Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1664/2024 30.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Tahir oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 15700 (on beş min yeddi yüz) manat məbləğində pulun, Yelo Bank” ASC-nə ödədiyi 1836.90 (bir min səkkiz yüz otuz altı manat 90 qəpik) manat kredit faizinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 700 (yeddi yüz) manat haqqın və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olan 145 (bir yüz qırx beş) manat pulun manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, dayısı Elvin ona dedi ki, onun yaxın tanışı Cavabdeh xanıma atasının xəstəliyi ilə bağlı təcili 15700 manat pul lazımdır, dayısı bankdan kredit götürə bilmirdi, ona görə də onun adına Yelobankdan 15700 manat kredit götürdülər. Belə ki, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 6-Y-19- 0-661023 saylı kredit müqaviləsinə əsasən, mən "xxxx" ASC-dən illik faiz dərəcəsi 13.5% olmaqla 10 ay müddətinə ödəmək şərti ilə 15700 manat məbləğində kredit götürdü. Kreditin Faiz məbləği 1836.90 manat təyin edilmişdir. Bundan bir gün sonra yəni xx.xx.2023- cü il tarixində 15700 manat pulu cavabdehə verdi. Belə ki, cavabdehlə aralarında bağlanmış və Abşeron rayon 1 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2023cü il tarixli, 3M-426 Reyestr nömrəli Kredit müqaviləsinə əsasən mən, ona 15700 manat pul borc vermişdir. Cavabeh 15700 manat məbləğində borcu ona xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin cavabdehlə şifahi razılaşma əsasən, o,bankın faizini də ödəməli idi. Lakin cavabdeh 15700 manat pul borcunu qaytarmaq üçün müəyyən olunmuş müddətdən çox vaxt keçsə də, ona olan pul borcunu qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, ona məxsus 15700 (on beş min yeddi yüz) manat məbləğində pulun, Yelo Bank” ASC-də ödədiyi 1836.90 manat kredit faizinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 700 manat haqqın və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olan 145 manat pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Tahir oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, heç bir ödəniş edilməyib, vatsap yazışmalarından, şahid ifadəsindən göründüyü kimi cavabdeh iddiaçı tərəfindən banka ödənilmiş faizləri ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müəyyən məbləğdə pul göndərməsini qeyd etsə də, bunu heç bir şəkildə qəbul etmir və əksini də cavabdeh sübut edə bilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə göndərərk, bildirdi ki, iddia tələbini qəbul etmir, çünki iddiaçı ona məhkəməyə müraciət edilməsinə dair xəbər vermədiyindən hesab edir ki pretenziya qaydasına əməl etmədiyindən mülki iş baxılmamış saxlanmalıdır. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 26 saylı hüquqi yardımın göstərilməsinə dair müqavilədən görünür ki, Əhmədli X5 rayon məhkəməsində pul tələbinə dair iddia ərizəsi üzrə ona göstərilən hüquqi xidmət üçün 700 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 6901 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 700 manat məbləğində pul Nümayəndə Tahir oğlunun hesabına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdək qaytarmaq şərti ilə 15700 manat məbləğində borc verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 10 aylıq müddətinə illik faiz dərəcəsi 13,5 olmaqla, 15700 manat məbləğində kredit verilmiş və kredit məbləğinə əsasən 1836,90 manat faiz məbləği hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 15543 manat məbləğində pul vəsaiti təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh aralarından bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə 15700 manat məbləğində borcu tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmiş və həmin məktub xx.xx.2024-cü il tarixdə sifarişli xəbərnamə ilə Cavabdeh göndərilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirdi ki, iddiaçı onun qaynısıdır. İddiaçı cavabdehlə onun vasitəsi ilə tanış olmuşdular. Nərminin atası xəstə olduğundan onun təcili müalicə üçün pula ehtiyacı var idi. O isə Toğruldan xahiş etdi ki, Nərminə pul versin, o isə 10 ay müddətinə faizlər ilə birgə pulu qaytaracaqdı. Toğrul pulu 2023-cü ilin mart ayında bankdan götürərək vermişdir, həmin krediti Toğrul xx.xx.2024-cü il tarixdə bankdakı əmanəti hesabına ödəyərək bitirdi. İş materiallarına əlavə olunmuş Cavabdeh ilə olan vatsap yazışmalarından görünür ki, X1 Nərmin Şahin qızından borcu tələb edərkən kredit müqaviləsinə görə hesablanmış 1900 manat məbləğində faiz borcunun da ödənilməsini tələb etmiş və Cavabdeh isə həmin faiz borcunu da ödəməyinə etiraz etməmişdir. İş materiallarına vatsap yazışmaları əlavə olunmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavabdehdən aralarından bağlnmış müqavilə üzrə 15700 manat məbləğində borc pulunu və "xxxx" ASC-yə ödədiyi 1836.90 manat kreditə görə faiz borcunu tələb edir, cavabdeh isə məhkəməyə ərizə göndərərək, iddia tələbini qəbul etməmişdir. İşin faktiki hallarından və əlavə edilmiş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən aldığı 15700 manat məbləğində krediti xx.xx.2023-cü il tarixdə cavabdehlə borc müqaviləsi bağlayaraq borc vermiş, cavabdeh isə xx.xx.2024-cü il tarixədək borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, iş materiallarına əlavə edilmiş vatsap yazışmalarından və şahid ifadəsindən göründüyü kimi tərəflər arasında şifahi razılığa əsasən kreditə görə banka ödəniləcək faiz məbləğinin də cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir. Məhkəmə təqdim edilmiş borc müqaviləsini, kredit müqaviləsini, şahid ifadəsini, təqdim edilmiş vatsap yazımalarını və iddiaçı tərəfin izahatlarını nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır və tam təmin edilməlidir. Belə ki, cavabdeh iddia tələbinə münasibət olaraq, sadəcə iddia tələbini rədd etmişdir, bu etirazını hər hansı bir şəkildə əsaslandırmamış və məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlı olmasına baxmayaraq heç bir məhkəmə iclasında iştirak etəməmiş və məhkəməyə ona qarşı olan iddia tələbini təkzib edəcək hər hansı mötəbər bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Beləliklə, məhkəmə iddia tələbinin 15700 manat məbləğinə dair hissədə qeyd edir ki, tərəflər arasından borc müqaviləsi bağlandığından iddia tələbinin müvafiq hissəsi üzrə tərəflər arasındakı münasibətlər müqavilə əsaslıdır. Cavabdeh müvafiq müqavilə üzrə nəzərdə tutulmuş məbləği ödəyəcəyini öhdəsinə götürsə də, öhdəliyi tam və vaxtında icra etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi 15700 manat məbləğində əsaslı və qanuni olmaqla təmin edilməlidir. Həmçinin məhkəmə iddiaçının bankla bağladığı kredit müqaviləsindən bir gün sonra cavabdehlə eyni məbləğdə borc müqaviləsini bağlanmasını və eyni zamanda vatsap yazışmalarından da göründüyü kimi, cavabdehin kreditə görə hesablanmış faiz borcunun ödənilməsinə razılığını nəzərə alaraq hesab edir ki, hazırda iddia tələbi iddiaçının "xxxx" ASC-yə 15700 manat məbləğində kreditə görə ödədiyi 1836,90 manat faiz borcu hissəsində də əsaslı olmaqla təmin edilməli, əksi iddiaçının qanuni mənafelərinin və hüquqlarının pozulmasına səbəb olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Eyni zamanda məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 700 manat xidmət haqqına dair hissədə də qeyd edir ki, iş materiallarına əlavə edilmiş xidmət müqaviləsində və ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən müvafiq iddia tələbi üzrə hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə 700 manat məbləğində xidmət haqqı-ödəniş etmişdir. Bu səbəbdən də məhkəmə Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsini nəzərə alaraq qeyd edir ki, hazırki mülki iş üzrə əsas iddia tələbi təmin edildiyindən ondan törəmə olan iddia tələbləri də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə bununla əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliyə görə mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmçinin cavabdeh tərəfindən iddia tələbinə etiraz ərizəsini isə heç bir sübutla əsaslandıra bilmədiyindən məhkəmə həmin ərizəyə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Beləliklə, yuxarıda qeyd olunmuş maddələlərə isitnad edərək ,məhkəmə qeyd edirki, cavabdeh iddia tələbini qəbul etməyərək, rədd edilməsini xahiş etsə də, etirazını əsaslandıraca hər hansı bir sübut təqdim etməməişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut etmədiyindən onun etirazı əsassızdır və iddianın təmin edilməsini istinsa etmir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 145 manat dövlət rüsumu ödəmiş və həmin məbləği cavabdehdən tələb etmişdir. Hal-hazırda iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 145 manat məbləğində dövlət rüsumu cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc görə 15700 manat, faiz borcuna görə 1836,90 manat, hüquqi xidmətə görə vəkilə ödənilmiş 700 manat və 145 manat dövlət rüsumu olaraq cəmi 18381,9 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc görə 15700 manat, faiz borcuna görə 1836,90 manat, hüquqi xidmətə görə vəkilə ödənilmiş 700 manat və 145 manat dövlət rüsumu olaraq cəmi 18381,90(on səkkiz min üç yüz səksən bir manat doxsan qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-1664/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1664/2024
30.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver