Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-625/2025 16.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirərək, məhkəmədən 2023-cü ilin mart ayının 1-dən qətnamə qanuni qüvvəyə minənədək ödənilməyən hər ay üçün 600 manat qalıq borcun ödənilməsi, qətnamə qanuni qüvvəsini aldıqdan sonra isə müqavilə üzrə təhvil verilməli olan mənzil ona verilənədək hər ay 1000 manat kirayə haqqı ödəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mən, İddiaçı cavabdeh ”Baku Rifah”MMC ilə aramızda müqavilə bağlamışam. Müqavilənin predmeti mənə məxsus olan C.Məmmədquluzadə küçəsində 131 A ünvanlı obyektin sökülməsi, əvəzində həmin ünvanda cavabdehə verilmiş Bakı Şəhər İcra Hakimiyyəti xx.xx.2020-ci tarixli 78 nömrəli Sərəncamı ilə 1.7 ha torpaq ərazidə tikiləcək çoxmərtəbəli binalarda faktiki sahəyə müəyyən faiz əlavə edilməklə 382 kv.m. yaşayış və qeyri yaşayış sahəsinin və 50.000 manat vəsaitin mənə verilməsi olmuşdur. Belə ki, bu barədə aramızda 17 avqust 2021-ci il tarixli 4 müqavilə bağlanmış, ilk müqavilənin predmeti 3 otaqlı 141 kv.m və 20 kv.m. avtodayancaq, mənzil, ikinci müqavilənin predmeti 1 otaqlı 60 kv.m., üçüncü müqavilənin predmeti 2 otaqlı 81 kv.m. və dördüncü müqavilənin predmeti 2 otaqlı 80 kv.m. mənzil olmuşdur. Bütün mənzillər müqavilədə tam təmirli olması nəzərdə tutulmuşdur. Belə ki, hazırda məhkəmə qərarı ilə borclu Cavabdeh MMC ilə aramızda 17 avqust 2021-ci il tarixli 4 müqavilə bağlanmış, ilk müqavilənin predmeti 3 otaqlı 141 kv.m mənzil və 20 kv.m. avtodayancaq ,ikincimüqavilənin predmeti 1 otaqlı 60 kv.m.,üçüncü müqavilənin predmeti 2 otaqlı 81 kv.m. və dördüncü müqavilənin predmeti 2 otaqlı 80 kv.m. mənzil,həmçinin həmin mənzillər və qarajmənə təhvil verilənədək ayda 1000 manat kirayə haqqı verilməsi olmuşdur. Lakin sonra şirkət ilk dəfə hüquqlarımı pozdu və biz qarşılıqlı məhkəməyə müraciət edəsi olduq. Nəticədə onların mənə qarşı iddiası rədd edildi və mənim iddiam təmin edildi. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(103)- 5042/2023 saylı qətnaməsilə Cavabdeh MMC-nin İddiaçı və X1 qarşımüqavilələrin etibarsızlığı tələbinə dair iddiası rədd edilmiş, İddiaçı Cavabdeh MMC-nə qarşımüqavilənin ləğv edilməsinin qadağan edilməsi, mənzillərin hər birinə nömrə verilməklə mərtəbənin müəyyən olunması, razılaşdırılmış məbləğin və əldən çıxmış mənfəətin alınması tələbinə dair iddiası qismən təmin edilmiş, 17 avqust 2021-ci il tarixlimüqavilələr üzrə mənzillərin hər birinə nömrə verilməklə mərtəbənin müəyyən olunması öhdəliyiCavabdeh MMC-nin üzərinə qoyulmuşdur. AR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(103)- 5042/2023 saylı qətnaməsi qüvvədə saxlanmışdır. Qeyd etmək istəyirəm ki,hələ aramızda məhkəmə mübahisəsi gedən zaman 01 mart 2022-ci il tarixdən cavabdeh birtərəfli qaydada,müqavilə öhdəliklərini pozaraq ayda ödəməni 1000 manatdan 400 manata endirdi. Hesab edirəm ki,bu MMC rəhbərliyi tərəfindən özimkan və vəzifə səlahiyyətlərindəm sui istifadə edilməsidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclaslarında isə iddiaçı bundan əlavə bildirmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən 18 ay müddətində ona 1000 manat ödəsə də, artıq 21 aydır ki kirayə haqqını 400 manata endirmişdir. Binanın hələ sonuncu mərtəbəsi inşa edilir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini icra etmədiyinə görə 1200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan başqa o, cavabdehə 3 obyekt də vermişdir. Sadəcə obyektlərdən biri ilə bağlı aralarında şifahi razılıq olmuşdur ki, həmin obyektə görə cavabdeh ona 50000 manat verməlidir. Həmin obyekt faktiki olaraq onun olsa da, bibisi oğlu Ağaxan Quluzadənin adına rəsmiləşdirilmişdir. Cavabdeh isə bunu əsas gətirərək ona verməli olduğu 50000 manatdan 30000-ni verməmiş və kirayə haqqını 400 manata endirmişdir. Binada olan mənzillərə hələ də nömrə verilməmişdir. Cavabdeh ona 4 mənzil və 1 qaraj verməlidir. O yalnız müqavilənin birində kirayə haqqı barədə razılığa gəlmişdir. Cavabdeh də məhz həmin müqavilə üzrə mənzili ona təqdim edərək, kirayə haqqı ödəməkdən imtina etmək istəyir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. "xxxx" MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsində yerləşən, ona məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməyi və bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 7 otaqlı, 252 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20 % əlavə etməklə təmirli, 3 otaqlı, 141 kv.m mənzili və 20 kv.m avtodayanacaq sahibinə verməyi öhdəsinə götürmüşdür. Mülkiyyətçi isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.
7. Bundan əlavə həmin müqavilənin 2.1.2-ci bəndində yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 1000 manat kirayə haqqı tələb etmək mülkiyyətçinin hüququ, həmin müqavilənin 3.2.3-cü maddəsində isə həmin məbləği ödəmək "xxxx" MMC-nin vəzifəsi olaraq təsbit edilmişdir.
8. İddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı və X2 qarşı "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış sahəsi 141.0 kv.m sahədən ibarət olan 3 otaqlı mənzilin, sahəsi 20 kv.m sahədən ibarət olan qarajın və kirayə haqqı kimi hər ay 1000 manatın verilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilənin etibarsızlığı tələbinə dair iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5042/2023 saylı qətnaməsi ilə təmin edilməmiş və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-1085/2024 saylı qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. “Yapıkredi Bank” Azərbaycanın xx.xx.2024-cü il tarixli hesabdan çıxarış məlumatlarından görünür ki, "xxxx" MMC tərəfindən sonuncu dəfə xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə 1000 manat məbləğində vəsait Günay Səfərovanın hesabına ödənilmiş, bundan sonra isə hər ay 400 manat ödəniş edilməyə başlanmışdır. Tətbiq edilən maddi hüquq normaları:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
14. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.
15. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
16. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. 443. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
20. Tətbiq edilən prosessual hüquq normaları:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
22. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
23. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
26. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:
28. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri olmuşdur. Belə ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixli müqavilə üzrə yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün hər ay 1000 manat kirayə haqqı ödəməyi barədə İddiaçı qarşısında öhdəlik götürmüşdür. Lakin "xxxx" MMC müqavilə üzrə öhdəliyini lazımı qaydada icra etməyərək, 2023-cü ilin mart ayından hər ay 400 manat ödəniş etmiş, qalan 600 manatı ödəməkdən imtina etmişdir. Hansı ki, "xxxx" MMC-nin sahəsi 141.0 kv.m sahədən ibarət olan 3 otaqlı mənzilin, sahəsi 20 kv.m sahədən ibarət olan qarajın və kirayə haqqı kimi hər ay 1000 manatın verilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilənin etibarsızlığı tələbi təmin edilməmişdir. Göründüyü kimi cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi üçün əsası yoxdur. Odur ki, cavabdehin hərəkətləri öhdəliyin lazımı qaydada icra edilməməsi kimi qiymətləndirilməli və öhdəliyi icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan müqavilə üzrə yaranmış borcunu ödəməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının həm pozulmuş hüquqlarının bərpası, həm də təsdiqi ilə bağlı iddiası əsaslı hesab edilməlidir. Nəticə:
29. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “təmirli, 3 otaqlı, 141 kv.m mənzilin təhvil verilməsi ilə bağlı” "xxxx" MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2023cü ilin mart ayının 1-dən qətnamə qanuni qüvvəyə minənədək hər ay üçün ödənilməyən 600 manat qalıq borcun, qətnamə qanuni qüvvəsini aldıqdan sonra isə müqavilə üzrə nəzərdə tutulan mənzil təhvil verilənədək hər ay 1000 manat kirayə haqqının İddiaçı verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalıdır.
30. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. “təmirli, 3 otaqlı, 141 kv.m mənzilin təhvil verilməsi ilə bağlı” "xxxx" MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2023-cü ilin mart ayının 1-dən qətnamə qanuni qüvvəyə minənədək hər ay üçün ödənilməyən 600(altı yüz) manat qalıq borcun, qətnamə qanuni qüvvəsini aldıqdan sonra isə müqavilə üzrə nəzərdə tutulan mənzil təhvil verilənədək hər ay 1000(bir min) manat kirayə haqqının İddiaçı verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev