Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6722/2024 05.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs qismində Maraqlı şəxs iştirakları ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməsi ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə üzrə mülki işə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə, ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə maraqlı şəxslə aralarında bağlanmış 09 fevral 2024-cü il tarixli, MŞB/10/2024-00078 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 30 yanvar 2024-cü il tarixdə cavabdeh Maraqlı şəxs 14750 manat məblığində borc pul vermişdir. Borc pulun qaytarılması ilə bağlı xx.xx.2024-cü il tarixdə aralarında Bakı 10 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlamışdır. Barışıq sazişində qeyd edilmişdir ki, Maraqlı şəxs tərəfindən 14750 manat borc xx.xx.2024-cü il tarixə qədər ödəniləcək. Sazişdə qeyd edilmişdir ki cavabdeh tərəfindən borcun hər hansısa məbləği ödənilməsə və ya ödənilməsi gecikdirilsə barışıq sazişinin təsdiqi üçün məhkəməyə müraciət edəcək. Saziş bağlandıqdan sonra cavabdeh tərəfindən ümumilikdə 5400 manat məbləğində vəsait ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya 9350 manat borcu qalmışdır. Şifahi xəbərdarlıqlar etməyinə baxmayaraq hələ də borcu ödəmir. Buna görə də, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət ermək məcburiyyətində qalmışdır. Cavabdehlə aralarında mübahisəli maddi hüquq məsələləri yoxdur. Çünki barışıq sazişi ilə iradələrini bildirməklə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan 14750 manat borc almışdır. Cavabdehin borc məbləğindən 5400 manat ödəməsi bir daha sübut edir ki, aralarında mübahisəli maddi hüquq məsələləri yoxdur. Qalan məbləğin ödənilməsini isə cavabdeh gecikdirir və ödəmir. Buna görə də cavabdeh tərəfindən 9350 manat borcun ödənilməsi üçün barışıq sazişi təsdiq edilməlidir. Məhkəmənin iclasında ərizəçi tələbini müdafiə edərək, tələbini dəqiqləşdirərək maraqlı şəxsin ona məhkəmə icraatı dövründə daha 600 manat məbləğində pulun ödənilməsini bildirib, məhkəmədən onların arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. əvvəlki məhkəmə iclasında maraqlı şəxs ərizəçi ilə aralarında barışıq sazişinin tam qanuni şəkildə bağlandığını, qarşı tərəfə borclu olmasını etiraf edərək ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Sonradan isə maraqlı şəxs məhkəmə iclası barədə məlumatlı olmasına baxmayaraq iclasa gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmşdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, maraqlı şəxsin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında mediator X1 iştirakı ilə bağlanmış 09 fevral 2024-cü il tarixli, MŞB/10/2024-00078 nömrəli barışıq sazişində göstərilmişdir:
1. Tərəflər razılığa gəlirlər ki, xx.xx.2024-cü il tarixində Ərizəçi tərəfindən Maraqlı şəxs verilmiş 14750 manat borc xx.xx.2024-cü il tarixə qədər ödəniləcək.
2. Tərəflər razılığa gəlirlər ki, Maraqlı şəxs tərəfindən borc Ərizəçi hər hansısa məbləği ödənilməsə və ya ödənilməsi gecikdirilsə barışıq sazişinin təsdiqi üçün Ərizəçi məhkəməyə müraciət edəcək.
3. Tərəflər bildirirlər ki, onların bir-birinə qarşı hər-hansı başqa tələbləri yoxdur.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-355-26.1.1-ci maddələrinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddələrinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, tərəflər arasında qanunamüvafiq qaydada mediasiya prosesi zamanı barışıq sazişi bağlanmış, tərəflər borc münasibətlərindən irəli gələn məsələləri barışıq sazişi ilə təsdiq etmişdir, hazırda sözügedən sazişin ləğvi və ya etibarsızlığı, qanuna zidd olması ilə bağlı məhkəmə tərəfindən hər hansı bir hal müəyyən edilmədiyindən, hər iki tərəfin sazişin heç bir müddəasını mübahisələndirmədiklərindən ərizə təmin edilərək, ərizəçi ilə maraqlı şəxs arasında bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə belə hesab edir k, xərclər ərizəçinin özünə aid edilməldir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Nəticə hissəsi QƏTETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə tərtib olunmuş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 09 fevral 2024-cü il tarixli, ******* nömrəli marka ilə həqiqiliyi təsdiq edilmiş barışıq sazişi təsdiq edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
X4