Məhkəmə qərarları › İş №e-2(001)-5552/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5552/2025

14.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5552/2025 14.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkili) Nümayəndə, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 10 iyun 2024-cü il tarixli MŞB/2-00611 saylı Barışıq Sazişinin 3-cü bəndinin (aliment öhdəliyi) təsdiq edilməsi və məcburi icra olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 09 mart 2021-ci ildə nikaha daxil olaraq evlənmişdir. Onların nikahları Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(001)-4405/2024 saylı qətnaməsinə əsasən pozulmuşdur. Onların arasında məhkəməyə qədər mediasiya prosesinin tətbiqi ilə bağlı xx.xx.2024-cü il tarixdə MŞB/2-00611 saylı Barışıq Sazişi tərtib edilərək təsdiq edilmişdir. Həmin Sazişin 2-ci bəndinə əsasən onlar razılaşmışlar ki, birgə nikahlarından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X4 onun yanında qalacaqdır. Həmin Sazişin 3-cü bəndinə əsasən onlar razılaşmışlar ki, ata - Maraqlı şəxs tərəflərin birgə nikahlarından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X2 hər ayın 15-i tarixində 350 manat aliment ödəyəcəkdir. Sazişin şərtlərinə görə, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin könüllü icrasından imtina olunarsa, Tərəflər Sazişin məcburi icrası ücün məhkəməyə müraciət edə bilərlər. O, Maraqlı şəxs dəfələrlə müraciət edərək birgə nikahlarından doğulan xx.xx.2022-ci il təvəllüdlü X2 hər ayın 15-i tarixində 350 manat alimentin ödənilməsini xahiş etsə də, hər dəfə müxtəlif bəhanələrlə ödənişdən boyun qaçırır. X5 təsdiq edilməsindən bir ildən çox keçməsinə baxmayaraq, Maraqlı şəxs Sazişlə götürdüyü öhdəliyi yerinə yetirmir. Barışıq Sazişinin 3-cü bəndinin şərtlərinin pozulması onların birgə nikahlarından doğulan xx.xx.2022-ci il təvəllüdlü X1 hüquqlarının pozulmasına səbəb olmuşdur. Uşağın yetkinlik yaşına çatanadək onun saxlanılması üçün müəyyən olunmuş aliment ödənilmir. Hazırda Maraqlı şəxs aliment borcu 4200 manatdan çoxdur. Ona görə də o, xx.xx.2024-cü il tarixdə MŞB/2-00611 saylı Barışıq Sazişinin 3-cü bəndinin məhkəmə qaydasında təsdiq edilməsi və məcburi icraya yönəldilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi və onun nümayəndəsi (vəkili) ərizəni müdafiə edərək bildirdi ki, maraqlı şəxs mediasiya prosesində özü öz iradəsi ilə alimentin verilməsi ilə bağlı ərizəçi ilə razılığa gəlsə də, lakin sazişin icrası zamanı problemlər yaradır. Ona görə də hazırda məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs barışıq sazişinin ərizədə göstərilən hissədə təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İV seriyalı 733647 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası Ərizəçidır. xx.xx.2024-cü il tarixdə, Bakı 2 saylı Mediasiya təşkilatı vasitəsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış barışıq sazişinin surətindən görünür ki:

1. Nikahın davam etdirilməsi ilə bağlı razılığa gəlinmədi, hər iki tərəf Ərizəçi və Maraqlı şəxs nikahın pozulçasını istəyirlər. Ərizəçi mübahisə ilə bağlı müvafiq məhkəməyə müraciət edəcəkdir.

2. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X4 anası - Ərizəçi yanında qalacaqdır.

3. Tərəflər razılaşırlar ki, ata - Maraqlı şəxs tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X2 hər ayın 15-i tarixində 350 manat aliment ödəyəcəkdir.

4. Tərəflər razılaşırlar ki, ata - Maraqlı şəxs tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X4 ilə sərbəst şəkildə görüşə bilər. Ərizəçi mane olmayacağını öz öhdəsinə götürür. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, 345 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 3-cü bəndini təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, maraqlı şəxs barışıq sazişi üzrə aliment öhdəliyini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, barışıq sazişinin həmin hissədə məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixli MŞB/2-00611 saylı barışıq sazişi “3. Tərəflər razılaşırlar ki, ata - Maraqlı şəxs tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X2 hər ayın 15-i tarixində 350 (üç yüz əlli) manat aliment ödəyəcəkdir.” hissəsində məcburi icra üçün təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar