Məhkəmə qərarları › İş №e-2(001)-6020/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6020/2022

26.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6020/2022 26.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh adına olan xx.xx.2022-ci il tarixli köçürmə sənədinin (invois-in) etibarsız hesab edilməsinə, xx.xx.2022-ci il tarixdə Kookmin Bank (**********5128) Swift code: cznbksexxx hesaba 8425 dollar ödənilməklə alınmış 2012-ci il buraxılışlı Kia Sorento markalı avtomobilə mülkiyyət hüququnun tanınmasına, avtomobilin ona təhvil verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Cavabdeh adına olan xx.xx.2022-ci il tarixli köçürmə sənədinin (invois-in) etibarsız hesab edilməsinə, xx.xx.2022-ci il tarixdə Kookmin Bank (**********5128) Swift code: cznbksexxx hesaba 8425 dollar ödənilməklə alınmış 2012-ci il buraxılışlı Kia Sorento markalı avtomobilə mülkiyyət hüququnun tanınmasına, avtomobilin ona təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmə baxışı zamanı iddiaçı cavabdehlə tərtib etdikləri barışıq sazişini və mülki iş üzrə icraata xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək sazişin təsdiq edilməsini və mülki işlə bağlı iddia tələbləri üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barışıq sazişində tərəflər aşağıdakı şərtləri müəyyən etmişlər. 1.Müqavilənin premeti 1.1.Sazişin predmeti: 1.2. Bu saziş üzrə tərəflər e-2(001)-6020/2022 saylı mülki üzrə mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər və danışıqlar yolu ilə həll edirlər. 2.Tərəflərin öhdəlikləri: 2.1. İddiaçı öhdəlikləri: 2.1.1. bu sazişin 1.1-ci bəndində göstərilən mülki iş üzrə iddia tələbindən imtina etmək; 2.1.2.Cavabdeh ona qarşı verilmiş iddia ərizəsində tələb olunan Kia Sorento markalı (2012-ci il buraxılışlı, 2 diesel.vin: knaku815bda394644) avtomobilin İddiaçı xeyrinə könüllü qaydada imtina edir. 2.1.3.Cavabdeh Kia Sorento markalı (2012-ci il buraxılışlı, 2.0 diesel.vin.knaku815bda394644) avtomobilin İddiaçı mülkiyyətinə rəsmiləşdirməsinə razılıq verir. 2.2.İddiaçı öhdəlikləri. 2.2.1.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Ağaələkbr qızının Cavabdeh ona qarşı xx.xx.2022-ci il tarixli köçürmə sənədinin (invois-in) etibarsız hesab olunması, xx.xx.2022-ci il tarixdə (Kookmin bank (**********5128) swift code:cznbkrsexxx hesaba 8425 dollar ödənilməklə alınmış 2012-ci il buraxılışlı Kia Sorento markalı (2012-ci il buraxılışlı, 2.0 diesel.vin:knaku815bda394644) avtomobilə İddiaçı mülkiyyət hüququnun tanınması və həmin avtomobilin İddiaçı təhvil verilməsi barədə iddia tələbindən imtina edir və işin icraatına xitam verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edir. 2.2.2.Cavabdeh barəsində müvafiq dövlət və ya qeyri-dövlət orqanlarına həqiqətə uyğun olmayan, onun işgüzar nüfuzuna zərər vuran har hansı müraciətlər (şikayət, ərizələr və.s) etməmək. 2.2.3.Tərəflər bu sazişin şərtlərini icra etdikdən sonra, gələcəkdə bu sazişin 2.1-ci bəndində göstərilən mübahisə barədə iddia tələbi ilə məhkəməyə müraciət etməyəcəklərinə dair öz üzərlərinə öhdəlik götürürlər. Əgər tərəflərdən hər hansı biri bu öhdəliyə əməl etməzsə və məhkəməyə müraciət edərsə bu zaman digər tərəf işin icraatına xitam verilməsini tələb etmək hüququna malik olur.

3. Yekun müddəalar: 3.1.Bu saziş bu sazişin 2.1-ci bəndində göstərilənlər e-2(001)-6020/2022 saylı mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. 3.2.Bu saziş sazişin 2.1.2-ci və 2.1.3-cü bəndində gəstərilən nəqliyyat vasitəsinə (avtomobilə) müvafiq dövlət orqanında qeydiyyata düşməsi üçün, həmçinin mülkiyyət hüququ verən texniki pasportun alınması üçün əsasdır. 3.3.Tərəflər arasında bağlanılmış barışıq razılaşması məhkəmə qərardadı əsasında təsdiq edildikdən sonra X1 və Cavabdeh arasında mövcud olmuş mübahisəyə xitam verilir. 3.4.Tərəflər bu sazişin bütün şərtlərinə əməl etdikdən sonra bir-birinə qarşı bu sazişin 2.1-ci bəndində göstərilən mülki iş barədə hər hansı bir məhkəmədə iddia tələbi irəli sürməyəcək və digər mübahisələrə dair icraat başlanılması haqqında ərizə, vəsatət və şikayət verməyəcəklər. Tərəflərin hər hansı biri belə hərəkətlərə yol versələr, digər tərəf bu sazişə istinadən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla ərizənin geri qaytarılması, ərizənin baxılmamış saxlanması va ya icraata xitam veriməsi tələbini irəli sürə bilər. 3.5.Bu sazişin qüvvəsi ondan ibarətdir ki, tərəflər mübahisəli va ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi bu sazişə əsasən istisna edilir va huquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu sazişdə təsbit edilənlər etibarlı olur. 3.6.Bu saziş bağlandığı və notariat qaydasında tasdiq edildiyi andan qüvvəyə minir. 3.7. Bu saziş dörd nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi, onlardan biri notariat kontorunda (ofisində), digərləri isə tərəflərdə saxlanılır. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X2 məhkəməyə təqdim olunan barışıq sazişinin təsdiq olunmaqla mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib aşağıdakı qənaətə gəlir. Azərbaycan Respublikası MPM-nin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2.-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 52.3.-cü maddəsinə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Prosessual normaların mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi barədə hər hansı şərt özü-özlüyündə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1.-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2.-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası MPM-nin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0. maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, fin nömrəsi xxxxxxx olan Kia Sorento minik markalı 77HR605 dövlət qeydiyyat nişanlı ban tipi universal olan ban nömrəsi KNAKU815BDA394644 müərrik nömrəsi CH477605 mühərrik həcmi 1995 istehsal ili 2012 ağ rəngli nəqliyyat vasitəsinə dair İddiaçı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər hazırkı mülki iş üzrə aralarında olan mübahisəni barışıq sazişinə əsasən həll etmiş, barışıq sazişi, sazişin 3.6.cı bəndinə əsasən bağlandığı və notariat qaydasında tasdiq edildiyi andan qüvvəyə mindiyindən iddiaçının mübahisəli nəqliyyat vasitəsinə dair mülkiyyət hüquqları qeydə alınmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, barışıq sazişinin, sazişin 3.6.-cı bəndinə əsasən bağlandığı və notariat qaydasında tasdiq edildiyi andan qüvvəyə mindiyini, tərəflərin sazişi icra edərək iddiaçının mübahisəli nəqliyyat vasitəsinə dair mülkiyyət hüquqlarının qeydə alındığını, qüvvəsini alan sazişə əsasən iddiaçının hazırkı mülki iş üzrə iddia tələblərindən imtina etməsini, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi barədə hər hansı bir şərtin etibarsız olmasını nəzərə alıb tərəflər arasında bağlanan sazişi qismən təmin edərək mülki iş üzrə icraata xitam verir, sazişi qalan hissədə təmin etmir. Tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi bildirilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ

İddiaçı Cavabdeh qarşı Cavabdeh adına olan xx.xx.2022-ci il tarixli köçürmə sənədinin (invois-in) etibarsız hesab edilməsinə, xx.xx.2022-ci il tarixdə Kookmin Bank (**********5128) Swift code: cznbksexxx hesaba 8425 dollar ödənilməklə alınmış 2012-ci il buraxılışlı Kia Sorento markalı avtomobilə mülkiyyət hüququnun tanınmasına, avtomobilin ona təhvil verilməsinə dair 2(001)-6020/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar