Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6809/2024 18.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Bəybalayeva Leylafər Natiq qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qusar şəhəri 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə tərtib edilmiş MŞQ-MT-027—2024-01277 14 avqust 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, mediasiya təşkilatına ödənilmiş 400 manat və 100 manat dövlət rüsumunun maraqlı şəxsdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 38-də yerləşən MMC "xxxx"-nin tikilməkdə olan binasından (koperativ mənzil) ümumi sahəsi 154 kv metrdən ibarət olan 3 otaqlı mənzili almağı ilə bağlı MMC "xxxx"-nin direktoru Maraqlı şəxs ilə müqavilə bağlamışdır. Həmin mənzilin dəyəri isə 175.000 manat təşkil edirdi və o, həmin mənzilin dəyərini tam şəkildə ödəmişdir. Lakin "xxxx" müqavilədə göstərilmiş öhdəliyə əməl etməmiş və nəticədə mənzil ona təhvil verilməmişdir. Ona görə də onların arasında pul tələbi ilə bağlı mübahisə olmuşdur. Onlar öz aralarında olan pul mübahisəsini 14 avqust 2024-cü il tarixdə Qusar şəhəri 1 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişi ilə həll etmişlər. Qeyd olunan barışığın şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər və bu barışıq sazişi təsdiq edildiyi halda doğuracaq hüquqi nəticələr tərəflərə aydın olmuş və tərəflər könüllü olaraq bu sazişi imzalamışlar. Barışıq sazişinin şərtlərinə görə ikinci tərəf Maraqlı şəxs ünvan 1-də yerləşən "xxxx" MMCyə məxsus 65 nömrəli mənzilin əvəzinə mənzilin dəyəri olan 175.000 manatı ona 2024-cü ilin sentyabr ayının 15-dək tamamilə nağd şəkildə qaytarmağı öhdəsinə götürür. Lakin ikinci tərəf saziş şərtlərinə əməl etməyərək “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-cimaddəsində nəzərdə tutulmuş 10 günlük könüllü müddət ərzində icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs izahatında bildirmişdir ki, ərizəni qəbul edir, təmin olunmasına etirazı yoxdur. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixdə, Qusar 1 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişindən görünür ki: 1.1. “Birinci tərəf” Ərizəçi əks tərəf Maraqlı şəxs ünvan 1-də yerləşən MMC "xxxx"yə məxsus 65 №-li mənzili əvəzinə, mənzilin dəyəri olan 175 000 manatı tələb edir. 1.2. “İkinci tərəf” Maraqlı şəxs ünvan 1-də yerləşən MMC "xxxx"-yə məxsus 65 №-li mənzili əvəzinə, mənzilin dəyəri olan 175 000 manatı Ərizəçi 2024-cü ilin sentyabr ayının 15-dək tamamilə, nağd şəkildə qaytarmağı öhdəsinə götürür. 1.3. “İkinci tərəf” bu saziş üzrə öz öhdəliklərini pozduqda, Birinci tərəfin qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə etməsinə razı olduğunu və buna etiraz etmədiyini bəyan edir. 1.4. “Birinci tərəf” Ərizəçi bu Sazişin 1.2.-ci bəndində qeyd edilənlərə razılıq verir. 1.5. “Birinci tərəf” Ərizəçi bu Sazişin 1.2.-ci bəndində qeyd edilən öhdəlikləri yerinə yetirmədiyi təqdirdə “İkinci tərəf” Maraqlı şəxs pul tələbi barədə aidiyyatı məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. 1.6. “Barışıq Saziş”i imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır; 1.7. “Barışıq Saziş”inin icra ilə bağlı tələbləri Sazişin 1.2-ci bəndində göstərilənlər könüllü şəkildə icra olunmalıdır; 1.8. Barışıq sazişi bu gündən etibarən qüvvəyə minir. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 154 kv.m olan 3 otaqlı, 65 saylı mənzilin pay dəyəri 170.000 manat payçı Ərizəçi tərəfindən tam ödənilmişdir. MTK "xxxx"-nin sədri Maraqlı şəxs ilə “Payçı” Ərizəçi arasında bağlanmış kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Kooperativ Nəsimi rayonu, Qulu Quliyev küçəsi 38 yerləşmiş MMC "xxxx"-nin tikilməkdə olan binasında 65 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 170000 manat məbləğində müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Ərizəçi tərəfindən Qusar 1 saylı Mediasiya təşkilatının hesabına 400 manat məbləğində mediasiya xərci ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, maraqlı şəxs barışıq sazişi üzrə öhdəlikləri qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, barışıq sazişi məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş məhkəmə xərcləri də maraqlı şəxsədn tutularaq ərizəçiyə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə, Qusar 1 saylı Mediasiya təşkilatı vasitəsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış MŞQ-MT-027-2024-01277 saylı barışıq sazişi məcburi icra üçün təsdiq edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-6809/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6809/2024
18.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver