Məhkəmə qərarları › İş №e-2(001)-6069/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6069/2025

01.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6069/2025 01.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş avtomobilin bölgüsü, ½ hissədə payın müəyyən edilməsi tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş avtomobilin bölgüsü, ½ hissədə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, ərizənin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məzmununa riayət edilməmiş, belə ki, ərizəyə hazırki məzmunda məhkəmə qaydasında baxıla bilməz. Məhkəmənin tətbiq etdiyi hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmənin mövqeyi İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-705/2025 saylı qətnaməsi ilə tələb qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, “Kia Sportage” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobil üzrə alqı-satqının ləğv edilməsi hissəsində iddia rədd edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hazırki məzmunlu tələb üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan icraata götürülməsindən imtina olunmalı, iddiaçıya Apellyasiya İnstansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində qeyd olunanları nəzərə almaqla yeni əsaslarla iddia qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş avtomobilin bölgüsü, ½ hissədə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata götürülməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, onun Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində hazırki tələblə əlaqədar qeyd olunanları nəzərə almaqla yeni əsaslarla iddia qaldırmaq hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (elektron kabinet vasitəsilə) Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar