Məhkəmə qərarları › İş №e-2(001)-818/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-818/2025

13.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-818/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunsuz olaraq daxil olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 78 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin torpağa və fərdi yaşayış evinə mülkiyyət hüququnun bərpası, sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, X2 1018/1 saylı, xx.xx.2007 – ci il tarixli qərarına əsasən ona Binəqədi rayon, Binəqədi qəsəbəsinin ərazi hüdudaları daxilində 100 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Torpaq sahəsinin planı bələdiyyə tərəfindən çəkilməklə ona təqdim edilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsinin alınması üçün bələdiyyənin büdcəsinə onun tərəfindən dövlət rüsumu ödənilmişdir. 2008-ci ildə tərəfindən sözügedən torpaq üzərində iki mərtəbəli ümumi sahəsi 182 kv.metrdən ibarət olan fərdi yaşayış evi tikilmişdir. 2022-ci ildə "xxxx" MMC tərəfindən fərdi yaşayış evinə qiymətləndirmə rəyi tərtib edilmişdir. Ailəsi ilə uzun müddət həmin evdə yaşamışlar. Həmin evə yaxın ərazidə ata evi yerləşdiyi üçün bir müddət öncə ora köçməklə evini kirayə vermək qərarına gəlmişdir. Bildirir ki, Cavabdeh 2022-ilin əvvəlində avtomobillərin təmiri sexinə yağ satışını icra etdiyi zaman Şükür adlı ustanın vasitəsilə tanımışdır. Həmin vaxt cavabdeh ona bildirmişdir ki, o, Kürdəxanı qəsəbəsində yaşayır, lakin yol uzaq olduğu üçün işlərindən dolayı şəhərə zamanında gəlib getməkdə olduqca çətinlik çəkməkdədir. Bu səbəbdən də kirayə olaraq yaşadığı evini dəyişmək istəyir. Ona məxsus torpaq sahəsində tikmiş olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 78 ünvanında yerləşən fərdi yaşayış evini 200 (iki yüz) manata kirayə verə biləcəyini demiş, o, da evə baxdıqdan sonra evdə kirayə qalmağa razılaşmışdır. Təqribən 2022-ci ilin may ayında o, Cavabdeh bir az maddi sıxıntısı olmasından dolayı pul lazım olduğu üçün onun kirayə yaşadığı evi satmaq qərarına gəldiyini bildirmişdir. O, bildirdi ki, evi almaq istəsə də onun nağd olaraq imkanı olmadığı üçün hazırda evi alması mümkün deyildir. Lakin bir qədər gözləsə 2022-ci ilin avqust ayına kimi **-HV-*** dövlət nömrəli Hyundai Sonata markalı şəxsi avtomobilini sataraq ondan əldə etdiyi pulu tam şəkildə, təqribən özünün dediyinə görə 20000 manat, evin qalan pulunu isə aylıq kredit kimi hissə-hissə ödəyə biləcəyini bildirdi. Bu şərtə razılaşdıqdan sonra onunla Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən notariat ofisinə gedərək müqavilə bağlamaq istəsə də, torpağın bələdiyyə sənədlərinin olmasına baxmayaraq evin dövlət qeydiyyatı barədə çıxarışı olmadığı üçün notarius müqavilənin bağlanılmasının mümkün olmadığını bildirdi. Belə olduqda cavabdehə bidirmiş ki, ona inanır evin alqı-satqısına dair sənəd imzalamadan aylıq olaraq 1000 (bir min) manat, 2022-ci ilin avqust ayından isə avtomobilini satıb 20000 manat ödəmək şərti ilə evin ona satılmasına razıdır. O, da bu təklifə razılaşdıqdan sonra o, faktiki olaraq evi alan kimi onun sahibliyinə vermişdir. 2022-ci ilin avqust ayına qədər hər ay 1000 manat ödəniş etsə də, o, ona avqust ayında avtomobilinin satışından ödəməli olduğu pulun ödənişini tələb etdikdə, o, bu dəfə bildirdi ki, guya həmin avtomobili də o kreditə aldığından, hazırda da avtomobilin kreditini tam ödəmədiyi üçün satışını etməsi mümkün olmamışdır. Cavabdeh 2023-cü ilin ortasına kimi müəyyən ayları ötürməklə ödəniş etməklə eyni zamanda avtomobilin satışı ilə bağlı müxtəlif səbəbli bəhanələr gətiməyə davam etdi. 2023-cü ilin avqust-sentyabr aylarına kimi cavabdeh evin alınması məqsədilə gecikmələrlə ümumilikdə ona 11000 (on bir min) manat pul vəsaiti ödəmişdir. Təxminən 2023-cü ilin oktyabr ayının əvvəlində Cavabdeh ona bildirdi ki, onun əlində olan digər **-CZ-*** dövlət qeydiyyat nömrəli olan Ford markalı avtomaşının kreditini ödəyə bilmədiyi üçün əlindən almaq istəyirlər və o, avtomobili gizlətmiş sonra məcbur qalıb həmin maşını zapçast kimi kiməsə vermişdir. Hətta bir neçə dəfə o, bu məsələdən dolayı ona bildirdi ki, başqasının maşınını bu şəkildə aradan çıxardıb satdığına görə cinayət işi başlamasalar yaxşıdır. Cavabdeh bildirdi ki, indiki vəziyyəti ilə o, belə getsə bu evi səndən almağı mümkün olmayacaqdır. Buna görə də evin alınması məqsədilə ümumi olaraq ona vermiş olduğu 11000 (on bir min) manat pul vəsaitindən aylıq 200 manat hesablamaqla 1 illik kirayə pulu olaraq 2400 (iki min dörd yüz) manatı çıxmaqla ona qalan 8600 (səkkiz min altı yüz) manat pulu qaytara biləcəyini dedikdə o, bu təkliflə razılaşmışdır. Təqribən 2024-cü ilin fevral ayına kimi o, evin alınması üçün ona qaytaracağı barədə razılaşdığı 8600 (səkkiz min altı yüz) manat pulu bir hissəsini nəğd şəkildə, digər hissəsini isə bank kartına ödəniş etməklə qaytarmışdır. Buna baxmayaraq o, bildirdi ki, əvvəlki qaydada yenə də onun evində kirayədə qalmağa davam edəcəkdir. 2024-cü ilin iyun ayına kimi cavabdeh ona məxsus evdə kirayədə yaşadı və kirayə pulunu da ödəməyə davam etdi. İyun ayının əvvəlində bildirdi ki, ona yaxın bir tanışı pulsuz qalmaq üçün ev verdiyi üçün o, artıq evdə kirayə qalmaq fikiri yoxdur və evi təhvil vermək niyyətindədir. Telefonla danışığından sonra cavabdeh evi özü təhvil verməsə də, əksər əşyalarını götürüb evi boşaldıb getmişdir. Lakin gedərkən evin bir açarını da özü ilə aparmışdır. Təxminən bir həftə sonra kommunal borclarla bağlı ona qəbzlər gəldiyi zaman müəyyən olundu ki, cavabdehin əvvəlki tarixlərə yığılıb qalmış 250 manat kommunal borcları vardır. O, dərhal cavabdehə zəng edərək kommunala nə qədər borcu olduğunu, eyni zamanda evdən çıxan zaman özü ilə aparmış olduğu evin açarını qaytarmasını bildirdi. Həmin zaman cavabdeh bildirdi ki, evdən gedəndən sonra avtomobilini yol nəqliyyatı hadisəsində əzdiyi üçün hazırda onun bu borcu ödəməyə imkanı olmayacaq, lakin yaxın vaxtlarda bu borcu ödəməyə çalışacaqdır. Eyni zamanda cavabdeh bildirdi yaxınlarda açarı ona təhvil verəcəkdir. Həmin vaxtı eyni zamanda xahiş etdi ki, evdə hələlik ona lazım olmayan bir iki əşyası qalmaqdadır, onlara toxunmasın və ona olan borcunu qaytardığı zaman onları da götürəcəkdir. Təxminən 2024-cü ilin avqust ayında ona Azərbaycan Respublikası DİN-nin BMCMİ zəng olunaraq barəsində bir vətəndaş tərəfindən şikayət olunduğunu və idarəyə yaxınlaşmağı bildirdilər. Ona zəng olunan günü səhəri sözügedən idarəyə yaxınlaşdığı zaman ona məlum olmuşdur ki, Cavabdeh barəsində sözügedən idarəyə müraciət edərək ərizəsində qeyd etmişdir ki, guya o, 2020-ci ildən tanımış və yaşadığı yerin iş yerinə uzaq olması səbəbindən daha yaxın ərazidə ev almaq istədiyini bu səbəbdən də ona özünə məxsus evi ilkin olaraq 55000 manata təklif etsə də sonradan 50000 manata razılaşmaqla pulun hamısını nəğd şəkildə ödəyə bilmədiyi üçün aylıq 1000 manat olmaqla ödəməyə razılaşdığını, 2022-ci ilin oktyabr ayından 2024-cü ilin mart ayına qədər müddət ərzində aylıq 1000 manat olmaqla ümumilikdə 25000 manat pulu hissə-hissə ona ödəmişdir. Bundan sonra Rusiya Federasiyasında yaşayan dayısı onun ev almaq istədiyini öyrənib ona 25000 manat göndərmiş və həmin pulu tam şəkildə ona ödədikdən sonra o, evi alqısatqı etməkdən boyun qaçırmaqla evin qapılarının kilidini dəyişməklə onu evə buraxmamışdır. Bildirir ki, cavabdehin polis orqanlarında vermiş olduğu izahatında göstərmiş olduğu xüsusatların əksəriyyəti yalan və absurddir. Belə ki, o izahatında qeyd edir ki, guya onu 2020-ci ildən tanıyır bu tamamilə yalandır. Tanışlıqları yuxarıda da, qeyd etdiyi kimi 2022-ci ilin əvvəlinə təsadüf etmişdir. Cavabdeh izahatında qeyd etmişdir ki, guya o, 2022-ci ilin oktyabr ayından 2024-cü ilin mart ayına qədər müddət ərzində aylıq 1000 manat olmaqla ümumilikdə 25000 manat pulu hissə-hissə ona ödəmişdir. Əvvələr cavabdehin izahatında qeyd etmiş olduğu müddət aralığı 25 ay deyil 17 ay olduğu müəyyən olunur əgər o, aylıq 1000 manat ödəmiş olsaydı o, zaman 25000 manat deyil 17000 manat olacaqdır. Bundan əlavə, o izahatında bildirir ki, 25000 manatı ona hissəhissə ödəmiş, hətta BMCMİ-də ona bildirilmişdir ki, bu pulların yarısı ona məxsus bank kartlarına, qalan hissəsi də nəğd şəkildə verilmişdir. Bu barədə pulun verilməsinə dair bank ödəniş çekləri və ya bankdan çıxarış tərəfindən tələb edilsə də, o, bunu təqdim edə bilmədiyi üçün polis orqanı sonradan bank ödəməsi sözünü izahatdan çıxarmış sadəcə hissə-hissə ödəniş etdiyini saxlamışdır. Eyni zamanda cavabdeh izahatında 25000 manat pulu da nəğd şəkildə ona verdiyini iddia etsə də, buna dair bir sübut belə polis orqanına təqdim etmişdir. Nəticədə onun şikayətinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməsi bildirilmişdir. Bildirmək istəyir ki, 2024-cü ilin avqust ayının 3-də o, BMCMİ çağrıldıqdan sonra cavabdeh vermiş olduğu şikayət ərizəsi üzrə tələbini polis orqanlarında sübut edə bilmədiyini görüb, eyni zamanda məhkəmədə mülki qaydada ona qarşı iddia qaldırmaqla öz niyyətinə çatmayacağını görüb təxminən bir həftə sonra gizli şəkildə gələrək evin qapısının açarlarını qırsa da, evə daxil olmadan çıxıb getmişdir. Bundan sonra o, açarları yenidən dəyişdirsə də təxminən xx.xx.2024-ci il tarixdə o, yenidən gizli və qanunsuz şəkildə qapının açarlarını qırmaqla bu dəfə evə daxil olmuşdur. Bildirir ki, cavabdehin könüllü şəkildə evdən çıxması ilə bağlı bir gün ərzində söhbət etməyinə baxmayaraq o, evi tərk etməyəcəyini bildirdiyi üçün tərəfindən xx.xx.2024-cü il tarixdə Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə Cavabdeh evə qanunsuz və gizli şəkildə açarları qırmaqla daxil olması barədə ərizə ilə müraciət etsə də, həmin bölmənin xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən işin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət edilməsi bildirlmişdir. Hazırda mülkiyyət hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmağa davam etdirilir, yaşayış evini faktiki olaraq əlindən qanunsuz şəkildə alınıb və o, mülkiyyətinə sahiblik və ondan istifadə etməkdən məhrum edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, cavabdehdən ümumilikdə 11000 manat götürmüş, kartına ödəniş edirdi. 2023-cü ilin əvvəli dedi ki, onun, daha ödəniş etməyə imkanı yoxdur. O, da bir yaxşııq kimi demiş ki, 1 ildən çox yaşamış ayını 200 manatdan hesablayaq kirayə pulunu, 2400 manatı çıxıb, qalan 8600 manatı isə qaytarsın özünə. Həmçinin demiş ki, nağd verə bilmir, lakin 3- 4 aya qaytaraca, cavabdeh isə razılaşmışdır. Bir müddət sonra isə onun əlində pulun olmadığını bildirərək pulun bir hissəsini istədi, onları tanış edən şəxslə bir yerdə getmiş cavabdehin yanına və ona 500 manat vermişdir. 30 dekabr tarixdə bildirdi ki, bayramdı pulu yoxdur 100 manat kartına atsın və bildirdi ki, ona qalan borcu 8000 manatdır onuda qaytaracaqdır. 2000 manat bir qaytarmış, 800 manat kartına yükləmiş, sonrada zapravkanın yanında 2000 manat bir, özü ilə də razılaşmışlar ki, evdə qalan ayları da 200 manatdan çıxacaq, çünki evdə qalmağa davam edirdi, təxmini iyun ayının əvvəlinə kimi qalmışdır. Evi qaytardıqdan sonra da, qonşularla da, halallaşıb getmişdir. O, həmçinin bildirmişdir ki, cavabdeh onun kartına 11000 manat məbləğində pul vəsaiti atmış, digər məbləği ödəyə bilmədiyi üçün pulun geri qaytarmağına razılığa gəlmişlər. Cavabdeh 1 il onun evində qalıb, hər ayını 200 manatdan hesablayaraq 2400 manatı həmin məbləğdən çıxılmışdır. O, cavabdehin qalan pullarını hissə-hissə ödəməklə qaytarırdı, lakin aylar keçdikcə 200 manatdan kirayə haqqı çıxılırdı. Əgər cavabdeh onun kartına 25000 manat məbləğində pul vəsaiti göndəribsə, o, da həmin evin açarını sənədləri ilə birlikdə cavabdehə verməyə hazırdır. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edib, eləcə də iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, iddiaçı Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudaları daxilində 100 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. 2008-ci ildə iddiaçı tərəfindən sözügedən torpaq üzərində iki mərtəbəli ümumi sahəsi 182 kv.m – dən ibarət olan fərdi yaşayış evi tikilmişdir. Ailəsi ilə uzun müddət həmin evdə yaşamışlar. Həmin evə yaxın ərazidə ata evi yerləşdiyi üçün bir müddət öncə ora köçməklə evini kirayə vermək qərarına gəlmişdir. Cavabdeh 2022-ci ilin əvvəlində avtomobillərin təmiri sexinə yağ satışını icra etdiyi zaman Şükür adlı ustanın vasitəsilə tanımışdır. Həmin vaxt cavabdeh ona bildirdi ki, o Kürdəxanı qəsəbəsində yaşayır, lakin yol uzaq olduğu üçün işlərindən dolayı şəhərə zamanında gəlib getməkdə olduqca çətinlik çəkməkdədir. Bu səbəbdən də kirayə olaraq yaşadığı evini dəyişmək istəyir. Ona iddiaçıya məxsus yerləşən fərdi yaşayış evini 200 manata kirayə verə biləcəyini dedi, o da evə baxdıqdan sonra evdə kirayə qalmağa razılaşdı. Təqribən 2022-ci ilin may ayında iddiaçı Cavabdeh bir az maddi sıxıntısı olmasından dolayı pul lazım olduğu üçün onun kirayə yaşadığı evini satmaq qərarına gəldiyini bildirdi. Cavabdeh bildirdi ki, evi almaq istəsə də onun nəğd olaraq imkanı olmadığı üçün hazırda evi alması mümkün deyildir. Lakin iddiaçı bir qədər gözləsə 2022–ci ilin avqust ayına kimi Hyundai Sonata markalı şəxsi avtomobilini sataraq ondan əldə etdiyi pulu tam şəkildə, təqribən özünün dediyinə görə 20000 manat, evin qalan pulunu isə aylıq kredit kimi hissə-hissə ödəyə biləcəyini bildirdi. İddiaçı bu şərtə razılaşdıqdan sonra onunla Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən notariat ofisinə gedərək müqavilə bağlamaq istəsələr də lakin torpağın bələdiyyə sənədlərinin olmasına baxmayaraq evin dövlət qeydiyyatı barədə çıxarışı olmadığı üçün notarius müqavilənin bağlanılmasının mümkün olmadığını bildirdi. Belə olduqda cavabdehə bidirdi ki, ona inanır evin alqı-satqısına dair sənəd imzalamadan aylıq olaraq 1000 manat, 2022ci ilin avqust ayından isə avtomobilini satıb 20000 manat ödəmək şərti ilə evin ona satılmasına razıdır. O da bu təklifə razılaşdıqdan sonra iddiaçı faktiki olaraq evi alan kimi onun sahibliyinə verdi. 2022-ci ilin avqust ayına qədər hər ay 1000 manat ödəniş etsə də, iddiaçı ona avqust ayında avtomobilinin satışından ödəməli olduğu pulun ödənişini tələb etdikdə o bildirdi ki, guya həmin avtomobili də o kreditə aldığından, hazırda da avtomobilin kreditini tam ödəmədiyi üçün satışını etməsi mümkün olmamışdır. Cavabdeh 2023–cü ilin ortasına kimi müəyyən ayları ötürməklə ödəniş etməklə eyni zamanda avtomobilin satışı ilə bağlı müxtəlif səbəbli bəhanələr gətiməyə davam etdi. 2023-cü ilin avqust-sentyabr aylarına kimi cavabdeh evin alınması məqsədilə gecikmələrlə ümumilikdə iddiaçıya 11000 manat pul vəsaiti ödədi. Təxminən 2023–cü ilin oktyabr ayının əvvəlində Cavabdeh idiaçıya bildirdi ki, onun əlində olan digər avtomaşının kreditini ödəyə bilmədiyi üçün əlindən almaq istəyirlər və o avtomobili gizlətmiş sonra məcbur qalıb həmin maşını zapçast kimi kiməsə vermişdir. Hətta bir neçə dəfə o bu məslədən dolayı bildirdi ki, başqasının maşınını bu şəkildə aradan çıxardıb satdığıma görə ona cinayət işi başlamasalar yaxşıdır. Cavabdeh iddiaçıya bildirdi ki, indiki vəziyyəti ilə o belə getsə bu evi iddiaçıdan almağı mümkün olmayacaqdır. Belə olan halda cavabdehə evin alınması məqsədilə ümumi olaraq mənə vermiş olduğu 11000 manat pul vəsaitindən aylıq 200 manat hesablamaqla 1 illik kirayə pulu olaraq 2400 manatı çıxmaqla ona qalan 8600 manat pulu qaytara biləcəyini dedikdə o iddiaçının bu təklifi ilə razılaşdı. Təqribən 2024-cü ilin fevral ayına kimi iddiaçı evin alınması üçün ona qaytaracağı barədə razılaşdıqları 8600 manat pulu bir hissəsini nəğd şəkildə, digər hissəsini isə bank kartına ödəniş etməklə qaytardı. Buna baxmayaraq o iddiaçıya bildirdi ki, əvvəlki qaydada yenə də onun evində kirayədə qalmağa davam edəcəkdir. 2024-cü ilin iyun ayına kimi cavabdeh iddiaçıya məxsus evdə kirayədə yaşadı və kirayə pulunu da ödəməyə davam etdi. İyun ayının əvvəlində iddiaçıya bildirdi ki, ona yaxın bir tanışı pulsuz qalmaq üçün ev verdiyi üçün o artıq evidə kirayə qalmaq fikiri yoxdur və evi təhvil vermək niyyətindədir. Telefonla iddiaçı ilə danışığından sonra cavabdeh evi ona özü təhvil verməsədə də əksər əşyalarını götürüb evi boşaldıb getmişdir. Lakin gedərkən evin bir açarını da özü ilə aparmışdı. Təxminən bir həftə sonra kommunal borclarla bağlı ona qəbzlər gəldiyi zaman müəyyən olundu ki, cavabdehin əvvəlki tarixlərə yığılıb qalmış 250 manat kommunal borcları vardır. İddiaçı dərhal cavabdehə zəng edərək kommunala nə qədər borcu olduğunu, eyni zamanda evdən çıxan zaman özü ilə aparmış olduğu evin açarını qaytarmasını bildirdi. Həmin zaman cavabdeh bildirdi ki, evdən gedəndən sonra avtomobilini yol nəqliyyatı hadisəsində əzdiyi üçün hazırda onun bu borcu ödəməyə imkanı olmayacaq, lakin yaxın vaxtlarda bu borcu ödəməyə çalışacaqdır. Eyni zamanda cavabdeh bildirdi yaxınlarda açarı ona təhvil verəcəkdir. Həmin vaxtı eyni zamanda ondan xahiş etdi ki, evdə hələlik ona lazım olmayan bir iki əşyası qalmaqdadır, iddiaçı onlara toxunmasın və ona olan borcunu qaytardığı zaman onları da götürəcəkdir. Təxminən 2024-cü ilin avqust ayında iddiaçıya Azərbaycan Respublikası DİN-nin BMCMİ zəng olunaraq barəsində bir vətəndaş tərəfindən şikayət olunduğunu və idarəyə yaxınlaşmağını bildirdilər. İdarəyə yaxınlaşdığı zaman məlum olmuşdur ki, Cavabdeh barəsində sözügedən idarəyə müraciət edərək ərizəsində qeyd etmişdir ki, guya o iddiaçını 2020-ci ildən tanımış və yaşadığı yerin iş yerinə uzaq olması səbəbindən daha yaxın ərazidə ev almaq istədiyini bu səbəbdən də ona özünə məxsus evi ilkin olaraq 55000 manata təklif etsə də sonradan 50000 manata razılaşmaqla pulun hamısını nəğd şəkildə ödəyə bilmədiyi üçün aylıq 1000 manat olmaqla ödəməyə razılaşdıqlarını, 2022-ci ilin oktyabr ayından 2024–cü ilin mart ayına qədər müddət ərzində aylıq 1000 manat olmaqla ümumilikdə 25000 manat pulu hissə-hissə iddiaçıya ödəmişdir. Bundan sonra Rusiya Federasiyasında yaşayan dayısı onun ev almaq istədiyini öyrənib ona 25000 manat göndərmiş və həmin pulu tam şəkildə iddiaçıya ödədikdən sonra o ona evi alqı-satqı etməkdən boyun qaçırmaqla evin qapılarının klidini dəyişməklə onu evə buraxmamışdır. Şikayət ərizəsi üzrə tələbini polis orqanlarında sübut edə bilmədiyini görüb, eyni zamanda məhkəmədə mülki qaydada iddiaçıya qarşı iddia qaldırmaqla öz niyyətinə çatmayacağını görüb təxminən bir həftə sonra gizli şəkildə gələrək evin qapısının açarlarını qırsa da evə daxil olmadan çıxıb getmişdir. Bundan sonra iddiaçı açarları yenidən dəyişdirsə də təxminən xx.xx.2024–ci il tarixdə o yenidən gizli və qanunsuz şəkildə qapının açarlarını qırmaqla bu dəfə evə daxil olmuşdur. Cavabdehin könüllü şəkildə evdən çıxması ilə bağlı bir gün ərzində söhbət etməyinə baxmayaraq o evi tərk etməyəcəyini bildirdiyi üçün tərəfimdən xx.xx.2024–cü il tarixdə Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə Cavabdeh evə qanunsuz və gizli şəkildə açarları qırmaqla daxil olması barədə ərizə ilə müraciət etsə də həmin bölmənin xx.xx.2024–cü il tarixli cavab məktubuna əsasən işin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət edilməsi bildirlmişdir. Hazırda iddiaçının mülkiyyət hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmağa davam etdirilir, yaşayış evii faktiki olaraq əlindən qanunsuz şəkildə alınıb və o mülkiyyətinə sahiblik və ondan istifadə etməkdən məhrum edilmişdir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, o, evi almaq niyyətidə olmuş və iddiaçıya məxsus bank kartına 25000 manat məbləğində pulu köçürtmüş, 25000 manatı isə şəxsən vermişdir. Əgər həmin məbləği o, iddiaçıya ödəməmişdirsə, bəs niyə hazıradək o, həmin mənzildə yaşayır. Həmçinin bildirdi ki, o, bu ödənişləri bir dəfəyə etməmiş, 3 il ərzində hər ay 1000 manat köçürtmüşdür. Hər ay 200 manat məbləğində kirayə haqqı ödəməklə, ardıcıl olaraq isə 4 ildir həmin mənzildə yaşayır. O, Baş Mütəşəkkli Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə bununla bağlı bütün qəbzləri təqdim etmişdir. 55000 manata razılığa gəlmişlər ki, evi alacaq, iddiaçıya ümumilikdə 50000 manat vermişdir. Dayısı 2024-cü ilin mart ayında “Zolotaya Korona” ilə qardaşının adına 25000 manat göndərmiş, o, puluda nağd şəkildə vermişdir iddiaçıya. 8000 manatlıq nasos var idi onda, iddiaçı ondan icazəsiz gedib, onu götürüb aparmışdır. İlk 25000 manatı 2023-cü ilin oktyabr ayınadək iddiaçının kartına yükləmişdir. Daha sonra bildirdi ki, o, avtomobillərin yağ dəyişmə məntəqəsini işlədərkən dəfələrlə iddiaçıdan borc olaraq 500-800 manat məbləğlərində pullar almış və sonradan da, qaytarmışdır. 2024-cü ildə iddiaçı ona heç bir məbləğdə pul qaytarmamışdır. Hazırda isə, o, iddiaçıya ödədiyi pullarını tələb edir. Çünki onun da borcu var və həmin borclarını qaytarmalıdır. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayonu X2 28 iyun 2007-ci il tarixli, 1018/1 nömrəli torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında qərarından görünür ki, İddiaçı müraciətini nəzərə alaraq, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadədə olan 100 kv/metr torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. Həmçinin İddiaçı nəzərinə çatdırılmışdır ki, ayrılmış ərazidə kommunikasıya xətlərini gözləmək şərti ilə sahibkarlıq fəaliyyətinin tikintisinin eskizi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlasın. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 78 ünvanında yerləşən fərdi yaşayış evinin bazar qiyməti 52000 (əlli iki min) manat təşkil edir. Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Cavabdeh, 2022-ci ilin oktyabr ayından 2024-cö ilin mart ayına qədərolanmüddət ərzində Samir adlı şəxsin onun etibanndan sui-istifadə edərək aldatma yoluiləhissə-hissə olmaqla ümumilikdə 50.000 manat pulu ələ keçirməsi barədə DİN-nin BaşMütəşəkkilCinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı ərizəsi müraciətinə Binəqədi RPl-nin43-cüPB-nə baxılmışdır. Ərizə əsasında izahatı alınmış Cavabdeh izahatında, 2020-ci ildən Samir adlı şəxsi tanımasını, həmin şəxsin evinin yaxınlığında yağ dəyişmə məntəqəsini icarəyə götürüb işlətməsini, həmin dövrdə yaşadığı evin iş yerindən uzaq olduğu üçün daha yaxın ərazidə ev almaq istədiyini, Samirin bundan xəbəri olduğundan, ona özünə məxsus evi 55.000 manata təklif etməsini, ona endirim edərək 50.000 manata razılaşmalarını, Samirə pulun nağd şəkildə hamısını ödəyə bilmədiyi üçün aylıq 1.000 manat olmaqla ödəməyə razılaşdıqlarını, notariat kontorunda alqı-satqı zamanı alacağı evin pulunun nağd şəkildə bank hesabına depozit olaraq yatırılmalı olmasını bildirildiyini, Samirlə öz arasında şifahi razılaşmaya əsasən 2022-ci iin oktyabr ayından 2024-cü ilin mart ayına qədər olan müddət ərzində aylığı 1.000 manat olmaqla, ümumilikdə 25.000 manat pulu hissə-hissə Samirə ödəməsini bildirmişdir. 2024-cü ilin mart ayıanda Rusiya Federasiyasında yaşayan dayısının onun ev almaq istədiyini öyrənib ona 5.000 manat göndərməsini, həmin pulu tam şəkildə Samirə ödəməsini, evin pulunu tam şəkildə 50.00 manat Samirə ödəməsini, Samirini pulu aldıqdan sonra qısa zaman ərzində notariat qaydada alqı-satqı müqaviləsi ilə evi ona satacağını bildirmişdir. Samirin dediklərinə inanaraq 2024-cü ilin iyul ayının 1də bir neçə gün müddətinə anasının yaşadığı ünvana getməsini, evə qayıtdığı zaman evin qapısının kilidinin dəyişdirilməsini görüb Samirlə əlaqə saxlamasını, birdaha həmin evə getməməsini, pulu geri qaytarmaqdan birmənalı olaraq imtina etməsini bildirmişdir. Ərizə əsasında izahatı alınmış İddiaçı izahatında, Cavabdeh ərizəsində göstərilən xüsisatlarla razı olmadığını, 2020-ci iln sonlarından yaşadığı Blnəqədi qəsəbəsi G.Ramazanov küçəsində döngə 1 ev 7 ünvanının yaxınlığında yerləşən özünə məxsus qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə verməsini, bir neçə il keçdikdən sonra Sevincin ona müraciət edərək yaşadığı evin iş yerindən uzaq olduğu üçün işinə daha yaxın yerdən ev axtarmasını, ona ev tapmağı xahiş etməsini, özünə məxsus Binəqədi qəsəbəsi 3-cü mədəndə yerləşən fərdi yaşayış evini Sevincə təklif etməsini, Sevincin həmin həmin evə aylığı 200 manat kirayəyə verməyi bildirməsini, Sevincin həmin evdə bir müddət qaldıqdan sonra ailə vəziyyəti ilə həmin evi satmaq qəranna gəlməsini, Sevincin həmin evi almaq qərarına gəlməsini, evi 50.000 manata razılaşmalarını, Sevincin ayda müxtəlif məbləğlərdə (təxminən 1000 manat) 2022-ci ilin dekabr ayına kimi ümumi olaraq ona 11.000 manat ödəniş etməsini, dekabr ayında Sevincin maddi sıxıntılar olmasını bildirərək evi almaqdan imtina etməsini, ona ödədiyi 11.000 manat pulu geri qaytarmağı xahiş etməsini bildirmişdir. Həmin şəxsə verdiyi pulu xərclədiyi üçün pulu hissə-hisə qaytarmağı təklif etməsini, həmin şəxsin onunla razılaşmasını, növbəti bir neçə ay ərzində Sevincə 11.000 manat pulu tam şəkildə geri qaytarmasını, Cavabdeh heç bir borcunun olmadığını bildirmişdir. Beləliklə, Cavabdeh ilə İddiaçı arasında yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edilmişdir. Mülki mübahisələrin həlli ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanına müraciət edilməsi nəzərinə çatdırılmışdır. "xxxx" ASC tərəfindən məhkəməyə göndərilmiş İddiaçı istifadəsində olan “Kapital Bank“a məxsus **********783090 nömrəli debit kartından, Cavabdeh istifadəsində olan “Kapital Bank“a məxsus **********853927 nömrəli debit kartına və eyni ilə Cavabdeh istifadəsində olan debit kartdan İddiaçı istifadəsində olan debit karta olan ödəmələrə dair çıxarışdan görünür ki; İddiaçı istifadəsində olan “Kapital Bank“a məxsus **********783090 nömrəli debit kartına xx.xx.2022-ci il tarixdən, xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Cavabdeh istifadəsində olan “Kapital Bank“a məxsus **********853927 nömrəli debit kartından ümumilikdə (xx.xx.2022-ci il tarixdə - 1000 manat, xx.xx.2023-cü il tarixdə - 400 manat, xx.xx.2023-cü il tarixdə - 500 manat, xx.xx.2023-cü il tarixdə - 500 manat, xx.xx.2023-cü il tarixdə - 500 manat, xx.xx.2023-cü il tarixdə - 500 manat, xx.xx.2023-cü il tarixdə - 500 manat, xx.xx.2023-cü il tarixdə - 500 manat, xx.xx.2023-cü il tarixdə - 400 manat, xx.xx.2024-cü il tarixdə - 20 manat) ümumilikdə 4320 manat məbləğində pul ödənilmişdir. Cavabdeh istifadəsində olan “Kapital Bank“a məxsus **********853927 nömrəli debit kartına xx.xx.2022-ci il tarixdən, xx.xx.2024-cü il tarixədək olan müddət ərzində İddiaçı istifadəsində olan “Kapital Bank“a məxsus **********783090 nömrəli debit kartından ümumilikdə (xx.xx.2023-cü il tarixdə - 500 manat, xx.xx.2023-cü il tarixdə - 20 manat, xx.xx.2023-cü il tarixdə - 100 manat, xx.xx.2024-cü il tarixdə - 2000 manat, xx.xx.2024-cü il tarixdə - 800 manat, xx.xx.2024-cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il tarixdə - 200 manat) ümumilikdə 3820 manat məbləğində pul ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri Binəqədi rayonu X2 28 iyun 2007-ci il tarixli, 1018/1 nömrəli torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında qərarından görünür ki, İddiaçı müraciətini nəzərə alaraq, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadədə olan 100 kv/metr torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmış və 2008-ci ildə iddiaçı tərəfindən sözügedən torpaq üzərində iki mərtəbəli ümumi sahəsi 182 kv.metrdən ibarət olan fərdi yaşayış evi tikilmişdir. Məhkəmə ilk olaraq iddia tələbinin Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 78 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materialları, eləcə də tərəflərin qarşılıqlı izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə 2022-ilin əvvəlində avtomobillərin təmiri sexinə yağ satışını icra etdiyi zaman Şükür adlı ustanın vasitəsilə tanış olmuşlar. Həmin vaxt cavabdeh ona bildirmişdir ki, o, Kürdəxanı qəsəbəsində yaşayır, lakin yol uzaq olduğu üçün işlərindən dolayı şəhərə zamanında gəlib getməkdə olduqca çətinlik çəkməkdədir. Bu səbəbdən də kirayə olaraq yaşadığı evini dəyişmək istəyir. Ona məxsus torpaq sahəsində tikmiş olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 78 ünvanında yerləşən fərdi yaşayış evini 200 (iki yüz) manata kirayə verə biləcəyini demiş, o, da evə baxdıqdan sonra evdə kirayə qalmağa razılaşmışdır. Həmçinin müəyyən edilmişdir ki, təqribən 2022-ci ilin may ayında iddiaçı Cavabdeh maddi sıxıntısına görə pul lazım olduğu üçün cavabdehin kirayə yaşadığı evi satmaq qərarına gəldiyini bildirmişdir. Cavabdeh isə evi almaq istəsə də, onun nağd olaraq imkanı olmadığı üçün hazırda evi alması mümkün deyildir. Lakin iddiaçı bir qədər gözləsə 2022-ci ilin avqust ayına kimi **-HV-*** dövlət nömrəli Hyundai Sonata markalı şəxsi avtomobilini sataraq ondan əldə etdiyi 20000 manat məbləğində pulu, evin qalan pulunu isə aylıq kredit kimi hissə-hissə ödəyəcəyini bildirmişdir. Bu şərtə razılaşdıqdan sonra tərəflər Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən notariat ofisinə gedərək müqavilə bağlamaq istəsələr də, torpağın bələdiyyə sənədlərinin olmasına baxmayaraq evin dövlət qeydiyyatı barədə çıxarışı olmadığı üçün notarius müqavilənin bağlanılmasının mümkün olmadığını bildirmişdir. Bundan sonra iddiaçı Cavabdeh bidirmiş ki, ona inanır evin alqı-satqısına dair sənəd imzalamadan aylıq olaraq 1000 (bir min) manat, 2022-ci ilin avqust ayından isə avtomobilini satıb 20000 manat ödəmək şərti ilə evin ona satılmasına razıdır. Cavabdeh da, iddiaçının təklifi ilə razılaşdıqdan sonra, faktiki olaraq evi cavabdehin sahibliyinə vermişdir. İddia tələbi Bakı şəhəri, Binəqədi rayonu, X2 1018/1 saylı, xx.xx.2007 – ci il tarixli qərarına əsasən iddiaçıya ayrılmış Binəqədi rayon, Binəqədi qəsəbəsinin ərazi hüdudaları daxilində 100 kv.metr torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və evin (torpaq sahəsinin) cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçının istifadəsinə verilməsi barədədir. Cavabdeh iddianı qəbul etməyərək, evi almaq niyyətidə olduğundan evin dəyərinin 55000 manat olması barədə razılığa gəldiklərini və buna görədə iddiaçıya ümumilikdə 50000 manat verdiyini qeyd edərək iddianı əsassız hesab edir. Qeyd olunmalıdır ki, cavabdehin bu dəlilləri bilavasitə sübutetmə ilə bağlıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Məhkəmə sübutetmə vəzifəsinin bölgüsü baxımından hesab edir ki, cavabdeh etirazını əsaslandığı halları – iddiaçıya məxsus bank kartına 25000 manat məbləğində pul köçürdüyünü, 25000 manatı isə şəxsən verdiyini sübut etmə vəzifəsi daşıyır. Hazırkı halda cavabdeh bu dəlilinə dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İş üzrə müəyyən edilir ki, İddiaçı istifadəsində olan “Kapital Bank“a məxsus **********783090 nömrəli debit kartına xx.xx.2022-ci il tarixdən, xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Cavabdeh istifadəsində olan “Kapital Bank“a məxsus **********853927 nömrəli debit kartından ümumilikdə 4320 manat məbləğində pul ödənilmişdir. Həmçinin mübahisəli əmlakı cavabdehin mülkiyyətinə verilməsi ilə bağlı tərəflər arasında heç bir etibarlı əqd bağlanmamışdır. Odur ki, cavabdehin etirazı əsaslı dayıla bilməz. İddiaçı tələbinin əsası həmin evin alqı-satqısına dair cavabdehlə bağlanmış müqaviləyə və evin mülkiyyət hüququ ilə artıq özünə məxsus olmasına istinad etmişdir. İş üzrə mübahisəsiz qaydada təsdiq olunur ki, Binəqədi rayon, Binəqədi qəsəbəsinin ərazi hüdudaları daxilində 100 kv.metr torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi mövcuddur. Həmin torpaq və ev iddiaçının mülkiyyətində olmasa da torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, X2 1018/1 saylı, xx.xx.2007 – ci il tarixli qərarına əsasən iddiaçıya ayrılmış və sözügedən qərar hazırda qüvvədədir. Həmçinin fərdi yaşayış evi özbaşına tikili olsa da fiziki obyekt olaraq iddiaçının əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Və cavabdehin həmin evdən və torpaq sahəsindən heç bir qanuni əsas olmadan istifadə etməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 78 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması hissəsinin təmin edilməsi üçün əsaslar mövcud olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin torpağa və fərdi yaşayış evinə mülkiyyət hüququnun bərpası hissəsi ilə bağlı bildirir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Hazırkı halda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 78 ünvanında yerləşən fərdi yaşayış evinin və 100 kv.metr torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair heç bir sübut təqdim edilməmişdir. Yəni sözügedən daşınmaz əmlaklara dair iddiaçının mülkiyyət hüquqları olmadığından mövcud olmayan hüququn bərpası da mümkün deyil. Odur ki, iddia tələbinin torpağa və fərdi yaşayış evinə mülkiyyət hüququnun bərpası hissəsi rədd edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 78 ünvanında yerləşən fərdi yaşayış evindən və 100 kv.metr torpaq sahəsindən çıxarılmalı, iddiaçının sahiblik və istifadə hüququna cavabdeh tərəfindən maneələrin yaradılması qadağan edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 78 ünvanında yerləşən fərdi yaşayış evindən və 100 kv.metr torpaq sahəsindən çıxarılsın. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 78 ünvanında yerləşən fərdi yaşayış evindən və 100 kv.metr torpaq sahəsinə dair iddiaçının sahiblik və istifadə hüququna maneələrin yaradılması Cavabdeh qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar