Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7038/2025 10.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X9 Hüseynağa qızının sədrliyi, Əfəndiyeva Lalə Elxan qızının katibliyi, Ərizəçi və nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X5 xx.xx.1973-cü il tarixində İsmayıllı rayonunda anadan olmuşdur. Həmin vaxt ailə üzvləri olan mərhum əri X6 və mərhum oğlu Xətai ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu ərazisində yaşayırdılar. Daha sonra 1978-ci il noyabr ayının 28-də yol nəqliyyat hadisəsi nəticəsində, yəni, avtomobilin oğlu Xətaini vurması nəticəsində oğlu Xətai noyabr ayının 30-da Sabunçu xəstəxanasında dünyasını dəyişmişdir. Bununla bağlı həmin dövrdə Bakı şəhəri Orcanikidze rayonu (hazırki Suraxanı rayonu) prokurorluğu tərəfindən araşdırma aparılmış və sürücünün hərəkətində qanunsuzluq aşkar olunmaması səbəbindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla bağlı həmin dövr məktub göndərilmişdir. Oğlu dünyasını dəyişdikdən sonra onun ölümü ilə bağlı müvafiq olaraq qeydiyyat şöbəsindən ölüm haqqında arayış almamışdır. Oğlu dünyasını dəyişdikdən sonra həmin dövrdə Suraxanı rayonu ərasizində yaşadıqlarından onu Suraxanı rayonu Bülbülə kənd qəbirstanlığında dəfn etmişlər. Hazırda da onun qəbri Bülbülə kənd qəbirstanlığındadır. Ölümü ilə bağlı ölüm haqqında şəhadətnamə almağı unutmuşlar. X4 xx.xx.2025-ci il tarixdə rəhmətə getmişdir. Onunla nikah zamanı ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil almış, həmin mənzil əri X1 adınadır. Əri öldükdən sonra ondan miras olaraq qlmış mənzilin vərəsəlik qaydasında rəsmiləşdirmək üçün notariat orqanına müraciət etdikdə notarius tərəfindən ailə üzvü olaraq mərhum oğlu Xətainin akt qeydlərində sağ olaraq qeyd edildiyi bildirilmişdir. Bununla bağlı Suraxanı qeydiyyat şöbəsinə müraciət etmiş, Xətainin ölümü ilə bağlı akt qeydlərində və arxivdə hər hansı qeyd aşkar edilməmişdir. Daha sonra Binəqədi rayon Qeydiyyat Şöbəsinə müraciət edilmiş və ölüm haqqında şəhadətnaməsinin verilməsi xahiş edilmişdir. Lakin Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən bunun mümkünsüz olması barədə imtina cavabı verilmişdir. xx.xx.1973-cü il təvəllüdlü X2 xx.xx.1978-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək geniş izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçi ölüm haqqında arayışı təqdim edərək onu son onda evdən tapdığını bildirmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş materiallarını və tərəflərin mövqeyini nəzərə alıb, hesab edir ki, hazırki mübahisəyə məhkəmə qaydasında baxıla bilməməsi əsası ilə xitam verilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Orcanikidze rayonu (hazırki Suraxanı rayonu) prokurorluğu tərəfindən verilmiş 2-İİ-79 tarixli, 52447 saylı məktubda qeyd olunmuşdur ki, - X3 üzərinə avtomobil sürülməsi ilə əlaqədar cinayət işinin başlanmasından imtina edilmişdir. 1383 saylı ölüm haqqında həkim arayışına əsasən xx.xx.1973-cü il təvəllüdlü X5 01 dekabr 1978-ci il tarixdə, saat 07-15 də Bakı şəhərində vəfat etmişdir. Ölümün səbəbi avtomobillə vurulma nəticəsində kəllə sümüyünün sınığı baş beyinə qansızma olaraq göstərilmişdir. Şahid qismində dindirilmiş X7 məhkəmədəki ifadəsində bildirdi ki, ərizəçi bibisidir, xx.xx.1973-cü il təvəllüdlü X5 01 dekabr 1978-ci il tarixdə vəfat etmişdir. Körpə yaşlarında idi, onu maşın vurmuşdu. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” haqqında qərarının 4.1-ci bəndinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.4.5-ci bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir.
Məhkəmənin mövqeyi Sadalanan qanunvericilik normalarına, o cümlədən də yuxarı instansiya məhkəməsinin hüquqi tövsiyyəsini nəzərə alaraq işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən, həmçinin ərizəçinin nümayəndəsinin izahatından, tədqiq edilmiş cinayət işi başlanılmasının rədd edilməsi haqqında məktub, həmçinin də ölüm haqqında həkim arayışından müəyyən olunur ki, xx.xx.1973-cü il təvəllüdlü X5 01 dekabr 1978-ci il tarixdə, saat 07-15 də avtomobillə vurulma nəticəsində kəllə sümüyünün sınığı baş beyinə qansızma səbəbindən Bakı şəhərində vəfat etmişdir. Göründüyü kimi şəxsin ölüm tarixi, yeri, səbəbləri aşkardır. Belə olan halda isə hazırki məzmunda ərizənin məhkəmə icraatı qaydasında təmin olunmasına heç bir lüzum mövcud deyil. O ki, qaldı ölüm haqqında şəhadətnamənin verilməməsinə şəxsin bununla əlaqədar ilk öncə ölümün qeydiyyatını aparmış, ölümün səbəblərini, zamanını müəyyən etmiş tibb orqanının arayışı ilə müvafiq icra hakimiyyəti orqanına (qeydiyyat orqanı) müraciət etməsi tövsiyyə edilməli, imtina edildiyi halda isə orqana qarşı inzibati icraat qaydasında iddia qaldırmaq hüququ istisna deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə işə məhkəmə icraatı qaydasında baxıla bilməz və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə işin icraatına xitam verilsin. Ərizəçi tərəfindən ödənilmiş xx.xx.2025-ci il tarixli, **********61 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona qaytarılsın. Ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanına (qeydiyyat orqanı) müraciət etmək hüquqları izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Səidə Məmmədova