Məhkəmə qərarları › İş №e-2(002)-392/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-392/2023

28.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-392/2023 28.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş “Mersedes Benz C 180” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərraca çıxarılaraq satılması və satışdan əldə olunan pulun ½ (ikidəbir) hissəsinin, 120 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki Cavabdeh ilə 21 oktyabr 2002-ci ilə tarixidə rəsmi nikaha daxil olmuşuq. Birgə nikahdan uşağımız olmamışdır. Aramızda olan narazılığa görə Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahımız ləğv edilmişdir. Nikahımız ləğv olunduğuna görə birgə nikah dövründə əldə etdiyimiz ümumi əmlakımızın da aramızda bölünməsi zərurəti yaranmışdır. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 15 saylı Vəkil Bürosunun sorğusuna verdiyi xx.xx.2022-ci il tarixli, ********** saylı cavab məktubundan və ona əlavə edilmiş kompüter çıxarışından görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatına əsasən xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh adında xx.xx.2017-ci il tarixdən “Mersedes Benz C 180” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydyyatdadır. Həmin avtomobil nikahda olmaqla birgə yaşadığımız dövrdə ümumi vəsaitimiz hesabına cavabdehin adına alınmışdır. Qeyd olunan avtomobilin bazar qiyməti təxminən 10.000 (on min) manatdır. AR Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, nikah müddətində əldə edilmiş əmlakın (Mersedes Benz C 180” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin) ½ hissəsinə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini müdafiə edərək, iddia tələbinin dəqiqləşdirilməsi ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və onun nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbi ilə razılaşmadıqlarını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli ********** saylı məktubundan və ona əlavə edilmiş kompüter çıxarışından görünür ki, “DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatına əsasən xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh adında xx.xx.2017-ci il tarixdən “Mersedes Benz C 180” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsünə dair olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 004824 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X5 ilə X3 arasında nikah xx.xx.2002-ci il tarixdə Ağsu rayon Qəşəm kənd ə/b-da 16 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Fərzəliyeva soyadı verilmişdir İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon Məhkəməsinin 2(002)-2364/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qətnaməsindən də görünür ki , X5 ilə İddiaçı arasında olan xx.xx.2002-ci il tarixdə Ağsu rayon Qəşəm kənd ə/b-da 16 saylı akt qeydi ilə bağlanmış nikah pozulması qət edilmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən mübahisəsiz hallarından görünür ki, tərəflər xx.xx.2002-ci il tarixində nikah münasibətlərinə girmişxx.xx.2022-ci il tarixində nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda iddiaçı birgə nikah dövründə, xx.xx.2017-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən əldə edilmiş avtomobilin üzərində payının müəyyən edilməsini tələb edir, cavabdeh isə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2 və 32.2.2-ci maddələrinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki mübahisənin predmeti olan avtomobilin tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan iddia təmin edilməli, Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən tərəflərin əmlakdakı payları bərabər hesab edilməlidir. Məhkəmə cavabdeh tərəfin etirazlarını əsassız hesab edərək qeyd edir ki, məhkəməyə birgə nikah dövründə əldə olunmuş mübahisə predmetinin tərəflər arasında bərabər payda bölünməsini isitisna edən heç bir hala əsaslanmamış və heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı ümumi birgə mülkiyyətləri olan “Mersedes Benz C 180” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində payların 1/2 (ikidə bir) hissəsi Cavabdeh xeyrinə, 1/2 (ikidə bir) hissəsi İddiaçı xeyrinə müəyyən olunmalıdır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 120 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2017-ci il tarixdən “Mersedes Benz C 180” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində 1/2 (ikidə bir) hissədə Cavabdeh, 1/2 (ikidə bir) hissədə İddiaçı payları müəyyən edilməklə aralarında bərabər paylara bölünsün. Ödənilmiş 120(yüz iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar