Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5761/2025 19.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi, Əfəndiyeva Lalə Elxan qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə Çərkəz oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və avtomobil üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi olunla əsaslandırılmışdır ki, bacısı Səidə Həsənova 21 may 2010-cu ildə Cavabdeh ilə rəsmi nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuş və nikahları Səbail rayon qeydiyyat şöbəsində 21 may 2010-cu il tarixdə 178 № ilə qeydə alınmaqla onlara AZ-1 seriyalı 560784 saylı nikah şəhadətnaməsi verilmişdır. İlk illər mehriban yaşasalar da, son dövrlər ailə münasibətləri gərginləşmiş və Cavabdeh boşanma haqda Nərimanov rayon məhkəməsində iddia qaldırmışdır. Nərimanov rayon məhkəməsinin 25 avqust 2022-ci il tarixli qətnaməsi ilə onların nikah münasibətinə xitam verilmiş və rəsmi olaraq boşanmışlar. Hazırda Binəqədi rayon məhkəməsində bacısı İddiaçının iddia ərizəsi üzrə birgə nikah dövründə qazanılmış əmlakların bölgüsü barədə mülki mübahisəyə baxılır. Cavabdeh C.D.Yəhyayev bacısı ilə nikah münasibətinə daxil olduqdan sonra 2011-ci ildə 32 min manat dəyərində ** SR *** dövlət qeydiyyat nömrəli “Şevrolet Epika” markalı avtomobil almış və qısa müddət keçdikdən sonra elə həmin ildə də 10 min manata ona satmışdır. Avtomaşın sedan tipli, 2006-cı ilin istehsalı olmaqla mühərrik nömrəsi X2OD1043972K, ban №-si KL1LA69KJ6BO1723o0lmuşdur. Aralarında razılaşmışlar ki, avtomobili baş etibarnamə əsasında sürəcək və ehtiyac yarandığı halda başqa şəxsə satacaq. Öhdəsinə götürdü ki, avtomobilin pulunu cavabdehə ödədiyi üçün iddiaçı istədiyi vaxt etibarnaməni dəyişdirə bilər. Nəhayət, avtomobili 06 mart 2014-cü il tarixli baş etibarnamə əsasında satın alıb. Etibarnamə əsasında avtomaşın üzərində sərəncam vermək (bağışlamaq, satmaq, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və sair) hüququ olsa da, avtomaşını öz adına keçirməyib və yalnız sürücü kimi idarə etməklə kifayətlənib. Avtomaşını əlavə xərcinin çıxmaması üçün öz adına və ya başqasının adına keçirməyib. Qarşı tərəf deyib ki, hərbçi olduğu üçün avtomaşın adında olmasa yaxşıdır. Bacısının əri olduğundan inandığı üçün alqı satqı müqaviləsi bağlamayıb. 01 aprel 2017-ci il tarixdə etibarnamənin vaxtı qurtardığından idarə etmək üçün cavabdehdən təkrarən 10 illiyə etibarnamə almış və heç bir problemlə rastlaşmadan avtomobili idarə etmişdir. Həmin avtomaşın son 11 ilərzində iddiaçının istifadəsində olmuş və heç bir problem yaranmamışdır. Onun təmir xərclərini də iddiaçı ödəmişdir. 28 may 2025-ci il tarixdə Nəvahi DAM postunda avtomobili polis əməkdaşları tərəfindən saxlanaraq cərimə meydançasına qoyulub və ona izah olunmuş ki, C.D.Yəhyayev ərizə verərək ona verdiyi etibarnaməni ləğv etdirmiş və avtomobilinin saxlanmasını tələb etmişdir. Ona məlum olmuşdur ki, o, bacısı İddiaçı ilə əmlak bölgüsü məsələsində razılığa gələ bilmədiyi üçün iddiaçının avtomobili barədə olan etibarnaməni ləğv etdirmiş və bu yolla ona təzyiq göstərməyə,əsassız varlanmağa çalışmışdır. Cavabdehin son davranışları onda ciddi şübhələr yaratmışdır. O, bacısı ilə birgə nikah dövründə qazanılmış əmlaklardakı payını artırmaq və əsassız varlanmaq üçün bu yola əlatmışdır. Cavabdeh C.D.Yəhyayevin ** SR *** dövlət qeydiyyat nömrəli “Şevrolet Epika” markalı avtomobili 10 min manat müqabilində satmasını və pulu götürməsini bütün ailə üzvləri – bacıları Səidə, Səbinə, qardaşı Saleh, anası Zenfira və başqaları da bilirlər və məhkəməyə şahid qismində çağrılacaqları halda bu faktı təsdiq edə bilərlər. Qeyd olunanlara əsasən, Cavabdeh tərəfindən 06 mart 2014-cü ildə 10 (on) min manata faktiki olaraq ona satılmış və 25 may 2024-cü il tarixə kimi istifadəsində olmuş sedan tipli, 2006-cı ilin istehsalı olmaqla mühərrik nömrəsi X2OD1043972K, ban №-si KL1LA69KJ6BO17230 ola1n0 SR 073 dövlət qeydiyyat nömrəli “Şevrolet Epika” markalı minik avtomobili üzərində mülkiyyət hüququnun tanınması və avtomobilin istifadə üçün ona qaytarılması haqqında qətnamə qətnamə qəbul ediməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdiıər və təmin edilməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq iddiaçı maşını pul müqavilində aldığını, həmçinin hərbiçi olduğundan mübahisəli əmlakı adına keçirmədiyini bildirmişdir. Bu səbəbdən də bu neçə illər ərzində avtomobil cavabdehin adında qalmışdır. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2026-cı il tarixdə Elektron kabinet vasitəsilə iddiaya etiraz təqdim edərək bildirdi ki, iddia ərizəsi ilə razı deyil, belə ki, Mübahisə predmeti olan avtomobil bütün müddət ərzində onun adında olmuş va iddiaçının adına heç vaxt keçirilməmişdir. Tərflər arasında avtomobilin alqı-satqısına dair notarial qaydada bağlanmış müqaviləsi mövcud olmamışdır. Həmçinin İddiaçının iddia etdiyi kimi, guya avtomobilin 10.000 (on min) manat məbləğındə alınması faktı heç bir rəsmi sübutla təsdiqlənmir. Bundan başqa, avtomobil bir müddət iddiaçıya yalnız idarə etmək üçün verilmiş etibarnamə əsasında təqdim edilmiş, sonradan isə istifadə olunmadan saxlanılaraq duracağa yerləşdirilmişdir. Tərəfindən avtomobildən istifadə olunmamış və heç bir gəlir əldə edilməmişdir. Mübahisə predmeti olan avtomobil hazırda 16(001)-326/2025 saylı əmlak bölgüsü ilə bağlı başqa bir məhkəmə işi üzrə icraatdadır. Avtomobilin hüquqi statusu hələ müəyyən edilmədiyindən, bu əmlak üzrə paralel olaraq asassız varlanma tələbinin irəli sürülməsi qanunsuz va əsassız olduğunu hesab edir. Buna müvafiq olaraq, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə əsasən, iddia etdiyi halı sübut etmək iddiaçının vəzifəsidir. Hazır ki iş üzrə iddiaçı öz iddiasını təsdiq edən mötəbər və qanuni sübutlar təqdim etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddia ərizəsinin tam şəkildə rədd edilməsini, təqdim etdiyi etirazin iş materiallarına əlavə olunmasını, İddiaçıdan iddia etdiyi pulun verilməsini təsdiq edən rəsmi sübutların təqdim edilməsi xahiş etdi. Etirazında iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı formada məlumatlandırılan cavabdeh məhkəmə iclasında iştirak etmədi və iştirak etməməsinin üzürlü səbəblərinə dair heç bir məlumat daxil olmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş (nümayəndəsinin iştirakını təmin etməmiş) və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə tərəflərin mövqeyini diqqətə alıb, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 2-159754/2025 saylı Azərbaycan Respublikası Baş X7 İdarəsinin cavab məktubundan müəyyən olunur ki, CHEVROLET EPİCA» markalı **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin va sonrakı qeydiyyat hərəkətləri olaraq sözü gedən avtomobil xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək Cavabdeh Dünyamalı oğlunun adına qeydiyatda olmuş, daha sonra Alqı Satqı müqaviləsi əsasında xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü tarixinə qədər etibarnamə üzrə İddiaçı verilmişdir. Həmçinin bildirilmiş ki, «CHEVROLET EPİCA» markalı **-SR-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azarbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, İddiaçı qardaşı, cavabdeh isə keçmiş həyat yoldaşıdır. Tərəflərə qarşı heç bir qərəzi yoxdur. Birgə nigah dövründə 2011-ci ildə sözügedən maşını almışlar. Cavabdeh mülkiyyətində olan “Cruze” markalı maşını Anar adlı şəxslə dəyişmiş və üstündə pul alaraq mübahisəli maşını almışdır. Maşın təxminən 1-il istifadəsində olmuşdur. Cavabdeh pula ehtiyacı olduğundan maşını satmaq istəmiş və o da qardaşından mübahisəli maşını almasını xahiş etmiş və maşını 10 min manat məbləğində pula satmışlar. Seymur 10 min manat pulu atasıgildə cavabdehə təqdim edib. Dəfələrlə qardaşına maşını adına keçirtməyi tənbeh etmişdir. Məhkəmənin suallarına cavab olaraq nəyə görə qardaşının maşını adına keçirtmədiyinə dair məlumatının olmadığını, maşından gələn qazancla bağlı birgə əmlak dövründə qazanılmış qazancın payına düşən hissəsi olaraq iddia qaldırdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı ilə dostluq münasibətləri var, keçmiş iş yoldaşı olmuş və tabeçiliyində xidmət etmişdir. Cavabdehi isə bir neçə dəfə görmüş, yaxın bir münasibəti yoxdur. Sözügedən maşını Ceyhundan aldığını, Seymura məxsus olduğunu bildiyini, 2 dəfə şəxsiyyət vəsiqəsi və etibarnamə üçün əsas olan başqa sənədləri Ceyhuna apardığını bildirdi. Məhkəmənin suallarına cavab olaraq isə Seymurun həmin maşını sürdüyünün dəfələrlə şahidi olub və avtomobilin alınmasından xəbəri var idi. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 567-ci maddəyə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarinın 2.9-cu bəndinə əsasən nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhviltəslim aktı və nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlugunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İş materiallarından görünür ki, mübahisəli əmlaka dair tərəflər arasında rəsmi alqı-satqı müqaviləsi bağlanmamış, avtomobil 13 il ərzində cavabdehin mülkiyyətində olmuş, sonuncu tərəfindən müxtəlif vaxtlarda iddiaçıya verilmiş etibarnamələr əsasında avtomobil iddiaçının istifadəsində olmuşdur. İş üzrə ifadə verən şahidlər də hazırda cavabdehlə münaqişəli vəziyyətdə olan, aralarında əmlak mübahisəsi gedən İddiaçı tərəfin yaxın qohumu – bacısı, digər şahid isə iddiaçının əvvəllər tabeçiliyində xidmət göstərən və hazırda yaxın dostu olan şəxsdir. Qeyd olunanlar isə ifadə verən şahidlərin bildirdiklərinin həqiqətə nə dərəcədə uyğun olmasına bir qədər kölgə salmış olur, halbuki Məhkəmə hər hansı iş üzrə qərar qəbul edərkən bütün ziddiyyətli məqam və şübhəli hallardan azad bir mövqe sərgiləməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və avtomobil üzərində sonuncunun mülkiyyət hüququnun tanınması tələbinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və avtomobil üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-5761/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5761/2025
19.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver