Məhkəmə qərarları › İş №e-2(002)-2584/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2584/2024

16.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2584/2024 16.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş pulun geri tələb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş pulun geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 171 manat, Cavabdeh2 167 manat məbləğində pul vəsaiti və ödənilmiş 30.40 manat dövlət rüsumu isə müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, ovun müvəqqəti sahiblik və istifadəsinə “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Cavabdehlər lizinq obyekti olan Khazar LX” markalı, **-PY-***dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus Khazar LX” markalı, **-PY-*** qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. X3 və BNA tərəfindən qeydə alınmış protokollar aşağıdakılardan ibarətdir: 1. Cavabdeh1: EQ8936542 saylı protokola görə 45 manat; EQ8936544 saylı protokola görə 36 manat; EQ8901944 saylı protokola görə 36 manat; BNA1633007 saylı protokola görə 18 manat; BNA1633176 saylı protokola görə 18 manat; BNA1630855 saylı protokola görə 18 manat.

2. Cavabdeh2: EQ10597238 saylı protokola görə 36 manat; EQ10597233 saylı protokola görə 36 manat; EQ10597199 saylı protokola görə 45 manat; EQ10597198 saylı protokola görə 18 manat; BNA2176345 saylı protokola görə 32 manat. Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 338 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırırıq ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X2 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. X2 Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin görəyol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. İddiaçı MMC-nin nümayəndəsi ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında qeyd etdi ki, 2021-ci ilin avqust ayında saat 13:50-də maşın almışdır. Maşın işlənmiş idi. Həmin maşını Azərmaş MMC-dən yox, Emildən gününə 55 manat ödəməklə almışdır. Emili sahibkar kimi tanıyır, maşını o, Azərmaşdan alıb. Maşınla bağlı cərimələr Emil və onun adına gəlirdi. 171 manat cəriməni onun özü ödəmişdir. Amma 3 il qabaq ödəmyib deyə ödəniş qəbzləri indi onda yoxdur, amma telefondan ödənişlə bağlı məlumat çıxarıb təqdim edə bilər. Bu tələblə bağlı cavabdeh o yox Emildir, iddiaçı pulu ondan yox, Emildən alsmalıdır. Sürücülük vəsiqəsini 3 il qabaq dəyişib, əgər cərimə onun adına olsaydı vəsiqəni dəyişməzdilər. Protokol Emilin adına gəlirdi. Onun inzibati xətalarına görə cərimə ödənişlərini Emilə onun özü əvvəllər əlbəəl verirdi. Həm cərimələrimi, həm də Emilə günlük 55 manat verirdi. O, həmin pulları ofisdə verirdi. Emilin əlaqə nömrəsi onda yoxdur.Etibarnaməni 1 aydan bir lizinq ona verirdi. Biri 18 manat olan 3 protokolu o, kartla telefon vasitəsilə ödəmişdir. Onun adına olan bütün cərimələri ödəmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli X1 görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 qiyməti 14750 manat olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili 36 müddətinə sahibliyinə və istifadəsinə verilmiş və lizinq alan isə vaxtında lizing ödənişlərinin edilməsini öhdəsinə götürmüşdür. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təhvil təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 qiyməti 14750 manat olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021ci il tarixdə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş nəqliyyat vasitəsinin şəhadətnaməsindən görünür ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı MMC tərəfindən verilmiş etibarmanələrdən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (hər ay yeni etibarnamə verilməklə) İddiaçı MMC tərəfindən Cavabdeh2 lizinqə verilmiş “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsində səlahiyyətlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli EQ 10597238 saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 36 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli EQ 10597233 saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 36 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli EQ 10597199 saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 45 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli EQ 10597198 saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 18 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 32 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli EQ ******* saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 45 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli EQ ******* saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 36 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli EQ ******* saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 36 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 18 manat məbləğində cərimə olunmuşdur İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 18 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 18 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ********** saylı mədaxil qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixli EQ 10597238 saylı protokoluna görə 36 manat Baş X3nin hesabına ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ********** saylı mədaxil qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixli EQ 10597233 saylı protokoluna görə 36 manat Baş X3nin hesabına ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ********** saylı mədaxil qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixli EQ 10597199 saylı protokoluna görə 45 manat Baş X3nin hesabına ödənilmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ********** saylı mədaxil qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixli EQ 10597198 saylı protokoluna görə 18 manat Baş X3nin hesabına ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ********** saylı mədaxil qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokoluna görə 32 manat Baş X3nin hesabına ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ********** saylı mədaxil qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokoluna görə 18 manat Baş X3nin hesabına ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ********** saylı mədaxil qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokoluna görə 18 manat Baş X3nin hesabına ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ********** saylı mədaxil qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokoluna görə 18 manat Baş X3nin hesabına ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ********** saylı mədaxil qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixli EQ ******* saylı protokoluna görə 36 manat Baş X3nin hesabına ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ********** saylı mədaxil qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixli EQ ******* saylı protokoluna görə 45 manat Baş X3nin hesabına ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ********** saylı mədaxil qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixli EQ ******* saylı protokoluna görə 36 manat Baş X3nin hesabına ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı pretenziya qaydasına riayət edərək, cavabdehlərdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında lizing müqaviləsi üzrə münasibətlər mövcud olmuş, daha sonra iddiaçı öz mülkiyyətində olan avtomobili etibarnamə ilə digər cavabdehin sahibliyinə vermişdir və avtomobilə cavabdehlərin istifadəsində olduğu zaman törətdiyi inzibati xətalara görə hesablanmış inzibati cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Tərəflər arasında bağlanmış “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Beləliklə, cavabdehlər onların istifadəsində olduğu müddət ərzində avtomobilə hesablanmış inzibati cərimələr avtomobilin mülkiyyətçisi-iddiaçı tərəfindən ödənildiyindən hazırda iddiaçı cavabdehlərdən həmin məbləği tələb edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi göndərilsə də, həmin məhkəmə sənədləri geri qayıtmışdır. Cavabdeh1 isə məhkəmə iclasında iddia tələbi ilə razılaşmayaraq, onun adına olan cərimələrini ödədiyini qeyd etsə də, məhkəməyə müvafiq mülahizəsini təsdiqləyən sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olmaqla, iddiaçı haqlı olaraq cavabdehlərdən onun tərəfindən ödənilmiş inzibati cərimələri tələb edir. Bu səbəbdən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını araşdıraraq iş üzrə sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdehlərin törətdiyi inzibati xətalar nəticəsində yaranan cərimə borcları iddiaçı tərəfindən ödənilərək, cavabdehlər tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, “inzibati xəta” haqqında protokollara görə Cavabdeh1 171 manat və Cavabdeh2 isə 167 manat tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Ödənilmiş 30 (otuz) manat, 40(qırx) qəpik məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh1 171(yüz yetmiş bir) manat və Cavabdeh2 isə 167(yüz altmış yeddi) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar