Məhkəmə qərarları › İş №e-2(001)-953/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-953/2023

16.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-953/2023 16.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X10” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1455 manat, “Volkswagen Passat” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 418 manat, “Nissan Sunny” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 657 manat, “X10” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə isə 2470 manat olmaqla, ümumilikdə 5000 manat pulun və ödənilmiş 70.4 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “X10” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “X10” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı, “X10” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. İddiaçı Sığorta Şirkəti ASC “X10” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1455 manat, “Volkswagen Passat” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 418 manat, “Nissan Sunny” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 657 manat, “X10” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə isə 2470 manat olmaqla, ümumilikdə 5000 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh tərəfindən avtomobilin sərxoş olaraq idarə edildiyini, buna görə də, cavabdehə qarşı subroqasiya hüququnun yarandığını bildirmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Rəhimov iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 071224 saylı sığorta aktına və 9018 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən, “X10” markalı, **-NN-*** dövlət qeydiyyat avtomobilə görə 2470 manat məbləğində sığorta ödənişi (zərərlə bağlı maddi ziyanın ümumi məbləği 14.412 manat) X5 hesabına köçürülmüşdür. - İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 071856 saylı sığorta aktına əsasən, “Nissan Sunny” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 657 manat məbləğində sığorta ödənişi ödənişi (zərərlə bağlı maddi ziyanın ümumi məbləği 3834 manat) X2 hesabına köçürülmüşdür. - İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 071834 saylı sığorta aktına əsasən, “Volkswagen Passat” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 418 manat məbləğində sığorta ödənişi (zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2440 manat) X4 hesabına köçürülmüşdür. - İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 071226 saylı sığorta aktına və 9015 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən, X10” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1455 manat məbləğində sığorta ödənişi (zərərlə bağlı maddi ziyanın ümumi məbləği 8487 manat) X3 hesabına köçürülmüşdür. - pretenziya məktublarından görünür ki, iddiaçı tərəfindən cavabdehə subroqasiya hüququ ilə əlaqədar 5000 manat məbləğində vəsaitin 7 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-nin bank hesabına ödənilməsi barədə məktub ünvanlamışdır. Məktubda həmçinin qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında cavabdehlərə qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barədə məlumatlandırılmışdır. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərara əsasən, vətəndaş Cavabdeh Yşar oğlunun ünvan 1 ünvanında yerləşən yeni tikili binanın həyətində zəncirvari qəza törətməsi barədə toplanmış təhqiqat materialında cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1336/2019 saylı, xx.xx.2019-cu il tarixli İnzibati xəta haqqında iş üzrə qərara əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixdə törətdiyi yol nəqliyyat hadisəsinə görə AR İXM-nin 333.1 və 511.1-ci maddələri ilə (nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmə, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozma, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmə, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmə) təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilmişdir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasi Qanununun 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, "bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasia hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır". Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci madəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsi müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh təqsirliliyi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış və işdə olan digər sübutlarla təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Göründüyü kimi, Cavabdeh idarə etdiyi “X10” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə, “X10” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı və “X10” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinə yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Həmin yol-nəqliyyat hadisəsində müvafiq qərarla törətdiyi əmələ görə Cavabdeh məhkəmə qərarı ilə Azərbaycan Respublikası İXM-nin 333.1-ci və 511.1-ci maddələri ilə təqsirli bilinmişdir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Qeyd edilənlərə əsasən, cavabdehdən subroqasiya qaydasında 5000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 3(001)-1336/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından məlum olur ki, Cavabdeh məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək həmin anda şərxoş olduğunu və əməlindən peşman olduğunu ifadəsində göstərmişdir. Beləliklə, Binəqədi Rayon Məhkəməsinin 3(001)-1336/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh təqsiri tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 5000 manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 manat (beş min) məbləğində vəsait və 70,40 (yetmiş manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar