Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-828/2024 05.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Aşurova (Rzayeva) Günel Rza qızının Cavabdeh qarşı birgə nikah dövründə alınmış əmlakın bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Aşurova (Rzayeva) Günel Rza qızı Cavabdeh qarşı birgə nikah dövründə alınmış əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 yerləşən, ümumi sahəsi 52.3 kv.m, yaşayış sahəsi isə 30.3 kv.m olan 11 saylı mənzilin ½ hissəsində payının müəyyən edilməklə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2010-cu ildə nikah bağlayaraq ailə qurmuşlar. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə ünvan 1, mənzil 11-də yerləşən, ümumi sahəsi 52.3 kv.m, yaşayış sahəsi isə 30.3 kv.m olan satış qiyməti 40000 manata qiymətləndirilən mənzil alqı-satqı müqaviləsinə əsasən alınmışdır. Mənzilin dəyərinin 8000 manatı ilkin ödəniş olaraq valideynləri tərəfindən ödənilmişdir. Mənzilin dəyərinin 32000 manatı isə Kreditor-İpoteka saxlayan, yani Muğanbank ASC tərəfindən ödənilərək bankla cavabdeh arasında xx.xx.2012-ci il tarixli 049/12-İ saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Muğanbank ASC tərəfindən kredit olaraq ayrılmış 32.000 manat 30 il ərzində ayda 152,77 manat olmaqla cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını və işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etdi. Bununla bağlı yazılı ərizə məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DKM/007N13A01356722 nömrəli kredit müqaviləsinə əsasən borcalana ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilin alınması məqsədilə illik 4 faiz dərəcəsi ilə, 360 ay müddətinə 32000 manat məbləğində kredit vermişdir. xx.xx.2012-ci il tarixdə satıcı X1, kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan Cavabdeh arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən 11 saylı mənzili alıcının mülkiyyətinə verir. Daşınmaz əmlakın satış qiyməti 40000 manatdır, daşınmaz əmlakın dəyərinin 8000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 32000 manat məbləğində olan hissəsi isə kreditor – ipoteka saxlayan tərəfindən xx.xx.2012-ci il tarixli 049-12/İ saylı Kredit müqaviləsinə əsasən alıcı-ipotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 11 xüsusi mülkiyyət kimi xx.xx.2012-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı 14 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat mediasiyaya dair, 10 manat isə poçt göndərişlərinə dair xərc ödəmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən hazırki iddianın qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı bir əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə aiddir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir; 36.3-cü maddəsinin tələbinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərləarvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahları dövründə ünvan 1, mənzil 11 xüsusi mülkiyyət kimi xx.xx.2012-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahı dövründə əldə olunmuş ünvan 1, mənzil 11 bərabər paylara bölünməklə, həmin mənzilin ½ (ikidə bir) hissəsinə iddiaçı Aşurova (Rzayeva) Günel Rza qızının, ½ (ikidə bir) hissəsinə Cavabdeh payları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1, mənzil 11 bərabər paylara bölünməklə, həmin mənzilin ½ (ikidə bir) hissəsinə iddiaçı Aşurova (Rzayeva) Günel Rza qızının, ½ (ikidə bir) hissəsinə Cavabdeh payları müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnamənin rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-828/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-828/2024
05.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver