Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-911/2025 29.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X54 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 nümayəndəsi(vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz zəbt edilmiş ərazinin boşaldılması və təhvil verilməsi tələbinə” dair ilkin iddia ərizəsi, cavabdeh “Avro Qrand" MMC-dən 450.000 manat, hüquqi yardım üçün ödənilmiş 320 manat, dövlət rüsumu olaraq ödənilmiş 740 manat, cəmi 451.060 AZN pulun tutulmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə Tələblər və etirazlar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus ünvan 1 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən ümumi sahəsi 300 m qeyri-yaşayış sahəsinə Cavabdeh2 və ünvan 1 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 350 m qeyri-yaşayış sahəsinə Cavabdeh1 qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tikinti işləri ilə məşğul olan hüquqi şəxsdir. ünvan 1 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən kooperativ bina "xxxx" MMC-yə məxsusdur. Sözügedən binanın birinci mərtəbəsində yerləşən 350 m qeyri-yaşayış sahəsi Cavabdeh1 və həmin binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən ümumi sahəsi 300 m qeyri-yaşayış sahəsi isə cavabdeh X7 tərəfindənqanunsuz olaraq zəbt edilmişdir. Cavabdehlərə İddiaçı MMC-nin keçmiş direktoru Şahid oğu və yeni direktoru X25 tərəfindən mülkiyyət hüquqlarının pozuntusunun qarşısını almaq məqsədilə dəfələrlə şifahi xəbərdarlıq edilsə də, cavabdehlər buna əhəmiyyət verməyərək iddiaçının konstitutision hüquqlarını pozmaqda davam etməkdədirlər. Belə ki, cavabdehlər əllərində olan saxta alğı-satqı müqaviləsini əsas gətirərək İddiaçı MMC-yə məxsus əmlaka öz mülkiyyətləri kimi sahiblik edirlər və əmlakın faydalı xüsusiyyətlərindən istifadə edirlər. Cavabdeh1 iddiaçının mülkiyyətini 13 noyabr 2022ci il tarixli icarə müqaviləsi əsasında X26 icarəyə verərək hər ay özgənin əmlakından 300 manat gəlir əldə edir. Həmçinin digər cavabdeh də İddiaçı MMC-yə məxsus əmlakı üçüncü şəxslərə kirayə verməklə iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqda davam etməkdədirlər. Cavabdeh1 adına bağlanmış 30 noyabr 2020-ci il tarixli “Kooperativ binada qeyri-yaşayış alqı-satqı” müqaviləsində, 30 noyabr 2020-ci il tarixli maliyyə arayışında və Cavabdeh2 adına bağlanmış 16 fevral 2021-ci il tarixli “Kooperativ binada qeyri-yaşayış Alqı-satqı” Müqaviləsində, 16 fevral 2021-ci il tarixli Maliyyə arayışında olan imzalar MMC-nin direktoruna məxsus deyildir və müqavilə onun tərəfindən möhürlənməmişdir. MMC-nin möhürünün cavabdehlər tərəfindən hansı naməlum şəraitdə əldə edilərək müqavilə tərtib edilməsi MMC-nin direktoru X17 məlum deyildir. Həmçinin alğı-satqı müqavilələrinə əlavə edilmiş 30 noyabr 2020-ci il tarixli və 16 fevral 2021-ci il tarixli Maliyyə arayışlarında əmlakların tam dəyərinin ödənilməsi qeyd edilsə də, "xxxx" MMC-yə məxsus kassa mədaxil orderi yoxdur və arayışlarda müvafiq olaraq qeyd edilən 600.000 manat və 220 000 manat məbləğlər cavabdehlər tərəfindən MMC-nin bank hesablarına da köçürülməmişdir. Bundan başqa binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin cizgi-planlarıda yoxdur. Bu faktlar da onu göstərir ki, alğı-satqı müqavilələri və maliyyə arayışları saxtadır, hüquqi bazası və digər alt sənədləri yoxdur. Əlavə olaraq onu da bildiririk ki, MMC-nin təsisçisi X15 barəsində aparılan cinayət işi üzrə çıxarılmış məhkəmə qərarlarında MMC-nin direktoru Şahid imzası olmadan bəzi sənədləşmə işlərinin aparılması faktı öz əksini tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 1(102)-1421/2022 saylı Qərarının 4-cü bəndinin sonuncu abzasında MMC-nin direktorunun imzası olmadan müəyyən formal müqavilələrin tərtib edilməsi öz təsdiqini tapmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən və istifadəsindən götürülməsi barədə iddia tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Binəqədi Rayon Məhkəməsində araşdırılma aparan zaman məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası barədə ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli rəyinə əsasən, Cavabdeh1 ilə İddiaçı MMC arasında olan xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsindəki və Cavabdeh1 adına olan xx.xx.2020-ci il tarixli maliyyə arayışında İddiaçı MMC-nin direktoru Şahid adının qarşısında olan imza Şahid tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Həmin rəyin nəticəvi hissəsinin 2-ci bəndində isə qeyd edilir ki, Cavabdeh2 adına olan xx.xx.2021-ci il tarixli qeyri yaşayış sahəsinin alqı-satqı müqaviləsində və xx.xx.2021-ci il tarixli maliyyə arayışında olan imzaların İddiaçı MMC-nin direktoru Şahid məxsus olmasını həmin rəyin təsviri hissəsinin 2-ci bəndində göstərilən əsaslara görə müəyyən etmək mümkün olmamışdır. X41 şikayəti üzrə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin polis mayoru Aftandil Bayramov tərəfindən aparılan araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, o İddiaçı MMC-yə məxsus 350 kv.metr qeyri-yaşayış sahəsini almaq üçün Xanlar Cəfərovla razılaşmışdır. Xanlar Cəfərova 97000 manat məbləğində pul və 366000 manat məbləğində isə ev vermişdir. Sonra isə Xanlar Cəfərova 137000 manat məbləğində pul ödəmiş və Xanlar Cəfərov “Qızıl Tac” şadlıq sarayının yanında Cavabdeh1 60000 manat İddiaçı MMC-yə ödəməsinə dair maliyyə arayışı təqdim etmişdir. İddiaçı MMC-nin direktoru Şahid tanımamış, onunla arasında heç bir söhbət aparmamış və ona heç bir məbləğ ödəməmişdir. Həmçinin Cavabdeh2 Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin polis mayoru Aftandil Bayramov tərəfindən aparılan araşdırma zamanı bildirmişdir ki, Xanlar Cəfərovla 300 kv. metr qeyri-yaşayış sahəsini 220000 manat məbləğində almaq barədə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə (müqavilə və maliyyə arayışının tərtib edildiyi tarixdə) Xanlar Cəfərovun göndəriyi Elgiz adlı şəxslə Binəqədi rayon ərazisində görüşüb 60.000 manat dəyərində “Range Rover” markalı avtomobili və 160.000 manat pulu Elgizə vermişdir. Sonra Elgiz adlı şəxs 220.000 manat məbləğində maliyyə arayışını və alqı-satqı müqaviləsini ona təqdim etmişdir. İddiaçı MMC-nin direktoru Şahid tanımamış, onunla arasında heç bir söhbət aparmamış və ona heç bir məbləğ ödəməmişdir. Alim Hüseynovun şikayəti üzrə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin polis mayoru Aftandil Bayramov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 iyul 2022-ci il tarixli qərar qəbuledilmişdir. İddiaçı tərəfindən mülkiyyət hüquqlarının pozuntusuna dair cavabdehlərə edilmiş xəbərdarlığın nəticəsiz qaldığını görən iddiaçı cavabdehlərin əmlaka sahiblik və istifadə hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi rayon Məhkəməsinin e-16(001)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus binanın birinci mərtəbəsində yerləşən 350 kv.metr qeyri-yaşayış sahəsinə istifadə hüquqları məhdudlaşdırılmaqla həmin sahədən istifadəsi qadağan edilmişdir. Həmin qərardad sonradan Bakı Apellyasiya Məhkəməsi tərəfindən qanunsuz və əsassız olaraq ləğv edilmişdir. İddiaçının digər Cavabdeh2 ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən 300 kv.metr qeyriyaşayış sahəsindən istifadə və sahiblik hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi qanunsuz və əsassız olaraq Binəqədi rayon Məhkəməsinin e-16(001)- 108/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə rədd edilmişdir. Binəqədi rayon Məhkəməsinin e-16(001)-108/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilmişdir. Bakı Apelliyasiya Məhkəməsi qərardaddan şikayəti təmin etməmişdir. İddia tələbi üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-195/2024 saylı qətnaməsi ilə iddia tələbi və cavabdehin qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4125/2024 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-195/2024 nömrəli 14 fevral 2024-cü il tarixli qətnaməsi qismən – ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş və İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsi tələbinə dair” ilkin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Yuxarıda göstərilən faktiki hallardan da görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan əmlaklar cavabdehlər tərəfindən qanuni əsas olmadan, yənimüvafiq qaydada, səlahiyyətli şəxslə alqı-satqı müqaviləsi bağlamadan zəbt edilmişdir. Bununla da iddiaçı "xxxx" MMC-nin konstitutision hüquqları cavabdehlər tərəfindən kobud şəkildə pozulmuşdur və iddiaçı öz mülkiyyət hüquqlarından sərbəst və maneəsiz istifadə edə bilmir. Odur ki, iddiaçının konstitutision hüquqları məhkəmə tərəfindən təmin edilməli və Cavabdeh2 ünvan 1 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən "xxxx" MMC-yə məxsus binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən ümumi sahəsi 300 m qeyri-yaşayış sahəsinə və Cavabdeh1 ünvan 1 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən "xxxx" MMC-yə məxsus binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 350 m qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarına xitam verilməlidir. Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli etirazın məzmununda göstərilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi ona iddiaçı "xxxx" MMC-nin sahibi X27 və MMC-nin direktoru Şahid tərəfindən birlikdə xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə əsasında, qeyri-yaşayış sahəsinin dəyərini tam ödədiyi üçün eyni tarixdə maliyyə arayışı verilməklə satılmışdır. Həmin sənədlərə Şahid tərəfindən vurulmuş möhür MMC-nin möhürüdür. O hər hansı sənədi saxtalaşdırmamışdır, heç kimi aldatmamışdır, vicdanlı olaraq pulunu ödəyib obyekti almışdır. Artıq 3 (üç) ildir ki, aldığı həmin qeyri yaşayış sahəsini təmir edərək, maneəsiz istifadə edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-960/2018 saylı hökmündən çıxarışın 2-ci səhifəsinin 4-cü abzasında göstərilmişdir ki, "Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 22.052018-ci il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş Xanlar Cəfərova məxsus 2.572.367 manat dəyərində, ünvan 1 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən yaşayış binasının 3-cü mərtəbəsində olan 900 kv.m qeyri-yaşayış obyekti, müsadirə olunaraq zərərçəkmiş. AR VN-nə dəymiş maddi ziyanın ödənilməsinə yönəldilsin." Binəqədi rayon icra şöbəsinin Binəqədi Rayon Polis İdarəsinin, idarənin 7-ci polis bölmösinin rəislərinə, X49, "xxxx" MMC-nin sahibi X27 və MMC-nin direktoru Şahid ünvanlanmış xx.xx.2023-cü il tarixli 17/68 № 26450- 16 saylı məktubunun 2-ci səhifəsində qeyd olunmuşdur ki, "əlavə olaraq bildiririk ki, X1 adına verilmiş 777,6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə aid çıxarış əsasında tərtib edilmiş Texniki Pasporta əsasən qeyri yaşayış sahəsinin binanın 1-ci mərtəbəsində yerləşməsi qeyd edilmişdir ki, bütün bunlar isə vətəndaşa verilən qeydiyyat sənədlərində mülkiyyətin yerləşməsinə aid texniki göstəricilərdə qeyri-dəqiqlik və uyğunsuzluğun mövcud olmasını göstərir. Eyni zamanda yaşayış binasının birinci mərtəbəsinin qeyri-şəxslərin faktiki sahibliyində olmasını göstərir. Eyni zamanda yaşayış binasının birinci mərtəbəsinin qeyri- şəxslərin faktiki sahibliyində olması müəyyən edilir. "xxxx" MMC-nin onlara ünvanlanan xx.xx.2023-cü il tarixlı məktubda isə inşa edilən çoxmərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin hazırda MMC-nin balansında və mülkiyyətində olması, lakin, qeyri-şəxslər tərəfindən zəbt edildiyi bildirilir". X1 adına verilmiş 777,6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə aid çıxarışda 1-ci mərtəbə yazılmadığı halda, çıxarışın əsasında tərtib edilmiş Texniki Pasportda qeyri yaşayış sahəsinin binanın 1-ci mərtəbəsində yerləşməsi yazıla bilməz. 1-ci mərtəbədəki qeyriyaşayış sahəsi vətəndaş X2 olsaydı yəqin ki, 2019-cu ildən 4 il ərzində, ən azından istifadə etdiyi 3 il ərzində bircə dəfə də olsa gəlib pretenziya bildirərdi, bundan əlavə iddia ərizəsində göstərilir ki, AR Ali Məhkəməsinin bu iş üzrə xx.xx.2022-ci il tarixli, 1(102)-142/2022 saylı Qərarının 4-cü bəndinin sonuncu abzasında MMC-nin direktorunun imzası olmada formal müqavilələrin tərtib edilməsi öz təsdiqini tapmışdır. Birincisi bu ümumi fikirdir, işi ilə bağlı olub-olmaması müəyyən deyildir. İkincisi burada imzadan söhbət gedir. Bu işlər baş verdiyi zaman Şahid MMC-nin rəsmi direktoru olmuş, nizamnaməyə görə MMC-nin İdarəçiliyi və möhürü ona həvalə olunmuş, o, konkret məsuliyyət daşımış vəzifəli şəxs olmuşdur. Sənədlərində olan imzanın və möhürün həqiqiliyi araşdırılmamışdır. İddiaçının, cavabdehin sözügedən qeyri-yaşayış sahəsindən ictifadə və sahiblik hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi (MTT-nin tətbiq edilməsi barədə) Binəqədi Rayon Məhkəməsinin e-16(001)- 108/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə rədd edilmiş, həmin qərardaddan, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Xumar Mərdanova) tərəfindən təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bunlara səbəb isə ərizəçinin, ərizəsində göstərdiyi faktları əsaslandıra bilməməsi olmuşdur. AR Konstitusiya Məhkəməsi Plenumunun "AR MPM-nin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair xx.xx.2018-ci il tarixli qərarında qeyd edilir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digərlərinin hüquqlarını məhdudlaşdırı və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə də Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Eyni məsələ barədə ərizəçinin, onunla birlikdə (sərhəddə) sözügedən binada daha çox sahə əldə etmiş Cavabdeh1 qarşı MTT-nin tətbiq edilməsi barədə ərizəsinin Binəqədi Rayon Məhkəməsi tərəfindən təmin edilməsi barədə qərardadı, qanunsuz və əsassız olduğundan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(103)-176 qərardadı ilə eyni əsaslara qörə ləğv edilmişdir. ərizəçinin müraciəti əsasında, AR DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılmış, xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda qüvvədə olan həmin qərarda göstərilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 qərarda göstərilən qeyri-yaşayış sahəsinin vicdanlı sahibləri olduğundan cinayət işinin başlanması rədd edilsin. Beləliklə həmin iş araşdırılarkən müəyyən olunmuşdur ki, ünvan 1 Ünvanında yerləşən binanın birinci mərtəbəsində yerləşən 350 kv.m qeyri- yaşayış sahəsi tam qanuni əsaslarla əldə edilmiş, dəyəri ödənilmiş və bununla hər hansı qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-960/2018 saylı "Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 22.052018-ci il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş Xanlar Cəfərova məxsus 2.572.367 manat dəyərində, ünvan 1 va H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən yaşayış binasının 3-cü mərtəbəsində olan 900 kv.m qeyriyaşayış obyekti,... müsadirə olunaraq zərərçəkmiş AR VN-nə dəymiş maddi ziyanın ödənilməsinə yönəldilməsi qərarından və "Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 22.052018-ci il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş Xanlar Cəfərova məxsus 2.572.367 manat dəyərində, ünvan 1 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən yaşayış binasının 3-cü mərtəbəsində olan 900 kv.m qeyri- yaşayış obyekti, müsadirə olunaraq ... zərərçəkmiş AR Vergilər Nazirliyinə dəymiş maddi ziyanın ödənilməsinə yönəldildikdən sonra, iddiaçı və vətəndaş X13 razılaşmış, nəyin bahasına olursa-olsun onun və Arazın qeyri yaşayış sahələrini ələ keçirmək fikrinə düşmüşlər. ünvan 1 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən kooperativ binanın 1-ci (birinci) mərtəbəsinin yuxarı hissəsində olan 300 kv.metr qeyri-yaşayış sahəsinin tərəfindən "xxxx" MMC-dən alınması barədə əlimdə ləğv olunmamış müqavilə və maliyyə arayışı vardır, Göstərilənlərə əsasən, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehlərə qarşı "Daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən və istifadəsindən götürülməsi" barədə verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli qarşılıqlı iddia ərizəsinin məzmununda göstərilmişdir ki, İddiaçı - Cavabdeh2 İddiaçı (VÖEN **********) ilə, “16 fevral 2021-ci il tarixli “Kooperativ binada qeyri-yaşayış Alqı-satqf’ müqaviləsi bağlayaraq, "xxxx" MMCyə məxsus, Bakı şəhəri,Binəgədi rayonu,A.Məmmədov küçəsi 10 və H.Sevidzadə küçəsinin kəsişməsində Yerləşən kooperativ binanın birinci mərtəbəsində yerləşən 300 kv.m qeyri-yaşayış sahəsinin dəyərinin bir hissəsini "xxxx" markalı avtomobili ilə əvəz etməklə, avtomobili MMC-nin təsisçisi və rəhbəri cavabdeh X18 təqdim edərək, sahənin qalan dəyərini 160.000 manat pulu Xanlar Cəfərova verərək, cəmi 220.000 manat pulun ödənilməsi barədə maliyyə arayışı almışdır. Cavabdeh – “Avro Qrand" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) sözügedən binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən ümumi sahəsi 300 m qeyri-yaşayış sahəsinin iddiaçı Cavabdeh2 tərəfindən, birinci mərtəbəsində yerləşən 350 m qeyri-yaşayış sahəsinin isə iddiaçı Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt edildiyini, iddiaçıların əllərində olan “alqı-satqı müqavilələrinin saxta olduğunu əsas göstərərək, xx.xx.2024cü il tarixdə, Binəqədi Rayon Məhkəməsində hər iki iddiaçıya qarşı “daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən və istifadəsindən götürülməsi barədə iddia tələbi irəli sürmüşdür. Sözügedən qeyri-yaşayış sahəsi İddiaçı-Cavabdeh2 İddiaçı MMC-nin sahibi X27 və MMC-nin direktoru Şahid tərəfindən birlikdə xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə əsasında, qeyri-yaşayış sahəsinin dəyərini tam ödədiyi üçün eyni tarixdə maliyyə arayışı verilməklə satılmışdır. Ekspertiza rəyi ilə təsdiqlənmişdir ki, sözügedən sənədlərə vurulmuş möhür MMC- nin möhürünün əslidir. İddiaçılar tərəfindən həmin sənədlərin saxtalaşdırıldığı barədə heç bir sübut mövcud deyildir və iddiaçının əlində qeyri-yaşayış sahəsinin "Avro Qrand” MMC-dən alınması barədə ləğv olunmamış müqavilə və malvvə arayışı vardır. Artıq 4 (dörd) ildir iddiaçı B.Daşdivev aldığı həmin yaşayış sahəsini maneəsiz istifadə edir. Cavabdeh tərəf, bildirir ki, iddiaçıların alqı-satqı müqavilələrinə əlavə edilmiş 30 noyabr 2020-ci il tarixli və 16 fevral 2021-ci il tarixli Maliyyə arayışlarında əmlakların tam dəyərinin ödənilməsi qeyd edilsə də, “Avro-Qrand" MMC-yə məxsus kassa mədaxil orderi yoxdur və arayışda müvafiq olaraq qeyd edilən 220 000 manat məbləğ pul cavabdeh tərəfindən MMC-nin bank hesablarına da köçürülməmiş, bundan əlavə binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəinin cizgi - planları da yoxdur. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Rza müəllim tərəfindən , Binəqədi Rayon Məhkəməsində, cavabdeh X19 qarşı, eyni məzmun və mahiyyətli, eyni iddia tələbi ilə "müqavilənin ləğvi,yaşayış sahəsindən şıxarma, sahənin təhvil verilməsi tələbinə dair" iddia ərizəsi vermiş, 2(001)-6731/2024 savlı həmin mülki is üzrə hakim Fərid Hətəmzadə tərəfindən baxılmamış saxlanması barədə qərardad qəbul olunmuşdur. Halbuki, MMC-nin heç mühasibatlığı və kassası belə olmamış, digər mənzil və qeyri-yaşayış sahələrinin alıcılarına da eyni münasibət göstərilmişdir (yəni bu hal MMC-nin fəaliyyətində formalaşmış bir təcrübədir). Qeyd olunan müqavilələrin və arayışların tərtib edildiyi zaman MMC-nin direktoru olmuş, X16 bildirir ki, "xxxx" MMC-nin direktoru olduğu zaman, ünvan 2 ünvanında yerləşən, MMC-yə məxsus binanın 1-ci mərtəbəsinin yuxarı hissəsində ümumi sahəsi 300 (üç yüz) kv.m olan qeyri-yaşayış sahəsinin, vətəndaş Cavabdeh2 xx.xx.2021-ci il tarixdə satılması barədə alqı-satqı müqaviləsi və maliyyə arayışı, MMC-nin təsisçisi və rəhbəri X15 göstərişi əsasında, imzasında müəyyən qədər dəyişiklik etmək yolu ilə şəxsən o imza etmiş, həmin sənədlərə MMCnin möhürünü şəxsən Xanlar Cəfərov vurmuşdur. Cavabdeh2 satılmış qeyri-yaşayış sahəsi X15 özünün iştirakı ilə, metrənin bir başından (ucundan) şəxsən o (Cavanşir) tutmaqla ölçülüb Bəxtiyar Daşdiryevə təhvil verilmişdir. Qeyd olunan sənədlərdə imzası ilə bağlı əvvəlki ifadələrində dedikləri, MMC-ni son illərdə qeyri-rəsmi, faktiki idarə edən şəxslərin ona qarşı göstərdikləri hədə-qorxu ilə bağlı olmuşdur. Cavanşir Məmmədov həm də bildirmişdir ki, istədiyi MMC-nin möhürü verilməmiş, yə hec bir sənədə möhür vurmamışdır. Sənədlərə möhürü Xanlar Cəfərov şəxsən özü vururdu. Cavanşir MMC-nin olmuş, tərtib edilmiş və mənasını başa düşmədiyi sənədlərə imza etdirmişlər. Elə buna görə də, bir müddətdən sonra direktor vəzifəsindən azad olunması üşün dəfələrlə təsisçi Xanlar Cəfərova müraciət etmişdir. Cəfərov onu vəzifədən azad etmədiyinə görə Abşeron Rayon Məhkəməsində vəzifədən azd edilməsi öhdəliyinin Xanlar Cəfərovun üzərinə qoyulmasına dair tələblə iddia qaldırmış və məhkəmə onun iddiasını təmin etmjşdjr. Xüsusi qeyd etmək lazımdır ki, “AVRO QRAND" MMC-nin Nizamnaməsinin 4.2-ci hissəsində Cəmiyyətin Təsisçisi(lər)inin Ümumi Yığıncağının müstəsna səlahiyyətlərinə qanunvericiliklə başqa şərtlər müəyyən edilməmişsə, cəmiyyətin icra orqanının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi nəzərdə tutulmuşdur. MMC-nin təkbaşına sahibi olan X27 ona verilmiş bu səlahiyyətdən istifadə edərək, MMC-nin möhürünü ümumiyyətlə direktor X9 verməmiş, tərtib olunmuş bütün “alqı-satqı müqavilələrini" və "Maliyyə arayışlarım”, o cümlədən Bəxtiyar Daşdıyevin və Cavabdeh1 alqı-satqı müqavilələrini və maliyyə arayışlarını şəxsən özü möhürləmiş və alıcılara təqdim etmişdir. Bundan əlavə, ərizəçi - ‘‘Avro Qrand” MMC-nin müraciəti əsasında, AR DİN- nin Bakı şəhər Baş Polis İdarəsinin istintaq və Təhqiqat idarəsində aparılmış, nəticəsi üzrə xx.xx.2022-ci ii tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda (materialda) araşdırma zamanı aşağıdakılar müəyyən edilmişdir: Araşdırma zamanı X27 izahatında göstərmişdir ki, hazırda 13 saylı X42 cəza çəkir. Məhkəmənin hökmü ilə Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddə ilə azadlıqdan məhrum edilmişdir.2015-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi Hüseynov 10-cu məhəllə 21 mərtəbəli yaşayış binası tikməyə başlamışdır. 2017-ci ildə Alim ona yuxarı dairələrdə yaxın əlaqələrinin olduğunu inşa etdirdiyi binanın zirzəmisində müvafiq 723 sənədləşməsinə köməklik edəcəyini bildirmişdir. Ona tikdiyi binanın kvadrat metr sahəni onun adına sənədləşdirməyə söz vermişdir. Alim MMC-ya Hüseynova alqı-satqı müqaviləsi və 1.817.500 manat pulu rəhbəri olduğu "xxxx" guya ödəməsinə dair maliyyə arayışı vermişdir. X48 sənədləşmə işində köməklik etməmişdir. X58 Hüseynova verəcəyinə söz verdiyi 723 kv.m. qeyri-yaşayış sahəsinin 300 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh2 Məmmədəli oğluna 220.000 manat qarşılığında satmışdır. Razılaşdıqlarına görə Cavabdeh1 ona 6 ədəd bir otaqlı mənzil, Sulutəpə qesəbəsində 2 üç otaqlı ev və nağd 150.000 manat pul vermişdir. Avtomobili ələ keçirdiyini X50 Hüseynovla əlbir olaraq ona, Araza və Bəxtiyara böhtan atdıqlarını, Alim Hüseynovun yalan ve böhtan ataraq guya ona 1.812.500 manat pul verməsini müraciətində göstərdiyini, Alim Hüseynovun həmin vəsaiti hardan əldə etdiyini və həmin məbləği harada və kimin yanında ona verdiyini sübut etməməsini qeyd etmişdir. Eyni zamanda, Xanlar Cəfərov izahatında qeyri-yaşayış sahəsinə görə ona 600.000 manat pul qarşılığında 6 ədəd bir otaqlı mənzil Sulutəpə qəsəbəsində 2 otaqlı ev və nağd 150.000 manat bildiımjşdir. Cavabdeh2 işə "RangeRover" markalı avtomobil verdiyini Cavadova Cavabdeh1 və Bəxtiyar Daşdıyevin qeyri-yaşayış sahəsinə görə Xanlar müqavilələrin ödəniş etmələri sonuncuların araşdırmaya təqdim etdikləri etibarnamə ilə bir daha təsdiqini tapmışdır. Araşdırma zamanı X37 izahatında göstərmişdir ki, uzun müddətdir Xanlar Cəfərovla tanışdır və onunla yaxın yoldaşlığı olmuşdur. Xanlar sonradan Xlradalan və Bakı şəhərlərində binalar tikməyə başlamış, bir mənzili müxtəlif şəxslərə satması ilə bağlı barəsində cinayət işi başlanılmış, 2021-ci ilin son aylarında həbs edilərək hazırda 13 nömrəli cəzaçəkmə müəsissəsində məhkumluq həyatı yaşayır. Alim Hüsüeynov adlı şəxsi tanımır, onunla heç bir söhbəti və münasibəti olmamışdır. Xanlar adlı şəxs 9-cu mikroprayon ərazisində bir bloklu 21 mərtəbəli bina tikmiş, binanın birinci mərtəbəsində olan qeyri-yaşayış sahəsini, bildiyinə görə Araz və Bəxtiyar adlı şəxslərə satmışdır. Bunu ona Xanların özü də demiş, Bəxtiyar və Araz tanışı Xanlara pul ödəyərək qeyri-yaşayış sahəsini almışlar,və orada təmir-tikinti işləri apararaq hazırda obyekt kimi istifadə edirlər. Qərarda qeyd olunur ki, Cavabdeh1 və Cavabdeh2 AVRO QRAND" MMC-yə (VÖEN **********) məxsus əmlakı əvəzsiz olaraq ələ keçirməmiş, aldıqları qeyri-yaşayış sahəsinə görə pul ödəmiş, heç kimin etibarından sui-istifadə edib heç kimi aldatmamış, əmlakın vicdanlı sahibləridirlər. Xanlar Cəfərova qeyri-yaşayış şahəsi əvəzində verdiyi surətini təgdim etmiş, həmin sənədlər araşdırma malerialına əlavə olunmuşdur. Həmçinin Xanlar onunla söhbət zamanı Alim adlı şəxsin ona heç bir ödəniş etmədiyini, qeyri yaşayış sahəsinin "Elgiz" adlı İşçisi tərəfindən saxla sənədlə AHmə ‘verildiyini və bundan Xanların məlumatının olmadığını bildirmişdir. Onlar arasında baş tutan heç bir söhbətdə iştirak etməmişdir. Araşdırma zamanı X10 izahatında göstərmişdir ki, yaşadığı əraziyə yaxın yerdə Xanlar Cəfərovun yeni tikilmiş binanın qeyri-yaşayış sahəsini satdığını bilib 2021-ci ilin fevral ayında ünvan 3 ünvanına gedib orada özünü həmin obyektin sahibi kimi təqdim eden və "xxxx" MMC-nin direktoru Xanlar Cəfərovla görüşmüşdür. Həmin vaxt, Xanların yanında,(hazırda barələrində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan) Elgiz və Xəzer adlı şəxslər olmuşdur. Xanlar Cəfərov onun almaq istədiyi sahənin hər kvadrat metrini 733 manata satdığını desə də, aralarında 300 kvadrat metr qeyri-yaşayış sahəsini 220000 manata almağı ilə bağlı razılaşma olmuşdur. Belə ki, aldığı hissə zirzəmi olduğundan Xanlar Cəfərov ucuz satmışdır. 16 fevral 2021-ci ilde Xanlar Cəfərovun göndərdiyi Elgiz adlı şəxslə Binəqədi rayonu ərazisində görüşüb 60.000 manat dəyərində "Range Rover" markalı avtomobili və 160000 manat pulu ona vermiş və həmin vaxt yanında dostu Şaiq adlı şəxs də olmuşdur (Şaiq təhqiqat zamanı dindirilib). Sonra Elgiz adlı şəxs alqı-satqı müqaviləsini və 220000 manat "xxxx" MMCyə ödədiyine dair maliyyə arayışını ona təqdim etmişdir. Xanlar Ceferovdan aldığı 300 kvadrat metr qeyri-yaşayış sahəsində təxminən 2 aya yaxın təmir-tikinti İşləri aparıb 2022-ci ilin fevral ayından avtomobil ehtiyat hissələri satılan obyekt kimi icarəyə vermişdir. Xanlardan obyekti aldıqdan sonra orada həm təmir işləri aparıldığı, həm də obyekt kimi fəaliyyət göstərilən müddətdə heç kim onu narahat etməmişdir. 2022-ci ilin mart ayında tanımadığı bir nəfər ona zəng etmiş, sözü gedən obyektin ona məxsus olmasını bildirmiş, onu görüşə dəvət etsə də, həmin şəxsə obyekti Xanlar Cəfərovdan sənədlə aldığını, X36 rayonu 9-cu mikrorayon Adil Məmmədov küçəsi 10 Onvanında yerləşən binanın 713 kvadrat metr qeyri-yaşayış sahəsinin 300 kvadrat metrini almış, digər sahəni isə Cavabdeh1 600000 manata Xanlar Cəfərovdan almışdır. Qeyriyaşayış sahəsinin alqı-satqısına dair və digər xüsusatlarla bağlı yalnız özünü obyektin sahibi kimi təqdim edən və MMC-nin direktoru olaıı Xanlar Cəfərovla söhbət aparmış, 220000 manat p Xanlar Cəfərovun göstərişi ilə oınm göndərdiyi Elgiz şəxsə ödəmi§djr. Şahid isə "xxxx" MMC-nin direktoru kimi tanımamış, onunla arasında heç bir söhbət aparılmamış və ona heç bir məbləğdə ödəniş etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Xanlar Cəferov törətdiyi dələduzluq əməlinə görə 9 il müddətinə həbs edilmişdir. Cavabdeh1 Xanlar Cəfərovdan obyekti 2020-ci ilin dekabr ayında almasını və onların arasında olan söhbətlərdə iştirak etmiş, Cavabdeh1 tərəfindən pulun ödəməsinin şahidi olmuşdur. Bundan başqa qeyd etmişdir ki, bu işdə yalnız Xanlar Cəfərovu tanımış, bütün söhbətləri onunla və göndərdiyi Elgiz adlı şəxslə etmiş, Şahid isə onun bildiyinə görə həmin binanın tikintisində fəhlə kimi işləmiş, Xanlar Ceferov həbs olunduqdan sonra ola bilsin ki, Cahangir direktor kim sənədləşdirilmiş, lakin əvvəllər həmin şəxsi tanımamışdır. Xanlar Cəfərova suala cavab olaraçı blldlnnişdir ki. Bank Rospublikanın" MMC-dən 90000 rnanat kredil götürmüş, "Range Rover" markalı avtomobili 60000 manat dovoıində hesablayıb. Araşdırma zamanı X43 Cəfərova qeyriyaşayış sahəsi evəzində verdiyi "Range Rover" markalı avtomobilin digər sərəncamına verilməsi barədə etibarmanənin surətini, həmçinin bankdan kredit götürməsi barədə müqavilənin surətini təqdim etmiş, həmin sənədlər araşdırma materialına əlavə olunmuşdur. Bundan əlavə. Xanlar Cəfərov eyni iddia tələbi üzrə Binəqədi RM-nin hakimi Səadət Səlimova tərəfindən baxılmış iş üzrə dindirildiyi zaman, ödəniş faktını təsdiq etmişdin. Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Aftandil Bayramov tərəfindən xx.xx.2022ci il tarixdə qəbul edilmiş, hazırda qüvvədə olan, ləğv edilməmiş "Cinayət işinin başlanmasının rədd edilməsi hanamda” həmin qərarda göstərilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 qərarda göstərilən aevri-vasavıs sahəsinin vicdanlı sahibləridir.Beləliklə həmin iş araşdırılarkən müəyyən binanın birinci mərtəbəsində yerləşən 350 kv.m gevrivaşavış sahəsi Cavabdeh2 tərəfindən tam qanuni əsaslarla əldə edilmiş, dəvəri ödənilmiş və bununla baälı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh2 iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Avro Qrand" MMC-dən 450.000 manat, hüquqi yardım üçün ödədiyi 320 manat, dövlət rüsumu olaraq ödədiyim 740 manat, cəmi 451.060 (dörd yüz əlli bir min altmış) manat pulun tutularaq, Cavabdeh2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1470/2025 nömrəli qərardadına əsasən məhkəmənin icraatında olan sözügedən mülki iş hazırki mülki işlə bir icraatda birləşdirilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı AvroQrand MMC-nin nümayəndəsi iddia ərizəsini müdafiə edərək, tələbin təmin olunmasını xahiş etmişdir. izahatında cavabdehlərlə bağlanmış müqavilələrin heç bir hüquqi əhəmiyyətə malik olmadığını, həmin qeyri-yaşayış sahələri üzrə ödənilən pulun şirkətin balansına daxil olmadığını, buna dair kassa məxaric orderlərinin verilmədiyini və sahələrin cavabdehlər tərəfindən heç bir əsas olmadan tutulmasını bildirmişdir. Həmçinin onlara qarşı irəli sürülmüş iddiaya münasibətdə isə bildirdi ki, əsassızdır. Həmin sahəyə görə Avroqrand heç bir məbləğdə Daşdiyevdən pul almamışdır ki, onun çıxarılması zamanı da ona pul ödənilsin. Məhkəmədən rədd edilməsini xahiş etdi. Cavabdeh1 əvvəlki məhkəmə iclaslarındakı izahatlarında iddianı qəbul etmədi, şirkətin təsisçisi kimi tanıdığı Xanlar Cəfərova həmin sahə üçün həm ilkin ödəniş, həmçinin də 6 mənzil verdiyini bildirmişdir. Sonradan pulun şirkətin balansına keçirilibkeçirilməməsi onun problemi deyil, bundan məlumatı yoxdur. Ona qanuni maliyyə arayışı və müqavilə verilmiş, şirkətin möhürü ilə möhürlənmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili iddianın rədd edilməsini xahiş etdi. İzahatında bildirdi ki, artıq uzun müddətdir ki, Cavadov həmin sahədən istifadə edir. Əgər iddia edilən kimi əvəzində pul verilməsəydi hansı səbəbdən onlara maliyyə arayışı, müqavilə verilmişdir. Şirkətin keçmiş təsisçisi Xanlar Cəfərov da bunu indiyədək verdiyi bütün izahatlarında etiraf etmişdir. Şahid da ifadəsində bildirmişdir ki, həmin sahə Cavadova satılan zaman ölçü işlərində iştirak etmiş, metrəni Xanlar ilə birlikdə tutmuş, Cavadova ayrılan sahəni müəyyənləşdirmişlər. Belə olan halda iddia da əsassız olduğundan rədd olunmalıdır. Cavabdeh2 əvvəlki məhkəmə iclaslarındakı izahatlarında iddianı qəbul etmədi, şirkətin təsisçisi kimi tanıdığı Xanlar Cəfərova həmin sahə üçün 220000 manat pul ödəmişdir, ona pul əvəzi kimi avtomobil və nəğd pul vermişdir. Həmin sahəni təmir elətdirmiş və artıq 4 ildir ki, sərbəst şəkildə sahədən istifadə edir. Sonradan pulun şirkətin balansına keçirilib-keçirilməməsindən onun məlumatı yoxdur. Ona qanuni maliyyə arayışı və müqavilə verilmişdir. Şirkətin möhürünü də Xanlar özü vurmuşdur. Məhkəmədən ona qarşı olan iddianın rədd edilməsini xahiş etdi. Həmçinin də qeyriyaşayış sahəsindən çıxarılacağı təqdirdə vermiş olduğu pulun əvəzində, sahənin hazırki qiymətinə uyğun 450.000 manat, hüquqi yardım üçün ödədiyi 320 manat, dövlət rüsumu olaraq ödədiyim 740 manat, cəmi 451.060 (dörd yüz əlli bir min altmış) manat pulun onun xeyrinə tutulmasını xahiş etdi. Sonuncu məhkəmə iclasında isə artıq iddiasının baxılmamış saxlanılmasını xahiş etsə də cavabdeh tərəf iddiaya mahiyyəti üzrə baxıb qiymət verilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili geniş mülahizə-çıxış təqdim edərək iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 nümayəndəsi (vəkili) Vəkil2 müdafiə etdiyi tərəflə AvroQrand arasında bağlanmış müqavilənin hazırda qüvvədə olmasını bildirib AvroQrand MMC-nin iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, hər iki iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 195/2024 saylı qətnaməsinə əsasən iddiaçı Avro Qrand MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Avro Qrand MMC-yə məxsus Bakı şəhəri şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən ümumi sahəsi 300 m² olan qeyri-yaşayış sahəsinə Cavabdeh2 və ünvan 5 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 350 m2 olan qeyri yaşayış sahəsinə Cavabdeh1 qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsinə dair ilkin iddia ərizəsinin təmin edilməməsi və iddiaçı Cavabdeh1 cavabdehlər Avro Qrand MMC-yə va X20 qarşı Bahar Badi rayonu A.Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın birinci mərtəbəsində olan 350 kv.m. qeyriyaşayış sahəsinə dair Avro Qrand MMC ilə X28 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelllyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-4125/2024 saylı qərardadına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-195/2024 nömrəli 14 fevral 2024-cü il tarixli qətnaməsi qismən - ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsi tələbinə dair" ilkin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2289/2021 saylı qətnaməsinhə əsasən iddia tələbi təmin edilmiş, iddiaçı Şahid "xxxx" MMC-nin təkbaşına icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru vəzifəsindən azad edilməyi barədə təsisçi qərarının qəbul edilməsi, dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün sənədlərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsi "xxxx" MMC-nin 100% payla təsisçisi olan X18 həvalə edilməsi qət edilmişdir. Avro Qrand MMC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 ünvan 4 ünvanında 1-ci mərtəbədə sahəsi 350 kv.m olan qeyri-yaşayış sahəsini 1 kv.m. 1714 manat olmaqla, 600000 manata Avro Qrand MMC-dən almışdır. Avro Qrand MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən kooperativ binası Avro Qrand MMC-yə məxsusdur. Binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 350 kv.m. olan qeyri-yaşayış sahəsinin ümumi dəyəri 600000 manat alıcı Cavabdeh1 Tanrıverdi oğlu tərəfindən tam ödənilmişdir. Avro Qrand MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 ünvan 4 ünvanında binanın 1-ci mərtəbəsinin yuxarı hissəsində sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsini 1 kv.m. 733 manat olmaqla, 220000 manata Avro Qrand MMC-dən almışdır. Avro Qrand MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən kooperativ binası Avro Qrand MMC-yə məxsusdur. Binanın 1-ci mərtəbəsinin yuxarı hissəsində ümumi sahəsi 300 kv.m. olan qeyriyaşayış sahəsinin ümumi dəyəri 220000 manat alıcı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1392-5/1170 nömrəli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 16-cı vərəqəsində olan Cavabdeh1 ilə Avro Qrand MMC arasında olan xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqısatqı müqaviləsinin arxa tərəfində Avro-Qrand MMC-nin direktoru Şahid qrafasındakı imza, mülki işin 17-ci vərəqəsində olan Avro Qrand MMC tərəfindən Cavabdeh1 adına olan xx.xx.2020-ci il tarixli maliyyə arayışında Avro-Qrand MMC-nin direktoru Şahid qrafasındakı imza Şahid tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 172-ci vərəqəsində olan Cavabdeh2 ilə Avro-Qrand MMC arasında olan xx.xx.2021-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin arxa tərəfində Avro- Qrand MMC-nin direktoru Şahid qrafasındakı imzanın, mülki işin 173-cü vərəqəsində olan Avro Qrand MMC tərəfindən Cavabdeh2 adına olan xx.xx.2021-ci il tarixli maliyyə arayışında Avro Qrand MMC-nin direktoru Şahid qrafasındakı imzanın Şahid tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 16-cı vərəqəsində olan Cavabdeh1 ilə Avro Qrand MMC arasında olan xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin arxa tərəfində Avro-Qrand MMC-nin direktoru Şahid qrafasındakı imzada, mülki işin 17-ci vərəqəsində olan Avro Qrand MMC tərəfindən Cavabdeh1 adına olan xx.xx.2020-ci il tarixli Avro-Qrand MMCnin direktoru Şahid imzada Şahid imzasına oxşamasını xarakterizə edən əlamətlər müşahidə olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Cavabdeh2 ilə Avro Qrand MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kooperativ binada qeyriyaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının, Cavabdeh1 ilə Avro Qrand MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli maliyə arayışının üzərlərində olan möhür əksləri relyef klişedən sənədlər üzərinə bir başa vurulmuşlar. Rəydən daha sonra müəyyən olunur ki, təqdim edilmiş Cavabdeh2 ilə Avro Qrand arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kooperativ binada qeyriyaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının, Cavabdeh1 ilə Avro Qrand MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının üzərlərində olan Azəbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti Avro Qrand məzmunlu möhürlə təqdim edilmiş eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Rəydən daha sonra müəyyən olunur ki, Cavabdeh2 ilə Avro Qrand MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kooperativ binada qeyriyaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının, Cavabdeh1 ilə Avro Qrand MMC arasında bağlanılmış xx.xx.2020ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının üzərlərində olan imzalar hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vastəsilə icra edilmişlər. Rəydən daha sonra müəyyən olunur ki, təqdim edilmiş Cavabdeh2 ilə Avro Qrand MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kooperativ binada qeyriyaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının Cavabdeh1 ilə Avro Qrand MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının üzərində mətin əvvəl çap edilmiş sonra isə möhür əksləri vurulmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, Cavabdeh2 ilə Avro Qrand MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kooperativ binada qeyriyaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh2 Məhəmmədə oğluna verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının, Cavabdeh1 ilə Avro Qrand MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının üzərində imzalar əvvəl icra edilmiş, sonra isə möhür əksləri vurulmuşdur. Rəydən daha sonra təqdim edilmiş müqavilələrdə və maliyyə arayışlarında çap mətni imza və möhür əksi bir-birləri ilə kəsişmədikləri üçün və xx.xx.2021-ci il tarixli müqavilədə çap mətni ilə imzanın kəsişən hisssində rəngləyicinin zəif əks olduğuna görə onların icra ardıcıllıqları üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, “Ekspertizaya təqdim edilmiş, "xxxx" MMC ilə X7 arasında olan xx.xx.2021-ci il tarixli Kooperativ binada qeyri- yaşayış sahəsinin alqı-satqı müqaviləsinin arxa tərəfində "Tərəflərin imzaları:" bəndində "xxxx" MMC-nin direktoru Şahid" qrafasındakı imza və xx.xx.2021-ci il tarixli maliyyə arayışında "xxxx" MMC-nin Direktor: Şahid" qrafasındakı imza Məmmədov tərəfindən yox, başqa şəxs tərfindən cra olunmuşdur”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli 1(102)-1421/2022 saylı qərarından müəyyən olunur ki, kassasiya protesti təmin edilməmiş, məhkum X15 müdafiəçisi Ələsgərov Şakir Çərkəz oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-494/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Qərardan daha sonra ... Xanlar Cəfərov təkrar qeyd edilən hüquqi şəxsin təsisçisi olmaqla MMC-nin direktoru vəzifəsinin səlahiyyətlərini faktiki icra edən şəxs kimi Avro Qrand MMC-nin nizamnaməsinə əsasən, qeyd edilən səlahiyyətlərə malik təşkilatsərəncamverici və inzibat-təsrrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində özünün barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.3, 308,2 və 313-cü maddələri ilə istintaq aparılmış ********* saylı cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanınmış X31 dəymiş 95000 manat maddi ziyanın ödənmiş kimi göstərmək üçün cinayətkar niyyətindən xəbərsiz olan nümayəndəsi X40 göstəriş verərək, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə X3 ünvan 5 ünvanında inşa olunan 1 girişli, 21 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 80 kv.m sahəsinin dəymiş ziyan ödənənədək zərəçəkmiş şəxs Vəfa Məmmədovanın saxlanca verilmiş qeyriyaşayış sahəsi üzərində sahiblik və sərəncam vermək hüququna malik olmasına dair tamah niyyəti ilə bilə-bilə məzmununa yalan məlumatlar daxil edilmiş saxta rəsmi sənədləri xx.xx.2018-ci il tarixli müqavilə və maliyyə arayışını tərtib etməklə Rahib Şükürovun imzası və cəmiyyətin möhrü ilə təsdiq edilərək, sonuncu vasitəsi ilə həmin tarixdə Cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi ünvanında inşa olunan binanın 1-ci mərtəbəsində yerləşən ofisində Vəfa Məmmədovaya təqdim edilməsini təmin etdikdən bir müddət sonra, yəni 2020-ci ilin əvvəllərində sonununcu tərəfindən ziyan ödənilməsi üçün ona verilmiş qeyri-yaşayış sahəsinin Tahirə Cahangirovaya məxsus olmasını bilinməsindən Vəfa Məmmədovaya vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə qeyd edilən yaşayış binasının 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 98.5 kv.m olan 107 nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 baxmayaraq, mənzilin başqa şəxsə satılmadığını bildirərək, xx.xx.2020-ci il tarixdə göstərilən mənzilə dair alqı-saqtı müqaviləsi tərtib edərək cəmiyyətin formal direktoru olan cinayətdən xəbərsiz Şahid və Vəfa Məmmədovaya imzalatdıraraq, şəxsən MMC-nin möhrü ilə təsdiq edərək dəymiş ziyanın əvəzində sonuncuya təqdim etmiş bilə-bilə yalan məlumatların daxil edildiyi xx.xx.2020-ci il tarixli müqaviləni və tam ödəniş barədə maliyyə arayışını həmin ofisdə Şahid imzalatdırıb cəmiyyətin möhrü ilə təsdiq etməklə həmin tarixdə şəxsən Vəfa Məmmədova imzalatdırıb təqdim edib təkrar vəzifə saxtakarlığı törədərək, X32 dəymiş ziyanın ödənilməsini tələb etmə hüququndan məhrum edib onun qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrar vəzifə saləhiyyətlərindən suistifadə etmiş, həmin əməlləri ilə X11 qeyri-yaşayış sahəsinə və X21 mənzilə maneəsiz sahiblik və ondan istifadə etmək hüquqlarına və qanuni mənafelərinə təkrar ağır nəticələr səbəb olan mühüm zərər vurmuşdur. Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, Alim Hüseynovun şikayəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığı, Cavabdeh1 və Cavabdeh2 qeyd olunan qeyri-yaşayış sahəsinin vicdanlı sahibləri olduğu üçün cinayət işinin başlanması rədd edilmiş, Xanlar Cəfərovun ünvan 5-cu məhəllədə olan binanın 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsi ilə bağlı Alim Hüseynova sənəd vermə hissəsində əməli az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmadığına, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmadığna görə qeyd olunan faktla bağlı Xanlar Cəfərov barəsində cinayət işinin başlanılması rədd olunmuşdur. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, əvvəllər fərdi sahibkarlıqla məşğul olmuş və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün özünə qeyri-yaşayış sahəsi almaq qərarına gəlmişdir. Yaşadığı əraziyə yaxın yerdə Xanlar Cəfərovun yeni tikilmiş binanın qeyri-yaşayış sahəsini satdığını bilib 2021-ci ilin fevral ayında ünvan 6 ünvanına gedib orada özünü həmin obyektin sahibi kimi təqdim edən və Avro-Qrand MMC-nin direktoru Xanlar Cəfərovla görüşmüşdür. Həmin vaxt Xanların yanında Elgiz və Xəzər adlı şəxslər olmuşdur. Xanlar Cəfərov onun almaq istədiyi sahənin hər kvadrat metrini 733 manata satdığını desə də, aralarında 300 kvadrat metr qeyri-yaşayış sahəsini 220000 manata alması ilə bağlı razılaşma olmuşdur. Belə ki, aldığı hissə zirzəmi olduğundan Xanlar Cəfərov ucuz satmışdır. 16.022021-ci ildə Xanlar Cəfərovun göndərdiyi Elgiz adlı şəxslə Binəqədi rayonu ərazisində görüşüb 60000 manat dəyərində Range Rover markalı avtomobili və 160000 manat pulu ona vermiş və həmin vaxt yanında dostu Şaiq adlı şəxs də olmuşdur. Sonra Elgiz adlı şəxs alqı-satqı müqaviləsini və 220000 manat Avro-Qrand MMC-yə ödədiyinə dair maliyyə arayışını ona təqdim etmişdir. Xanlar Cəfərovdan aldığı 300 kvadrat metr qeyri-yaşayış sahəsində təxminən 2 aya yaxın təmir-tikinti işləri aparıb 2022-ci ilin fevral ayından avtomobil ehtiyat hissələri satılan obyekt kimi icarəyə vermişdir. Xanlardan obyekti aldıqdan sonra orada həm təmir işləri aparıldığı, həm də obyekt kimi fəaliyyət göstərilən müddətdə heç kim onu narahat etməmişdir. 2022-ci ilin mart ayında tanımadığı bir nəfər ona zəng etmiş, sözü gedən obyektin ona məxsus olmasını bildirmiş, onu görüşə dəvət etsə də, o, həmin şəxsə obyekti Xanlar Cəfərovdan sənədlə aldığını bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, X36 rayonu 9-cu mikrarayon Adil Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın 713 kvadrat metr qeyri-yaşayış sahəsinin 300 kvadrat metrini almış, digər sahəni isə Cavabdeh1 600000 manata Xanlar Cəfərovdan almışdır. Qeyri-yaşayış sahəsinin alqı-satqısına dair və digər xüsusatlarla bağlı, yalnız özünü obyektin sahibi kimi təqdim edən və Avro-Qrand MMC-nin direktoru olan Xanlar Cəfarovla söhbət aparmış, 220000 manat pulu Xanlar Cəfərovun göstərişi ilə onun göndərdiyi Elgiz adlı şəxsə ödəmişdir. Şahid isə AvroQrand MMC-nin direktoru kimi tanımamış, onunla arasında heç bir söhbət aparılmamış və ona heç bir məbləğdə ödəniş etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Xanlar Cəfərov törətdiyi dələduzluq əməlinə görə 9 il müddətinə həbs edilmişdir. Cavabdeh1 Xanlar Cəfərovdan obyekti 2020-ci ilin dekabr ayında alması və onların arasında olan söhbətlərdə iştirak etmiş, Cavabdeh1 tərəfindən pulun ödəməsinin şahidi olmuşdur. O, bu işdə yalnız Xanlar Cəfərovu tanımış, bütün söhbətləri onunla və göndərdiyi Elgiz adlı şəxslə etmiş, Şahid isə onun bildiyinə görə həmin binanın tikintisində fəhlə kimi işləmiş, Xanlar Cəfərov həbs olunduqdan sonra ola bilsin ki, Cahangir direktor kim sənədləşdirilmiş, lakin əvvəllər həmin şəxsi tanımamışdır. Xanlar Cəfərova ödədiyi 220000 manat pulu hardan əldə etməsi barəda suala cavab olaraq bildirmişdir ki, Bank Respublika MMC-dən 60000 manat kredit götürmüş, Range Rover markalı avtomobili 60000 manat dəyərində hesablayıb etibarnamə əsasında vermiş və qalan 100000 manat pulu isə dost-tanışdan borc alaraq ödəmişdir. Hazırda banka aylıq 5000 manat kredit pulu ödəməsini və bununla bağlı sənədləri təqdim edə biləcəyini qeyd etmişdir. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı X27 izahatında göstərmişdir ki, o, hazırda 13 saylı X42 cəza çəkir. Məhkəmənin hökmü ilə Azerbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2015-ci ildə ünvan 5-cu məhəllə 21 mərtəbəli yaşayış binası tikməyə başlamışdır. 2017-ci ildə Alim Hüseynov ona yuxarı dairələrdə yaxın əlaqələrinin olduğunu bildirib inşa etdirdiyi binanın müvafiq sənədləşməsinə köməklik edəcəyini bildirmişdir. O, tikdiyi binanın zirzəmisində 723 kvadrat metr sahəni onun adına sənədləşdirməyə söz vermişdir. Alim Hüseynova alqı-satqı müqaviləsi və ******* manat pulu rəhbəri olduğu Avro Qrand MMC-yə guya ödəməsinə dair maliyyə arayış vermişdir. X48 tərəfındən heç bir ödəniş edilməmişdir. Alim Hüseynov sənədləşmədə ona heç bir köməklik etməmişdir. Ona görə də, o, həmin sahəni Cavabdeh1 və Cavabdeh2 Məhəmmədli oğluna satmışdır. Cavabdeh1 600000 manat qarşılığında 723 kv.m. sahənin 350 kv.m-ni vermişdir. Cavabdeh2 isə 300 kv.m. sahəni 220000 manata satmışdır. Cavabdeh1 ona 6 ədəd bir otaqlı mənzil, Sulutəpə qəsəbəsində 2 üç otaqlı ev və nəğd 150000 manat pul vermişdir. X33 Araz və Bəxtiyardan aldığı pul və mənzilləri, həmçinin Bəxtiyarın pul əvəzi verdiyi Range Rover markalı avtomobili ələ keçirdiyini, X50 Hüseynovla əlbir olaraq ona, Araza və Bəxtiyara böhtan atdıqlarını, Alim Hüseynovun yalan və böhtan ataraq guya ona ******* manat pul verməsini müraciətində göstərdiyini, Alim Hüseynovun həmin vəsaiti hardan əldə etdiyini və həmin məbləği harada və kimin yanında ona verdiyini sübut etməsini qeyd etmişdir. X12 Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, Avro Qrand MMC tərəfindən ünvan 5 ünvanında inşa edilən binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 723 kv.m. olan qeyri-yaşayış sahəsinin həmin Avro Qrand MMC-yə geri qaytarılmasına etiraz etməmiş, qeyri-yaşayış sahəsi ilə əlaqədar Avro Qrand MMC-yə qarşı heç bir iddiasının, tələbinin və şikayətinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, -... “Araşdırma zamanı X27 izahatında göstərmişdir ki, hazırda 13 saylı X42 cəza çəkir. Məhkəmənin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2015-ci ildə ünvan 1-cu məhəllə 21 mərtəbəli yaşayış binası tikməyə başlamışdır. 2017-ci ildə Alim Hüseynov ona yuxarı dairələrdə yaxın əlaqələrinin olduğunu bildirib inşa etdirdiyi binanın müvafiq sənədləşməsinə köməklik edəcəyini bildirmişdir. Ona tikdiyi binanın zirzəmisində 723 kvadrat metr sahəni onun adına sənədləşdirməyə söz vermişdir. Alim Hüseynova alqısatqı müqaviləsi və 1.817.500 manat pulu rəhbəri olduğu "xxxx" MMC-yə guya ödəməsinə dair maliyyə arayışı vermişdir. X48 tərəfindən heç bir ödəniş edilməmişdir. Alim Hüseynov sənədləşmədə ona heç bir köməklik etməmişdir. Ona görə də, həmin sahəni Cavabdeh1 və Cavabdeh2 Məhəmmədli oğluna satmışdır. Cavabdeh1 600.000 manat qarşılığında 723 kv.m. sahənin 350 kv.m-ni vermişdir. Cavabdeh2 isə 300 kv.m. sahəni 220.000 manata satmışdır. Cavabdeh1 ona 6 ədəd bir otaqlı mənzil, Sulutəpə qəsəbəsində 2 Üç otaqlı ev və nağd 150.000 manat pul vermişdir. X33 Araz və Bəxtiyardan aldığı pul və mənzilləri, həmçinin Bəxtiyarın pul əvəzi verdiyi Range Rover" markalı avtomobili ələ keçirdiyini, X50 Hüseynovla albir olaraq ona, Araza və Bəxtiyara böhtan atdıqlarını, Alim Hüseynovun yalan və böhtan ataraq guya ona 1.812.500 manat pul verməsini müraciətində göstərdiyini, Alim Hüseynovun həmin vəsaiti hardan əldə etdiyini və həmin məbləği harada və kimin yanında ona verdiyini sübut etməsini qeyd etmişdir. Şahid vəkil Nümayəndə1 tərəfindən alınmış yazılı ifadəsindən müəyyən olunur ki, bilə-bilə yalan ifadə verməyə görə AR Cinayət Məcəlləsinin 297-ci maddəsinə uyğun olaraq məsuliyyət daşıyacağı barədə xədərdar olunmuşdur. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-nin direktoru olduğu zaman, Bakı şəhəri, Binəqədi rayonu, A. Məmmədov küçəsi 10 Ünvanında yerləşən, MMC-yə məxsus binanın 1-ci mərtəbəsinin yuxarı hissəsində ümumi sahəsi 300 (üç yüz) kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin, vətəndaş X5 xx.xx.2021-ci il tarixdə satılması barədə alqı-satqı müqaviləsi və maliyyə arayışı, MMC-nin təsisçisi və rəhbəri X15 göstərişi əsasında, imzasıda müəyyən qədər dəyişiklik etmək yolu ilə şəxsən imza etmişdir, MMC-nin möhürü ona heç bir zaman verilmədiyinə görə həmin sənədlərə MMC-nin möhürünü Xanlar Cəfərov özü vurmuşdur. Cavabdeh2 satılmış qeyri-yaşayış sahəsi X15 özü yanında olmaqla iştirakı ilə, metrənin bir başından (ucundan) şəxsən o tutmaqla ölçülüb Cavabdeh2 təhvil verilmişdir. Qeyd olunan sənədlərdə imzası ilə bağlı əvvəlki ifadələrində dedikləri, MMC-ni son illərdə qeyri-rəsmi, faktiki idarə edən şəxslərin ona qarşı göstərdikləri hədə-qorxu ilə bağlı olmuşdur. Bu ifadəni konüllü şəkildə öz razılığı ilə vermiş və həmin ifadəni məhkəmədə olduğu kimi verməyə hazırdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin vəsatəti ilə şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, hər iki cavabdehi tanıyır, onları Xanlar Cəfərovun yanında görmüşdür. Hər iki cavabdehə Xanlar qeyri-yaşayış sahəsi göstərmiş, onu ölçü aparmaq üçün sonuncu çağırmışdır. Sahəni ölçməkdə Xanlara kömək etmişdir. Onun yanında heç bir pul söhbəti aparılmamışdır. Hər iki tərəfin müqaviləsinin olmasından məlumatı yoxdur. Lakin onların müqaviləsinə özü imza etməmişdir. Müəyyən haqq müqabilində Xanlar Cəfərov onu direktor vəzifəsinə təyin etmiş, bəzən müqavilələrə şəxsən imza etmişdir. Şirkətin möhürü həmişə Xanlar müəllimdə olmuşdur. Məhkəməyə çağrılmaq istəmədiyinə görə Bəxtiyarın ofisinə getmiş və orada vəkilinin iştirakı ilə onun adından ərizə yazılmışdır. Lakin orada müqaviləyə imza etməsi ilə əlaqədar yazılanları təsdiq etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən 1955-ci il təvəllüdlü X27 müalicə Müəssisəsinə köçürülmüş, hazırda xəstə kimyaterapiya müalicəsindədir və göstəriciləri qeyri-stabildir, məhkəmədə iştirak etməsi məqsədəuyğun deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Müqavilə tərəflərin qarşılıqlı və üst-üstə düşən iradə ifadələri olduğundan etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik iradə sərbəstliyi, müqavilə azadlığı prinsiplərindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel, T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli və s. Qərarları). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 324.5, 404.1 və 404.2-ci maddələri). Azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrası böyük iqtisadi-sosial əhəmiyyətə malikdir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi borc və ya kredit müqavilələri üzrə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə yönəlməklə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmənin mövqeyi: Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müəyyən pul məbləğinin qarşılığında İddiaçı keçmiş təsisçisi olmuş Xanlar Cəfərovdan mübahisə predmeti olan qeyri-yaşayış sahlərini əldə etmiş, hazırda da həmin sahələrdən artıq uzun illərdir ki, maneəsiz istifadə etmişlər. Hadisələrin gedişatında təsisçi cinayət məsuliyyətinə cəlb olunur və həbs edilir. Mövcud maliyyə çatışmamazlıqları ortaya çıxan zaman şirkət keçmiş təsisçinin satmış olduğu mənzil və qeyri-yaşayış obyektlərinin dəyərinin şirkətin balansına daxil etmədiyini aşkar edir və həmin şəxslərə qarşı qanunsuz zəbt və əmlakın geri qaytarılması iddiası ilə məhkəməyə müraciət edir. Lakin məhkəmə işi araşdırarkən həm tərəflərin izahatları, həmçinin də işin faktiki halları ilə təsdiq olunur ki, əvəzi ödənilməklə, şirkətin təsisçisi kimi tanıdıqları və etibar etdikləri şəxs tərəfindən onlara verilən sənədlərə əsasən cavabdehlər qeyri-yaşayış sahələrinə sahiblik etməyə başlamış və həmin əmlakların istifadəsini həyata keçirmişlər. həmçinin tədqiq edilmiş ekspert rəylərinə də əsasən həm müqavilə, həm də maliyyə arayışlarına vurulmuş möhür iddiaçı şirkətin möhürüdür. Qeyri yaşayış sahələrindən cavabdehlərin istifadəsi birbaşa olaraq iddiaçının məlumatı olmaqla baş vermiş və hazırda da davam edir, cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsinin qanunsuz olaraq zəbt etməsi ilə bağlı iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Məhkəmə həmçinin Cavabdeh2 da İddiaçınə qarşı irəli sürmüş olduğu iddiasını da əsaslandıra bilməməsi, həmçinin ilkin iddianın rədd olunması halında hazırki tələbin də artıq təminini ağlabatan hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsi tələbinə” dair iddiası və cavabdeh “Avro Qrand" MMC-dən 450.000 manat, hüquqi yardım üçün ödənilmiş 320 manat, dövlət rüsumu olaraq ödənilmiş 740 manat, cəmi 451.060 AZN pulun tutulmasına dair Cavabdeh2 iddiası təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-911/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-911/2025
29.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver