Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6330/2025 15.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “icra məmurunun qanunsuz hərəkətlərinin araşdırılması, avtomobil üzərinə qoyulan həbsin qanunsuz sayılaraq aradan qaldırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanunsuz hərəkətləri, o cümlədən qanunsuz həbs ilə bağlı məhkəmə araşdırılmasının aparılması və avtomobilə qoyulan həbsin qanunsuz sayılaraq aradan qaldırılmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizənin mahiyyətindən görünür ki, tələbin bir hissəsi icra məmurunun hərəkətlərindən şikayət, digər hissəsi isə avtomobil üzərinə qoyulmuş həbsin götürülməsindən ibarətdir, eyni zamanda bu tələblər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı irəli sürülmüşdür. İddia tələbi dedikdə, “müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə” cavabdehə qarşı yönəlmiş və təmin olunmasını məhkəmədən xahiş olunan tələb başa düşülür. Hazırki ərizənin mahiyyətindən isə görünür ki, bu məsələyə məhkəmə qərarlarının icrası qaydasında icraat qaydasında baxılmalıdır. Buna baxmayaraq İddiaçı iddia icraatı qaydasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “icra məmurunun qanunsuz hərəkətlərinin araşdırılması, avtomobil üzərinə qoyulan həbsin qanunsuz sayılaraq aradan qaldırılması” tələbindən ibarət iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, icra məmurunun hərərəkətlərindən şikayətə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87-ci maddəsinin, icra icraatında qaydasında əmlak üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinin tələblərinə uyğun qaydada və formada baxılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, icra məmurunun hərəkətininin qanuniliyinə qiymət verməsi və icra icraatında qaydasında əmlak üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə iddia icraatı qaydasında baxılması mümkün deyil. Ona görə də bu ərizənin icraata götürülməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, hesab edirəm ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “icra məmurunun qanun hərəkətlərinin araşdırılması, avtomobil üzərinə qoyulan həbsin qanunsuz sayılaraq aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və İddiaçı hazırki ərizəsində qeyd olunan məsələlərlə bağlı məhkəmə qərarlarının icrası qaydasında icraat qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “icra məmurunun qanunsuz hərəkətlərinin araşdırılması, avtomobil üzərinə qoyulan həbsin qanunsuz sayılaraq aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı hazırki ərizəsində qeyd olunan məsələlərlə bağlı məhkəmə qərarlarının icrası qaydasında icraat qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-6330/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6330/2025
15.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver