Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5786/2025 04.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlak-qızıl zinət əşyalarının qaytarılması” tələbinə dair Açar sözlər : (əmlak) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak-qızıl zinət əşyalarının qaytarılması” barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “əmlak-qızıl zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, hal – hazırda Cavabdehkı ona məxsus olan dəyəri 5300 manat olan, 750 əyyarlı ümumi çəkisi 26,5 qram, 3.40 əyarlı brilyant qaşlı qızıl dəsti (1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük), dəyəri 495 manat olan 585 əyarlı, 4.5 qram 1 cüt qızıl sırğa, dəyəri 550 manat olan, 750 əyarlı, 3.2 qram 1 qızıl üzük, dəyəri 1120 manat olan, 750 əyarlı, 6.2 qram 1 qızıl qolbağın və həyat yoldaşı ilə birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış mənzilin açarının, ödədiyi 100 (yüz) manat dövlət rüsumunun və vəkil ilə müqavilə bağlanması üçün ödədiyi 325 (üç yüz iyirmi beş) manat vəsaitin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə oğlu X11 nikahda olduğu dövrdə ailəvi münasibətləri çərçivəsində ona məxsus olmayan, onun şəxsi mülkiyyətində olan dəyəri 5300 manat olan, 750 əyyarlı ümumi çəkisi 26,5 qram, 3.40 əyarlı brilyant qaşlı qızıl dəsti (1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük), dəyəri 495 manat olan 585 əyarlı, 4.5 qram1 cüt qızıl sırğa, dəyəri 550 manat olan, 750 əyarlı, 3.2 qram1 qızıl üzük, dəyəri 1120 manat olan, 750 əyarlı, 6.2 qram 1 qızıl qolbağı yalnız müvəqqəti istifadə üçün toy mərasiminə getməsi məqsədilə vermişdir. Cavabdeh həmin dövrdə həyat yoldaşı X2 mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən yaşayış mənzilində yaşayırdı. Onlar rəsmi nikahda olarkən mənzilin açarı da onun istifadəsində idi. Oğlu Orxanla Cavabdeh 1 saylı Bakı "Asan xidmət mərkəzi" qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 171 saylı akt qeydinə əsasən rəsmi olaraq boşanmışdır. Boşanma ərəfəsində Cavabdeh vaxtı ilə ünvan 3 ünvanında yerləşən yaşayış mənzildə yaşayarkən ona verilmiş ehtiyat açardan istifadə edərək, onun və oğlunun xəbəri və icazəsi olmadan mənzildə olmadıqları zamanı mənzilə gələrək qızılları götürmüşdür. Cavabdeh götürdüyü dəyəri 5300 manat olan, 750 əyyarlı ümumi çəkisi 26,5 qram, 3.40 əyarlı brilyant qaşlı qızıl dəsti (1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük), dəyəri 495 manat olan 585 əyarlı, 4.5 qram 1 cüt qızıl sırğa, dəyəri 550 manat olan, 750 əyarlı, 3.2 qram 1 qızıl üzük, dəyəri 1120 manat olan, 750 əyarlı, 6.2 qram 1 qızıl qolbağı qaytarmaq istəmir. Cavabdehin həmin əşyaları icazəsiz götürməsi ilə bağlı həyat yoldaşı X8 Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ - nə müraciət etmişdir. Cavabdeh Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı Qabil Hüseynova izahat yazarkən 27 aprel 2025-ci il tarixində ünvan 1 ünvanında yerləşən yaşayış mənzilə getdiyini, həmin qızılları götürdüyünü və onların hal-hazırda onda olduğunu etiraf etmişdir. Boşanma zamanı cavabdeh onun şəxsi mülkiyyəti olan qızıl zinət əşyalarını qaytarmamış, həmçinin ərinə məxsus mənzilin və blokun qapısını açan maqnit açarı da özündə saxlayaraq mənzildən çıxmışdır. Dəfələrlə orada olmayanda Cavabdeh atası (X17) və qardaşı (X18) ilə icazəsiz olaraq mənzilə daxil olmuşlar. Onun mənzilə daxil olması binanın təhlükəsizlik kamerasına da düşmüşdür. Dəfələrlə şifahi tələblərinə baxmayaraq, cavabdeh həmin əşyaları və açarları qaytarmaqdan imtina edir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçınnı nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh ilə oğlu X11 nikahda olduğu dövrdə ailəvi münasibətləri çərçivəsində əyəri 5300 manat olan, 750 əyyarlı ümumi çəkisi 26,5 qram, 3.40 əyarlı brilyant qaşlı qızıl dəsti (1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük), dəyəri 495 manat olan 585 əyarlı, 4.5 qram 1 cüt qızıl sırğa, dəyəri 550 manat olan, 750 əyarlı, 3.2 qram 1 qızıl üzük, dəyəri 1120 manat olan, 750 əyarlı, 6.2 qram 1 qızıl qolbağı yalnız müvəqqəti istifadə üçün toy mərasiminə getməsi məqsədilə verdiyini iddia etmiş və qeyd olunan əşyaların qanunsuz sahiblikdən geri qaytarılmasını tələb etmişdir. Lakin qeyd olunan tələb tamamilə qanunsuz və əsassız olduğu üçün bu tələb ilə razılaşmayaraq, iddia tələbinin rədd edilməsini xahiş edir. Belə ki, iddia ərizəsində göstərilmiş 750 əyyarlı ümumi çəkisi 26,5 qram, 3.40 əyarlı brilyant qaşlı qızıl dəst (1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük), 585 əyarlı, 4.5 qram 1 cüt qızıl sırğa, 750 əyarlı, 3.2 qram 1 qızıl üzük, 750 əyarlı, 6.2 qram 1 qızıl qolbağı iddia ərizəsində qeyd olunduğu kimi müvəqqəti istifadəyə toy mərasiminə getməsi məqsədilə deyil, evlilik ərəfəsində və birgə nikah dövründə ona hədiyyə olaraq təqdim edilmişdir. Sübut qismində tərəfindən mülki işə video görüntülər, şəkillər, müvafiq yazışmalar əlavə ediləcəkdir. Həmçinin iddiaçı tərəfin də qeyd etdiyi kimi, qızıl-zinyət əşyalarının geri qaytarılması tələbi ilə bağlı tərəflərindən Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ - nə müraciət edilmiş, Xətai RPİ-nin 36-cı Şöbəsinin təhqiqatçısı, polis mayoru Qabil Hüseynovun 20 iyun 2025-ci il tarixli qərarında göstərilmişdir ki, araşdırma zamanı Nigar Məmmədovanın əri Orxan Məmmədovla birgə yaşadığı ünvan 4 ünvanından ona verilmiş qızıl-zinyət aşyalarını götürməsi, əməlin qanunsuzluqla müşayət edilməməsi müəyyən edilmişdir. Qeyd olunanlar bir daha təsdiq edir ki, Cavabdeh əməllərində hər hansı qanunsuzluq olmamış, keçmiş həyat yoldaşı Məmmədov Orxandan ayrılan zaman nikaha daxil olan ərəfədə və nikah dövründə ona hədiyyə olaraq verilmiş, öz istifadəsində, sahibliyində və ən əsası mülkiyyətində olan əşyaları özü il birlikdə götürmüş, hər hansı şəxsin mülkyyətini ələ keçirməmiş, hər hansı əşyanı qanunsuz sahiblikdə saxlamamaqdadır. Üstəlik, iddiaçının da iddia ərizəsində qeyd etdiyi kimi, Cavabdeh ilə keçmiş həyat yoldaşı X11 nikaha daxil olduqdan sonra X3 atası X4 məxsus, ünvan 3 ünvanında yerləşən mənzildə ayrıca yaşamışlar, iddiaçı həmin mənzildə yaşamamış, ona məxsus qızıl-zinyət əşyalarının həmin mənzildə olması inandırıcı və ağlabatan deyildir. Üstəlik müvəqqəti istifadəyə verilmiş əşyaların məhz ailə münasibətləri korlandıqdan sonra tələb edilməsi də aşkar şəkildə iddiaçının vaxtikən hədiyyə edilmiş edilmiş əşyaların tamamilə əsassız olaraq geri qaytarılması cəhdi kimi qəbul edilməlidir. Göründüyü kimi, iddiaçı tərəf hədiyyə edilmiş qızıl-zinyət əşyalarının vaxtikən onun tərəfindən əldə edildiyini iddia etməklə məhkəməni yanıltmağa və diqqətini digər istiqamətə yönəltməyə çalışmışdır. Halbu ki, mübahisəli məsələdə əsas diqqət yetirilməli məqam əşyaların cavabdeh tərəfindən götürülübgötürülməməsi və ya nə zaman götürülməsinin müəyyən edilməsi deyil, əşyaların götürülməsi ilə bağlı subyektiv hüququn kimə məxsus olmasından ibarətdir. Belə ki, Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan normanın məzmunundan aydın şəkildə göründüyü kimi, 750 əyyarlı ümumi çəkisi 26,5 qram, 3.40 əyarlı brilyant qaşlı qızıl dəsti (1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük), 585 əyarlı, 4.5 qram 1 cüt qızıl sırğa, , 750 əyarlı, 3.2 qram 1 qızıl üzük, dəyəri, 750 əyarlı, 6.2 qram 1 qızıl qolbağı Cavabdeh mülkiyyətində olmuş, keçmiş həyat yoldaşı X11 ilə birgə yaşadıqları evi tərk edərkən özünə məxsus olan qızıl-zinyət əşyalarını özü ilə birlikdə götürməsi hər hansı şəxsin mülkiyyət hüquqlarına toxunmamış, hər hansı şəxsi qanunsuz olaraq sahiblikdən məhrum etməmişdir. Üstəlik iddia ərizəsində qızıl-zinyət əşyalarının dəyəri tamamilə süni şəkildə şişirdilmiş və həqiqəti əks etdirməməkdədir. Belə ki, iddia ərizəsinə sübut qismində əlavə edilmiş, X5 alndığı iddia edilən, 750 əyyarlı 3.2 qram çəkidə olan qızıl üzük üçün 550 BƏƏ dirhəmi ödənilməsinə və iddia ərizəsi təqdim edilən tarixə BƏƏ dinarının Azərbaycan manatına qarşı məzənnəsinin 0.46 AZN (46 qəpik) təşkil etməsinə və nəticədə qeyd olunan üzük üçün vergilər daxil 266.8 (iki yüz altmış altı manat səksən qəpik) manat ödənilməsinə baxmayaraq, nədənsə bu məbləğ iddia ərizəsində şişirdilmiş şəkildə 550 (beş yüz əlli) manat olaraq göstərilmişdir. Bu fakt özlüyündə qızıl-zinyət əşyalarının dəyərini süni formada şişirdilmiş olduğunu sübuta yetirməkdədir. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən İddiaçı cavabdeh X1 qarşı iddia tələbini təmin etməməyinizi, məhkəmədə iddia qaldırılması və vəkil xərcləri ilə əlaqədar ödənilmiş xərclərin özünə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş: - AZ-İ seriyalı, 531470 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Cavabdeh qızaı arasında bağlanmış nikah xx.xx.2025-ci il tarixdə 1 saylı bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində pozulmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən mənzil xx.xx.2024-cü il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. - Vİİ-JQ seriyalı, 265155 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X14 xx.xx.1995-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra qadına Məmmədova soyadı verilmişdir. -iddiaçı və cavabdeh arasında həyata keçirilmiş və həqiqiliyi tərəflərin nümayəndəsi tərəfindən təsdiq edilmiş yazışmaların çıxarışından görünür ki, cavabdeh tələb edilən qolbağın şəklini iddiaçıya göndərmiş, iddiaçı isə özünün bəyəndiyini və sağlıqla istifadə edilməsini diləmişdir. - Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ - nə müraciət edilmiş, Xətai RPİ-nin 36-cı Şöbəsinin təhqiqatçısı, polis mayoru Qabil Hüseynovun 20 iyun 2025-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı Nigar Məmmədovanın əri Orxan Məmmədovla birgə yaşadığı ünvan 4 ünvanından ona verilmiş qızıl-zinyət aşyalarını götürməsi, əməlin qanunsuzluqla müşayət edilməməsi müəyyən edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. I. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Bununla da oxşar hallarda qızıl-zinət əşyaları da daxil olmaqla əşya tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq-«sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir: - iddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir; - mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; - mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Bu isə öz növbəsində aşağıdakıları nəzərdə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: birincisi, tələb olunan əşya mövcuddur; ikincisi, tələb olunan əşya iddiaçıya məxsusdur; üçüncüsü, tələb olunan əşya cavabdehdədir; dördüncü, tələb olunan əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı cavabdehin keçmiş qaynanasıdır. Məhkəmə tərəfləri dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X9 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə işin faktiki hallarını, bu münasibətləri tənzimləyən qanunvericiliyin normalarını, həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən Qərarının müddəalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “əmlak- qizil zinət əşyalarının qaytarılması” tələbinə dair iddia rədd edilməlidir. V. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclər qismində iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak- qizil zinət əşyalarının qaytarılması” tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-5786/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5786/2025
04.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver