Məhkəmə qərarları › İş №e-2(002)-109/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-109/2024

03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-109/2024 03.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “Lada 21214” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 392,32 manat (üç yüz doxsan iki manat otuz iki qəpik) pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Hyundai Sonata” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Lada 21214” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisədə cavabdehin təqsirli olduğu inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “Lada 21214” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Lada 21214” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2963,03 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh icbari sığorta şirkəti olan "xxxx" ASC subroqasiya qaydasında dəymiş zərərin 2570,71 manat hissəsini ödəmişdir. Qalan 392,32 manat isə Cavabdeh tərəfindən hələ də ödənilməmiş qalmışdır. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Ona görə də 392,32 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Bu səbəbdən iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda ərizədə qeyd olunmuşdur ki, iddiaçı tərəfin iş üzrə keçirilmiş ekspert rəyinə dair etirazı yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, mülki iş materiallarında olan yazılı sübutları və ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 119707 saylı xx.xx.2023-cü il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəyə görə “LADA 21214” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 3163,03 manat təşkil edir. Sığorta aktında sığortalının və faydalanan şəxsin "xxxx" MMC olduğu qeyd olunmuşdur. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı təşkilat tərəfindən zərər dəymiş əmlakın sahibinə ("xxxx" MMC) 3163,03 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində "xxxx" Sığorta Şirkətində könüllü sığortalı olan "Lada 21214" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. "xxxx" Sığorta Şirkəti dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış "Lada 21214" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. "xxxx" ASC Cavabdeh icbari sığorta şirkəti olaraq subroqasiya qaydasında dəymiş zərərin 2570,71 manat hissəsini ödəmişdir. Ödənilməmiş qalan 392,32 manat pulun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İXP seriyalı ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun və TP seriyalı ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, “Hyundai Sonata” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri BPİ DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs “Hyundai Sonata” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi və sürücüsü Cavabdehdur. Zərər dəymiş "Lada 21214" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-dir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi qüvvədə olan **********7 saylı X1 Şəhadətnaməsinin və 1 saylı əlavənin surətindən görünür ki, "xxxx" MMC-nə məxsus "Lada 21214" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən avtonəqliyyat vasitəsinə dəyən zərərin sığortası üzrə könüllü sığorta olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş elektron qaimənin surətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində "Lada 21214" markalı, **-PU- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 3163,03 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2024-cü il tarixli, 9/688 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “Lada 21214” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2602 manat müəyyən edilir. Beləliklə, mülki iş üzrə sübutlara, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2024-cü il tarixli, 9/688 nömrəli ekspert rəyinə əsasən məhkəmə müəyyən edir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Lada 21214” minik markalı, **- PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2602 manat təşkil edir. Məhkəmə, xx.xx.2022-ci il tarixli elektron qaimənin həmin avtomobilin öz mülkiyyətçisi tərəfindən təqdim edildiyini və iddiaçının nümayəndəsinin məhkəməyə ünvanladığı ərizədə ekspert rəyi ilə razı olduğunu bildirməsini nəzərə alaraq, ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Dəymiş ziyanın 2602 manat olduğunu və dəymiş ziyana görə "xxxx" ASC tərəfindən iddiaçı təşkilata 2570,71 manatın ödənildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı sığorta şirkətinin hadisənin baş verməsində təqsirli olan cavabdehə qarşı subroqasiya qaydasında pul tələbi 31,29 manat (2602-2570,71=31,29) həddində əsaslı hesab olunmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ziyan məbləğinin əsassız olaraq şişirdilməsi nəticəsində sığorta ödənişinin daha yüksək olması, yalnız dəymiş ziyana görə məsuliyyət daşıyan cavabdehdən daha yüksək məbləğin tələb edilməsinə əsas vermir. Qeyd olunanlara əsasən, iddia tələbi qismən, 31,29 manat həddində əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta” Qaydalarının 25.1-ci bəndinə əsasən, sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. Həmin Qaydaların 25.2-ci bəndinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertizanın xərci də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı və cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 31,29 manat pul, 2,5 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı Siğorta Şirkəti ASC-dən 45 (qırx beş) manat, Cavabdeh 5 (beş) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: X2, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar