Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5743/2022 10.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abbasova Günel Məhərrəm qızı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5743 /2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5743/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 35.1, 36.2, 44.1-ci maddələrinə əsasən,Cavabdeh1 mülki işin ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd edilmişdir . Həmin qərardaddan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini, qərardaddan şikayət edildiyindən işin baxışının davam etdirilməsinin dayandırılmasını, elektron formada ərizə və şikayət vermək imkanı olmadığından apellyasiya şikayətinin yazılı şəkildə (kağız daşıyıcıda) təqdim edilməsini üzrlü hal hesab edilərək qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən qərardaddan verilmiş şikayətə birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir, əks halda şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfin şikayətində qeyd etdiyi dəlillər qanuni və əsaslıdır və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5743/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilərək, iş ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 44.2.1-ci maddəsinə əsasən əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə, Məhkəmə işi başqa məhkəmədə (yəni həmin məhkəmədə) baxılmağa verir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərkən cavabdehin qeydiyyat ünvanı kimi göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31, mənzil 63 ünvanından Cavabdeh1 xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxaraq, Masallı rayonu, Təzə Alvadı kəndi ünvanında qeydiyyata düşmüşdür. Elektron məhkəmə sistemindən əldə edilmiş xx.xx.2022-ci il tarixli məlumata əsasən cavabdehin qeydiyyat ünvanı ünvan 1lmişdir. Cavabdehin müraciətindən sonra elektron məhkəmə sistemində yenidən sorğu edilmiş və nəticədə cavabdehin qeydiyyat ünvanı ünvan 2 Məhkəmə işin cavabdehin yaşadığı yerin məhkəməsinə göndərilməsini qanuni hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5743/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh1 qarşı “pay hüququnun tanınması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-5743/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5743/2022
10.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver