Məhkəmə qərarları › İş №e-2(002)-1123/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1123/2022

18.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1123/2022 18.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.424 manat 31 qəpik pul vəsaiti, ödənilmiş 47 manat dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 210 manat xərcin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh arasında 12 mart 2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və İddiaçı həmin bankda olan depoziti altında cavabdehə 12 ay müddətinə 3.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, həmin kredit müqaviləsinə əlavə olaraq 12 mart 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC ləğv prosesində olduğundan, bankda olan əmanətlərin vətəndaşlara qaytarılmasına başlanılmış, lakin İddiaçı əmanəti (depozit) altında cavabdehə kredit verildiyindən və həmin kredit ödənilmədiyinə görə İddiaçı əmanətin geri qaytarılmasından imtina edilmişdir. Ona görə də, məcburiyyət qarşısında qalıb cavabdehin banka olan 2.424 manat 31 qəpik borcunu ödəmişdir. Cavabdehə bir neçə dəfə şifahi və yazılı qaydada müraciət edərək pulun qaytarılmasını xahiş etsə də, lakin cavabdeh həmin məbləği bu günədək iddiaçıya qaytarmamışdır. 12 mart 2020-ci il tarixli zaminlik müqaviləsinin 3.6-cı bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyi icra etmiş zaminə bankın həmin öhdəlik üzrə hüquqları və banka girov saxlayan kimi mənsub hüquqları zamin həmçinin borcludan banka ödənilmiş məbləğdən faiz ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən (kredit, girov və zaminlik müqavilələrindən) göründüyü kimi, Cavabdeh ilə "xxxx" ASC-nin Gənclik filialı arasında 12.03.2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 3.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ilə bank arasında pul vəsaitinin girovu haqqında 12 mart 2020-ci il tarixli müqavilə və eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəlikləri üzrə iddiaçının depozitdə olan pul vəsaiti girov qoyulduğundan, ləğvetmə prosesində olan bank iddiaçının əmanətini qaytarmadığından, iddiaçı məcburiyyət qarşısında cavabdehin banka həmin dövrə olan 2.424 manat 31 qəpik borcunu ödəyərək, kredit müqaviləsi üzrə öhdəlikləri həmin hissədə cavabdehin əvəzinə icra etmişdir. 2.424 manat 31 qəpik pul vəsaitinin iddiaçı tərəfindən ödənilməsi iş materiallarında olan ciddi ödəniş sənədi ilə təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. İş materiallarından göründüyü kimi, tələb üzrə hüquqlar yuxarıda qeyd edilən həcmdə iddiaçıya keçmişdir. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, zamin kimi ödədiyi məbləğin ona qaytarılmasını cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin, iddiaçı tərəfindən vəkilin göstərdiyi hüquqi yardıma görə 210 manat xərc ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, zamin tərəfindən borclunun əvəzinə banka ödənilmiş 2.424 manat 31 qəpik pul vəsaiti, 47 manat dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə 210 manat xərc Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Zamin tərəfindən borclunun əvəzinə banka ödənilmiş 2.424 manat 31 qəpik pul vəsaiti, 47 manat dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə 210 manat xərc Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar