Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-779/2025 14.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X1, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, iş üzrə Cavabdeh ilə 28 iyul 2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Halhazırda Binəqədi Rayon Məhkəməsində nikahın ləğvi barəsində tərəfindən verilmiş iddia ərizəsi hakim Elnarə Vəliyevanın icraatındadır. O, cavabdehlə nikah bağladıqdan sonra mövcud olan adət-ənənələrə uyğun olaraq cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacibəyli kücəsində yerləşən 1001 saylı evə gəlin köçmüş və “cehiz” kimi müəyyən daşınar əmlakı özü ilə gətirmişdir. Toy və nişan ərəfələrində ona qızıl-zinət əşyaları da hədiyyə olunmuşdur. Apardığı daşınar əmlaklar aşağıdakılardan ibarətdir: zinət əşyaları - 1. Toy komplekti (kolye, üzük, qolbaq, sırğalar) – 170000 manat; 2. brilliant tək qaş üzük – 85000 manat; 3. Yanlarında xırda brilliantlarla bəzədilmiş tək qaş üzük – 70000 manat; 4. Brilliant komplekt (boyunbağı, üzük, qolbaq, sırğalar) – 15000 manat; 5. Brilliant komplekt (boyunbağı, nişan üzüyü, sırğalar) – 7000 manat; 6. Brilliant komplekt (boyunbağı, üzük, qolbaq, sırğalar) – 20000 maat; 7. Brilliant üzük – 1500 manat; 8. Brilliant üzük zümrüd daşla – 1500 manat; 9. İki ədəd brilliant qolbaq – 3000 manat; 10. Qızıl qolbaq - xırda brilliantlarla – 1200 manat; 11. Sadə qızıl qolbaq – 700 manat; 12. Qızıl üzük – 550 manat; 13. Rado İsveçrə saatı – 4400 manat; 14. Tissot saat – 3000 manat; 15. X9 49 mm saat – 1500 manat; 16. Zərfdə 10000 manat üstündə “Həlimənin komplekt pulu” yazısı ilə; Bütün bu zinət əşyalarını kamuflyaj idman çantasına qoymuş və ərinin təkidi ilə 2023-cü ilin oktyabr ayında xaricə getməzdən əvvəl qayınanası Emma Pənahovaya vermişdir. Fərqli ölçülərdə 100-ə yaxın ona məxsus əl işləri-rəsm əsərləri (ümumi dəyəri 500000 manat); Qırmızı ağacdan iki rəsm malberti – 500 manat; boyalar və fırçalar – 2000 manat; rəsm üçün Digital Wacom planşeti - 800 manat; proyektor – 500 manat; Amerikada olan 2 çamadan: üç ədəd Jimmy Choo ayaqqabıları, Hermes ayaqqabı, 2 ədəd Chanel çanta, bir ədəd Dior, 2 ədəd Bottega və LV çantalar, multistayler Dyson airwrap, Versace və Swarovski saatları, bahalı kosmetika (Guerlain, Dior, Chanel), bahalı üz və bədən üçün qulluq vasitələri, çoxsaylı paltarlar (donlar, bluzlar, şalvarlar, şortlar və s.) - ümumi qiymət - 60000 manat; Cehiz: 1. 12 nəfərlik gündəlik şam yeməyi dəsti - 450 manat; 2. 12 nəfərlik Madonna şam yeməyi dəsti - 550 manat; 3. 12 nəfərlik Madonna nahar yeməyi dəsti - 550 manat; 4. 6 nəfərlik Madonna çay dəsti – Almaniya farforu - 350 manat; 5. 6 nəfərlik ağ farfordan çay dəsti – Çexiya farforu - 350 manat; 6. 12 nəfərlik xrustal çay stəkanları və 12 ədəd farfor nəlbəki - 150 manat; 7. 6 nəfərlik Dubaydan olan 3 çeşid farfor qəhvə dəsti – 1000 manat; 8. 18 nəfərlik gündəlik və qonaq üçün çəngəl-qaşıq çamadan dəsti – 315 manat; 9. Gündəlik və qonaq üçün su və şirə stəkanları – 300 manat; 10. 12 ədəd şüşə şərab badələri - 200 manat; 11. 12 nəfərlik şüşə şirə qədəhi qrafinlə - 250 manat; 12. 6 nəfərlik Martini üçün şüşə qədəhi - 260 manat; 13. 6 nəfərlik çex kristal rumka dəsti - 240 manat; 14. 12 nəfərlik çex kristal şampan qədəhi – 350 manat; 15. 6 nəfərlik çex kristal şirə qədəhi 220 manat; 16. 6 nəfərlik Martini üçün şüşə qədəhi; 17. 5 ədəd Villeroy & Boch vazolar - 750 manat; 18. 4 ədəd Villeroy & Boch meyvə qabları – 550 manat; 19. 4 ədəd mürəbbə qabı Nachtmann və 1 ədəd meyvə qabı – 146 manat; 20. 2 şüşə mətbəx qrafini - 100 manat; 21. Çay dəsti 100 manat; 22. Məişət əşyaları: Tefal Qazan tava dəstləri və s. – 360 manat; 23. Mətbəx avadanlıqları və kiçik ev alətləri: Toshiba soyuducu - 1400 manat; elektrikli çaydan - 100 manat; şirəçəkən, mikser - 70 manat; Termopot Panasonic - 150 manat; 24. Elektrik avadanlıqları: ütü Braun - 140 manat; Samsung tozsoran - 230 manat; Braun saç feni - 200 manat; Dyson air saç alətləri - 900 manat; Philips saç düzləşdirici – 60 manat; 25. Ədviyyat qabı dəsti – 150 manat; 26. 4 dənə Kristal və şüşə güldanları Villeroy & Boch - 540 manat; 27. 2 ədəd Kristal Şamdanlar, Nachtmann Almaniya – 216 manat; 28. 6 ədəd Çərəz qabı X7 və Villeroy & Boch - 675 manat; 29. Salat qabları - Kristal dəsti X7. Almaniya - 250 manat; 30. Kristal tort qabı Nachtmann Almaniya - 196 manat; 31. “Corralium” qızıl rəngli kandelyabr – 80 manat; 32. Qızıl rəngli polirezindən şirniyyat qabları - 150 manat; 33. 10 ədəd mətbəx dəsmalları - 100 manat; 34. 6 ədəd kəsmə taxtası - 150 manat; 35. 6 ədəd gündəlik və qonaq süfrələri – 600 manat; 36. Yay və qış pokrivallar, yorğanlar və yataq dəstləri, ədyallar - 1600 manat; 37. 10 ədəd hamam dəsmalları - 500 manat; 38. 7 ədəd hamam xalatları – 700 manat; 39. 6 ədəd hamam xalçaları – 550 manat; 40. Xalça 3x4 metrə - 3000 manat; Evdə şəxsi əşyalar: 1.Təbii Sobol (samur) xəz şuba – 15000 manat; 2.Təbii Norka xəz şuba - 8000 manat; 3.Təbii dovşan xəzindən hazırlanmış qara şuba – 800 manat; 4. MaxMara bej palto – 3000 manat; 5. Alpaka palto şınşıla yaxası ilə - 3000 manat; 6. Dutik kurtka tülkü yaxası ilə - 900 manat; 7. Dutik Gant kurtka - 500 manat; 8.Tülkü gödəkçəsi - 800 manat; 9.Təbii Norka papaq - 1500 manat, təbii sobol xəzindən papaq - 2000 manat; 10. Valentino qırmızı nişan şərfi - 1000 manat; 11. Dörd növ Dior, LV, Gucci şərfləri – 5500 manat; 12. İki Guess kurtka - 600 manat; 13. Ralf Lauren kurtka - 600 manat; 14. Chanel bej ayaqqabı – 1700 manat; 15. Dior hündürdaban ayaqqabı 2500 manat; 16. Jimmy Choo hündürdaban ayaqqabı - 1700 manat; 17. Jimmy Choo hündürdaban ayaqqabı - 1700 manat; 18. Miu Miu hündürdaban ayaqqabı - 1800 manat;
19. Hermes qara ayaqqabı - 2500 manat; 20. Celine qəhvəyi botinka - 1400 manat; 21. 6 ədəd palto – 6000 manat; 22. Beş növgödəkçə kurtka - 1080 manat; 23. Beş növ dutik qış kurtkası – 6100 manat; 24. Üç ədəd dutik jilet - 1500 manat; 25. Prada bej botinka - 1200 manat; 26. Dəridən 3 növ bey hündürdaban sapoqi – 950 manat; 27. Dəridən 2 növ qara hündürdaban sapoqi – 850 manat; 28. 2 ədəd boz rəngdə hündürdaban botinka – 740 manat; 29. 5 ədəd krasovka - 660 manat; 30. 5 növ klassik pencək şalvar kostyumları – 2000 manat; 31. Gündəlik və axşam yeməyi üçün 35 növ paltar – 10500 manat; 32. Gündəlik və axşam yeməyi üçün 10 növ şalvar – 6000 manat; 33. Gündəlik və axşam yeməyi üçün 10 növ yubka 5600 manat; 34. Gündəlik və axşam yeməyi üçün 45 növ kofta/bluz/jaket – 9500 manat; 35. 10 növ əl çantası – 11500 manat; 36. 10 növ pencək - 3400 manat; 37. 10 növ qış sviteri – 2400 manat; 38. 3 növ kombinezon – 900 manat; 39. Üz və saç qulluq vasitələri (şampunlar, kremlər, maskalar, spreylər və. s) – 2500 manat;
40. Beş növ ətir– 2800 manat; Ziyafət paltarları Toy libası – 13 000 manat; ikinci toy libası – 1500 manat; qırmızı nişan paltarı – 1500 manat; yaşıl payetli paltar – 1500 manat; açıq yaşıl rəngdə payyetli paltar - 1500 manat; qızılı libas – 1500 manat; qızılı beyaz libas - 1000 manat; mavi pələng naxışlı paltarı – 1000 manat; çəhrayı paltar - 800 manat: Ümümi məbləği 394.350 (üç yüz doxsan dörd min üç yüz əlli) manat; Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu geri qaytarmaqdan imtina etmişdir. Sadalanan hüquq normalarına əsasən o, hesab edir ki, ona xüsusi mülkiyyət hüququ ilə mənsub olan yuxarıda sadaladığı daşınar əmlaklar cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona verilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, mülkiyyətində olan yuxarıda göstərilən daşınar əmlakların Cavabdeh qanunsuz sahibliyindən alınaraq və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ödənilmiş 684.35 manat dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X3 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəməyə müraciət olunduqdan sonra iddiaçıya məxsus bir sıra daşınar əmlakların cavabdeh tərəfindən 166 yükdaşıma xidməti vasitəsilə iddiaçıya təhvil verilməsini əsas gətirərək, iddiaçıya məxsus əşyaların: 170 000 manat dəyərində toy komplekti: kolye, üzük, qolbağ, sırğalar, 85000 manat dəyərində brilliant tək qaş üzük, 70000 manat dəyərində yanlarında xırda brilliantlarla bəzədilmiş tək qaş üzük, 15000 manat dəyərində brilliant komplekt: boyunbağı, üzük, qolbağı, sırğalar, 7000 manat dəyərində brilliant komplekt: boyunbağı, nişan üzüyü, sırğalar, 20000 manat dəyərində brilliant komplekt: boyunbağ, üzük, qolbağ, sırğalar, 1500 manat dəyərində brilliant üzük, 1500 manat dəyərində brilliant üzük zümrüd daşla, 3000 manat dəyərində iki ədəd brilliant qolbaq, 1200 manat dəyərində qızıl qolba xırda brilliantlarla, 700 manat dəyərində sadə qızıl qolbaq, 550 manat dəyərində qızıl üzük, 4400 manat dəyərində Rado İsveçrə saatı, 3000 manat dəyərində Tissot saat, 1500 manat dəyərində X9 49 mm saat, zərfdə 10000 manat üstündə “Həlimənin komplekt pulu” yazısı ilə, Amerikada olan 2 çamadan: üç ədəd Jimmy Choo ayaqqabıları, Hermes ayaqqabı, 2 ədəd Chanel sumka, bir ədəd Dior, 2 ədəd Bottega və LV sumkalar, multistayler Dyson airwrap, Versace və Swarovski saatları, bahalı kosmetika (Guerlain,Dior, Chanel), bahalı üz və bədən üçün qulluq vasitələri, çoxsaylı paltarlar (donlar, bluzlar, şalvarlar, şortlar və s.) ümumi qiyməti 60000 manat, 450 manat dəyərində 12 nəfərlik gündəlik şam yeməyi dəsti, 550 manat dəyərində 12 nəfərlik Madonna nahar yeməyi dəsti, 1000 manat dəyərində 6 nəfərlik Dubaydan olan 3 çeşid farfor qəhvə dəsti (2 ədəd dəst qaytarılıb), 315 manat dəyərində 18 nəfərlik gündəlik və qonaq üçün çəngəl-qaşıq çamadan dəsti, 300 manat dəyərində gündəlik və qonaq üçün su və şirə stəkanları, 200 manat dəyərində 12 ədəd şüşə şərab badələri, 250 manat dəyərində 12 nəfərlik şüşə şirə qədəhi Qrafinlə, 240 manat dəyərində 6 nəfərlik çex kristal rümka dəsti, 350 manat dəyərində 12 nəfərlik çex kristal şampan qədəhi, 220 manat dəyərində 6 nəfərlik çex kristal şirə qədəhi, 750 manat dəyərində 5 ədəd Villeroy & Boch vazolar, 550 manat dəyərində 4 ədəd Villeroy & Boch meyvə qabları, 100 manat dəyərində 2 şüşə mətbəh qrafini, 150 manat dəyərində Panasonic markalı Termopot, 140 manat dəyərində Braun markalı ütü, 200 manat dəyərində Braun markalı saç feni, 900 manat dəyərində Dyson air saç alətləri, 60 manat dəyərində Philips saç düzləşdirici, 150 manat dəyərində ədviyyat qabı dəsti, 540 manat dəyərində 4 ədəd Kristal və şüşə güldanları Villeroy & Boch, 216 manat dəyərində 2 ədəd kristal şamdanlar Nachtmann Almaniya, 250 manat dəyərində salat qabları kristal dəsti X7 Almaniya, 100 manat dəyərində 10 ədəd mətbəx dəsmalları, 150 manat dəyərində 6 ədəd kəsmə taxtası, 600 manat dəyərində 6 ədəd gündəlik və qonaq süfrələri, 1600 manat dəyərində yay və qış pokrivallar, yorğanlar və yataq dəstləri, ədyallar, 500 manat dəyərində 10 ədəd hamam dəsmalları, 700 manat dəyərində 7 ədəd hamam xalatları, 550 manat dəyərində 6 ədəd hamam xalçaları, 3000 manat dəyərində 3x4 metrə xalça, 15000 manat dəyərində təbii Sobol (samur) xəz şuba, 8000 manat dəyərində təbii Norka xəz şuba, 800 manat dəyərində təbii dovşan xəzindən hazırlanmış qara şuba, 3000 manat dəyərində Max Mara bej palto, 3000 manat dəyərində Alpaka palto şınşıla yaxası ilə, 900 manat dəyərində Dutik kurtka tülkü yaxası ilə, 500 manat dəyərində Dutik Gant kurtka, 800 manat dəyərində tülkü gödəkçəsi, 1500 manat dəyərində təbii Norka papaq, 2000 manat dəyərində təbii sobol xəzindən papaq, 5500 manat dəyərində dörd növ Dior, LV, Gucci şərfləri, (1 ədəd Dior şərfi qaytarmadılar), 1700 manat dəyərində Chanel bej ayaqqabı, 2500 manat dəyərində Dior hündürdaban ayaqqabı, 1700 manat dəyərində Jimmy Choo hündürdaban ayaqqabı, 1700 manat dəyərində Jimmy Choo hündürdaban ayaqqabı, 1800 manat dəyərində Miu Miu hündürdaban ayaqqabı, 2500 manat dəyərində Hermes qara ayaqqabı, 1080 manat dəyərində beş növ gödəkçə kurtka, 6100 manat dəyərində beş növ dutik qış kurtkası (3 ədədi qaytarılmışdır), 1500 manat dəyərində üç ədəd dutik jilet, 2000 manat dəyərində 5 növ klassik pencək şalvar kostyumları, 10500 manat dəyərində gündəlik və axşam yeməyi üçün 35 növ paltar (bəziləri qaytarılmışdır), 6000 manat dəyərində gündəlik və axşam yeməyi üçün 10 növ şalvar (bəziləri qaytarılmışdır), 9500 manat dəyərində gündəlik və axşam yeməyi üçün 45 növ kofta/bluz/jaket (bəziləri qaytarılmışdır), 3400 manat dəyərində 10 növ pencək (3 ədədi qaytarılmışdır), 2500 manat dəyərində üz və saç qulluq vasitələri (şampunlar, kremlər, maskalar, spreylər və s), 2800 manat dəyərində beş növ ətir (2 ədəd istifadə olunmuş ətir qaytarılmış, digər bağlı qutuda olanlar qalmışdır), 13000 manat dəyərində toy libası, 1500 manat dəyərində ikinci toy libası, 1500 manat dəyərində qırmızı nişan paltarı, 1500 manat dəyərində yaşıl payetli paltar, 1500 manat dəyərində açıq yaşıl rəngdə payyetli paltar, 1500 manat dəyərində qızılı libas, 1000 manat dəyərində qızılı bəyaz libas olmaqla, ümumi məbləği 394350 manat olan əşyaların iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı nümayəndə Vəkil2 bildirmişdir ki, tərəflər X2 yaşamışlar, iddiaçı 1 aydan artıq müddətdə Azərbaycan Respublikasına tək gələrək sözügedən ünvanda yaşamış, həmin fərdi yaşayış evində olan cehiz və ya ona məxsus əşyaları geri götürmək imkanı olmuş, həmin əşyaların bir hissəsi iddiaçı tərəfindən gətirilməsə də, cavabdeh tərəfin humanist davranışı nəticəsində həmin əşyaların qaytarılması təmin edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-00837 saylı arayışdan görünür ki, xx.xx.2024cü il tarixdə saat 15:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat poşt xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Səadət Sarayı (Bakı nikah evi) tərəfindən verilmiş AZ-İİ seriyalı 526434 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Pənahova (Ələsgərova) Həlimə Namiq qızı arasında 28 iyul 2022-ci il il tarixdə nikah bağlanmış və 1237 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Rəssamlar İttifaqı tərəfindən verilmiş xx.xx.2025ci il tarixli arayışdan görünür ki, Ələsgərova (Pənahova) Həlimə Namiq qızı həqiqətən 2011-ci ildən bu günə kimi Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. İş materiallarında olan flash-kartdakı 06 aprel 2025-ci il tarixli video-çəkilişdən məlum olur ki, İddiaçı məxsus daşınar əşyalar “166” yükdaşıma xidməti vasitəsilə geri qaytarılmışdır. İş materiallarında olan 166 nömrəli Yükdaşıma və Logistika xidməti tərəfindən verilmiş 06 aprel 2025-ci il tarixli yükə dair əmtəə nəqliyyat qaiməsindən görünür ki, Nərimanov rayonunun ərazisindən Yasamal rayonunun ərazisinə 172 ədəd üstlü portret, 1 ədəd soyuducu, 2 ədəd rəsm stolu və 14 ədəd qutu təyinat üzrə təhvil-təslim edilmişdir. İş materillarında olan xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından məlum olur ki, İddiaçı 15 səhifədən ibarət olan aktı imza etməklə, orda göstərilən əşyaların hamısını qəbul etdiyini imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 5 səhifədə tərtib edilmiş 59 bənddən ibarət təhvil-təslim aktından görünür ki, 5 səhifədə tərtib edilmiş 59 bənddən ibarət cehiz əşyaları, rəsm əsərləri və ləvazimatları iddiaçıya təhvil verilmiş, həmin akt imzalanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 iddiaçının iş yoldaşı olmaqla yanaşı, İddiaçı onları iki dəfə yaşadığı evə qonaq çağırdığını, evin beş mərtəbədən ibarət olduğunu, beşinci mərtəbəsinin bir otağında iddiaçıya məxsus rəsm əsərlərinin saxlanıldığını, cehiz əşyalarının isə birinci mərtəbə olduğunu gördüyünü bildirmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Hazırki iddia tələbinin hüquqi əsasını faktiki vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34-ci maddəsi təsbit edir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Sadalanan hüquq normalarının mənasına görə baxılan iş üzrə iddianın təmin edilməsi üçün iddiaçı tələb etdiyi əmlakın mövcudluğunu, əşyalarının iddia ərizəsində göstərilən dəyərdə olduğunu, mənzili tərk edərkən həmin əşyaların orda qaldığını və halhazırda cavabdehin qanunsuz sahibliyində olduğunu, habelə ona göstərilən məbləğdə maddi zərər vurulduğunu sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbində qeyd edilmiş əşyaların əksəriyyəti cavabdeh tərəfindən məhkəmə baxışı zamanı qaytarılmışdır. Belə ki, cavabdeh tərəfindən könüllü olaraq tələb olunan rəsm əsərləri, ümumilikdə 15 səhifədən ibarət təhvil-təslim aktında qeyd edilmiş 486 bənddən ibarət geyim, rəsm əsərlərinin və digər cehiz əşyalarının 166 yükdaşıma xidməti vasitəsilə iddiaçı tərəfə təqdim edilməsi və iddiaçı tərəfindən qəbul edilməsi onun öz imzası ilə təsdiq edilmişdir. Bununla yanaşı, mülki iş materialllarında olan 5 səhifədə tərtib edilmiş 59 bənddən ibarət cehiz əşyalarının, rəsm əsərlərinin və ləvazimatlarının da iddiaçıya təhvil verilməsi öz təsdiqini tapmışdır. Həmin təhvil-təslim aktında iddiaçının imzası olmasa da, məhkəmə iclasında iddiaçının nümayəndəsi həmin əşyaların iddiaçı tərəfə təqdim edilməsini qəbul etmişdir. İddiaçı iddia tələbini azaltsa da, tələb etdiyi əşyalarla bağlı sübut qismində məhkəməyə yalnız bir şahid təqdim etmişdir, həmin şahid tələb edilən əşyaların təsviri, qiyməti və sair fərdi-müəyyən əşyaya aid məlumatlar verməyərək, ümumi şəkildə iddiaçıya məxsus rəsm əsərlərinin 5-ci mərtəbədə, cehiz əşyalarının isə 1-ci mərtəbə olduğuna dair ifadə vermişdir. Məhkəmə işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki iş üzrə sübutetmə yükünün iddiaçının üzərində olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçı tələb etdiyi digər əşyaların mövcudluğunu, iddia ərizəsində göstərilən dəyərdə olduğunu, həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olduğunu sübuta yetirmədiyinə görə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Məmmədov