Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-705/2025 14.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X9 Hüseynağa qızının sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, Cavabdeh Müstəqil tələb irəli sürməyən İİİ şəxs X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş bütün əmlakların naturada bölgüsü, naturada bölgüsü mümkün olmadığı halda həmin əmlakların hərrac yolu ilə satışı, habelə birgə nikah dövründə çəkilmiş xərcin yarısının pul şəklində alınması barədə, **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobilin alqı-satqısının ləğv olunması, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, “Metropark Residence”, Bina 2, mənzil 2B-9- 2saylı mənzilin, Nissan Micra markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı, MDHFBUK13Z0005723 ban nömrəli avtomobilvə Kia Sportage markalı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 yanvar 2018-ci il tarixdə 2 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsində rəsmi nikahları qeydiyyata alınmışdır. Rəsmi nikah bağlanandan 2024-cü ilin iyun ayınadək cavabdehlə bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Birgə nikahdan 28 iyul 2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. Əvvəllər birgə yaşadıqları müddətdə cavabdehlə münasibətləri normal olsa da, son dövrlərdə kəskin pisləşdiyindən Xətai Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli 2(011)-5302/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövrümüzdə "xxxx" ASC ilə cavabdeh arasında mənzilin alqı-satqısı haqqında bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, “Metropark Residence”, Bina 2, mənzil 2B-9- 2saylı mənzilin 113925 manat alış dəyərində (47576 manat qalıq borc), Nissan Micra markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı, MDHFBUK13Z0005723 ban nömrəli avtomobil (hazırda 20000 manat miqdarında icarədədir, aylıq 500 manat) və Kia Sportage markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli 53500 manat alış dəyərində avtomobil əldə olunmuşdur. Həmin ev və avtomobillər Cavabdeh adına qeydə alınmışdır. Cavabdehin adına rəsmiləşdirilən əmlaklardan başqa, birgə istifadələrində olan digər əmlaklar da alınmışdır. Həmin əmlakların siyahısı və dəyərlərləri aşağıdaki kimidir: 1. Böyük yataq otağı və uşaq yataq otaqı mebel dəsti ikisi birlikdə cəmi 6700 manat dəyərində; 2. İkili, ortopedik böyük yataq matrası 2300 manat dəyərində; 3. İki ədəd, təkli, ortopedik yataq matrası. Hər biri 450 manat olmaqla, cəmi 900 manat; 3. Kompüter masası dəsti: stul, kompüter stolu və rəfləri. Cəmi 700 manat dəyərində; 4. Mətbəx mebeli (sifarişlə, cəmi dəyəri 4500 manat dəyərində; 5. “Franke” markalı tok sobası, 600 manat dəyərində; 6. “Frankie” markalı Aspirator, 450 manat dəyərində; 7. Mər-mər qab yuyan və smesitel 450 manat dəyərində; 8. “Samsung” markalı paltar yuyan maşın 1700 manat dəyərində; 9. “Bosch” markalı soyuducu 1400 manat dəyərində; 10. Mətbəx-bar stulu 230 manat dəyərində; 11. “Bosch” markalı toster 320 manat dəyərində; 12. “Gorenje” markalı blender 400 manat dəyərində; 13. “Bosch” markalı fritur 650 manat dəyərində; 14. “Samsung” markalı 42 düymdiaqonallı televizor 1800 manat dəyərində; 15. Toz suaran maşın 1350 manat dəyərində; 16. “Mitsubishi” markalı, 60 kv kondisioner 2200 manat dəyərində; 17. “Apple” markalı Mac Book 3500 manat dəyərində; 18. “Bosch” markalı kombi 1700 manat dəyərində; 19. Kombi radiatorları 28 hissədən ibarət biri – 17 manat olmaqla, cəmi 476 manat dəyərində; 20. 6 ədəd radiator kranı, hər biri 20 manat olmaqla, cəmi 120 manat dəyərində; 21. Açılıb-yığılan künc divanı 1000 manat dəyərində; 22. Açılıb-yığılan jurnal masası 270 manat dəyərində; 23. İki ədəd pərdə və karniz dəsti hər biri 400 manat olmaqla, cəmi 800 manat; 24. “Dyson” markalı fen 1450 manat dəyərində; 25. “Philips” markalı üz qırxan maşın 209 manat dəyərində; 26. “Tefal” markalı buxar ütüsü 600 manat dəyərində; 27. **-VS-*** dövlət qeydiyyat nişanının əldə olunması üçün ödənilmiş rəsmi dövlət rüsumu; Bundan əlavə cavabdehlə münasibətləri pisləşdikdən sonra cavabdeh Kia Sportage markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobili razılığı və icazəsi olmadan özgəninkiləşdirmişdir. Bu səbəbdən də birgə nikah dövründə əldə olunmuş əmlaka dair hüquqlarının tanınmasını, qanuna müvafiq olaraq bölünməsini və **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobilin alqı-satqısının ləğv olunmasını istəyir. Həmçinin **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobilin özgəninkiləşməsini nəzərə alaraq iddia ərizəsində qeyd olunan əmlakların özgəninkiləşdirilməsi və ya həmin əmlaklar üzərində hər-hansı hərəkətlərin aparılmasına dair qadağa qoyulması üçün məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Belə ki, həmin əmlakların özgəninkiləşdirilməsi barədə əsaslı şübhələr var, bu da öz növbəsində cavabdehin hərəkətləri nəticəsində hüquqlarının qorunmasını əhəmiyyətli dərəcədə çətinləştirəcək və işin hallarından aslı olaraq bəzən mümkünsüz edəcəkdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində texniki səhv buraxdığını, dövlət qeydiyyat nişanı **-VS-*** kimi qeyd olunan avtomobilin **-VS-*** kimi qəbul edilməsini xahiş etmiş, həmçinin Kia Sportage markalı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısını ləğv edərək Cavabdeh mülkiyyətinə geri qaytarılmasını, iddia ərizəsində qeyd olunan əmlakların yəni, **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobilin 2/1 hissəsini, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, “Metropark Bakıxanov” Residence, Bina 2, mənzil 2B-9-2 saylı mənzilin 2/1 hissəsini, Nissan Micra markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı, MDHFBUK13Z0005723 ban nömrəli avtomobilin 2/1 hissəsini və iddia ərizəsində qeyd olunan digər əmlakların (ev əşyaları və inventarlar) 2/1 hissələrinin müvafiq qaydada bölgüsünü müəyyən edərək iddiaçıya aid edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdi və təmin olunmasını xahiş etdi. Həmçinin məhkəmənin suallarına cavab olaraq Kia Sportage markalı, 2023-cü il istehsallı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili birgə nikahda olan zaman mənzil satıb 53 min manata əldə etmişlər. Sonradan münasibətlər soyumuş, faktiki münasibətlərə son qoyulmuş, o avtomobilin üzərinə həbs qoyulması ilə əlaqədar məhkəməyə müraciət etsə də, bir neçə gün gecikmiş, avtomobil cavabdeh tərəfindən yaxın münasibətlərdə olan rəfiqəsinin adına yalandan keçirilmişdir. Lakin bu müqavilənin heç bir hüquqi əsası yoxdur. Hazırda həmin avtomobili cavabdeh idarə edir. Ləğv edilməli və həmin avtomobil üzərində onun da payı müəyyən edilməlidir. Məhkəmə iclasında cavabdeh tələbini qismən qəbul etdiyini, mənzilin, əşyaların, avtomobillərin birgə nikah dövründə alınmasına baxmayaraq, əmlakların əldə edilməsində məbləğin böyük hissəsinin məhz onun valideynlərinin köməkliyi ilə əldə edilməsini bildirdi. Mənzilə dair hüquqların iddiaçı ilə bölünməsinə etiraz etmədiyini, lakin bölgü zamanı onun himayəsində uşaqların olmasının nəzərə alınmasını və bölgünün bərabər nisbətdə aparılmamasını xahiş etdi. Əşyalara gəldikdə isə onların dəyərini mübahisələndirmədi, lakin əşyaların çoxu mənzil ilə birlikdə satılıb, hesab edir ki, həmin əşyaların mövcudluğunu da iddiaçı sübuta yetirməlidir. Avtomobillərdən Nissan Micra iddiaçının özünün də məlumatı olmaqla icarəyə verilmiş, digər Kia Sportage markalı avtomobil onun tərəfindən 45 min manata X1. Onun Kəmaləyə təxminən 20 min manata yaxın borcu olduğuna görə, borcun əvəzində həmin avtomobili sonuncuya satmışdır. Qalan pulu isə Kəmalə ona hissə-hissə ödəmişdir. Müstəqil tələb irəli sürməyən İİİ şəxs X7 izahatında bildirdi ki, Cavabdeh onun iş yoldaşı və yaxın rəfiqəsidir. Sonuncunun ona 20 minə yaxın borcu olduğuna görə Kia Sportage markalı avtomobili 45 min manata satmışdır. Cavabdeh 20 min borcunu çıxmış yerdə qalan pulu isə ona hissə-hissə qaytarmışdır. Avtomobil ona məxsusdur və alqı-satqı müqaviləsinin ləğvinə etiraz edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)- 333/2024 saylı qərardadına əsasən ərizə qismən təmin edilərək, 1 ay müddətinə ünvan 1 ünvanında yerləşən mənzilin, “Nissan Micra” markalı, 77-NOL-501 dövlət qeydiyyat nişanlı avtomobilin, “Kia Sportage” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Cavabdeh qadağan edilmişdir. Satıcı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2B-9-2 saylı müqavilədən müəyyən olunur ki, ünvan 2 ünvanında inşa edilən “MetroPark” yaşayış kompleksində binanın 2-ci blokunun, 9-cu mərtəbəsində, 2 otaqlı mənzili Cavabdeh "xxxx" ASC-dən 113.925 manata almışdır. Aylıq ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2027-ci il tarixədək hər ay 1350 manat olmaqla, ümumilikdə 48925 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin mədaxil qəbzlərindən müəyyən olunur ki, Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına 55084,75 manat, 9915,25 manat, 1144,07 manat və 205, 93 manat ödənişlər edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan və məktuba əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, buraxılış ili 2011-ci il olan, ağ rəngli “Nissan Micra” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Cavabdeh nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ barədə etibarnamələr verilmişdir. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı satqı müqaviləsindən müəyyən olunur ki, X3 buraxılış ili 2011-ci il olan, ağ rəngli “Nissan Micra” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 10000 manata satmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan və məktuba əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, buraxılış ili 2023-cü il olan, mavi metallik rəngli “Kia Sportage” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ barədə etibarnamə verilmişdir. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X7 buraxılış ili 2023-cü il olan, mavi metallik rəngli “Kia Sportage” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 20000 manata satmışdır. İcra məmuru Şaiq Heydərli tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan müəyən olunur ki, ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirilmiş və aşağıdakı əmlaklar siyahıya alınmışdır: 1. Böyük yataq otağı və uşaq yataq otaqı mebel dəsti; 2. İkili, ortopedik böyük yataq matrası; 3. İki ədəd, təkli, ortopedik yataq matrası; 4. Kompüter masası dəsti: stul, kompüter stolu və rəfləri; 5. Mətbəx mebeli; 6. “Franke” markalı tok sobası; 7. Mərmər qab yuyan və smesitel; 8. “Samsung” markalı paltaryuyan maşın; 9. Mətbəx-bar stulu; 10. “Mitsubishi” markalı, 60 kv kondisioner; 11. “Bosch” markalı kombi;
12. Kombi radiatorları 28 hissədən ibarət; 13. 6 ədəd radiator kranı; 14. Açılıb-yığılan künc divanı; 15. Açılıb-yığılan jurnal masası; 16. İki ədəd pərdə və karniz dəsti.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə qanunvericiliyinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 225.1-ci madəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə müvafiq olaraq, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, “ ... Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ərarvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir”. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezupmsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır. “..3.2 Ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 3.7.Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. “ ...Reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür. Ailə Məcəlləsinin 33-cü maddəsində razılığın verilməsi üçün məcburi forma nəzərdə tutulmamışdır. Eyni zamanda Mülki Məcəllənin 355.2-ci maddəsinə əsasən, razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Odur ki, ərin (arvadın) bağladığı müqavilədə tərəf olmayan ərin (arvadın) razılığı istənilən formada (şifahi, sadə yazılı, notarial, konkret konkludent hərəkətlərdə və s.) ifadə oluna bilər. “...4.15.Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə 7 hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. “...6.16. Ona görə də, ər-arvadın ümumi əmlakda payının müəyyən olunması barədə iddia tələbi bütün hallarda təsbit iddiası kimi qəbul edilməməli, tərəflər arasındakı mübahisənin mahiyyəti aydınlaşdırılmalı, onların çatmaq istədikləri hüquqi nəticə müzakirə edilməklə iddianın təsbit, yoxsa bölünmə barədə olması, həmin tələblərin bütün ümumi əmlakı, yoxsa onun tərkibinə daxil olan ayrı-ayrı predmetləri əhatə etməsi, əmlakın aktivi ilə yanaşı, passivinin də mübahisəli olub-olmadığı, tələbin yönəldiyi hər bir predmet dəqiqləşdirilməlidir. Bu məqsədlə hakim işi məhkəmədə baxılmağa hazırlayarkən qeyd edilən halları Mülki Prosessual Məcəllənin 14.1-ci və 167.1-ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməli, dəqiqləşdirmənin nəticələri məhkəmənin iclas protokolunda aydın şəkildə əks etdirilməlidir. 6.18. Məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri). 6.25. Ailə qanunvericiliyi ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu payları bərabər hesab etməklə yanaşı, payların qeyri-bərabər bölünməsinə əsas verən halları da müəyyən etmişdir. Belə ki, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan birinin üzrsüz səbəbdən gəlir əldə etmədiyini və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyini nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (Ailə Məcəlləsinin 37.2-ci maddəsi). 6.26. İstinad olunan maddənin mənası baxımından sadəcə yetkinlik yaşına çatmayan uşaqların ayrı yaşayan valideynlərdən birinin himayəsində qalması məhkəmələr tərəfindən bu normadan çıxış edərək, ümumi əmlakın qeyri-bərabər bölünməsi üçün əsas ola bilməz. 6.38. Bu baxımdan oxşar mübahisələr üzrə ər-arvadın üçüncü şəxslər qarşısında ümumi öhdəliklərinin müəyyən edilməsi heç bir halda kreditorun (kreditorların) razılığı olmadan kredit müqavilələrinin şərtlərinin, o cümlədən kredit müqaviləsi üzrə borcluların və ya onların öhdəliklərinin dəyişməsi kimi başa düşülməməli və mübahisələr bu qaydada həll edilməməlidir. 7.1. Ailə Məcəlləsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir 7.6. Ər-arvaddan birinin ümumi birgə mülkiyyətdə olan əşyaya sərəncam əqdini digərinin razılığı olmadan bağlaması, əşyanın daşınar və daşınmaz olmasından asılı olaraq mülki və ailə qanunvericiliyində müəyyən edilmiş şərtlərlə tələb olunan razılığın alınmaması əsası ilə etibarsız sayıla bilər. 7.7. Reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq, daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3-cü və Mülki Məcəllənin 222.3-cü maddələri). Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Bu qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ər-arvadın ümumi əmlakına daxil olan digər hüquqlara (yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur. 7.13. Ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin etibarsızlığına dair işlərə baxarkən məhkəmələr xidməti vəzifəsinə görə işin əqdin bəyənilməsinə dəlalət edən mübahisəsiz və ya müəyyən edilmiş hallarına qiymət verməlidirlər. Belə ki, ərin və ya arvadın müqaviləni bəyənməsi nəticəsində əqd etibarlı hala gəlmiş olur (Mülki Məcəllənin 357-ci maddəsi). 7.14. Oxşar mübahisələrlə bağlı F.Nəcəfovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 2023-cü il 3 mart tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. 7.16. Beləliklə, ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyalara dair sərəncam əqdlərinin mübahisələndirilməsi ilə bağlı işlərə baxarkən məhkəmələr Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeləri, həmçinin ər-arvadın əqdin bağlanmasından sonra ailə birliyi içərisində yaşadığı dövrü, əqdin bağlanmasından sonra keçən müddəti, bu zaman ərzində razılığı alınmayan tərəfin əşyaya münasibətini və işin diqqətəlayiq digər hallarını nəzərə almaqla, ağlabatan mühakimə əsasında əqdin bəyənilib-bəyənilmədiyi barədə əsaslandırılmış qənaət formalaşdırmalıdırlar. 7.17. Ümumi əmlaka daxil olan predmetin (məsələn, avtomobilin) ərin (arvadın) bağladığı müqavilə əsasında üçüncü şəxsin adına qeydə alındığı halda ərin (arvadın) həmin müqavilənin etibarsız sayılması və (və ya) əşyanın ümumi mülkiyyətə qaytarılmaqla, bölünməsinə dair əqdin hər iki tərəfinə (sərəncam verən ərə (arvada) və əldə edən üçüncü şəxsə) qarşı iddia qaldırmaq hüququ vardır. Həmin şəxslərə qarşı göstərilən tələblərdən hər hansı birinin irəli sürülməsi iddiaya baxılması üçün kifayət edir. Belə ki, müqavilənin etibarsız sayılması barədə iddia qaldırıldıqda, etibarsızlığın nəticəsi (Mülki Məcəllənin 337.5-ci maddəsi) kimi üçüncü şəxsin adına olan reyestr qeydinə düzəliş edilməsi (Mülki Məcəllənin 141-ci maddəsi); etibarsız əqd əsasında verilmiş əşyanın qaytarılması tələbi (Mülki Məcəllənin 157.2-ci maddəsi) üzrə isə qeydin əsasında duran müqavilənin etibarlılığının yoxlanılması məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsidir və tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Sözügedən tələblərə baxılarkən əşyanın üçüncü şəxsin adına rəsmiləşməsinə əsas olmuş əqd etibarsız sayıldıqda müvafiq reyestr qeydi ləğv olunur və əşya ər-arvadın birgə əmlakı kimi bölünür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”.
Məhkəmənin mövqeyi Beləliklə yuxarıda sadalanan qanunvericilik normalarını, yuxarı instansiya məhkəməsinin təcrübi mövqeyini rəhbər tutaraq, tərəflərin mülahizəsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, mübahisənin predmeti olan, tərəflərin birgə nikah dövründə əldə etdikləri "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2B-9-2 saylı müqaviləyə əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, “Metropark Bakıxanov” yaşayış kompleksində binanın 2B blokunun, 9-cu mərtəbəsində, 2 otaqlı (2B-9-2) mənzil üzrə müqavilədən əmələ gəlmiş hüququn 1/2 hissəsi üzərində İddiaçı, 1/2 hissəsi üzərində Cavabdeh payı tanınmalıdır. Eyni zamanda Nissan Micra markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı, MDHFBUK13Z0005723 ban nömrəli avtomobilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh mülkiyyət hüquqları tanınmalıdır. Bundan əlavə tərəflərin birgə nikah dövründə əldə etdikləri “Kia Sportage” markalı **- VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobiə münasibətdə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, avtomobil həqiqi niyyətlə deyil, uydurma əqd əsasında cavabdehin iş yoldaşı, yaxın rəfiqəsi olan iş üzrə İİİ şəxsə satılmış, əslində isə niyyət boşanmadan sonra kifayət qədər dəyəri olan avtomobilin bölünməsinin qarşısını almaq olmuşdur. Belə ki, istər iddiaçının, istərsə də cavabdehlə İİİ şəxsin verdikəri ziddiyyətli izahatlarından müəyyən olunur ki, sözügedən avtomobil üçün X12 Quluzadəyə heç bir məbləğdə pul verməmiş, avtomobilin alqı-satqısı uydurma olmuşdur. Həmçinin məhkəmə əmlak prosesindən əvvəl iddiaçının müvafiq qaydada müvəqqəti təminat tədbiri ilə müraciət etməsi və məhkəmənin avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoymasını da diqqətdən qaçırmır. Beləliklə, araşdırmanın hüquqi qiymətləndirilməsi məhkəmənin adıçəkilən avtomobil üzrə bağlanmış alqı-satqının etibarsız hesab edilməsi, sözügedən avtomobil ilə əlaqədar bütün qeydlərin müvafiq orqan tərəfindən əvvəlki vəziyyətinə qaytarmaqla, avtomobil üzərində iddiaçı və cavabdehin bərabər hissələrdə paylarının müəyyən edilməsi qənaətinə gəlməsi ilə nəticələnir. Həmçinin məhkəmə hesab edir ki, iddia predmeti olan və birgə nikah dövründə əldə edilmiş əşyaların da tərəflər arasında işin diqətəlayiq halları, əşyaların təyinatı və qiymətləri nəzərə alınmaqla göstərilən qaydada paylaşılmalıdır:
1. Böyük yataq otağı mebel dəsti, ikili, ortopedik böyük yataq matrası; Kompüter masası dəsti: stul, kompüter stolu və rəfləri; “Franke” markalı tok sobası; Açılıb-yığılan jurnal masası; “Samsung” markalı paltaryuyan maşın; bir ədəd pərdə və karniz dəsti iddiaçıya
2. Uşaq yataq otaqı mebel dəsti; iki ədəd, təkli, ortopedik yataq matrası; mətbəx mebeli; mərmər qab yuyan və smesitel; Mətbəx-bar stulu; “Mitsubishi” markalı, 60 kv kondisioner; “Bosch” markalı kombi; kombi radiatorları 28 hissədən ibarət; 6 ədəd radiator kranı; Açılıb-yığılan künc divanı; bir ədəd pərdə və karniz dəsti isə cavabdehə verilməli, qalan hissədə isə əşyaların bölünməsi onların mövcudluğuna dair iddiaçı tələbini sübuta yetirməməsi səbəbindən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə xərclərinə münasibətdə isə iddianın qismən təmin olunmasını nəzərə alıb məhkəmə 50 manat məbləğində hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını mümkün hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Nəticə hissəsi QƏTETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Tərəflərin birgə nikah dövründə əldə etdikləri "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2B-9-2 saylı müqaviləyə əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, “Metropark Bakıxanov” yaşayış kompleksində binanın 2B blokunun, 9-cu mərtəbəsində, 2 otaqlı (2B-9-2) mənzil üzrə müqavilədən əmələ gəlmiş hüququn 1/2 hissəsi üzərində İddiaçı, 1/2 hissəsi üzərində Cavabdeh payı tanınsın, Nissan Micra markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı, MDHFBUK13Z0005723 ban nömrəli avtomobilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh mülkiyyət hüquqları tanınsın, “Kia Sportage” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobil üzrə X7 ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və avtomobilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh mülkiyyət hüquqları tanınsın. Tərəflərin birgə nikah dövründə əldə etdikləri əşyalar aşağıdakı qaydada bölünsün:
1. Böyük yataq otağı mebel dəsti, ikili, ortopedik böyük yataq matrası; Kompüter masası dəsti: stul, kompüter stolu və rəfləri; “Franke” markalı tok sobası; Açılıb-yığılan jurnal masası; “Samsung” markalı paltaryuyan maşın; bir ədəd pərdə və karniz dəsti iddiaçıya
2. Uşaq yataq otaqı mebel dəsti; iki ədəd, təkli, ortopedik yataq matrası; mətbəx mebeli; mərmər qab yuyan və smesitel; Mətbəx-bar stulu; “Mitsubishi” markalı, 60 kv kondisioner; “Bosch” markalı kombi; kombi radiatorları 28 hissədən ibarət; 6 ədəd radiator kranı; Açılıb-yığılan künc divanı; bir ədəd pərdə və karniz dəsti isə cavabdehə verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səidə Məmmədova