Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-634/2025 30.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçılar İddiaçı1 və X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 2A əmlakın 2/3 hissəsinin naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda, paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus 2/3 hissəsinin dəyəri şəklində müvafiq kompensasiyanın digər mülkiyyətçidən –Cavabdeh alınıb İddiaçı1 və İddiaçı2 verilməsi, razılıq əldə edilmədikdə, əmlakın hərracda satılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən **********59-05101-093017 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil paylı mülkiyyət hüququ əsasında 1/3 hissəsi X3, 1/3 hissəsi İddiaçı2, 1/3 hissəsi isə Cavabdeh məxsusdur. Hazırda yaranmış zərurətlə əlaqədar payçılar İddiaçı1 və İddiaçı2 öz paylarına mütənasib hissənin digər payçı Cavabdeh payından naturada ayrılmasını tələb edirlər. Payların naturada ayrılması bütün payçıların razılığı ilə həyata keçirilir. Bununla əlaqədar cavabdehə aşağıdakı məzmunda təklif məktubu göndərilmişdir:1) Hazırda yaranmış zərurətlə əlaqədar payçılar İddiaçı1 və İddiaçı2 öz paylarına mütənasib hissənin digər payçı Cavabdeh payından naturada ayrılmasını tələb edirlər. Payların naturada ayrılması bütün payçıların razılığı ilə həyata keçirilir. Bununla əlaqədar hazırkı təklifə münasibətinizi, yəni razı olub-olmadığınızı bildirməyiniz xahiş olunur.2) Əgər payların naturada ayrılmasına yol verilmirsə və ya bu paylı mülkiyyətdə olan (yuxarıda qeyd edilən) daşınmaz əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə payçılar İddiaçı1 və İddiaçı2 onlara məxsus olan cəmi 2/3 hissə paylarını 80000 (səksən min) manat müqabilində digər payçı Cavabdeh təklif edirlər. Cavabdeh İddiaçı1 və İddiaçı2 80000 (səksən min) manatı tam şəkildə ödədiyiandan onlar ümumimülkiyyətdəki paylarına hüquqlarını itirirlər. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində telefon zəngi edilərək təklifə öz etirazını bildirmişdir. Bu səbəbdən paylı mülkiyyət hüququ ilə 2/3 hissədə mülkiyyətimizdə olan ünvan 2 ünvanında yerləşən evin naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda, paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus 2/3 hissəsinin dəyəri şəklində müvafiq məbləğdə kompensasiyanın digər mülkiyyətçidən alınıb iddiaçılara verilməsi, razılıq əldə edilmədikdə əmlakın hərracda satılması tələbinə dair iddia qaldımaq məcburiyyətindədir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddiasını müdafiə etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçılar hərracın ilk olaraq qapalı keçirilməsi tərəfdarıdırlar. Çünki mənzili almaq niyyətindədirlər. İddiaçılar hazırda paya görə əmlakdan sahiblik və istifadəni mübahisələndirmirlər.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, ev 9a, 39 saylı mənzil tərəflərin anasından miras əmlakı kimi qalmışdır. Həmin mənzil paylı mülkiyyət hüququ əsasında 1/3 hissəsi X3, 1/3 hissəsi İddiaçı2, 1/3 hissəsi isə Cavabdeh məxsusdur. Hazırda yaranmış zərurətlə əlaqədar payçılar İddiaçı1 və İddiaçı2 öz paylarına mütənasib hissənin digər payçı Cavabdeh payından naturada ayrılmasını tələb edirlər. Bununla bağlı iddiaçılar cavabdehə təklif göndərmişlər. Lakin cavabdeh təklifə rədd cavabı vermişdir. Əmlak çoxmərtəbəli yaşayış binasında yerləşir. İddiaçılar 2/3 hissə paylarını 80000 manat müqabilində digər payçı, yəni Cavabdeh təklif etmişlər, lakin cavabdeh təklifə rədd cavabı vermişdir. Mənzil çoxmərtəbəli yaşayış binasında yerləşir və iki otaqdan ibarətdir. Mənzilin bazar qiyməti təxminən 100000-120000 manat arası təşkil edir. "xxxx" MMC tərəfindən düzgün araşdırma aparılmamışdır. Belə ki, onların daşınmaz əmlakın dəyərini müəyyən edən zaman istinad etdiləri evlər 1 otaqlıdan 2 otaqlıya çevrilən evlərdir. 75000 manat həmin ərazidən 2 otaqlı mənzil almaq mümkün deyil. Evin təmiri barədə də düzgün məlumat verilməmişdir. Təyin olunmuş dəyəri düzgün hesab etmək olmaz. Bununla bağlı "xxxx" MMC-yə qiymətləndirmə üçün müraciət etmişlər və müvafiq rəy almışlar.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, "xxxx" MMC-nin rəyi ilə razıdırlar, lakin iddiaçı tərəfin təqdim etdiyi rəy reallığı əks etdirmədiyindən üçüncü rəyin alınması daha obyektiv olardı. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən çıxarışdan görünür ki, ünvan 3, mənzil 39 üzərində 1/3 hissədə İddiaçı2 xüsusi mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində, 1/3 hissədə Cavabdeh xüsusi mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində, 1/3 hissədə İddiaçı1 xüsusi mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
7. "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli, 0148 saylı mütəxəssis rəyindən görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 42,77 kv.m olan 39 saylı mənzilin real bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təxminən 75000 manat müəyyən olunur.
8. "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli, UNİ/Y-23- 023/2025 saylı rəydən görünür ki, ünvan 3 ünvanında yerləşən 39 saylı mənzilin xx.xx.2025-ci il tarixinə bazar dəyəri 110000 manatdır.
9. "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli, 0209 saylı rəydən görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 42,77 kv.m olan 39 saylı mənzilin real bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 105500 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar və tərəflərin izahatları əsasında müəyyən edilən işin faktiki halları
10. ünvan 3 ünvanında yerləşən 39 saylı mənzil 1/3 hissədə İddiaçı2, 1/3 hissədə Cavabdeh, 1/3 hissədə İddiaçı1 paylı mülkiyyətindədir.
11. İddiaçılar özünə aid olan hissənin naturada bölünməsini və bu mümkün olmadıqda isə əmlakın hərracdan satılmasını arzu edir.
12. Əmlakın naturada bölgüsünün mümkünlüyünün müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və lakin ekspertiza tədqiqatının aparılmasına şərait yaradılmadığından rəy verilməsi mümkün olmamışdır.
13. Eyni zamanda açıq hərracda satılmalı olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə ilk dəfə "xxxx" MMC-dən mütəxəsis rəyi alınmış təqdim edilən rəylə əmlakın real bazar qiyməti 75000 manat müəyyən edilmişdir.Lakin iddiaçı tərəfindən "xxxx" MMC tərəfindən təqdim edilən rəylə ünvan 3 ünvanında yerləşən 39 saylı mənzilin xx.xx.2025-ci il tarixinə bazar dəyəri 110000 manat hesablandığından yaranmış mübahisənin obyektiv həlli üçün başqa bir müstəqil qiymətləndiricidən rəy alınmışdır. Belə ki, "xxxx" MMC tərəfindən təqdim edilən rəyə görə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 42,77 kv.m olan 39 saylı mənzilin real bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 105500 manat müəyyən edilmişdir.
14. Mübahisənin məhkəmədən kənar həlli ilə bağlı tərəflər arasında razılıq əldə edilməmişdir.
15. İddiaçıların nümayəndəsi və vəkili iddiaçının əmlakı hərracdan almaq niyyətinin olduğunu bildirmiş və bu məqsədlə ilkin olaraq qapalı hərracın keçirilməsinin təyin edilməsini xahiş etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
18. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
19. 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
20. 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər.
21. 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.
22. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
23. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 saylı qaradadında göstərilir: Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.
25. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir.
26. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.
27. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur.
28. Hazırda iddiaçının əldə etmək istədiyi hüquqi nəticə payının dəyərinə uyğun vəsait əldə etməklə, ümumi paylı mülkiyyətdən çıxmaqdır. Odur ki, hazırki mübahisə 221-ci maddənin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
29. Beləliklə, birinci mərhələ (əşyanın fiziki bölgüsü) yəni əşyadan payın naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsidir. Məhkəmə araşdırması dövründə keçirilmiş ekspertiza tədqiqatı ilə əmlakın naturada bölgüsünün mümükünlüyü barədə rəy verilməsi mümkün olmamışdır. Lakin mübahisəli mənzilin sahəsinin 42,77 kv.m olması, köhnə tikili olan çoxmənzilli yaşayış binasında yerləşməsini nəzərə alan məhkəmə mənzilin naturada bölünməsinin vahid daşınmaz əmlak konsepsiyası baxımından açıqaşkar mümkünsüz olduğu qənaətinə gəlir və yenidən ekspertiza keçirilməsinə zərurət görmür. İddiaçılar isə ümumi paylı mülkiyyətin bölünməsini arzulayır və əmlakın paylı mülkiyyətçilər üçün keçirildiyi halda hərracdan almaq niyyətlərinin olduğunu bildirirlər.
30. Hazırda, mübahisənin həlli, ikinci mərhələ üzrə əmlakın açıq hərracdan satılması məsələsinin həll edilməsidir. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması isə tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır.
31. Məhkəmə araşdırması dövründə iddiaçıların nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddiaçıların əmlakı almaq niyyətinin olduğunu bildirmiş, əmlakın ilkin olaraq, qapalı harracdan satılmasını xahiş etmişdir.
32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak əvvəlcə payın mülkiyyətçiləri üçün qapalı hərracda bu mümkün olmadıqda, açıq hərracdan satılmalıdır.
33. Mülki Məcəllənin 220-ci maddəsində paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır.
34. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın hərracdan ilkin satış qiymətinin mütəxəssis rəyinə uyğun olaraq, 105500 manat məbləğində müəyyən edilməlidir.
35. Belə ki, iş materiallarında olan 3 mütəxəssis rəyindən sadəcə "xxxx" MMC tərəfindən verilən qiymət (75000 manat) digər iki rəydən kəskin olaraq fərqlənir. Təsadüfi deyil ki, sadəcə cavabdeh həmin rəylə razılaşır. İddiaçı tərəfin öz təşəbbüsü ilə "xxxx" MMC tərəfindən təqdim edilən rəyə görə mənzilin xx.xx.2025-ci il tarixinə bazar dəyəri 110000 manat hesablanmışdır.
36. Mübahisənin mahiyyətini və işin obyektiv həlli üçün məhkəmə mənzilin real bazar qiymətinin müəyyən edilməsi üçün "xxxx" MMC tərəfindən verilən rəyə istinad etmişdir. Tətbiq edilən prosessual normalar:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
40. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
41. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
42. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, ev 9a ünvanında yerləşən 39A saylı mənzil əvvəlcə yalnız paylı mülkiyyətin mülkiyyətçiləri üçün qapalı hərracda, bu mümkün olmadıqda açıq hərracdan satılmalı, əmlakın ilkin satış qiyməti 105500 manat müəyyən edilməli, satışdan əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq bölüşdürülməlidir.
43. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyndən iddiaçılara aid edilməlidir.
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:
İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, ev 9a ünvanında yerləşən 39A saylı mənzil əvvəlcə yalnız paylı mülkiyyətin mülkiyyətçiləri (İddiaçı1, İddiaçı2 və Cavabdeh) üçün qapalı hərracda, əşya həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılsın. Əmlakın ilkin satış qiyməti 105500 (yüz beş min beş yüz) manat müəyyən edilsin və izah edilsin ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev