Məhkəmə qərarları › İş №e-2(001)-7238/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7238/2025

07.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7238/2025 07.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixdə MŞB/21/2025-00152 saylı Barışıq Sazişinin 2-ci bəndinin 3-cü yarımbəndinin (aliment öhdəliyi) məhkəmə qaydasında təsdiq edilməsi və məcburi icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 07 dekabr 2020-ci il tarixdə nikaha daxil olaraq evlənmişdir. Maraqlı şəxs nikahlarının pozulması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir, mülki iş hazırda məhkəmənin icraatındadır. Onların arasında məhkəməyə qədər mediasiya prosesinin tətbiqi ilə bağlı xx.xx.2025-ci il tarixdə MŞB/21/2025-00152 saylı Barışıq Sazişi tərtib edilərək təsdiq edilmişdir. Həmin Sazişin 2-ci bəndinə əsasən, Birinci tərəf Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının ¼ hissəsinin İkinci tərəf Ərizəçi aliment formasında ödəməyə etiraz etməmişdir. Sazişin şərtlərinə görə, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 8-ci bəndinə əsasən, Sazişin könüllü icrasından imtina olunarsa, Tərəflər Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilərlər. O, Maraqlı şəxs dəfələrlə müraciət edərək birgə nikahlarından doğulan xx.xx.2021-ci il təvəllüdlü X2 hər ay aldığı əmək haqqının ¼ hissəsi məbləğində alimentin ödənilməsini xahiş etsə də, maraqlı şəxs hər dəfə müxtəlif bəhanələrlə ödənişdən boyun qaçırır. Barışıq Sazişinin təsdiq edilməsindən üç ay keçməsinə baxmayaraq, Maraqlı şəxs Sazişlə götürdüyü öhdəliyi yerinə yetirmir. Barışıq Sazişinin 2-ci bəndinin 3-cü yarımbəndinin şərtlərinin pozulması onların birgə nikahlarından doğulan xx.xx.2021-ci il təvəllüdlü X1 hüquqlarının pozulmasına səbəb olmuşdur. Uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş aliment ödənilmir. Ona görə də, o, xx.xx.2025-ci il tarixdə MŞB/21/2025-00152 saylı Barışıq Sazişinin 2-ci bəndinin 3-cü yarımbəndinin məhkəmə qaydasında təsdiq edilməsi və məcburi icraya yönəldilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında Ərizəçi, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclası barədə Maraqlı şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 saylı Mediasiya təşkilatı tərəfindən bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/21/2025-00152 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X5 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla “1. Birinci tərəf: - Maraqlı şəxs və ikinci tərəf - Ərizəçi Bakı 21 saylı Mediasiya Təşkilatına müraciət edərək xx.xx.2020-ci il 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 2538 saylı akt qeydi ilə qeyd edilmiş nikahın məhkəmə tərəfindən 3 ay vaxt verilmədən pozulmasına razıdırlar. 2. Birinci tərəf: - Maraqlı şəxs ikinci tərəf: - Ərizəçi ilə birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2021-ci il təvəllüdlü X1 ananın (Ərizəçi) himayəsində saxlanmasına etiraz etmir. 3. Birinci tərəf - Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının 1/4 hissəsini ikinci tərəf Ərizəçi aliment ödəməyə etiraz etmədi.” barədə razılığa gəlmişlər. Göründüyü kimi Ərizəçi, Maraqlı şəxs və mediator X5 arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli, MŞB/21/2025-00152 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla birgə nikahdan dünyaya gəlmiş xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay əmək haqqısının ¼ hissəsinin ikinci tərəf Ərizəçi ödənilməsini razılaşdırmışlar. Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə mülki-prosessual qanunvericiliyin barışıq sazişinin təsdiq edilməsi ilə bağlı müvafiq tələblərinə əsaslanaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi, Maraqlı şəxs və mediator X5 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/21/2025-00152 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməlidir.

3. Birinci tərəf - Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının ¼ hissəsini ikinci tərəf Ərizəçi aliment ödəməyə etiraz etmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi, Maraqlı şəxs və mediator X5 arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli, MŞB/21/2025-00152 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.

3. Birinci tərəf - Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının ¼ hissəsini ikinci tərəf Ərizəçi aliment ödəməyə etiraz etmədi. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar