Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6627/2023 19.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ana nənəsi X2 xx.xx.1990-cı ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ana nənəsi X6 xx.xx.1990-cı ildə rəhmətə getmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 6 saylı evin 123 saylı mənzilinə dair Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən 1986-cı il tarixdə onun adına order verilmişdir. (Dövlət Arxivinin Bakı Filialı tərəfindən nənəsinin adına həmin mənzilə dair order verilməsi ilə bağlı sorğuya cavab verilmişdir və ərizəyə əlavə ediləcəkdir.) Daha sonra həmin mənzil onunla qonşusunun şifahi razılığına əsasən 126-ya dəyişdirilmiş və nənəsi rəhmətə gedənə qədər həmin ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Nənəsi rəhmətə gedəndən sonra həmin mənzil məlum hadisələrlə əlaqədar məcburi köçkünlər tərəfindən tutulduğundan evin sənədləşməsi yarımçıq qalmışdır. Hazırda valideynləri rəhmətə getdiyindən mənzilin sənədləşmə işləri zamanı ona məlum olmuşdur ki, valideynləri tərəfindən nənəsinin ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Buna görə də hazırda nənəsinə verilmiş mənzilin rəsmiləşdirilməsini həyata keçirə bilmir. Hazırda nənəsinin vərəsəsi kimi ondan qalmış mənzili öz adına rəsmiləşdirməyi üçün nənəsinin ölüm haqqında şəhadətnaməsi ona lazımdır. Onun əldə edilməsi üçün maraqlı şəxsə müraciət etsə də, ona verdikləri cavab məktubunda göstərmişlər ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verə bilmirlər. Onun nənəsi 1990-cı ildə evdə öz əcəli ilə rəhmətə getdiyindən və el adəti ilə dəfn edildiyindən bu barədə tibbi şəhadətnamə almaq mümkün olmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə almaq üçün 10 nömrəli şəhər poliklinikasına müraciət edilsə də, həmin dövrü əhatə edən sənəd və jurnalların ləğv edilmə əsasına görə ona hər hansı məlumatın verilməsinin mümkün olmaması barədə imtina məktubu vermişlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Məhkəmə iclaslarında ərizəçinin nümayəndəsi və vəkili ərizənin dəlillərinə uyğun şəkildə izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının ana nənəsinin adı öz anasının doğum haqqında şəhadətnaməsində yanlışlıqla Suqiyə kimi qeyd edilsə də, bütün digər sənədlərdə nənəsinin adı Ruqiyə kimi qeyd edilmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Bağır-zadə Rəna Mirabdulla qızı ifadəsində bildirmişdir ki, Ruqiyə onun bibisi, atası X1 bacısıdır. Zaur bibisinin nəvəsidir və demək olar ki, onların yanında böyüyüb. Tahirə isə Ruqiyənin qızıdır. Nənəsinin adı isə Bikəxanım idi. Ruqiyənin ayağında problem var idi və xəstəxanaya yerləşdirilmişdi. Xəstəxanadan çıxandan bir müddət sonra vəfat etmişdir. Dəqiq yadındadırsa, 1990-cı ilin fevral ayında evdə ölmüşdür. Dəfnində və yasında iştirak etmişdir. Əvvəllər İçərişəhərdə yaşasalar da, sonralar bu əraziyə yaxın yerə köçmüşlər. Ünvanları tam dəqiq yadında deyil. Ruqiyəgil ailədə 5 uşaq olublar, qəbirləri Mərdəkanda və Şüvəlandadır. Bacı-qardaşın dördü bir, biri isə ayrı dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, Bikəxanım onun bibisi, Ruqiyə isə bibisinin qızıdır. Ruqiyə 1990-cı ilin fevral ayında ölmüşdür. Ölüm anında yanında olmamış, öldüyünü eşitdikdən sonra, meyidini evdə görmüşdür. Dəfnində və yasında iştirak etmişdir. X22 nəvəsi, Bikəxanım isə onun nənəsidir. Həmin ailənin üzvləri bir qəbrstanlıqda bastırılıb. Mərhum ölənə kimi Naxçıvanidə yaşamışdır. Evləri bir-birinə yaxın olmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X20 “Bakı Baş Səhiyyə Mərkəzi” X21 10 nömrəli şəhər poliklinikası tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 692 saylı arayışın surətindən görünür ki, Ə.ünvan 1 ünvanında yaşamış xx.xx.1925-ci il təvəllüdlü və 1990-cı ildə vəfat etmiş X4 ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 3/1 nömrəli qərarına əsasən poliklinikanın həmin dövrünü əhatə edən sənəd və jurnalların ləğv edilməsi ilə əlaqədar heç bir məlumatın verilməsi mümkün olmamışdır. 09 fevral 1979-cu il tarixli Vİ-ЖГ seriyalı, 362649 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuşdur. X18, anası Tahirə Bağırovadır. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilən AZ-İİ seriyalı, 050642 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixində ölmüşdür. Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilən 05/Q-1016/69 saylı doğum haqqında arayışın surətindən görünür ki, X9 xx.xx.1951-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Anası X5r. İ-ЖГ seriyalı 534739 saylı Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportununun təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1925-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubun mətnində göstərilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Nənəniz X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır.” Maraqlı şəxs tərəfindən verilən xx.xx.2023-cü il tarixli , 3-16-5/8-69-717/23 saylı arayışdan görünür ki, X6 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İddia tələbindən görünür ki, iddiaçının tələbinin hüquqi əsasını şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi təşkil edir. Belə ki, ərizəçi tələbində nənəsinin ölümü barədə qeydiyyat aparılmadığını bildirir və eyni zamanda nənəsinin ölümü ilə bağlı tibbi şəhadətnamənin əldə edilməsinin mümkünsüzlüyünə görə ölüm haqqında şəhadətnamə ala bilmir. Hansı ki, həmin şəhadətnamə ona nənəsinin ölümündən sonra miras əmlakın qəbul edilməsi ilə bağlı sənədləşmə işlərinin aparılması üçün lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, ölüm faktı müəyyən edilməsi xahiş edilən X6 Ərizəçi ana nənəsidir. Ərizəçinin valideynləri rəhmətə getdikdən sonra nənəsindən miras qalan əmlakdan məlumatı olmuşdur. Lakin nənəsinin ölüm haqqında şəhadətnaməsi olmadığından evin sənədləşməsi yarımçıq qalmışdır. Nənəsinin xx.xx.1990-cı ildə vəfat etməsi həm qəbirüstü abidənin fotoşəklindən, həm şahid ifadəsindən, mərhumun doğum tarixi isə İ-ЖГ seriyalı 534739 saylı Sovet Sosialist Respublikaları İttifaqının vətəndaşının pasportundan müəyyən edilir. Mərhumun ölümünün hansı şəraitdə baş verməsi ilə bağlı isə şahidlər ətraflı məlumat vermiş və məhkəmə həmin ifadələri mötəbər sübut kimi qəbul etmişdir. Odur ki, Ərizəçi nənəsi xx.xx.1925-ci il təvəllüdlü X2 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi nənəsi xx.xx.1925-ci il təvəllüdlü X2 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi təmin edilsin. Ərizəçi nənəsi xx.xx.1925-ci il təvəllüdlü X2 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-6627/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6627/2023
19.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver