Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-686/2024 16.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdeh MMC-nin vəkili və eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil, X3 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə) “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən 7650 manat və 3500 ABŞ dolları maddi, 20 000 manat mənəvi zərərin alınıb mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci il iyun ayının əvvəllərində kəskin bel ağrıları ilə Binəqədi rayonu Naxçivani küçəsində yerləşən cavabdeh "xxxx" MMC-yə müraciət etmiş, 50 manat ödəyərək həkim-cərrah Əlioslan Qədimbəylinin qəbuluna düşmüşdür. Həmin həkim onunla söhbət əsnasında müxtəlif müayinələr üçün Səbayıl rayonu DTX-ya məxsus, Badamdar qəsəbəsində yerləşən tibb müəssisəsinə göndərib. Həmin tibb müəssisəsində 165 manat ödəyərək MRT müayinəsindən keçmişəm. X10 göstərişi ilə "xxxx"nda da 700 manat ödəyərək müxtəlif müayinələrdən (qan analizi, exo, kardioqramma, KT) keçmişdir. Müayinələrdən sonra Əlioslan Qədimbəyli onun təcili əməliyyat olunmasını bildirib və onurğa sütunuba 10 ədəd implant qoyulmasının vacib olduğunu bildirib. Əməliyyata görə cavabdehə 4655 manat ödəmişdir. 22 İyul 2021-ci il tarixdə əməliyyat olunmuş və əməliyyatdan 2 gün sonra evə buraxılmışdır. Həmin gün palata xərcləri adı altında ondan xəzinədarlığa 180 manat da ödəməyi tələb olundu və həmin məbləği də ödəməyə məcbur olmuşdur. Əməliyyatdan sonra X10 göstərişi ilə fizioterapiya kursundan keçmək üçün cavabdehə daha 900 manat ödəyərək 15 gün fizioterapiya kursuundan keçmişdir. Bütün bunlara baxmayaraq bel ağrıları hər keçən gün şiddətləndi və məcbur olub həkim Əlioslan Qədimbəyliyə müraciət etmişdir. Həkim yenidən müayinələrdən keçməyini tələb etdi. Yenə də məcbur olub 150 manat ödəyərək təkrar KT-dən keçmiş və qan analizləri vermişdir.. Müayinələrin nəticələrinə baxdıqdan sonra həkim ona heç bir problem olmadığını bildirib və Zəm-Zəm aptekdən müxtəlif adda dərman preparatları almağını tapşırıb. O, da 800 manat ödəyərək həmin dərmanları alıb qəbul etmişdir. Bütün bunlara baxmayaraq bel ağrıları dözülməz həddə çatıb, gündəlik davamlı qızdırması 37,6 C olub və sərbəst gəzməyi məhdudlaşıb. Sonuncu dəfə cavabdehə 50 manat ödəməklə X10 qəbulunda oldmuş, ona əməliyyatdan sonra sağlamlığı ilə bağlı ciddi problemlərlə üzləşdiyimi, artıq sərbəst gəzə bilmədiyini, tempraturunun düşmədiyini bildirmişdir. Həkim isə əməliyyat və onun nəticələri ilə bağlı heç bir probleminin olmadığını, səhhətindəki problemlərin başqa orqanları ilə bağlı ola biləcəyini söyləyib. 30 Oktyabr 2022-ci ildə məcbur olub müalicə və müayinə olunmaq üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getmiş və İ.İ.Canelidze adına Elimi X20 İnstitutuna müraciət etmişdir. Orada müayinələrdən sonra ona əsas olaraq “Metal konstruksiyaların qeyri-sabitliyi, Vertebrogen ağır sindromu, 21 Aprel 2021-ci il tarixli X2 L2-S1 sonrakı vəziyyəti” diaqnozu qoyulub, təcili cərrahiyyə əməliyyatına ehtiyacının olduğu bildirilib. 16 Noyabr 2022-ci ildə həkim V.A.Manukovskinin sərrahiyyə müdaxiləsi nəticəsində onurğa sütununa yerləşdirilən 10 implantın birinin açıldığı, digərlərinin konsturksiyasının pozulduğu, üçün 2 implant çıxarılıb. Cərrahi əməliyyata görə İ.İ.Canelidze adına müalicə ocağına 3500 ABŞ dolları pul ödəməyə məcbur olmuşdur. Həmin əməliyyatdan sonra rahatlıq tapa bilmiş, artıq sərbəst gəzə bilir, ağrıları keçib, tempraturu norma daxilinə düşüb. Cavabdehin onu səhv müalicəsi və düzgün olmayan əməliyyata görə ümumilikdə 7650 manat və 3500 ABŞ dolları maddi zərər çəkmişdir. Cavabdehin onu düzgün əməliyyat etməməsi, lüzumsuz əlavə xərclərə məruz qoyması, uzun müddət dözülməz ağrılardan əziyyət çəkməyi, qızdırmalı yaşamağının səbəbindən dərin mənəvi psixoloji sarsıntı keçirmiş və ona dəyən mənəvi zərəri 20000 manat qiymətləndirmişdir Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili A.Şahverdi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi(əri) Nümayəndə2 izahatlarında bildirmişdir ki, həkimin səhv əməliyyatı nəticəsində iddiaçının onurğasındakı siniri zədələnib. Sərbəst hərəkəti məhdudlaşıb. Vəziyyəti getdikcə ağırlaşdığı vaxtda həkim onlara “qırmızı” reseptlə ağrıkəsici dərman yazıb. Həmin dərmanın özünə təkcə 800 manat ödəniş etmişlər. Dərmanın təsiri isə özünü yalnız 1 gün göstərir. Səhəri gündən vəziyyəti yenə pisləşir. Həkim isə özünü müdafiəsində sadəcə yoldaşının onurğasındakı sümüklərin boş olduğunu və bu səbəbdən də, implantların şuruplarını saxlamadığını bildirir. Lakin həkim kimi bu vəziyyəti vaxtında müayinə edə bilər və xəstənin müalicəsini öz üzərinə götürməyə bilərdi. Hansı əsala 10 ədəd implantı ora yerləşdirib. İddiaçını Rusiyaya apardıqda onun vəziyyətinə görə təcili əməliyyat etmişlər.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili və eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, ekspert rəyi tədqiq olunmuş, hətta ekspertin özü belə məhkəmə iclasında dinlənilmişdir. Odur ki, işin halları nəzərə alınmaqla, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
6. Məhkəmə iclasında iştirak edən ekspert X14 izahatında bildirmişdir ki, rəyin nəticə hissəsində qeyd edilən diqanoz təqdim edilmiş tibbi sənədlərdən tərcümə edilən göstəricidir. Rəyin təqdim edilməsi üçün həkim mütəxəssis də cəlb edilib. Xəstədə rezorbsiya-sümük əriməsi xəstəliyi var və bu qoyulan implantların sabitliyə təsir edir. Xəstəlik nəticəsində sümükdə yaranan deformasiya nəticəsində implantlarda getdikcə qeyri-stabillik yaranır. Bu cür dəyişikliklər də, vertebraya agrı verir. Degenerasiyanın özü də rezopsiyanın nəticəsidir. Bu cür hal xəstənin fərdi xüsusiyyətindən qaynaqlanır və həkim səhvi deyildir. Xəstə yenə əməliyyat olsa belə, prosesin gedişatı eyni nəticəyə gətirə bilər, necə ki, hazırda da olduğu kimi. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
7. Cavabdeh MMC-yə ödənilən xx.xx.2021-ci il tarixli xidmət çekindən görünür ki, Tükəzban Qocayevanın implant qoyulması ilə bağlı Əliosman Qədimbəyli tərəfindən keçiriləcək əməliyyatı üçün 4655 manat ödəniş edilmişdir.
8. Cavabdeh MMC tərəfindən verilən epikrizdən görünür ki, X5 L2 anteriolistezisi. L5 retrolitezisi, L3-L4, L5-S1 dar kanal diaqnozu qoyulmuşdur.
9. İ.İ.Djanalidze adına X22 Yardım İnstitutu tərəfindən verilən 61977/1096538 saylı xəstəlik tarixçəsindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər stasionar müalicədə olmuş, xəstəyə metal-konstruksiyaların qeyri-sabitliyi. Xəstəliyin anemnizi kimi göstərilir: beldə başlayaraq, sağrı nahiyəsinə sancılarla keçən ağrıları müşahidə etdiyi andan başlayaraq, bir neçə aydır ki, özünü xəstə hesab edir. xx.xx.2021-ci il tarixdə L2-S1 səviyyəsində Fəqərənin transpedikulyar fiksasiyası sistemi vasitəsilə sabitləşdirmə ilə degenerativ stenov səbəbi ilə operativ müalicə keçmişdir. xx.xx.2022-ci il tarixdə fəqərənin bel-omba sümü nahiyyəsinin MRT-si yerinə yetirilmişdir. MRT zamanı metal konstruksiyanın qeyri-sabitliyi əmlamətləri ilə S1 fəqərənin sümük toxumasının rezorbsiyası aşkarlanmışdır.
10. Tükəzban Qocayeva tərəfindən Cavabdeh MMC-də xx.xx.2021-ci il tarixdə 233 manat, xx.xx.2022-ci ildə 197,10 manat, xx.xx.2021-ci il tarixində ümumi cərrahiyə şöbəsinə 5304,60 manat, neyrocərrahiyə şöbəsində həkim Əliosman Qədimbəyli müalicəsi üçün xx.xx.2021-ci il tarixində 300,1 manat, xx.xx.2021-ci il tarixində 300,01 manat, xx.xx.2021-ci il tarixdə 240,02 manat, xx.xx.2021-ci il tarixində 60 manat, xx.xx.2021-ci il tarixində 135 manat, xx.xx.2021-ci il tarixində kardiologiya şöbəsinə 45 manat və s. vəsait xərcləmişdir.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi” Ekspertiza və X15 Publik hüquqi şəxsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 7160 saylı ekspert rəyindən görünür: Tükəzban Qocayeva xx.xx.2021-ci il tarixdə Cavabdeh –a müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona L2 anteriolistezisi; L5 retrolistezi; L3- L4, L5-S1 dar kanal” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq, operativ müalicə taktikası seçilmiş və üzərində L2-L3-L4-L5-S1 transpendikulyar fiksasiya; L3-L5 mikroskopik laminektomiya, L3-L4-L5-1bilateral foraminotomiyalar” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. xx.xx.2021-ci il tarixində xəstə kafi vəziyyətdə ambulator müalicə üçün sahə nevropotoloqun nəzarəti altında evə yazılmış, lazımi təyinat və məsləhətlər verilmişdir. Daha sonra Tükəzban Qocayeva xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası Sankt-Peterburq şəhəri, “İ.İ.Canalidze adına X11 İnstitutu”na daxil olmuş, ona “Transpedikulyar fiksasiyadan (L2- S1) sonrakı vəziyyət” diqanozu təyin edilmiş və xx.xx.2022-ci il tarixdə “Fəqərənin S1 səviyyəsində metal konstruksiyasının qismən ləğv dilməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. xx.xx.2022-tarixdə xəstə evə yazılmışdır. Tükəzban Qocayevanın məhkəmətibbi və mütəxəssis müayinələri zamanı hal-hazırda sagital pozğunluğu müəyyən edilmiş və “Lyumbisakral deformasiyanın korreksiyassı” əməliyyatının aparılmasına ehtiyac vardır. Qeyd olunan patoloji dəyişikliklərin əməliyyatların icrası ilə deyil, fəqərələrin degenerasiyası ilə bağlı olmuş, bu səbəbdən təkrar əməliyyatın aparılmasına baxmayaraq, hal-hazırda patoloi vəziyyət davam etməkdədir. Bununla əlaqədar onun təkrar əməliyyata ehtiyacı vardır. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:
12. Tükəzban Qocayeva 22 iyul 2021-ci il tarixdəCavabdeh MMC – də müvafiq müayinələrdən sonra ona L2 anteriolistezisi; L5 retrolistezi; L3-L4, L5-S1 dar kanal” diaqnozu təyin edilməklə, təyin edilmiş diaqnoza uyğun olaraq üzərində L2-L3-L4-L5-S1 transpendikulyar fiksasiya; L3-L5 mikroskopik laminektomiya, L3-L4-L5-1bilateral foraminotomiyalar” cərrahiyyə əməliyyatı icra edilir. Tükəzban Qocayeva həmin əmliyyatdan sonra vəziyyətinin yaxşılaşmaq əvəzinə kəskin pisləşdiyini əsas gətirməklə, yenidən müalicə üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getmiş və İ.İ.Canelidze adına Elimi X20 İnstitutuna müraciət etmişdir. Orada müayinələrdən sonra ona əsas olaraq “Metal konstruksiyaların qeyri-sabitliyi, Vertebrogen ağır sindromu, 21 Aprel 2021-ci il tarixli X2 L2-S1 sonrakı vəziyyəti” diaqnozu qoyulub, təcili cərrahiyyə əməliyyatına ehtiyacının olduğu bildirilməklə, yenidən əməliyyat edilib.
13. X16 səhhətində yaranan nasazlığın 22 iyul 2021-ci il tarixdə Cavabdeh MMC – də həkim X1 və əməliyyatı düzgün icra etməməsi səbəbindən qaynaqlandığını iddia etməklə, özünə dəyən maddi və mənəvi zərərin ödənilməsini tələb edir.
14. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı ilə müəyyən edildi ki, Tükəzban Qocayevaya xx.xx.2021-ci il tarixdə Cavabdeh –da aparılmış müvafiq müayinələrdən sonra ona L2 anteriolistezisi; L5 retrolistezi; L3-L4, L5-S1 dar kanal” diaqnozu düzgün təyin edilmiş, təyin edilmiş diaqnoza uyğun olaraq, operativ müalicə taktikası seçilmiş və üzərində L2-L3-L4-L5-S1 transpendikulyar fiksasiya; L3-L5 mikroskopik laminektomiya, L3-L4-L5-1bilateral foraminotomiyalar” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Tükəzban Qocayevanın məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı hal-hazırda sagital pozğunluğu müəyyən edilmiş və “Lyumbisakral deformasiyanın korreksiyassı” əməliyyatının aparılmasına ehtiyac vardır. Qeyd olunan patoloji dəyişikliklərin əməliyyatların icrası ilə deyil, fəqərələrin degenerasiyası ilə bağlı olmuş, bu səbəbdən təkrar əməliyyatın aparılmasına baxmayaraq, hal-hazırda patoloi vəziyyət davam etməkdədir. Bununla əlaqədar onun təkrar əməliyyata ehtiyacı vardır.
15. Rəyin tərəflərin və ekspertin iştirakı ilə məhkəmədə tədqiqi zamanı ekspertin izahatı ilə müəyyən edildi ki, Tükəzban Qocayevaya qoyulmuş implantlarda rezorbsiyasümük əriməsi nəticəsində qeyri-stabillik yaranır. Bu cür hal xəstənin fərdi xüsusiyyətindən qaynaqlanır və həkim səhvi deyildir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
16. Qeyd edilməlidir ki, əvvəla hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
17. Məhkəmə işin faktiki hallarını iddia tələbinin əsaslandırılması ilə məcmu halında qiymətləndirərək o qənaətə gəlir ki, iddia tələbinin hüquqi əsasını mülki hüquq pozuntusundan(delikt) irəli gələn maddi və mənəvi zərərin əvəzinin ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; - 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər ; - 1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. - 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
18. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
19. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
20. İşin halları ilə müəyyən edildiyi kimi iddiaçı həkimin səhlənkarlığı və ya səhv diaqnozu nəticəsində onun sağlamlığına zərər vurulduğunu və bunun nəticəsində ona maddi və mənəvi zərər dəydiyini iddia edir. Yuxarıdakı normaların tələbindən də göründüyü kimi delikt törədilməsi nəticəsinə gəlmək üçün 4 dispozitiv şərtin mövcud olması zəruridir. Halbuki, iddiaaçıya dəymiş zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması halı öz təsdiqini tapmır.
21. Belə ki, keçirilmiş ekspertiza tədiqatı nəticəsində müəyyən edilmişdir ki, Tükəzban Qocayevaya düzgün diaqnoz təyin edilməklə, təyin edilmiş diaqnoza uyğun olaraq, cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Yəni hazırda xəstənin pataloji vəziyyəti həkimin səhv diaqnozu və ya gərəksiz, yanlış əməliyyatının nəticəsindən irəli gəlmir. Odur ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia əsassızdır. Tətbiq edilən prosessual normalar:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
23. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
25. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
26. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
24. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
26. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə) “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev