Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-830/2025 21.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X39 oğlunun katibliyi, İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı6, İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 və digər İddiaçı5 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişlər ki, cavabdehlər müxtəlif vasitələrlə onlara vəd vermiş və inandırmışlar ki, onlar Ermənistandan qaçqın düşdükdən sonra Nazirlər Kabinetinin qərarı ilə onlara torpaq sahəsi ayrılmış və həmin torpaqlar sonradan Qoşqar Əliyev tərəfindən mənimsənilərək öz adına rəsmiləşdirilmiş və həmin torpaqlarda ev tikərək yaşayışlarını təmin etməli olduqları halda, həmin torpaq sahəsindən istifadə etməklə subsidiyalar da əldə edilmiş və bununla da hüquqları kobudcasına pozulmuşdur. Cavabdehlərdən bəziləri bunu şifahi şəkildə deməklə, whatsapp qruplarında səs atmaqla yanaşı özlərinin facebook səhifələrində də paylaşmaqla onları və onlar kimi yüzlərlə insanı ümidləndirmiş, qısa zamanda torpaqların özlərinə qaytarılmasını təmin edəcəklərini bildirmişlər. Lakin onlara inandıqlarından və müxtəlif dövlət orqanlarına sorğu verərək onlara torpaq ayrılıb-ayrılmamasını öyrənmək istədiklərindən, ərizələrinə əlavə cümlələr artıraraq məhkəmə qərarları ilə Qoşqar Əliyevin onlardan pul tələb etməsinə və yalan məlumat yaymalarına görə təkzib verərək üzr istəməklərinə səbəb olmuşlar. Dəfələlərlə cavabdehlərdən verdikləri vədləri yerinə yetirərək sənədlərinin və torpaqlarının ayrılmasına dair qərarların verilməsini istəsələr də bu günədək heç bir sənəd verilməmiş, torpaqlarının özlərinə qaytarılması üçün vədlərini yerinə yetirməmişlər. Bununla da onlar həm illərdi mehriban, dostcasına yaşayan insanların bir-birinə düşmən olmasına səbəb olmaqla yanaşı onlara maddi və mənəvi zərər vermişlər. Bu səbəbdən cavabdehlərdən onlara vurduqları maddi zərərin, mənəvi zərərin, çəkilmiş xərclərin, dövlət rüsumunun alınaraq onlara qaytarılması barədə məhkəməyə müraciət etməli olmuşlar. Həmçinin qeyd edilən məsələlərin aydınlaşdırılması üçün də vəkillə müqavilə bağlamalı və bunun üçün ödəniş etməli olmuşlar ki, həmin xərclər də cavabdehlərdən tutularaq onlara qaytarılmalıdır. Belə ki, onların vədləri və dedikləri nəticəsində müxtəlif qətnamələrlə onlardan tutulan pulları, vəkilə ödənilmiş xərcləri, dövlət rüsumunun əvəzini, maddi və mənəvi zərərin cavabdehlərdən tutularaq onlara qaytarılmasını məhkəmədən xahiş etmişlər. Onu da qeyd etmişlər ki, bütün bu hərəkətlər cavabdehlər tərəfindən ortaq olaraq törədildiyindən zərər də onlar tərəfindən müştərək qaydada alınaraq onlara ödənilməlidir. Onlar iddia üçün ödənilmiş dövlət rüsumundan tutmuş bütün xərclərdə də ortaq hərəkət etdiklərindən bu xərclər də onlara qaytarılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-229/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, «Facebook» və «Whatsapp» sosial şəbəkələrində X30 barəsində yayılmış məlumatların onun şərəfini və ləyaqətini ləkələyən məlumatlar hesab edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X34, X8, X9, X20 və X31 tərəfindən həmin məlumatların yayıldığı «WhatsApp» sosial şəbəkəsində «Nüvədililər» qrupunda iddiaçı X30 barəsində yayılmış məlumatların hər birinə təkzib verilməsi və ondan üzr istənilməsi, mənəvi ziyana görə cavabdehlər Cavabdeh1 1500 manat, X15 1000 manat, X1 1000 manat, X2 1000 manat, X3 1000 manat və X10 1000 manat pul vəsaitinin tutularaq iddiaçı X21 ödənilməsi, ödənilmiş dövlət rüsumunun 85 manat hissəsinin və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 320 manatın cavabdehlər Cavabdeh1, X15, X1, X2, X3 və X10 müştərək qaydada tutularaq iddiaçı X21 ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın cavabdehlər Cavabdeh1, X15, X1, X2, X3 və X10 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Zəngilan Rayon Məhkəməsinin iş № e-2(034)-34/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, İddiaçı1, X11, X16 və X22 «Facebook» sosial şəbəkəsində və Nüvədililər «Whatsapp» qrupunda iddiaçı X30 barəsində yaymış olduqları məlumatların hər birinə dair təkzib verilməsi, Cavabdeh2 mənəvi zərərin əvəzi olaraq 1500 manat, X6 mənəvi zərərin əvəzi olaraq 1500 manat, X12 mənəvi zərərin əvəzi olaraq 1000 manat və X17 mənəvi zərərin əvəzi olaraq 1000 manat pul vəsaitinin alınaraq iddiaçı X18 xeyrinə ödənilməsi, ödənilmiş 300 manat məbləğində dövlət rüsumunun 150 manatının cavabdehlər Cavabdeh2, İddiaçı1, X6, X12 və X17 müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi bütün bu maddi zərərlər, mənəvi iztirablar məhz cavabdehlərin əməllərinə görə yaranmışdır ki, cavabdehlər bu zərərləri üzərlərindən atırlar və bu zərərləri ödəmirlər, bu səbəbdən həmin zərərin məhkəmə qaydasında alınması xahişi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçılar yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X7 10000 manat maddi və mənəvi zərərin əvəzinin, vəkilə və dövlət rüsumuna görə ödənilmiş məbləğlərin alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, onların və digər İddiaçı5 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda iddia tələblərini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmişlər və “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 20000 manat, Cavabdeh3 20000 manat, Cavabdeh1 40000 manat və X7 20000 manat maddi və 25000 manat mənəvi zərərin, vəkilə ödənilmiş 640 manat və dövlət rüsumuna görə ödənilmiş 415 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı3 və İddiaçı6 hər biri ayrı-ayrılıqda iddia tələblərini müdafiə etməklə yanaşı iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 onlara qarşı irəli sürülmüş iddia tələblərini qəbul etməməklə yanaşı, iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların, Nümayəndə və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-403/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1830/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsindən iddiaçının və cavabdehlər Cavabdeh2, Y.Abbasov və E.Rzayevin kassasiya şikayətləri təmin edilməmişdir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin e-2(034)-34/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X18 cavabdehlər Cavabdeh2, İddiaçı1, X19, X23 və X27 qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, İddiaçı1, X11, X16 və X22 «Facebook» sosial şəbəkəsində və Nüvədililər «Whatsapp» qrupunda iddiaçı X30 barəsində yaymış olduqları məlumatların hər birinə dair təkzib verilməsi, Cavabdeh2 mənəvi zərərin əvəzi olaraq 1500 manat, X6 mənəvi zərərin əvəzi olaraq 1500 manat, X12 mənəvi zərərin əvəzi olaraq 1000 manat və X17 mənəvi zərərin əvəzi olaraq 1000 manat pul vəsaitinin alınaraq iddiaçı X18 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-229/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X18 cavabdehlər Cavabdeh1, Cavabdeh3, X28, X4, X5, X13 və X24 qarşı «şərəf və ləyaqətin müdafiəsi» tələbinə dair iddiası qismən təmin edilmiş, «Facebook» və «Whatsapp» sosial şəbəkələrində X30 barəsində yayılmış məlumatlar onun şərəfini və ləyaqətini ləkələyən məlumatlar hesab edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X34, X8, X9, X20 və X31 tərəfindən həmin məlumatların yayıldığı «Whatsapp» sosial şəbəkəsində «Nüvədililər» qrupunda iddiaçı X30 barəsində yayılmış məlumatların hər birinə təkzib verilməsi və ondan üzr istənilməsi, mənəvi ziyana görə cavabdehlər Cavabdeh1 1500 manat, X15 1000 manat, X1 1000 manat, X2 1000 manat, X3 1000 manat və X10 1000 manat pul vəsaitinin tutularaq iddiaçı X21 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən “Arbitrium” Vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İcra Hakimiyyəti tərəfindən müraciətə baxılmış və bildirilmişdir ki, məktubda Ermənistan Respublikası Mehri rayonu, Nüvədi kənd sakinlərinə Abşeron rayonu Pirəkəşkül kəndində ayrıldığı iddia olunan 280 ha torpaq sahəsinin X29 tərəfindən mənimsənildiyi bildirilir. Sözügedən məsələ ilə əlaqədar ərizəçilər dəfələrlə RİH-də qəbul edilmiş və onlara həm yazılı, həm də şifahi məlumat verilərək izah olunmuşdur ki, Nüvədi kənd sakinlərinə Abşeron rayonu Pirəkəşkül kəndi ərazisindən torpaq sahəsi ayrılmamışdır. Nüvədi kənd sakinlərinə güya dövlət tərəfindən ayrıldığını iddia etdikləri torpaq sahələri respublikamızda aparılan aqrar islahat zamanı Pirəkəşkül kəndində yaşayan kənd sakinlərinə əmlak payı kimi ayrılmış və sakinlərə “torpaq mülkiyyət hüququna dair” Dövlət Aktları verilmişdir. İslahat yalnız Pirəkəşkül kəndində pasport qeydiyyatında olan şəxslərə şamil edilmişdir. X29 torpaq mülkiyyətçiləri ilə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin ərazidən torpaq sahələri almışdır. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən “Arbitrium” Vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İcra Hakimiyyəti tərəfindən müraciətə baxılmış və bildirilmişdir ki, Nüvədi kənd sakinləri tərəfindən də eyni məzmunlu müraciətlər dəfələrlə müraciət müəlliflərinin özlərinin iştirakı ilə Rayon İcra Hakimiyyətində araşdırılmış və onlara izah olunmuşdur ki, Abşeron rayonunun Pirəküşkül qəsəbəsində və eləcə də, digər qəsəbə və kəndlərində Nüvədi kənd sakinlərinə torpaq sahəsi ayrılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən “Arbitrium” Vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X35, X34 və İddiaçı1 torpaq sahəsi ayrılıb-ayrılmadığı, sakinlərin şikayətləri üzrə araşdırılma aparılıb-aparılmaması barədə məlumat təqdim edilməsi ilə bağlı müraciətə 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən baxılmış və bildirilmişdir ki, X25, X26 və İddiaçı1 adına torpaq sahəsi ayrılıbayrılmadığı, ayrıldığı təqdirdə hər sakinə nə qədər və harada torpaq sahəsi ayrılması, Nüvədi kəndindən qaçqın düşmüş sakinlərin şikayətləri üzrə hər hansı bir araşdırma aparılıb-aparılmaması, qərar qəbul edilib-edilməməsi 4 saylı Ərazi İdarəsinin səlahiyyətləri xaricində olduğundan və heç bir məlumat aşkarlanmadığından aidiyyəti üzrə müraciət etməkləri məqsədəmüvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən “Arbitrium” Vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Milli Arxiv İdarəsi tərəfindən sorğuya baxılmış və bildirilmişdir ki, Dövlət Arxivlərində hüquqi və fiziki şəxslərə ayrılmış torpaq sahələri, daşınmaz əmlak və s. bu kimi məsələlərə aid olan yerli icra hakimiyyətləri tərəfindən verilmiş qərar, sərəncam, protokol və s. sənədlər mühafizə edilir, sorğuda axtarış məlumatları (daşınmaz əmlakın hansı qurum tərəfindən verildiyi, qərarın nömrəsi və tarixi) qeyd olunmadığına görə, sorğunu icra etmək imkan xaricindədir. Eyni zamanda bildirilmişdir ki, Dövlər Arxivləri mühafizə etdikləri sənədlər əsasında həmin faktların təsdiq edilməsi barədə onların hüquqi və qanuni mənafelərini təmin edəcək sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı, sənədlərdən çıxarışlar və ya sənədlərin surətini verir. Əlavə olaraq bildirilmişdir ki, tələb etdikləri müvafiq sənədlər (daşınmaz əmlaka dair alqı-satqı müqavilələri) Azərbaycan Respublikasının Dövlət Arxivində və Dövlət Arxivinin Bakı filialında mühafizə olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3i ünvanında 2.5831 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X18 adına 1040 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh3 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, 2021-ci ilin dekabr aylarında sosial şəbəkələrdə Nüvədi sakinləri üçün Pirəkeşkül qəsəbəsi sahəsində torpaq ayrılması haqqında məlumat oxumuşdur. Bir nüvədili kimi onda da maraq oyanmışdır. Bir qazi kimi, bir neçə Nüvədili qazilərlə və şəhid ailələri ilə Nüvədi sakinlərindən ibarət kollektiv ərizə ilə Nazirlər Kabinetinə və digər dövlət qurumlarına müraciət etmişlər ki, bu məsələni aydınlaşdırsınlar. Heç bir yerdən müsbət cavab almamışlar. Bu haqda məlumatlarının olmaması cavabını almışlar. Bir neçə nəfərlə yerində, yəni Pirəkeşkül qəsəbəsində bu məsələ ilə maraqlanmışlar. Oradan da bir müsbət cavab ala bilməmişlər. O, həmin gündən bu məsələ ilə məşğul olmamış və heç bir işə qarışmamışdır. O, həmyerlilərinə əldə sənəd olmayınca, bu məsələni ictimailəşdirməməyi bildirmişdir, lakin ona qulaq asmamışlar. O, heç kimə maddi və mənəvi ziyan vurmamışdır və heç kimi məcbur etməmişdir ki, vəkil tutub torpaq məsələsinin dalınca getsin. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər arasında yaranmış mübahisə onlara dəymiş maddi və mənəvi zərərdən çox 1991-ci ildə məlum hadisələr zamanı erməni hərbi birləşmələrinin silahlı təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşmüş Nüvədi kənd sakinlərinin kompakt yaşaması üçün torpaq sahəsinin ayrılıb-ayrılmaması, ayrıldığı təqdirdə həmin torpaq sahələrinin müqəddəratı ilə bağlıdır. İddiaçıların məhkəməyə müraciət edərək, əldə etmək istədikləri məqsəd məhz həmin torpaqların taleyi ilə bağlıdır. Digər tərəfdən iddiaçılar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-229/2024 saylı xx.xx.2024-cü il tarixli və Zəngilan Rayon Məhkəməsinin e-2(034)-34/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamələrinə istinad etmişlər. Məhkəmə həmin qətnamələr münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-229/2024 saylı xx.xx.2024-cü il tarixli və Zəngilan Rayon Məhkəməsinin e-2(034)-34/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamələri hazırki günədək tam şəkildə icra edilməməklə yanaşı, hazırki iddianın hüquqi əsası kimi çıxış edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar cavabdehlər Cavabdeh2 20000 manat, Cavabdeh3 20000 manat, Cavabdeh1 40000 manat və X7 20000 manat maddi ziyanın alınaraq onlara verilməsini xahiş etsələr də, onlara maddi ziyanın dəyməsini və maddi ziyanın həmin məbləğdə dəyməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər, bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. İddiaçıların hər hansı hüquqlarının pozulduğu təsdiq edilmədiyi üçün iddia tələbləri “mənəvi zərərin ödənilməsi” hissəsində də təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiaları təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-830/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-830/2025
21.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver