Məhkəmə qərarları › İş №e-2(001)-563/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-563/2025

11.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-563/2025 11.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: mülkiyyət hüququ, maneələrin aradan qaldırılması, neqator iddia) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçıların nümayəndəsi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan iddia ərizəsində qeyd olunan 11 mənzildən istifadə olunmasına və həmin mənzillərə daxil olmalarına Cavabdeh Mənzil Tikinti Kooperativinin qanuni təmsilçi X4 tərəfindən olan maneələrin aradan qaldırılması və həmin maneələrin ona qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, Heydər Hüseynov küçəsi 37 A-da fəaliyyət göstərən Cavabdeh Mənzil Tikinti Kooperativinin (VÖEN:**********) qanuni təmsilçi X4, 02 aprel 2024-cü il tarixli Dərnəgül Mənzil Tikinti Kooperativinin üzvlərinin X2 Çıxarışa əsasən kooperativə üzv qəbul edilib, aşağıda qeyd olunan ünvanlardakı mənzillərə iddiaçıları buraxmamağa qərar vermişdir. Qeyd olunanlara əsasən, vəziyyəti belə görüb başa düşdülər ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, Heydər Hüseynov küçəsi 37 A-da fəaliyyət göstərən Cavabdeh Mənzil Tikinti Kooperativinin qanuni təmsilçi X4 onarın xəbəri olmadan 02 aprel 2024-cü il tarixli Dərnəgül Mənzil Tikinti Kooperativinin üzvlərinin X2 Çıxarışa əsasən kooperativə üzv qəbul edilib, aşağıda qeyd olunan mənzilləri: İddiaçı1 məxsus olan 1.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 5, mərtəbə 14, mənzil 65, 2 otaqlı, ümumi sahəsi 107.7 kv.m; 2.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 5, mərtəbə 3, mənzil 7, 3 otaqlı, ümumi sahəsi 137.0 kv.m; 3.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 3, mərtəbə 8, mənzil 34, 3 otaqlı, ümumi sahəsi 129.4 kv.m; 4.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 3, mərtəbə 9, mənzil 39, 3 otaqlı, ümumi sahəsi 129.4 kv.m; 5.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 3, mərtəbə 10, mənzil 44, 3 otaqlı, ümumi sahəsi 129.4 kv.m; 6.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 6, mərtəbə 11, mənzil 47, 3 otaqlı, ümumi sahəsi 135.6 kv.m; 7.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 6, mərtəbə 12, mənzil 52, 3 otaqlı, ümumi sahəsi 135.6 kv.m; 8.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 7, mərtəbə 2, mənzil 2, 3 otaqlı, ümumi sahəsi 140.9 kv.m; 9.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 7, mərtəbə 16, mənzil 72, 3 otaqlı, ümumi sahəsi 140.9 kv.m; 10.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 2, mərtəbə 17, mənzil 37, 3-6 oxu və A-D oxu üzrə ştrixlənmiş mansard sahəsi 346.0 kv.m və İddiaçı2 məxsus olan 11.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, blok 5, mərtəbə 17, mansard sahəsi 521.6 kv.m. digər şəxslərin adlarına rəsmiləşdirmək istəyir. Hal-hazırda Cavabdeh Mənzil Tikinti Kooperativinin qanuni təmsilçi X3 qanunsuz göstərişi ilə onları öz mənzillərinə getmələrinə maneələr yaradılır. Bu bizim özəl hüquqlarımızı pozur. Hesab edirik ki, mülkiyyətimizdə olan qeyd olunan əmlakdan istifadə olunmasına və həmin mənzillərə daxil olmalarına Cavabdeh Mənzil Tikinti Kooperativinin qanuni təmsilçi X4 tərəfindən olan maneələr aradan qaldırılmalı və həmin maneələrin olunması ona qadağan edilməlidir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçılar mülkiyyətində olan mənzili satmaq istədiyi zaman alıcıya mənzilin göstərilməsində, həmçinin mənzilə dair çıxarış alınması üçün müvafiq idarənin əməkdaşlarının mənzil sahəsinə baxmasına maneələr yaratmışlar. Tərəflər ailə üzvü olduğundan iddiaçılar polis orqanlarına müraciət etməmişlər. Cavabdeh iddiaya etiraz etməsi özülüyündə maneənin mövcudluğunu təsdiq edir. Belə kİ, əgər həqiqətən maneə yoxdursa cavabdeh məhkəmə qətnaməsi ilə iddianın təmin edilməsinə etirazını bildirməzdi. İddiaçıların iddiası təmin olunduğu halda gələckdə iddiaçılar maneə ilə rastlaşdıqda artıq mövcud qətnamə olacaq və nəticədə cavabdeh hər hansı maneə yarada bilməyəcək. Bundan başqa mənzil-tikinti kooperativinin üzvü-pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mülkiyyətçi isə qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mənzillərin iddiaçılara məxsus olması işin mübahisəsiz haldır. Belə ki, cavabdeh tərəf də həmin mənzillərin iddiaçıya məxsusluğunu mübahisələndirmir, bununla belə iddiaçının mülkiyyətində olan mənzillərdən istifadəsi ilə bağlı hər hansı maneənin törədilmədiyini bildirərək, iddiaya etiraz edir. Eyni zamanda hər iki tərəf iddiaçılarla Kooperativin sədri arasında vərəsəliklə bağlı ailadaxili mübahisələrinin olduğunu qəbul edirlər. Maneə anlayışı ümumiyyətlə daxilində bir çox subyektiv və obyektiv amilləri ehtiva edir. Kooperativin har hansı nümayəndəsinin sözlə və ya hərəkətsizliklə müşayiət edilən mğvqeyi subyektə görə maneə kimi qiymətləndirilə bilər. Həmin halın sübut edilməsinin çətinliyi məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhz bu səbəbdən də iddiaçıların üzərinə həmin halın təsdiqi ilə bağlı konkret sübutun təqdim edilməsi barədə vəzifənin qoyulması prosessual qanunvericiliyin prinsiplərinə uyğun deyildir. Bununla belə, iş hallarə ilə müəyyən edilmişdir ki, cavabdeh kooperativin sədri ilə iddiaçıların arasında şəxsi münasibətlər zəminində mübahisə vardır və həmin hal maneənin mövcudluğu kimi qiymətləndirilməlidir. Sonuncu dəfə iddiaçılar cavabdehə ərizə ilə xx.xx.2025-ci il tarixdə müraciət etsə də, hazırda həmin ərizə icra edilməmişdir. Eyni zamanda cavabdehin göstərilənləri təsdiq edərək iddiaya etiraz etməsi də maneənin mövcudluğunu dolayı yolla sübut edir. Əvvəlki məhkəmə iclasında iştirak edən avabdehin nümayəndəsi Vəkil3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəf iddia edir ki, mülkiyyət hüququna maneə mövcuddur, lakin bu barədə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı tərəf bildirir ki, 5-6 noyabr tarixlərində evə gedəndə onu evə buraxmamışlar. Həmin yerdə videogörüntü ilə qeydiyyat aparılır və heç bir maneə yaradılmamışdır. İddiaçı tərəf bununla yanaşı haqsız olaraq Nəbiyev Cəbrayıla qarşı Yasamal Rayon Məhkəməsində vərəsəlik işi ilə bağlı iddia qaldırmış və qanun üzrə müəyyən olunmuş vərəsəlikdən artıq pay istəyirlər. İddiaçıların qeyd edilən binada 11 ədəd mənzili və qeyri yaşayış sahəsi var. Hər bir mənzil və qeyri yaşayış sahəsinin açarları özlərində, binaya girişdə məhdudiyyət yox. İddiaçılar təsisçinin övladları olub, komendant onları tanıyır. İddiaçılar mənzili satmaq istəyən zaman alıcı ilə binaya gəlmiş, sərbəst şəkildə mənzilə qalxmışdır. İddia tələbində hansi maneənin yaradılması göstərilməyib, hər hansı sübut təqdim edilməyib. Etiraz edilməsinin maneənin mövcud olması fikri ilə razı deyil, əsassız olduğu halıda cavabdeh niyə qətnamə ilə borclu kimi çıxış etməli, barəsində icra tədbirləri görülməlidir. Bu səbəbdən məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək ərizədə qeyd etmişdir kİ, iddiaçılar müxtəlif bəhanələr gətirərək onların mənzillərinə girişə yaradılmış manenənin olması fikrini yaratmağa çalışırlar. Halbuki belə bir maneə yoxdur, iddia xx.xx.2024-cü ildə məhkəməyə daxil olub, amma ondan on gün əvvəl 27 avqustda mənzillərin yerləşdiyi binaya gəlmişlər, mənzilin başqa şəxsin adına keçirilməsi barədə ərizə vermişlər və həmin şəxsə mənzili göstərmişlər. Maneə olsa idi, bu hərəkətləri edə bilməzdilər. Bu iddia əsassızdır, hüquqa müdaxilə görüntüsü yaratmaq məqsədi daşıyır. 27 avqustda binaya və ofisə (bina və ofis birlikdədir) gəlmələrinə dair sənədlər elektron sistemə əlavə edilmişdir. Günü bu gün də onların binaya gəlmələri və ya sənədləşmə aparmaları üçün heç bir maneə yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə iclasında iştirak edilməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ.İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: -nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X5 arasında nikah 28 noyabr 1999-cu il tarixdə Bakıı şəhəri Xətai Rayonu VVAQ Şöbəsində bağlanmış və 916 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra qadına Nəbiyeva soyadı verilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışı və xx.xx.2024-cü il tarixli Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlərinin X2 Çıxarışdan görünür ki, İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə yerləşən 16 mərtəbəli 525 mənzili yaşayış kompleksində bina 2, mərtəbə 17, 3-6 oxu və A-D oxu üzrə ümumi mansard sahəsi 346.0 kv.m olan obyektin payçısı olması təsdiq edilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışı və xx.xx.2024-cü il tarixli Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlərinin X2 Çıxarışdan görünür ki, İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə yerləşən 16 mərtəbəli 525 mənzili yaşayış kompleksində binasında blok 5, mərtəbə 17, ümumi mansard sahəsi 521.6 kv.m olan obyektin payçısı olması təsdiq edilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışı və xx.xx.2024-cü il tarixli Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlərinin X2 Çıxarışdan görünür ki, İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə yerləşən 16 mərtəbəli 525 mənzili yaşayış kompleksində bina 3, mərtəbə 8, mənzil 34 otaq sayı 3, ümumi sahəsi 129.4 kv.m olan obyektin payçısı olması təsdiq edilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışı və xx.xx.2024-cü il tarixli Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlərinin X2 Çıxarışdan görünür ki, İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə yerləşən 16 mərtəbəli 525 mənzili yaşayış kompleksində bina 3, mərtəbə 9, mənzil 39 otaq sayı 3, ümumi sahəsi 129.4 kv.m olan obyektin payçısı olması təsdiq edilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışı və xx.xx.2024-cü il tarixli Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlərinin X2 Çıxarışdan görünür ki, İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə yerləşən 16 mərtəbəli 525 mənzili yaşayış kompleksində bina 3, mərtəbə 10 mənzil 44 otaq sayı 3, ümumi sahəsi 129.4 kv.m olan obyektin payçısı olması təsdiq edilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışı və xx.xx.2024-cü il tarixli Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlərinin X2 Çıxarışdan görünür ki, İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə yerləşən 16 mərtəbəli 525 mənzili yaşayış kompleksində bina 5, mərtəbə 3 mənzil 7 otaq sayı 3, ümumi sahəsi 137.0 kv.m olan obyektin payçısı olması təsdiq edilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışı və xx.xx.2024-cü il tarixli Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlərinin X2 Çıxarışdan görünür ki, İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə yerləşən 16 mərtəbəli 525 mənzili yaşayış kompleksində bina 5, mərtəbə 14 mənzil 65 otaq sayı 2, ümumi sahəsi 107.7 kv.m olan obyektin payçısı olması təsdiq edilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışı və xx.xx.2024-cü il tarixli Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlərinin X2 Çıxarışdan görünür ki, İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə yerləşən 16 mərtəbəli 525 mənzili yaşayış kompleksində bina 6, mərtəbə 11 mənzil 47 otaq sayı 3, ümumi sahəsi 135.6 kv.m olan obyektin payçısı olması təsdiq edilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışı və xx.xx.2024-cü il tarixli Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlərinin X2 Çıxarışdan görünür ki, İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə yerləşən 16 mərtəbəli 525 mənzili yaşayış kompleksində bina 6, mərtəbə 12 mənzil 52 otaq sayı 3, ümumi sahəsi 135.6 kv.m olan obyektin payçısı olması təsdiq edilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışı və xx.xx.2024-cü il tarixli Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlərinin X2 Çıxarışdan görünür ki, İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə yerləşən 16 mərtəbəli 525 mənzili yaşayış kompleksində bina 7, mərtəbə 2 mənzil 2 otaq sayı 3, ümumi sahəsi 140.9 kv.m olan obyektin payçısı olması təsdiq edilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışı və xx.xx.2024-cü il tarixli Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlərinin X2 Çıxarışdan görünür ki, İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə yerləşən 16 mərtəbəli 525 mənzili yaşayış kompleksində bina 7, mərtəbə 16 mənzil 72 otaq sayı 3, ümumi sahəsi 140.9 kv.m olan obyektin payçısı olması təsdiq edilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışı və xx.xx.2024-cü il tarixli Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlərinin X2 Çıxarışdan görünür ki, İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə yerləşən 16 mərtəbəli 525 mənzili yaşayış kompleksində bina 7, mərtəbə 2 mənzil 2 otaq sayı 3, ümumi sahəsi 140.9 kv.m olan obyektin payçısı olması təsdiq edilmişdir. -İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh Mənzil Tikinti Kooperativinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizələrin surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanda yerləşən 5-ci bina 14-cü mərtəbə 65 saylı mənzili X1, özgəninkiləşdirilməsinə və adına rəsmiləşdirilməsinə etiraz etmədiyini və kooperativə qarşı hər hansı şikayət və tələbinin olmadığını qeyd etmişlər. - İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh Mənzil Tikinti Kooperativinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı1 ərizədə göstərilən 10 sayda əmlakın İddiaçı2 ilə birgə nikah dövründə əldə edilməsini nəzərə alaraq adına rəsmiləşdirilməsi, müqavilələrin MTK ilə onun arasında bağlanmasının təmin edilməsini xahiş etmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzəktamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Maddə 226.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 112.2. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə yerləşən 16 mərtəbəli 525 mənzili yaşayış kompleksində binasında blok 5, mərtəbə 17, ümumi mansard sahəsi 521.6 kv.m olan obyekt İddiaçı2, digər mübahisə predmeti olan yaşayış və qeyri-yaşayış sahəsinin isə İddiaçı1 tam pay haqqı ödənilməklə mülkiyyətçidirlər və bu işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi bu halı mübahisələndirməməklə qeyd edilən yaşayış və qeyri-yaşayış sahələrinin iddiaçılara məxsus olduğunu qəbul etmiş, həmçinin tərəflər iddiaçılar ilə kooperativin hazırki təmsilçisi arasında vərəsləlik qaydasında məhkəmə mübahisəsi olmaqla ailədaxili münasibətlərinin pozulmasını qəbul etmişlər. Tərəflər arasında işin mübahisəli halı iddiaçıların sahibliyində olan yaşayış və qeyriyaşayış sahəsindən istifadəyə cavabdeh tərəfindən maneələrin yaradılıbyaradılmamasından ibarədirş Məhkəmə işin mübahisəli halı ilə bağlı qeyd edir ki, maneənin mövcudluğu, maneə anlayışı ümumiyyətlə özündə bir çox subyektiv və obyektiv amilləri ehtiva etməsinə baxmayaraq iddiaçılar tərəfindən Kooperativin müxtəlif binalarında yerləşən 11 sayda yaşayış və qeyri yaşayış sahəsindən istifadə ilə bağlı cavabdeh tərəfindən onlara hansı maneənin yaradılması, həmin maneənin hərəkət və ya hərəkətsizliklə ifadə edilməsi məhkəmə iclasında təqdim edilmiş sübutlar və tərəflərin izahatları ilə öz təsdiqini tapmamışdır. Belə ki, ilkin olaraq iddiaçıların nümayəndəsi iddiaçıların ümumiyyətlə həmin binalara təmsilçinin göstərişi əsasında buraxılmadıqlarını qeyd irəli sürsə də, həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə iclasları zamanı maneənin yaşayış sahələrinin özəlləşdirilməsinə dair müraciət əsasında dövlət orqanının əməkdaşının binaya buraxılmaması ilə əsaslandırsa da, məhkəmə tərəfindən müvafiq səlahiyyətli dövlət orqanına müraciətin edilib-edilməməsi, edildiyi halda özəlləşdirilmənin həyata keçirilməməsinin səbəbləri barədə sübutların məhkəməyə təqdim edilməsi təklif edildikdə, müraciətin şifahi olduğu qeyd edilmişdir. Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş iddiaçıların mülkiyyətdə olan yaşayış sahəsinin özəlləşdirilməsinə dair cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin Kooperativ tərəfindən icra edilməməklə maneənin yaradılması halı da öz təsdiqini tapmamış, əksinə cavabdehin nümayəndəsi ərizədə göstərilən mənzilin satıldığını bildirmiş, iddiaçının nümayəndəsi əksini təsdiq edən sübutu təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, ilkin olaraq mübahisə ilə bağlı nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə hazırki mübahisə ilə bağlı xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olmasına baxmayaraq Kooperativin təmsilçisi olan X4 ilə aralarında olan gərgin münasibət əsasında mülkiyyətlərində olan yaşayış sahələrindən sərbəst istifadə edilməsinə maneələrin yaradılmaqla subyektiv hüquqularının pozulması halı öz təsdiqini tapmamış və cavabdeh tərəfindən maneə yaradılmasını müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən belə halların mövcudluğu ilə bağlı iddiaçı tərəfindən də mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, sübutetmə yükü baxımından mübahisəli əmlakın hansı hissəsinin cavabdehlərin qanunsuz sahibliyində olması və s. bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmiş şəxslər özlərinin hansı hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidirlər. Bununla da məhkəmə yuxarıda göstərilənlərə və sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. V. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elnarə vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar