Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6553/2024 14.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmişdir. Təqdim olunmuş iddia ərizəsi və əlavə olunmuş sənədləri nəzərdən keçirərkən məlum olur ki, tələb xüsusi icraat qaydasında – mediasiya sessiyasında bağlanmış barışq sazişinin əsdiq edilməsinə dair verilməli olduğu halda, bu icraat üçün mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməmiş, “ərizəçi” və “maraqlı şəxs” əvəzinə müvafiq qaydada “iddiaçı” və “cavabdeh” göstərilmiş, ərizə ümumi iddia icraatı qaydasında verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə məhkəmə məhz hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər kimi xüsusi icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlər (100 (yüz) manat məbləğində (qəbz – **********) dövlət rüsumu) geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(001)-6553/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6553/2024
14.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver