdur. İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən məcburi icra tədbiri görülərək 22 aprel 2024-cü il tarixli 45- 794/24 saylı məktubla işlədiyim N.A.N.T MMC-nə məktub ünvanlayaraq 4975.99 (dörd min doqquz yüz yetmiş beş manat) 99 (doxsan doqquz) qəpik məbləğ bitənədək mənim əmək haqqından 50% tutularaq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməsini, bundan əlavə borc məbləğinin 7% yəni 348.31 (üç yüz qırx səkkiz) manat 31 (otuz bir) qəpik həcmində olan icra ödənişinin İsmayıllı rayon icra və probasiya şöbəsinin depozit hesabına tutulmaların aparılmasına dair müraciət olunmuşdur. Beləliklə, onun əmək haqqından ümumilikdə 2489.39 (iki min dörd yüz səkkiz doqquz manat 30 (otuz) qəpik manat pul tutulmuşdur. İcra xidməti tərəfindən işlədiyi N.A.N.T MMC-nə əmək haqqından tutulmaların dayandırımadığı üçün ondan əlavə 400 manat tutulmuşdur. Əmək haqqından artıq tutulmuş 400 manat vəsaiti Cavabdeh kreditinə silinmişdir. Beləliklə təqdim etdiyi arayışda göstərilən 2489.39 manat və əlavə 400 manat vəsait ondan tutulmuşdur.Kredit ödənişi kimi mənim əmək haqqımdan tutulmuş 2489.39 +400.0 manat cəmi 2889.39 (iki min səkkiz yüz səksən doqquz manat otuz doqquz qəpik) məbləği cavabdeh Mənsur Vəliyev geri ödəyəcəyini vəd etmişdir. Lakin cavabdeh verdiyi vədinə əməl etməmişdir. Hər dəfə qeyd olunan məbləği geri qaytaracağını bildirsə də sonradan müxtəlif cür bəhanələrlə boyun qaçırmışdır. Ötən dövr ərzində mütamadı cavabdehə zəng edirdi. Hər dəfə cavabdeh etdiyi zəngdə ona bildirirdi ki, hazırda maddı çətinliklərlə üzləşdiyini bir neçə banka borcu olduğunu bildirmişdir. Ona borcu ödəməyi üçün ona müəyyən vaxt verməyini istədi. O, yenə də ona vaxt verirdi. Lakin müəyyən olnmuş vaxtdan sonra da xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh həmin məbləğdən heç bir manatda ödəniş etməmiş və ödəniş etmək imkanının olmadığını bildirmişdir. Beləliklə yaranmış borc məbləğinə görə cavabdeh Mənsur Vəliyev ilə aramızda olan münasibətləri pisləşmişdir. Bu səbəbdən də axır vaxtlar etdiyim zənglərinə cavab vermir. O, bu acınacaqlı durum barədə Daxili İşlər Nazirliyinə məlumat verməklə, Cavabdeh İsmayıllı rayon Polis əməkdaşı kimi fəaliyyət göstərməsi, daxili işlər orqanında qulluq keçmə ilə bağlı vəzifəsinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə polis orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi haqqında məlumat verilməklə yanaşı onun, daxil olduğu cəmiyyətdə qanuna, dəyərlərə, milli adət-ənənələrə sayqını göstərməməsi, hamıya yalan danışaraq dələduzluq yolu ilə pul əldə etməsi, bu gündə əməlindən əl çəkməməsi və onun cinayət məsuliyyətinə cəlb etməklə cəzalandırılması və tutduğu vəzifəsindən azad olunmasını tələb edəcəkdir. Cavabdehlə sonuncu dəfə telefon əlaqəsində əmək haqqından tutulmuş borcunu və əmək haqqından tutulmuş lakin geri qaytarılmayan 400 manat məbləğdə olan pulu geri qaytaracağını vəd etmişdir. Lakin həmin tarixdə də vədinə əməl etməmişdir. Cavabdehin bu birinci əməli deyil,x idməti vəzifəsindən süi-istifadə edərək yalançı vədlər verərək aldatma yoli ilə xeyli sayda vətəndaşların əmlakını ələ keçirərək mənimsəmişdir. Cavabdehlə apardığı fərdi söhbətlərin heç bir nəticəsi olmadığından, məhkəməyə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İİ. Tərəflərin mövqeləri: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddianı tam qəbul etdiyini bildirmiş, iddianı etiraf etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - 27 mart 2023-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə borclular Cavabdeh ilə X4 arasında kredit müqaviləsi bağlanmış, bağlanmış müqavilə əsasında 12 ay müddətinə 1840 manat məbləğində kredit verilmişdir. 27 aprel 2023-cü il tarixdən öhdəliyin icra edilməməsi nəticəsində 1840 manat əsas, 360 manat faiz, 2750 manat 99 qəpik dəbbə pulu olmaqla, 4950 manat 99 qəpik borc yaranmışdır. Kredit müqaviləsi üzrə yaranmış borcu Cavabdeh və zamin kimi ondan 4975 99 (dörd min doqquz yüz yetmiş beş manat) 99 (doxsan doqquz qəpik) məbləğ ödənilməsi tələb olunmuşdur. - İsmayıllı rayon Notariat Kontorunun 81-1803 nömrəli, xx.xx.2024-cü iltarixli icra qeydinə əsasən, "xxxx" MMC-nə olan borclular Cavabdeh və Əliyeva (Məmmədova) Ruhangiz Səftər qızından ümumilikdə 4975.99 manat məbləğdə pulun Əliyeva (Məmmədova) Ruhangiz Səftər qızına aid olan 2750.99 (iki min yeddi yüz əlli manat 99 qəpik) məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş) manat məbləğdə dövlət rüsumu olmaqla vəsati tutularaq tələbkara ödənilməsi barədə qeyd aparılmışdır. - 02 aprel 2024-cü il tarixli qərarın surətindən görünür ki, İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən 02 aprel 2024-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə borcluya məlumat verilmişdir. - İsmayıllı Rayon Məhkəməsinin 8(037)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, ərizəçi X2 İsmayıllı rayon İcra və probasiya şöbəsinin 22 aprel 2024-cü il tarixli 45-794/24 saylı N.A.N.T MMC-nə göndərdiyi məktub ilə borc tələbinin əmək haqqına yönəldilməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayəti təmin edilməmişdir. - xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, X1 AR ƏN İsmayıllı rayon İcra və Probasiya tərəfindən daxil olan məktuba əsasən xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək ümumilikdə 2489.39 () AZN məbləğində əmək haqqısından pul tutulmuşdur. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq və cavabdehin iddianı etiraf etməsini qəbul edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, 3500 manat məbləğində pul və 55 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2889,39 (iki min səkkiz yüz səksən doqquz manat otuz doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 30,4 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar