Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6397/2022 10.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.882 manat məbləğində maddi, habelə 5.000 manat məbləğində mənəvi zərərin əvəzinin onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı ünvan 1 ünvanı, cavabdeh isə ünvan 2ki-prosessual Məcəllənin 36.6-cı maddəsinin tələblərini rəhbər tutub və yol-nəqliyyat hadisəsinin Binəqədi rayonunda, yəni Xocəsən dairəsində baş verməsini əsas götürüb iddianı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə vermişdir. Halbuki, bu maddə ilə müəyyən edilmiş alternativ aidiyyət qaydaları xəsarət alması və sağlamlığı başqa şəkildə pozulması nəticəsində uzaq məsafə qət etmək imkanı məhdud olan iddiaçıya onun üçün daha əlçatan (məsafə baxımdan daha yaxın yerləşən) məhkəməyə müraciət etmək imkanı verir. Lakin iddiaçı Qaradağ rayonu üzrə rəsmi qeydə alınmış və onun, habelə cavabdehin Binəqədi rayonu ərazisində yaşaması müəyyən edilmir. Belə olan halda, bu maddənin tələbləri ona şamil edilə bilməz. Belə olan halda, iddia ərizəsi hüquqi nəticə etibarı ilə ərazi aidiyyəti qaydalarına riayət edilməməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. İddiaçının vəkilinin Bakı şəhəri Nərimanov rayonu üzrə rəsmi qeydə alınması, habelə yaşaması hazırki iddianın Qaradağ Rayon Məhkəməsi ilə müqayisədə bu əraziyə daha yaxın yerləşən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməsi üçün hüquqi əsas yaratmır. Qeyd edilənlər öz növbəsində iddianın geri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.6-ci maddəsinə əsasən xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, göstərilənləri nəzərə alıb, hesab edirəm ki, İddiaçı iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya hazırki iddia ilə ərazi aidiyyəti qaydalarına riayət etməklə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci, 152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə hazırki iddia ilə ərazi aidiyyəti qaydalarına riayət etməkə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(001)-6397/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6397/2022
10.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver