Məhkəmə qərarları › İş №e-2(001)-6261/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6261/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6261/2024 05.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2kr, A.Mustafayev küçəsi, ev 37, 36 saylı mənzilə dəymiş zərərə görə 1300 manat məbləğində pul vəsaitinin və ödənilmiş 33,40 manat dövlət rüsumunun İddiaçı sığorta ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən ünvan 2kr, A.Mustafayev küçəsi, ev 37, 36 saylı mənzilə su sızması baş vermiş və sonuncuya maddi zərər vurulmuşdur. 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin aktına əsasən ünvan 1 ünvanında yerləşən mənzildən X4 məxsus olan ünvan 2kr, A.Mustafayev küçəsi, ev 37, 36 saylı mənzilin yaşayış otağı, mətbəxi, dəhlizi və ayaqyolunun divarlarından, tavanından su axaraq islanması və yararsız hala düşməsi faktı öz əksini tapmışdır. Hadisə nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatla əmlaka dəymiş zərərin məbləği 1300 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, ünvan 2kr, A.Mustafayev küçəsi, ev 37, 36 saylı mənzilin sahibinə 1300 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, 1300 manat məbləğində pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan (MPM-nin 284-1-284-6 maddələrinə əsasən) baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir: İş materiallarında olan sənədlərə əsasən: - FMP-183013 saylı sığorta şəhadətnaməsinə əsasən ünvan 2kr, A.Mustafayev küçəsi, ev 37, 36 saylı mənzil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək sığorta olunmuşdur. - MH seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 2kr, A.Mustafayev küçəsi, ev 37, 36 saylı mənzil tam mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində 981 nömrəli reyestr kitabının 87935 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2018-ci il tarixli aktına əsasən ünvan 2kr, A.Mustafayev küçəsi, ev 37, mənzil 36 ünvanında yerləşən mənzildə yaşayan X3 xx.xx.2018-ci il tarixdə yazmış olduğu şikayət ərizəsi əsasında onun mənzilinə baxış keçirilmiş, baxış keçirilən zaman 39 saylı mənzildən 36 saylı mənzilə su axıntısı baş verməsi məlum olmuşdur. Su axıntısı nəticəsində 36 saylı mənzilin yaşayış otağı, mətbəxi, dəhlizi və ayaqyolunun divarlarından, tavanından su axaraq islanmış və yararsız vəziyyətə düşmüşdür. - xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, ünvan 2kr, A.Mustafayev küçəsi, ev 37, mənzil 36 ünvanında yerləşən mənzildə dəymiş ziyan 1300 manat məbləğindədir. - 063876 saylı sığorta аktına və 2888 saylı, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq sığortalanmış ünvan 2kr, A.Mustafayev küçəsi, ev 37, 36 saylı mənzilə dəymiş zərərə görə X3 hesabına 1300 manat sığorta ödənişini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci madəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 36.1.9-cü maddəsinə əsasən üçüncü şəxslərin hərəkətləri nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Beləliklə məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən su axıdılması nəticəsində qonşusu X4 məxsus ünvan 2kr, A.Mustafayev küçəsi, ev 37, 36 saylı mənzilə zərər vurulmuş olduğundan sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Belə olan halda iddia təmin edilməli və Cavabdeh X6ya məxsus ünvan 2kr, A.Mustafayev küçəsi, ev 37, 36 saylı mənzilə dəymiş zərərə görə ödənilmiş 1300 manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1300 AZN (bir min üç yüz) manat pul məbləği və ödənilmiş 33,40 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar