Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5904/2024 06.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil İzahət oğlunun iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəyişməklə, məhkəmədən mülkiyyətində olan mənzillərə daxil olmasına Cavabdeh mTK tərəfindən olan maneələrin aradan qaldırılması və həmin maneələrin MTK-ya qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, Heydər Hüseynov küçəsi 37 A-da fəaliyyət göstərən Cavabdeh Mənzil Tikinti Kooperativinin (VÖEN:**********) qanuni təmsilçi X4, 14 may 2024-cü il tarixli Dərnəgül Mənzil Tikinti Kooperativinin üzvlərinin X1 Çıxarışa əsasən kooperativə üzv qəbul edilib əldə etdiyi aşağıda qeyd olunan ünvanlardakı mənzillərə onu buraxmamağa qərar vermişdir. Qeyd olunanlara əsasən, vəziyyəti belə görüb başa düşmüşdür ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, Heydər Hüseynov küçəsi 37 A-da fəaliyyət göstərən Cavabdeh Mənzil Tikinti Kooperativinin qanuni təmsilçi X4 mənim xəbərim olmadan 14 may 2024-cü il tarixli Dərnəgül Mənzil Tikinti Kooperativinin üzvlərinin X1 Çıxarışa əsasən kooperativə üzv qəbul edilib əldə etdiyi aşağıda qeyd olunan mənzilləri: 1.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 6, mərtəbə 9, mənzil 37, 3 otaqlı, ümumi sahəsi 135.6 kv.m; 2.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 6, mərtəbə 10, mənzil 42, 3 otaqlı, ümumi sahəsi 135.6 kv.m; 3.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 6, mərtəbə 8, mənzil 32, 3 otaqlı, ümumi sahəsi 135.6 kv.m; 4.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 3, mərtəbə 16, mənzil 74, 3 otaqlı, ümumi sahəsi 129.4 kv.m; 5.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 3, mərtəbə 15, mənzil 69, 3 otaqlı, ümumi sahəsi 129.4 kv.m; 6.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 3, mərtəbə 14, mənzil 64, 3 otaqlı, ümumi sahəsi 129.4 kv.m; 7.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 7, mərtəbə 15, mənzil 69, 2 otaqlı, ümumi sahəsi 110.5 kv.m; 8.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 7, mərtəbə 16, mənzil 74, 2 otaqlı, ümumi sahəsi 110.5 kv.m; 9.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 7, mərtəbə 16, mənzil 75, 2 otaqlı, ümumi sahəsi 105.9 kv.m; 10.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 7, mərtəbə 15, mənzil 70, 2 otaqlı, ümumi sahəsi 105.9 kv.m; 11.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 7, mərtəbə 16, mənzil 73, 1 otaqlı, ümumi sahəsi 62.8 kv.m. digər şəxslərin adlarına rəsmiləşdirmək istəyir. Halhazırda Cavabdeh Mənzil Tikinti Kooperativinin qanuni təmsilçi X2 qanunsuz göstərişi ilə onun öz mənzillərinə getməyinə maneələr yaradılır. Bu onun hüquqlarını pozur. Hesab edir ki, mülkiyyətində olan qeyd olunan əmlakdan istifadə olunmasına və həmin mənzillərə daxil olmağına Cavabdeh Mənzil Tikinti Kooperativinin qanuni təmsilçi X4 tərəfindən olan maneələr aradan qaldılmalı və həmin maneələrin olunması ona qadağan edilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının mənzillərindən sərbəst istifadə etmək imkanı olmuş olsaydı, bu gün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmazdı. Hazırda məhkəmədə Nəbiyev Cəbrayılın digər bacısı və qardaşının ona qarşı qaldırdıqları eyni məzmunlu iddiaları vardır. Qarşı tərəfin bildirdiyi kimi vəkil olaraq onun iştirakı ilə binaya daxil olarkən hər hansı maneə yaradılmasa belə, bu yalnız görüntü üçün ola bilər. Bu halda cavabdehi hər zaman müşayiət etməsi mümkünsüzdür. Digər tərəfdən bu maneənin sonradan yaradılmayacağına əsas vermir. Əgər cavabdeh tərəf iddia edirsə ki, hər hansı maneə mövcud deyil, o zaman iddianın təmin edilməsinə etirazının olmadığını demək olar. Məsələ iddiaçının MTK-ya gəlməsi ilə bağlı deyil. İddiaçı MTK-ya gəlsə də, mənzillərinin təmirinə, satışına, istifadəsinə MTK rəhbərliyi tərəfindən maneələr yaradılır.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçı ilə Cəbrayıl Nəbiyev qardaşdırlar. İddiaçının atası bu yaxınlarda vəfat etmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativinin rəhbəri əvvəllər iddiaçının atası olmuşdur. Cəbrayıl Nəbiyev MTK-nın direktorudur, iddiaçı və digər şəxslər isə MTK-nın üzvləridirlər. Cəbrayıl Nəbiyev iddiaçının iddia ərizəsində qeyd etdiyi 11 mənzilə daxil olmasına maneələr yaradır. Halbuki həmin mənzillər iddiaçının mülkiyyətindədir və iddiaçı öz mülkiyyətində olan mənzillərə sərbəst daxil olmaq istəyir. Cavabdeh Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi X3r. İddiaçının Cavabdeh Mənzil Tikinti Kooperativində payı vardır.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddianın rədd edilməsini xahiş edir. Belə ki, ortada heç maneə mövcud deyildir. Hətta iddiaçı bu yaxınlarda həmin binada olan iki mənzilini satmışdır. Vaxt verilərsə, iddiaçının MTK-ya sərbəst giriş və çıxışına dair videoları təqdim edə bilər. İddia ərizəsi belə formal olaraq tərtib edilmiş, maneə dedikdə nəyin nəzərdə tutulduğu məlum deyil.Təqdim edilmiş fotoşəkillər iddia edildiyi kimi mövcud olan maneəni hər hansı formada təsdiq etmir. Belə ki, əgər şəxs döyülübsə bu barədə polisə şikayət edə bilər. Heç bilinmir ki, şəxs həqiqətən döyülüb, yoxsa özünə xəsarət yetirib, döyülübsə kim döyüb. Bütün bu məqamları mülki məhkəmə icraatı qaydasında araşdırılması mümkünsüzdür və hazırki mübahisəyə aidiyyəti şübhə doğurur. Digər tərəfdən bu iddianın qaldırılmasının əsas məqsədi, iddiaçının evinə qətnamə və icra məmuru ilə daxil ola bildiyini göstərməyə nail olmaqdır. Belə ki, tərəflərin vərəsəlik üzrə məhkəmə mübahisələri davam edir. İndiki qətnamə digər hakimin daxili inamının formalaşmasına təsir edə bilər.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçı üçün hər hansı bir maneə yoxdur. İddiaçı mülkiyyətində olan əmlaklardan rahat şəkildə istifadə edə bilər. Onda olan məlumat əsasən əmlakların açarları da iddiaçıdadır. Bundan başqa bildirmək istəyir ki, iddiaçı ilə "xxxx" Mənzil-Tikinti Koorperativinin sədri qardaşdırlar. Qardaşlar arasında hər hansı bir mübahisə olsa belə hazırda iddiaçının əmlaklarından istifadəsinə heç bir maneə yoxdur. Cəbrayıl müəllimlə iddiaçı arasında ailə daxili mübahisə olsa da, Cəbrayıl müəllim iddiaçıya öz əmlaklarından istifadəyə heç bir maneə törətmir. İddiaçı istədiyi vaxt öz əmlaklarından rahat şəkildə istifadə edə bilər. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:
7. Cavabdeh MTK tərəfindən verilən 430 №-li maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 6, mərtəbə 9, mənzil №37, otaq sayı 3, ümumi sahəsi 135,6 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur.
8. Cavabdeh MTK tərəfindən verilən 434 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 7, mərtəbə 16, mənzil №75, otaq sayı 2, ümumi sahəsi 105,9 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur.
9. Cavabdeh MTK tərəfindən verilən 431 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 6, mərtəbə 10, mənzil №42, otaq sayı 3, ümumi sahəsi 135,6 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur.
10. Cavabdeh MTK tərəfindən verilən 433 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 7, mərtəbə 16, mənzil №74, otaq sayı 2, ümumi sahəsi 110,5 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur.
11. Cavabdeh MTK tərəfindən verilən 433 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 3, mərtəbə 14, mənzil №64, otaq sayı 3, ümumi sahəsi 129,4 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur.
12. Cavabdeh MTK tərəfindən verilən 435 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 7, mərtəbə 15, mənzil №69, otaq sayı 2, ümumi sahəsi 110,5 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur.
13. Cavabdeh MTK tərəfindən verilən 435 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 6, mərtəbə 8, mənzil №32, otaq sayı 3, ümumi sahəsi 135,6 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur.
14. Cavabdeh MTK tərəfindən verilən 428 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 3 mərtəbə 16, mənzil №74, otaq sayı 3, ümumi sahəsi 129,4 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur.
15. Cavabdeh MTK tərəfindən verilən 435 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 3, mərtəbə 15, mənzil №69, otaq sayı 3, ümumi sahəsi 129,4 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur.
16. Cavabdeh MTK tərəfindən verilən 436 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 7, mərtəbə 15, mənzil №70, otaq sayı 2, ümumi sahəsi 105,9 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur.
17. Cavabdeh MTK tərəfindən verilən 432 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 7, mərtəbə 16, mənzil №73, otaq sayı 1, ümumi sahəsi 62,8 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur.
18. Cavabdeh MTK üzvlərinin X1 olan çıxarışlardan görünür ki, İddiaçı Cavabdeh MTK-ya üzv qəbul edilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
19. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış kompleksində dəyərini tam ödəməklə iddia ərizəsində sadalanan 11 ədəd mənzil almışdır. Hazırda həmin mənzillərdən istifadəyə MTK rəhbərliyi tərəfindən maneə yaradıldığını iddia edir. Məhkəmə mübahisəsi dövründə müəyyən edildi ki, iddiaçı ilə MTK-nin icraçı direktoru X4 qardaşdırlar və aralarında ailə münasibətlərindəm irəli gələn gərginlik var. Cavabdehin nümayəndəsi və vəkili isə iddiaçının mənzillərinə daxil olmağına, istifadə etməsinə, satışına MTK tərəfindən hər hansı maneə törədilmədiyini və hazırki mübahisənin əsassız olduğunu, hətta cavabdeh tərəfindən özünəməxsus mənzillərdən ikisinin artıq satışının baş tutduğunu bildirməklə iddiaya etiraz edir. İddiaçı tərəf isə MTK-nın qardaşı olan rəhbərinin ailə daxili mübahisəyə əsaslanaraq, səlahiyyətlərindən istifadə edərək onun mülkiyyət hüquqlarını həyata keçirməsinə suni maneələr yaratdığını bildirməklə cavabdehin mülahizələrinə etiraz edir. Tətbiq edilən maddi hüquq normaları:
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
23. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
25. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
26. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
27. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
28. 226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzəktamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır.
29. 226.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir.
30. 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
31. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
32. 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
33. 112.2. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir.
34. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
35. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Məhkəmənin mövqeyi:
36. Qanunvericiliyin yuxarı göstərilən normalarından göründüyü kimi Mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mülkiyyətçi isə qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.
37. İddia ərizəsində göstərilən mənzillərin iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəf də həmin mənzillərin iddiaçıya məxsusluğunu mübahisələndirmir, bununla belə iddiaçının mülkiyyətində olan mənzillərdən istifadəsi ilə bağlı hər hansı maneənin törədilmədiyini bildirərək, iddiaya etiraz edir. Eyni zamanda hər iki tərəf iddiaçı ilə Kooperativin sədri arasında vərəsəliklə bağlı ailədaxili mübahisələrinin olduğunu qəbul edirlər.
38. Məhkəmə işin mübahisələndirilən halı ilə bağlı qeyd edir ki, maneənin mövcudluğu, maneə anlayışı ümumiyyətlə özündə bir çox subyektiv və obyektiv amilləri ehtiva edir. Misal üçün Kooperativin hər hansı nümayəndəsinin sözlə və ya hərəkətsizliklə müşayət edilən mövqeyi subyektə görə maneə kimi qiymətləndirilə bilər. Həmin halın sübut edilməsinin çətinliyi isə anlaşılandır. Məhz bu səbəbdən də iddiaçının üzərinə həmin halın təsdiqi ilə bağlı konkret sübutun təqdim edilməsi barədə vəzifənin qoyulması prosessual qanunvericiliyin prinsiplərinə uyğun deyildir. Bununla belə, iş halları ilə müəyyən edilmişdir ki, cavabdeh kooperativin sədri ilə iddiaçı arasında şəxsi münasibətlər zəminində mübahisə vardır və həmin hal maneənin mövcudluğu kimi qiymətləndirilə bilər. Eyni zamanda cavabdehin göstərilənləri təsdiq edərək iddiaya etiraz etməsi də maneənin mövcudluğunu dolayı yolla sübut edir. Tətbiq edilən prosessual normalar:
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
40. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
41. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
42. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
43. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə ünvanında yerləşən Cavabdeh Mənzil Tikinti Kooperativində olan mənzillərinə daxil olmağına maneə törədilməsi Cavabdeh Mənzil Tikinti Kooperativinə qadağan edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
44. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə ünvanında yerləşən Cavabdeh Mənzil Tikinti Kooperativində olan mənzillərinə daxil olmağına maneə törədilməsi Cavabdeh Mənzil Tikinti Kooperativinə qadağan edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlkin Əliyev