Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-38/2024 23.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı « əmlak tələbinə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, mülkiyyət hüququ ilə ona məxsus olan “Hyundai- Terrakan” markalı avtomobil mühərrikinin, həmin mühərrikin üzərində olan 1 ədəd yanacaq nasosunun, 4 ədəd farsunka və 1 ədəd dinamanın Cavabdeh geri alınaraq ona qaytarılması, qeyd olunan əşyaların qaytarılması mümkün olmadıqda isə əmlakın dəyəri olan 3890 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 59 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3949 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o- İddiaçı 2014-cü il tarixdə özünə məxsus “Hyundai-Terrakan” markalı avtomobilinin mühərrikini dəyişdiyi üçün köhnə mühərriki Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan YYM nömrəsiz ünvanda yaşayan qohumunun həyətinə qoymuşdu. Həmin mühərriki satmaq niyyəti ilə həmin ünvanda saxlamışdı. 2022-ci ilin mart ayında Cavabdeh ilə tanış olmuş, onun maşın ustası olduğunu bildiyi üçün həmin köhnə mühərriki satmaq istədiyini bildirmişdir. Cavabdeh isə müştəri olarsa ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Cavabdeh ona həmin mühərriki istəyən olduğunu bildirmiş, 2000 manata satacağını və ona 1500 manat verəcəyini bildirmiş, mühərriki qohumun həyətindən götürərək satmaq üçün aparmışdır. Cavabdeh həmin mühərrikin üzərində olan 1500 manat dəyərində 1 ədəd yanacaq nasosunu, 1-i 60 manat dəyərində olan 4 ədəd farsunka və 150 manat dəyərində olan 1 ədəd dinamanı da mühərriklə bərabər götürüb aparmış, onları işlədiyi sexdə satacağını və pulunu ona verəcəyini bildirmişdir. Cavabdeh ona söz vermişdir ki, mühərriki müştərinin maşınına yerləşdirib işə saldıqdan sonra 3-4 günə pulunu verəcəkdir. Lakin cavabdeh həmin vədinə əməl etməmiş, nə mənim əmlakımı, nə də onun dəyərini geri qaytarmamışdır. Dəfələrlə cavabdehlə əlaqə saxlayıb ya mühərriki, ya da pulu gətirməsini bildirsə də heç bir faydası olmamış, bu günədək cavabdeh öhdəliyinə əməl etməyərək onun əmlakımı geri qaytarmamışdır. Bununla bağlı, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nə ərizə ilə müraciət etmişdir. Aparılan araşdırmanın nəticəsi olaraq “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda cavabdeh izahatında ona məxsus mühərriki satmaq üçün götürdüyünü, bu günədək nə mühərriki, nə də mühərrikin satılmasından əldə edilmiş pulu ona qaytarmadığını bildirmişdir. Beləliklə, cavabdehin ona məxsus olan avtomobil mühərrikini götürməsi, lakin nə mühərriki, nə də həmin mühərrikin dəyərini ona qaytarmaması qanuni qüvvəyə minmiş qərarda cavabdehin özü tərəfindən etiraf edilməklə işin mübahisəsiz halıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahatında qeyd edir ki, iddia ərizəsində tələb olunanlar həqiqətən də iddiaçı tərəfindən ona təqdim edilmişdir, lakin onlar işlək vəziyyətdə olmamışdır, hazırda da işlək vəziyyətdə olmadığından onları özündə saxlayır, istənilən vaxt həmin materialları işlək vəziyyətdə iddiaçıya qaytara bilər. Lakin iddia ərizəsində həmin əşyaların göstərilən qiyməti ilə razı deyil. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyərək, cavabdehin etirafını nəzərə alaraq ,iddia ərizəsi üzrə işin faktiki hallarını araşdıraraq, eləcə də toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4086 nömrəli ekspert rəyindən görünür ki,1 ədəd yanacaq nasosunun qiyməti-750 manat, 4 ədəd forsunkanın qiyməti-480 manat, 1 ədəd dinamaın qiyməti-400 manat olmaqla cəmi 1630 manat təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/148 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd “Hyundai- Terrakan” markalı avtomobil mühərrikinin dəyəri 2000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Sabunçu RPİnin 14-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, material üzrə izahatı alınmış Cavabdeh qeyd edir ki, 2022-ci il mart ayında NZS qəsəbəsində işlədiyi sexdə olarkən bir nəfər şəxs ona müştəri kimi yaxınlaşıb özünıəməxsus Hyunday Terrakan markalı avtomaşınında problem olduğunu bildirmişdirO, maşına baxıb onun yüngülvarı problemlərini aradan qaldırmışdır. Sonra həmin Ələdgər adlı şəxs ona demişdir ki , bu maşının öz motorunu iki ildir ki , üstündən işlək vəziyyətdə çıxarıb, indi həyətdədir, sata bilirsə ona versin. O, da demişdir istəyən olarsa deyər, 2000 manata satıb sahibinə 1500 manat verməklə razılaşdılar. O razılaşb çıxıb getmişdir. Həmin gündən bir neçə gün sonra bir nəfər Hyunday Terrakan markalı avtomaşının sahibi müştəri kimi ona yaxınlaşıb, motornun vurduğunu, onun yığdırmaq istədiyini bildirmişdir.O,da həmin şəxsə motoru yığdırmaqdansa yenisini alıb üstünə qoymağı məsləhət görmüşdür. O da Ələsgərə zəng vurub demişdir ki, mühərrik hardadır, gəlsin götürsün. O, Maştağa qəsəbəsində Ələsgərlə görüçşüb ona məxsus mühərriki saxladığı həyətə gəlib mühərriki götürmüşdülər. Sonra mühəriki həmin müştərinin maşının üstünə yığmış və zəhmət haqqı olaraq 500 manat pul almışdır. Mühərriki işə salanda səs eləmiş, müştəri isə mühərrikdən imtina edərək ,ya mühərriki düzət, ya çıxart apar demişdir. Lakin o,səhlənkarlıq edib mühəririki çıxarmağa getməmişdir. Sonradan Ələsgər zəng edib pulunu istəyəndə, o da demişdir ki, mühərrik işləməyib. Ələsgər isə mühərriki geri qaytarılmasını tələb etmişdir. Oda demişdir , o da əziyyət çəkib ,mühərrikə maşına yığmışdır. Ələsgər isə israrla ya pulu ya mühərriki geri istıəmişdir. O isə səhlənkarlıq eliyib mühəriki çıxarmamqağa getməmişdir. Həmin müştəri isə mühərriki başqa ustaya düzəldirərək, isitfadə etmişdir. Lakin həmin mühərriyə görə ona pul verməmişdir. O, həmin mühərriki 2000 manata danışmışdır.Lakin mühərrik işləmədiyinə görə almamış və ona pulu verməmişdilər. Beləliklə, mühərrik digər müştərisi tərəfində təmir edilərək isitfadə olunur, ona isə heç bir ödəniş edilmədiyindən Ələsgərə pulu birdfəlik qaytara bilməmişdir. Ələsgərə pulu hiss-hissə qaytarmağı təklif etsdə də ,razı olmamaışdır. Hazırda Ələsgərə 2000 manat pulu aylıq hissəhissə olmaqla ödəməyə razıdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1.İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2.Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3.Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsaən Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Cavabdeh isə məhkəmə iclasında iddia ərizəsində sadalanan əşyaların hamısının onun sahibliyinə verildiyini etiraf edərək, onların qaytarılmasına etiraz etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iş üzrə cavabdehin etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyinipozması kimi halları müəyyən edilmədiyindən iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazıda məhkəmə yuxarıda sadalanan normaları, cavabdehin etirafını və iddia tələbində tələb olunan əmlakın real bazar qiymətlərinin müəyyən edilməsinə dair ekspertiza rəylərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “Hyundai- Terrakan” markalı avtomobil mühərrikinin, həmin mühərrikin üzərində olan 1 ədəd yanacaq nasosunun, 4 ədəd farsunka və 1 ədəd dinama, onlar mövcud olmadıqda isə onların dəyəri-cəmi 3630 manat (ekspertiza rəylərinə görə-1 ədəd yanacaq nasos, 4 ədəd forsunka və 1 ədəd dinamanın ümumi qiyməti-1630 manat və “Hyundai- Terrakan” markalı avtomobil mühərrikinin qiyməti isə 2000 manat olmaqla) məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 59 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəinə mütənasib olaraq 56,3 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Hyundai- Terrakan” markalı avtomobil mühərriki (dəyəri 2000 manat), həmin mühərrikin üzərində olan 1 ədəd yanacaq nasosunun (dəyəri 750 manat), 4 ədəd forsunka (dəyəri 480 manat) və 1 ədəd dinama (400 manat), onlar mövcud olmadıqda isə onların dəyəri alınaraq İddiaçı verilsin. Ödənilmiş 56(əlli altı) manat 30(otuz) qəpik məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-38/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-38/2024
23.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver