Məhkəmə qərarları › İş №e-2(002)-34/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-34/2024

04.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-34/2024 04.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Сavabdeh Cavabdeh, Сavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş avtomobilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş **-GJ-*** dövlət qeydiyyat nişanlı, “Mersedes-Benz C-180” markalı avtomobilə ½ hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə verərək, Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş avtomobilə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasından imtina etmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iiddiadan imtina barədə ərizənin təmin olunmasına etirazlarının olmadıqlarını bildirdilər. Məhkəmə İddiaçı, Cavabdeh və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatlarını dinləyib, iddiaçının iddiadan imtina barədə ərizəsini araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumu onun özünə qaytarılmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə icraata xitam verilməlidir. Çünki iddiaçı iddiadan imtina edərək, bu barədə məhkəməyə ərizə vermiş, işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qarşı “birgə nikah dövründə əldə edilmiş avtomobilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş avtomobilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar