Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-607/2024 17.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh12, Cavabdeh11, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, X2, Cavabdeh10, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh8, Cavabdeh2, X5, X10, X11 və Cavabdeh7 qarşı əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən və icarəsində olan torpaq sahəsindən çıxarılmaqla qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin boşaldılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh12, Cavabdeh11, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, X2, Cavabdeh10, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh8, Cavabdeh2, X5, X10, X11 və Cavabdeh7 qarşı əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən və icarəsində olan torpaq sahəsindən çıxarılmaqla qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin boşaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı Dəmiryolu İdarəsinin Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 31 ünvanında yerləşən 659 saylı elektrik quraşdırma qatarının əmlakını özəlləşdirmişdir. Həmin ünvanda yerləşən və əsas sahəsi 710,9 m2, köməkçi sahəsi 967,9 m2 (ümumi sahəsi 1678,8 m2) olan 9 adda qeyri-yaşayış sahəsi (inzibati bina, anbar, sex, təmir emalatxanası, gözətçi məntəqəsi, mexanizasiya şöbəsinin binası) iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə iddiaçıya xx.xx.1999-cu il tarixli 1119 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçıya məxsus qeyriyaşayış obyektlərinin yerləşdiyi 7120,4 m2 torpaq sahəsi dövlət mülkiyyətində olduğundan Dövlət Əmlak Komitəsi iddiaçı ilə icarə müqaviləsi bağlamış və iddiaçı hər ay 1082,5 manat icarə haqqı ödəyir. Özəlləşdirmədən sonra ərazidəki inzibati binada iddiaçının təsisçisi olduğu Kontur Arxitektura və Layihə-Sənaye Müəssisəsi fəaliyyət göstərmişdir. Məlum hadisələrlə əlaqədar işğal olunmuş rayonlardan olan bir ailə 1993-1994-cü illərdə gecə vaxtı heç bir icazə almadan müəssisənin boş anbarlarından birinə yerləşmişdir. İddiaçı vəziyyətin çətinliyini nəzərə alaraq onların orada yaşamasına etiraz etməmiş və həmin vaxt rəhbərlik etdiyi müəssisə də gəlirlə işlədiyindən onlara yardım göstərmiş və kommunal xərcləri də müəssisənin hesabına ödəmişdir. İddiaçı cavabdehlərin ailə üzvlərindən birini də müəssisədə işə qəbul etmişdir. Lakin hazırda müəssisənin təsisçisi dəyişmiş və başqa ünvanda fəaliyyət göstərir. İddiaçıya məxsus həmin obyektlərdə yerləşən köçkün ailəsinin sayı artıq 12-yə çatmış, cavabdehlər inzibati binadan başqa demək olar ki, bütün tikililəri zəbt etmişlər. İddiaçı mülkiyyətində olan tikililərdən və icarəsində olan torpaq sahəsindən heç cür istifadə edə bilmir, bu səbəbdən torpağın icarə haqqını ödəməkdə çətinlik çəkir. İddiaçı dəfələrlə könüllü olaraq tikililərin boşaldılmasını cavabdehlərdən xahiş etsə də, cavabdehlər müxtəlif bəhanələrlə bundan imtina edirlər. Həmin ailələr Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif yerlərdə mənzillə təmin olunmuşlar. İddiaçı hesab edir ki, tikililər və torpaq sahəsi üzərində onun mülkiyyət hüququ məhkəmə qaydasında müdafiə edilməli, cavabdehlər ona məxsus qeyri-yaşayış sahəsindən və icarəsində olan torpaq sahəsindən çıxarılmalıdırlar. Ona görə də, cavabdehlər Cavabdeh12, Cavabdeh11, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, X1, Cavabdeh10, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh8, Cavabdeh2, X4, X6, X7 və Cavabdeh7 əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən və iddiaçının icarəsində olan torpaq sahəsindən çıxarılmaqla qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh12, Cavabdeh11, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, X2, Cavabdeh10, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh8, Cavabdeh2, X5, X10, X11 və Cavabdeh7 və 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər, yetkinlik yaşına çatmayan cavabdehlərin qanuni nümayəndələri və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Qaçqınlar və X9 üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektorunun məlumatından müəyyən olunur ki, Cəbrayıl və Füzuli rayonunda qeydiyyatda olan məcburi köçkünlər Cavabdeh12, Cavabdeh11, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, X3, Cavabdeh10, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh8, Cavabdeh2, X12, X14, X15 və Cavabdeh7 Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 31 ünvanında məskunlaşmışlar. İcarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli № 317/1432 saylı özəlləşdirilən müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən müəyyən olunur ki, icarəyəverən ünvan 1 ünvanındakı 659 saylı elektrik quraşdırma qatarının yerləşdiyi 7120,4 m2 torpaq sahəsini xx.xx.2032-ci ilədək aylıq icarə haqqı 1082,5 manat olmaqla icarəçinin müvəqqəti istifadəsinə vermişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 30.03.99-cu il tarixli № 001119 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməsindən müəyyən olunur ki, ünvan 1-də yerləşən Dəmiryol İdarəsinin 659 saylı elektrik quraşdırma qatarın əmlakı İddiaçı xüsusi mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 (yeni qaydalarla AZ 1117 Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X17 küçəsi 8) ünvanında yerləşən, sahəsi 1678,8 m2 olan əmlak kompleksinə dair İddiaçı mülkiyyət hüquqları, əmlak kompleksinin yerləşdiyi 0,7120 ha torpaq sahəsinə dair istifadə hüquqları xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 (yeni qaydalarla AZ 1117 Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X17 küçəsi 8) ünvanında yerləşən dövlət mülkiyyətində olan 0,712 ha torpaq sahəsinə dair, İddiaçı 317/1432 saylı xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2017-xx.xx.2032-ci il tarixədək, icarə hüquqi ilə yüklülüyü xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər heç bir hüquqi əsasları olmadan iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində və istifadəsində olan torpaq sahəsində məskunlaşmışlar. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı cavabdehlərin iddiaçının mülkiyyətində olan ünvan 1 (yeni qaydalarla AZ 1117 Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X17 küçəsi 8) ünvanında yerləşən, sahəsi 1678,8 m2 olan əmlak kompleksini və iddiaçının istifadəsində olan 0,7120 ha torpaq sahəsini zəbt etmələri öz təsdiqini tapdığından iddiaçının tələbləri əsaslıdır ona görə də tam həcmdə təmin edilməlidir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi olduğundan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına” əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 2012-2014-cü illərdə yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə və digər icra orqanlarına həvalə edildiyindən məhkəmə hesab edir ki, hazırkı qətnamə cavabdehlərin Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilmələri üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh12, Cavabdeh11, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, X3, Cavabdeh10, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh8, Cavabdeh2, X12, X14, X15 və Cavabdeh7 əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan ünvan 1 (yeni qaydalarla AZ 1117 Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X17 küçəsi 8) ünvanında yerləşən, sahəsi 1678,8 m2 olan əmlak kompleksindən və iddiaçının istifadəsində olan 0,7120 ha torpaq sahəsindən çıxarılmaqla qeyri-yaşayış sahəsi və torpaq sahəsi boşaldılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-607/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-607/2024
17.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver