Məhkəmə qərarları › İş №e-2(001)-6310/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6310/2024

28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6310/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı X10 xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə X7 ilə 1 saylı “Asan Xidmət Mərkəzi” Qeydiyyat şöbəsində rəsmi nikaha girmişlər. Onların bu nikahlarından bir qız övladları xx.xx.2024-cü il tarixdə X8 anadan olmuşdur. Uşaq doğulduqdan 40 (qızrx) gün sonra xx.xx.2024-cü il tarixdə ailəsi ilə birlikdə yaşadığı binanın 4-cü mərtəbəsinin məlum olmayan səbəbdən bədbəxt hadisə nəticəsində yerə yıxılmışdır. Həmin tarixdə onu BŞT və TTYS-nın 2 saylı Bölməsinin müşayəti ilə X12 (Semaşka xəstəxanası) aparılsa da həkimlərin müdaxiləsinə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmamış və burada ölmüşdür. Meyit Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibb Ekspertiza və X5”ndə olduğu zaman yarılmasına icazə vermədiklərindən, tibbi şəhadətnamənin verilməsindən imtina olunmuşdur. AKT-a əsasən meyit 22-ci Polis Şöbəsinə təhvil verilmişdir. Ölüm hadisəsi ilə bağlı Bakı şəhəri Nəsimi rayon prokrorluğunda iş açılmışdır. Növbəti gün yəni xx.xx.2024cü il tarixdə biz, qızımızın meyitini Kürdəmirə aparıb, burada Bağman kənd qəbiristanlığında dəfn etmişik. Mən, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 ölümünün dövlət qeydiyyatının aprılması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakışəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs özünün 3-16-5/7-15- 1562/24 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə ərizəmə cavab verərək bildirmişdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarnın dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənizi təmin edə bilmirlər. Ona görə də hazırkıərizə ilə məhkəməyə müraciət edir. X1 ölüm faktı aşağıdakı sənədlər və şahid ifadələri ilə təsdiq edilir. Kürdəmir RİHB-nın Böyük Kəngərli kənd İƏDÜN-yi tərəfindən xx.xx.2024-cü il tarixli 74 saylı arayışa əsasən təsdiq edilir ki, X10 xx.xx.2024-cü il tarixdə Kürdəmirə rayon Bağman kəndində dəfn edilmişdir. Bundam bağqa şahidlər-X4 (Ş/v:AA5813209, FİN:7LV5VKS, D/t: xx.xx.2002), Yolçuyev Tural (MYİ № 0640627, D/t: xx.xx.1993. Gürcüstan) X3 dəfinində və yas mərasimdə iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək, təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, özü onkoloji xəstədir və ximiya terapiya müalicəsi alır. Hazırda ximiya terpaiyanın vaxtıdır. Lakin maddi imkanı aşağı olduğundan tələb edilən müalicəni edə bilmir. Ölüm haqqında şəhadətnaməni iş yerinə təqdim etdikdən sonra rəhbərlik müalicə üçün lazım olan pul vəsaitini verəcəkdir. Nəsimi rayon prokurorluğunda aparılan cinayət işi barədə məlumatı yoxdur. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə sübutları tədqiq edib onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Binəqədi rayon Leyla Nikah evi tərəfindən verilən AZ-İ seriyalı, 120698 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1999-cu il tarixində Bakı şəhərində doğulmuş, atası Ərizəçi, anası X2r. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 579534 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 arasında xx.xx.2023-cü il tarixində nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 1097 № ilə qeyd edilmişdir. Kürdəmir rayon İHB-nin Böyük Kəngərli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilən 74 saylı, --09.2024-cü il tarixli arayışdan görünür ki, X10 xx.xx.2024-cü il tarixində Kürdəmir rayon Bağman kənd qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun mətnində göstərilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Qızı adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji anatomiya Birliyi” X21i tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli, 4302 saylı məktubda göstərilir: Sizin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və X5" X21inə daxil olmuş ərizənizə baxıldı. Ərizənizdə qaldırılan məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2015-ci il tarixli, 52 nömrəli əmrilə təsdiq edilmiş "Ölüm haqqında tibbi şəhadətnamə"nin verilmə qaydasına dair Təlimat"ın tələbinə əsasən "Məhkəmə Tibbi Ekspertiza və X5" X21in şöbələrində ölümün səbəbinə dair "Ölüm haqqında tibbi şəhadətnamə" o vaxt verilir ki, həmin şəxsin meyiti şöbələrimizdən birinə daxil olmuş olsun və meyit xarici, daxili olmaqla tam məhkəmə-tibbi müayinədən keçirilsin. Mərhum övladınız X3 meyiti isə onun ölümünün baş verdiyi ərazi üzrə, yəni "MTE və PAB" phş-nin Nəsimi rayon şöbəsinə xx.xx.2024-cü il tarixdən bu günə kimi müayinə üçün daxil olmamış və meyitlərin qeydiyyatı kitabından keçməmişdir. Ona görə də mərhum övladınızın ölümünün səbəbinə dair "Ölüm haqqında tibbi şəhadətnamə"nin rəhbərlik etdiyim "MTE vo PAB" phşdə verilməsi mümkün deyildir. "Ölüm haqqında tibbi şəhadətnamə"nin verilməsi qaydasına dair Təlimat"ın 12-ci maddəsində "Şəhadətnamə"nin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Ona görə də, mərhum övladınızın ölüm faktının təsdiqi və “Ölüm haqqında şəhadətnamə”nin verilməsi üçün sizin ölümün baş verdiyi ərazi üzrə məhkəməyə müraciət etməyiniz qanunauyğun olardı. X17 tərəfindən təqdim edilən meyitin təhvil-təslim aktının surətindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X10 xx.xx.2024-cü il tarixində, saat 21:10-da KTM, ARİTŞ-də ölmüşdür. Meyit xx.xx.2024-cü il tarixində saat 23:35-də Nəsimi RPİ 22-ci Polis Şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X21 “X19” X21 tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X10 “baş beyin silkələnməsi, döş qəfəsinin küt travması, qarnın küt travması” diaqnozu ilə xx.xx.2024-cü il tarixdə saat 18:47-də BŞT və TTYS-nin 2 saylı bölməsinin müşayəti ilə X14 gətirilmişdir. Xəstə stasionara daxil olarkən Nəsimi RPİ-nin 22-ci Polis bölməsinə məlumat verilmişdir. Aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstə xx.xx.2024-cü il tarixində saat 21:10-da ARİT şöbəsində vəfat etmişdir. Meyit xx.xx.2024-cü il tarixində saat 23:35-də tərtib olunmuş, təhvil-təslim aktına əsasən Nəsimi RPİ-nin 22-ci Polis bölməsinin əməkdaşı E.Məmmədova təhvil verilmişdir. Bu səbəbdən X17 ölüm haqqında şəhadətnamə təqdim edə bilmir. İddia tələbindən görünür ki, iddiaçının tələbinin hüquqi əsasını şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi təşkil edir. Belə ki, ərizəçi tələbində qızının ölümü barədə tibbi şəhadətnamənin əldə edilməsinin mümkünsüzlüyünə görə ölüm haqqında şəhadətnamə ala bilmir. Hansı ki, həmin şəhadətnamə ona bir sıra sənədləşmə işlərinin aparılması üçün lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, ölüm faktı müəyyən edilməsi xahiş edilən xx.xx.1999-cu il təvəllüdlü X10 Ərizəçi qızıdır. Qızının xx.xx.2024-cü ildə vəfat etməsi iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji anatomiya Birliyi” X21inin Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli, 4302 saylı məktubu, X17 tərəfindən təqdim edilən meyitin təhvil-təslim aktı və Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X21 “X19” X21 tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubla müəyyən edilir. Mərhumun ölümünün hansı şəraitdə baş verməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq edilir. Odur ki, Ərizəçi qızı xx.xx.1999-cu il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1999-cu il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi təmin edilsin. xx.xx.1999-cu il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar