Məhkəmə qərarları › İş №e-2(002)-1581/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1581/2022

06.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1581/2022 06.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1186manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun və pozulmuş hüquqlarının bərpası üçün hüquq şirkətinə ödədiyi 300 manat, Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: ümumilikdə isə 1517,18 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 27 mart 2018-ci il tarixində T/17517 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və həmin Müqavilə əsasında İddiaçı abonent Cavabdeh Bakışəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadəküçəsi ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X6 Departamenti tərəfindən **********00001 saylı abonent kod verilmiş, Bakışəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadəküçəsi ünvanında yerləşən fərdiyaşayışevini təbii qazla təchiz edən qazxəttinin üzərindəisə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd müqavilənin 2.3.2-ciyarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinəəməletmək)və “X3”nın 6.5-ci bəndinin (Qazpaylayıcışəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qazxəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən birliyin balansvəistismarında olan küçə qazxətlərinə, habeləcavabdehin fərdiyaşayış evinəçəkilmiş təbii qazxətti üzərində quraşdırılmış qaz sayğaclarına müxtəlif vaxtlarda baxışkeçirələrkən,cavabdeh tərəfindən qazxəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadəetməsi, başqa sözlə, qeyri-qanunişəkildətəbii qazı talaması faktı aşkar olunmuş, həmin faktlaryerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətlərindən irəli gələn hallarvəfaktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərləlentə alınmışdır. Həmçinin qeyd olunan faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Beləki,cavabdehin təqsirli hərkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən aşağıdaki həcmdətəbii qazın talanması faktı müəyyən edilmişvə buna uyğun olaraq zərərin məbləği hesablanmışdır: Qeyd edilən halalrın nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çxıarılmaısnı məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, Həmin iddia ərizəsində mənim hazırda yaşadığım Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə ünvanında fərdi yaşayış evinə çəkilmiş təbii qaz xəttinə özbaşına qoşulmaqla guya bizim təbii qazdan qanunsuz istifadə etməyimizi qeyd etmişdir. İddia tələbini qəbul etmirəm və bildirirəm ki, mən həmin ünvanda 201^-ci ildən ailəmlə birlikdə yaşayıram. Həmin yaşayış evinə köçməmişdən əvəli “ASAN” komunala müraciət edərək dövlət rüsumunu ödəmişəm və qaz idarəsinin tapşırığı ilə 300 metr öz vəsaitimiz hesabına xəstə uşağımızı pensiyasıilə 380 manata truba almaqla özümüzə qaz xətti çəkmişik. Qaz xətti çəkiləndən sonra qaz idarəsi tərəfindən gətirilib bizə qaz sayğac qoyulmuşdur. Həmin vaxtdan da qanunla evimə çəkilmiş qaz sayğacdan istifadə edirəm. Hazırda məni məhkəməyə verəndən sonra mənə məlum olmuşdur ki, daha doğrusu qonşular demişdir ki, hazırda mənim yaşadığım fərdi yaşayış evində əvvəllər kimsə qanunsuz yaşamış və özlərinə qansuzu qaz xətti çəkmişlər. Mənim həmin qaz xətti çəkilməsindən xəbərim olmamışdır. Əgər iddia ərizədə qeyd edildiki kimi əlavə xətt çəkilmişdirsə mənə qaz çəkilən vaxtı qaz idarəsinin əməkdaşları tərəfindən bildirilməli idi. Mən həmin ünvanda yaşayan üçüncü ailəyəm,məndən əvvəl iki ailə yaşamış və cox güman ki, əlavə xətti də onlar çəkmişlər. Mən himayəmdə hazırda dörd övladım var, ikici birinci qrup əlildir. Üçüncü uşağım ağır talasmiya xəstəsidir. Həyat yoldaşı hər iki Qaradağ müharibəsinin qazısıdür. Həyat yoldaşım olaola mənim məhkəməyə verilməyim evdə böyük narazılıq yaratmış və evin kişisi ola-ola nəyə görə qadının məhkəməyə verilməsi mənim həyat yoldaşımı bərk əsəbləşdirmişdir. Mən və həyat yoldaşım heç vaxt qanunsuz iş görməmişik. Mənim həyat yoldaşım hərbiçi olmaqla daima dövlətimiz qoyduğu qanunlara riayyət etmişdir. İddiaçının iddia ərizəsində qeyd etdikləri reallığı əks etdirmir və biz qanunsuz xəttən istifadə etməmişik, istifadə etdiyimi qazın pulunu ödəmişik. İddiaçı mənə qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaısna ərizə ünvanlayaraq,məhkəmə iclasında iştirakı olmadan baxılmasını və iddia tələbini müdafiə edərək,iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərfələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarilxi T/17517 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin məzmunundan aydın olur ki, Cavabdeh ilə Azəriqaz İB arasında qazdan istifadə olunmasına dair müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli İddiaçı İB-in ******* nömrəli aktdan görünür ki,Cavabdeh tərəfindən Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi ünvanında qazdan sayğacsız istifadə olunur, itiirlmiş qazın bərpası üzrə dəymiş ziyan hesablanmalı olduğu qeyd eidlmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli İddiaçı İB-in ******* nömrəli aktdan görünür ki,Cavabdeh tərəfindən Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi ünvanında qazdan sayğacsız istifadə olunur, itiirlmiş qazın bərpası üzrə dəymiş ziyan hesablanmalı olduğu qeyd eidlmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli dəymiş ziyanın hesablanması haqqında tələbnamənin məzmunundan aydın olur ki, xx.xx.2018-ci il tarixli ******* №li akta əsasən hesabat aparılmış, hesablanmış məbləğ 756 m3 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli dəymiş ziyanın hesablanması haqqında tələbnamənin məzmunundan aydın olur ki, xx.xx.2018-ci il tarixli ******* №li akta əsasən hesabat aparılmış, hesablanmış məbləğ 5184 m3 qeyd edilmişdir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Buqaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «X2»nın 2.1-ci bəndinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinəəsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinnin 3-cü bəndinə əsasən qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə iddia tələbi ilə əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə sübut etmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı iddia tələbini əsası kimi cavabdehin qanunsuz olaraq qaz xəttinə qoşulmasına dair hərəkətləri nəticəsində ona maddi ziyan vurulması halına istinad edir ki, həmin halın da sübut edilməsi öhdəliyi məhz iddiaçının üzərinə düşür. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyanın vurulduğunu bildirsə də, ona vurulmuş maddi ziyanın məhz cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmasına, habelə cavabdehin təqsirli hərəkətləri ilə ona dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, həmçinin, həmin hallar məhkəmə araşdırması çərçivəsində də öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübut vasitəsi qismində müvafiq aktlarla bağlı onu qeyd edir kiqeyd edilən hər iki akt (0154006 № li xx.xx.2018-ci il tarixli və ******* №li xx.xx.2018-ci il tarixli akt) iddiaçının özü tərəfindən tərtib edilmiş, cavabdehin həmin aktların tərtib edilməsində iştirakı təmin edilməmişdir (tanış olmamışdır, imtina etdiyi halda belə, həmin halı öz imzası ilə təsdiq etməmişdir). Qeyd edilən hallara əsasən iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş həmin aktlar hazırki mülki iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. İddiaçı tərəfindən isə həmin hallara dair başqa sübut vasitəsi təqdim edilməmişdir. Bununla da, hazırki mülki iş üzrə cavabdehin hansı təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi ziyan vurulması, vurulmuş ziyanla onun hərəkətləri arasında səbəbli əlaqənin olması halının müəyyən eidlməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin eidlməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə xidmət haqqı ilə bağlı pul vəsaitinin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki,mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbi təmin edilmədiyindən, iddia tələbi qeyd edilən hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı İB-nin cavabdeh X1 qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, ödənilmiş 36 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 36 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar