Məhkəmə qərarları › İş №e-2(002)-229/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-229/2025

18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-229/2025 18.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-4934 saylı X1nə əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür.

2. İddiaçı MMC ilə Cavabdeh3 xx.xx.2022-ci il tarixli təhvil təslim aktına əsasən, “Khazar SD" minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 təhvil verilmişdir.

3. İddiaçı MMC, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-4934 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən, İddiaçı MMC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, MAS-4934 saylı X1 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X3”ə ötürür, “X3” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizin Müqaviləsinə göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-in qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür.

4. İddiaçı MMC ilə Cavabdeh1 xx.xx.2022-ci il tarixli təhvil təslim aktına əsasən, “Khazar SD" minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 və Cavabdeh1 arasında təhvil-təslim edilmişdir.

5. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-1439/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-in xeyrinə Cavabdeh1 müqavilə üzrə 466.56 manat gecikdirilmiş əsas borc, 301.54 manat gecikdirilmiş mükafat və 40 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan avtomobilə vurulmuş ziyana görə 678.95 manat olmaqla, ümumilikdə 1487.05 manat və ödənilmiş dövlət rüsumuna görə 38.11 manat tutulması qət edilmişdir.

6. Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 tərəfindən Cavabdeh3 “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2022-ci il tarixli EQ9503672 nömrəli protokol qeyd olunmuşdur.

7. Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 tərəfindən Cavabdeh1 “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2022-ci il tarixli EQ12419149, xx.xx.2022-ci il tarixli EQ11894074 və xx.xx.2022-ci il tarixli EQ11894073 nömrəli protokollar qeyd olunmuşdur.

8. Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 tərəfindən Cavabdeh4 dair “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2022-ci il tarixli EQ111543545, xx.xx.2022-ci il tarixli EQ11154348, xx.xx.2022-ci il tarixli EQ11154341, xx.xx.2022-ci il tarixli İXP4763994 və xx.xx.2022-ci il tarixli EQ10420251 nömrəli protokollar qeyd olunmuşdur.

9. Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 tərəfindən Cavabdeh2 dair “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2022-ci il tarixli İXP5009082 nömrəli protokol qeyd olunmuşdur.

10. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məktubuna əsasən, müraciətdə qeyd edilən vətəndaşlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən “KHAZAR SD” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı barələrində dayanma və durma, eləcə də parklanma qaydalarının pozulmasına görə hər hansı bir inzibati tənbeh vermə haqqında qərarların tərtib edilməsi haqqında məlumatlar AYNAnın informasiya sistemində öz əksini tapmamışdır.

11. İddiaçı MMC tərəfindən Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktublarında qeyd edilmişdir ki, lizinq obyetki olan avtomobil istifadədə olan müddət ərzində barəsində inzibati xəta ilə əlaqədar AR X6 tərəfindən inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Bu faktı AR X5 portalından alınmış çıxarış təsdiq edir. Mülki qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən törədilmiş İnzibati Xəta haqqında Protokollara əsasən ümumilikdə 96 manat məbləğində cəriməni ödəmişdir. Ondan İddiaçı MMC-ə yaranmış borcu 7 gün ərzində ödəməyi tələb edir. Əks təqdirdə İnzibati Xəta haqqında Protokolların ödənilməsinə dair yaranmış borc ondan məhkəmə qaydasında tələb ediləcəkdir. İddia tələbi

12. İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollara görə Cavabdeh3 54 manat, Cavabdeh1 41 manat, Cavabdeh4 96 manat, Cavabdeh2 160 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh3 arasında bağlanmış 17 mart 2022-ci il tarixli MAS-4934 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Qeyd edilən müqavilə üzrə sonucu dəfə öhdəliklər Cavabdeh1 ötürülmüş və lizinq obyekti olan avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “X1” və “Ödəniş cədvəli”nin şərtlərinə Cavabdeh1 tərəfindən əməl edilmədiyi üçün İddiaçı MMC iddia ərizəsi ilə Füzuli rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 23 oktyabr 2023-cü il tarixli 2(064)-1439/2023 saylı qətnaməsi ilə İddiaçı MMCnin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 1487.05 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərin müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücülər Azərbaycan Respublikası DİN BDYPİ və BNA tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh3 o. 1. EQ9503672 saylı protokola görə 54 manat. Cavabdeh1 o. 1. EQ11894073 saylı protokola görə 16 manat; 2. EQ11894074 saylı protokola görə 16 manat; 3. EQ12419149 saylı protokola görə 9 manat. Cavabdeh4 o. 1. İXP4763994 saylı protokola görə 32 manat;

2. EQ11154345 saylı protokola görə 16 manat; 3. EQ11154341 saylı protokola görə 16 manat; 4. EQ11154348 saylı protokola görə 16 manat; 5. EQ10420251 saylı protokola görə 16 manat. Cavabdeh2 o. 1. İXP5009082 saylı protokola görə 160 manat. Şirkət tərəfindən yuxarıda qeyd edilən cərimələrə görə ümumilikdə 351 manat məbləğində ödəniş edilmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X4 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

14. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1099.1, 1108.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etmişdir.

15. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir.

16. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3654/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı MMC tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir.

18. Cavabdeh4 xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini, Cavabdeh3 tanımadığını, Cavabdeh1 tanımadığını bildirmişdir. Elşən ona maşın vermiş, ondan günlük 25 manat ödəmək şərtilə maşın almışdır. Maşını taksi fəaliyyəti ilə məşğul olmaq üçün götürmüşdür. Elşənə 500 manat vermişdir. Maşını 1 ay 10 gün sürdü. Maşını qaytaranda verdiyi pulu istədi, amma o ona cərimələrin olduğunu və ona qaytarmayacağını bildirərək razılaşmışlar.

19. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericliyin tələbinə əsasən məhkəmə baxışını cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.https://eqanun.az/framework/46944 Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. b) Əsaslandırma

22. İddia əsaslıdır.

23. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh3 arasında lizinq müqaviləsi bağlanmışdır. Lizinq obyekti qismində “Khazar SD" markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış etmişdir. Həmin müqaviləyə əsasən lizinq verən qismində çıxış edən iddiaçı lizinq obyektini cavabdehin müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüş, lizinq alan qismində çıxış edən cavabdeh isə bunun müqabilində hər ay əsas məbləğ və lizinq mükafatı məbləği daxil olmaqla, ödəniş etməyi öhdəsinə götürmüşdür.

22. Bununla bağlı Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-1439/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-in xeyrinə Cavabdeh1 müqavilə üzrə ümumilikdə 1487.05 manat və ödənilmiş dövlət rüsumuna görə 38.11 manat tutulması qət edilmişdir.

24. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, hazırkı iddia tələbi bilavasitə qanundan irəli gəlməklə, tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan (delikt) yaranan münasibətlərə aiddir.

25. Mülki hüquq pozuntusunun (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran əməl (hərəkət və hərəkətsizlik), əməlin hüquqazidd olması və təqsir.

26. Məhkəmə iddia tələbində qeyd edilən “Khazar SD" markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə cavabdehlərin istifadəsi zamanı yaranmış inzibati xəta haqqında protokollar üçün ödənilmiş məbləği tələb etmişdir. Məhkəmə tərəfindən verilən sorğular və iş materiallarına əlavə olunmuş sübutlardan Cavabdeh3 tərəfindən 54 manat, Cavabdeh1 tərəfindən 41 manat, Cavabdeh4 tərəfindən 96 manat, Cavabdeh2 tərəfindən isə 160 manat məbləğində inzibati xətanın baş verməsi və İddiaçı MMC tərəfindən bunların ödənilməsi qəbzlərdən görünür. Məhkəmə xərcləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

28. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollara görə Cavabdeh3 54 manat, Cavabdeh1 41 manat, Cavabdeh4 96 manat, Cavabdeh2 160 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

30. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı MMC tərəfindən ödənilmiş cərimələrə görə (inzibati xəta haqqında protokollara əsasən) Cavabdeh3 54 manat, Cavabdeh1 41 manat, Cavabdeh4 96 manat, Cavabdeh2 160 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar