Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-4222/2023 27.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, X6 iclas katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Sumqayıt şəhər məhkəməsinin 02 iyul 2018-ci il tarixli 2(060)-6332/2018 saylı qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X3 iddiaçı Maraqlı şəxs himayəsində saxlanılması, xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Ərizəçi hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Maraqlı şəxs verilməsi və s.qət edilmişdir. Ərizəçi “atalığa dair mübahisə açma” tələbi ilə bağlı məsələni – könüllü olaraq məhkəmədən kənar qaydada həll etmək məqsədilə mediasiyaya müraciət etmişdir. Tərəflər mediasiya prosesi zamanı öz aralarında olan razılaşma haqqında Mediasiya prosesi nəticəsində Barışıq Sazişi bağlamışlar. xx.xx.2023-cü il tarixli həmin Barışıq Sazişinə əsasən: 1. Mediasiya prosesində - Hacıyeva X4 Elşən Nazim oğlu ilə birgə nikah dövründə anadan olmuş ( Nikah pozulmuşdur: Sumqayıt şəhəri ASAN xidmət xx.xx.2018ci il № 245 ilə qeyd edilmişdir ) Ş/vəs: AA 4308531. /tar: xx.xx.2014-cü il, FİN6Y0X83R. X3 bioloji atasının Ərizəçi olmadığını təsdiq etdi və Ərizəçi qarşı gələcəkdə atalığın müəyyən edilməsi barədə hər hansı iddia qaldırmayacağı barədə öhdəlik götürdü. 2. Mediasiya prosesində - Ərizəçi uşağın saxlanması ücün xx.xx.2023-cü il tarixinədək alimenti ödəməyi öhdəsinə götürdü. 3. Mediasiya prosesində - Maraqlı şəxs xx.xx.2024cü il tarixindən alimentdən imtina etdiyini və alimentlə bağlı gələcəkdə hər hansı iddia qaldırmayacağına razılaşdı və öhdəlik götürdü. 4. Mediasiya prosesində - Ərizəçi Maraqlı şəxs Saziş imzalandığı an 6.200 (altı min iki yüz) manatı nağd şəkildə ödəməyi və əlavə olaraq 1.500 (min beş yüz) manat məbləğində pulu isə 6 (altı) ay müddətinə, xx.xx.2023cü il tarixdən – xx.xx.2024-cü il tarixədək ödəyəcəyinə dair öhdəlik götürdü. 5. Mediasiya prosesində - Ərizəçi gələcəkdə Maraqlı şəxs qarşı X1 ücün ödədiyi alimentin geri qaytarılması ilə bağlı heç bir iddia qaldırmayacağına dair öhdəlik götürdü. Eyni zamanda bildirilir ki, xx.xx.2023-cü il tarixli Barışıq Sazişininşərtləri, həmin Sazişin 6-cı bəndində göstərilən könüllü icra müddəti ərzində Maraqlı şəxs tərəfindən icra olunmadığı üçün, bu Sazişin (8-ci bəndinə əsasən) məhkəmə qaydasında təsdiq olunması məqsədilə hazırki ərizənin məhkəməyə verilməsi zərurəti yaranmışdır. Ərizəçi Vəkil məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında izahatında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməməlidir. iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər arasında aşağıdakı şərtlərə dair razılığa gəlmişdilər: 1. Mediasiya prosesində - Hacıyeva X4 Elşən Nazim oğlu ilə birgə nikah dövründə anadan olmuş ( Nikah pozulmuşdur: Sumqayıt şəhəri ASAN xidmət xx.xx.2018-ci il № 245 ilə qeyd edilmişdir ) Ş/vəs: AA 4308531. /tar: xx.xx.2014-cü il, FİN6Y0X83R. X3 bioloji atasının Ərizəçi olmadığını təsdiq etdi və Ərizəçi qarşı gələcəkdə atalığın müəyyən edilməsi barədə hər hansı iddia qaldırmayacağı barədə öhdəlik götürdü. 2. Mediasiya prosesində - Ərizəçi uşağın saxlanması ücün xx.xx.2023-cü il tarixinədək alimenti ödəməyi öhdəsinə götürdü. 3. Mediasiya prosesində - Maraqlı şəxs xx.xx.2024-cü il tarixindən alimentdən imtina etdiyini və alimentlə bağlı gələcəkdə hər hansı iddia qaldırmayacağına razılaşdı və öhdəlik götürdü. 4. Mediasiya prosesində - Ərizəçi Maraqlı şəxs Saziş imzalandığı an 6.200 (altı min iki yüz) manatı nağd şəkildə ödəməyi və əlavə olaraq 1.500 (min beş yüz) manat məbləğində pulu isə 6 (altı) ay müddətinə, xx.xx.2023-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək ödəyəcəyinə dair öhdəlik götürdü. 5. Mediasiya prosesində - Ərizəçi gələcəkdə Maraqlı şəxs qarşı X1 ücün ödədiyi alimentin geri qaytarılması ilə bağlı heç bir iddia qaldırmayacağına dair öhdəlik götürdü. İş materiallarında olan AZ-T № 248655 seriyalı doğum haqqında şəhadətnamənin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 atası Ərizəçi, anası Maraqlı şəxsdır. İş materiallarında olan AZ-İ № 337844 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında nikah xx.xx.2018-ci il tarixində Sumqayıt “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsində 245 saylı akt ilə pozulmuşduir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 26-cı maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 26.2. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-ci maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.6-ci maddəsinə əsasən yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1-ci bəndi –atası olmaması faktının təsdiqi hissəsində barışıq şazişinin təsdiqi yolverilməzdir, belə ki, müvafiq saziş mediasiyada iştirak etməyən üçüncü şəxsin, yetkinlik yaşına çatçayam azyaşlı uşağın hüquqlarına toxunur, qanunvericiliyin tələbinə əsasən həmçinin müvafiq predmet-atalığın mübahisələdirilməsi məsələsi yalnı zməhkəmədə həll edilməli olan məsələ olduğundan bu barədə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilə bilməz. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barışıq sazişinin digər şərtlərinin maraqlı şəxs tərəfindən yerinə yetiriilməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsinə dair ərizə rədd edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə rədd edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin təsdiqindən imtina edilsin. Ödənilmiş 100(yüz) manat dövlət rüsumunun Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-4222/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-4222/2023
27.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver