Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-693/2020 14.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “İddiaçı ASC-nin cavabdeh X2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “İddiaçı ASC-nin cavabdeh X2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müra-ciət edərək, İddiaçı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 251128-1-31401 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2019-cu il tarixə Banka borclu olduğu 77.406,43 (yetmiş yeddi min dörd yüz altı manat 43 qəpik) AZN məbləğində əsas borc, 1.894,23 (bir min səkkiz yüz doxsan dörd manat 23 qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 79.300,66 (yetmiş doqquz min üç yüz manat 66 qəpik) AZN pul məbləğinin, 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın predmetinə tutmanın qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun Cavabdeh “İddiaçı Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulmasına; ipoteka predmetinin ilkin satış qiyməti 85.000 (səksən beş min) manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan pul məbləğinin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m. ümumi sahədən ibarət 3562E saylı bağ evinə yönəldilməsinə, bağ evinin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsinə, bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmalarına və bağ evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə təqdim edərək, İddiaçı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 251128-1-31401 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2020-ci il tarixə Banka borclu olduğu 77.405,85 (yetmiş yeddi min dörd yüz beş manat 85 qəpik) AZN məbləğində əsas borc, 5.315,36 (beş min üç yüz on beş manat 36 qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 82.721,21 (səksən iki min yeddi yüz iyirmi bir manat 21 qəpik) AZN pul məbləğinin, 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın predmetinə tutmanın qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun Cavabdeh “İddiaçı Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulmasına; ipoteka predmetinin ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan pul məbləğinin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m. ümumi sahədən ibarət 3562E saylı bağ evinə yönəldilməsinə, bağ evinin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə, bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmalarına və bağ evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 251128-1- 31401 saylı “Kredit müqaviləsi”nə əsasən CavabdehSumqayıt şəhəri, Novxanı bağ massivi, ev 3562E ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxx 2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınması məqsədi ilə illik 7 (yeddi) faiz hesablanması şərti ilə 300 (üç yüz) ay müddətinə 78.400 (yetmiş səkkiz min dörd yüz) AZN məbləğində ipoteka krediti verilmişdir. X6 Rövşən oğlu, alıcı-ipoteka qoyan Cavabdeh və ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti aralarında bağlanılmışxx.xx.2018-ci il tarixli 251129-NEDVİJ-4759 №-li “Alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxx 2018- ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 3562E ünvanında yerləşən daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə vermiş, alıcıipoteka qoyan isə bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış xx.xx.2018-ci il tarixli 251128-1-31401 saylı “Kredit müqaviləsi” üzrə yaranmış öhdəliyin icrasını təmin edilməsi məqsədi ilə kreditor-ipoteka saxlayana, yəni Banka ipotekaya vermiş və Bank qarşısında ipoteka ilə yüklü etmişdir (Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış - seriya RX № 1331230, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx xxxxxxxx 2018-ci il). Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx xxxxxx 2019-cu il tarixdən lazımınca icra etməmiş və nəticədə cavabdehin xx xxxxxx 2019-cu il tarixə Banka 77.406,43 (yetmiş yeddi min dörd yüz altı manat 43 qəpik) AZN məbləğində əsas borc, 1.894,23 (bir min səkkiz yüz doxsan dörd manat 23 qəpik) AZN məbləğində faiz borcu, ümumilikdə isə 79.300,66 (yetmiş doqquz min üç yüz manat 66 qəpik) AZN məbləğində borcu qalmışdır. Qeyd olunan halları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X1 xx xxxxxx 2020-ci il tarixli məhkəmə baxış iclasında verdiyi izahatından aydın olur ki, o iddia tələbini qəbul etmir, əslində mənzilin dayısının olduğunu,sadəcə bankla aralarında müqavilənin onun adına bağlanıldığını, dayısının dediyinə görə o bankla razılığa gəlibdor, hazırda 6-cı aydır ki, ödəniş edilmir, buna səbəb isə dayısının işini itirməsi, işsiz olması olmuşdur, mənzilin açıq hərracdan satılmaısnı istəmir, razılıq əldə olunması üçn vaxt verilməsini xahiş etmişdir. Cavabde məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 251128-1-31401 nömrəli, xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh illik 7 (yeddi) faiz hesablanması şərti ilə 300 (üç yüz) ay müddətinə 78.400 (yetmiş səkkiz min dörd yüz) AZN məbləğində ipoteka krediti verilmişdir. İş materiallarına əlavə edilmiş 51128-1-31401 nömrəli, xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə 1 nömrəli əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh aylıq 554,11 manat olmaqla, əsas borca görə 78,400.00 manat, faiz borcuna görə 87,882.56 manat olmaqla, cəmi 166,282.56 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli 2 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh 78,400.00 manat köçürülmüşdür. İş materiallarına əlavə edilmiş X6 Rövşən oğlu, alıcı-ipoteka qoyan Cavabdeh və ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti aralarında bağlanılmış xx.xx.2018-ci il tarixli 251129-NEDVİJ-4759 №-li “Alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən satıcı Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 3562E ünvanında yerləşən və mülkiyyət hüquqları DƏDRX tərəfindən xx xxx 2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. İş materiallarına əlavə edilmiş Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 3562E nömrəli bağ evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmiş, Cavabdeh isə hüququ yüklü edilən şəxsdir. İş materiallarına əlavə edilmiş girovların qiymətləndirilməsi və monitorinqi şöbəsi tərəfindən verilmiş ekspert rəyində girov qoyulmuş Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 3562E saylı bağ evinin dəyəri 85.000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən Cavabdeh Bank VTB (Azəraycan) ASCyə 51128- 1-31401 nömrəli, xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə olan əsas borcu 77406.43 manat, faiz borcu 1894,23 manat, cərimə borcu 0,00 manat, cəmi borc 79300.66 manat təşkil edir. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən Cavabdeh Bank VTB (Azəraycan) ASCyə 51128- 1-31401 nömrəli, xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə olan əsas borcu 77405.85 manat, faiz borcu 5315,36 manat, cərimə borcu 0,00 manat, cəmi borc 82721.21 manat təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında “X5” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli, ƏEM/S 17-439/20 saylı rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 3562E saylı bağ evinin bazar qiyməti 85.000 manat, likvid qiyməti 80.000 manat təşkil edir. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsindən və ipoteka müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə iddia ərizəsinin tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə cavabdehdən əsas borc, faiz borcu və cərimə borcunun iddiaçının xeyrinə tutulması hissəsində aşağıdakı hüquq normalarının qeyd olumasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsaəsn əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.2-ci maddəsinə əsaəsn öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsaəsn öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh X3 iddiaçı bank arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı bank tərəindən müvafiq bağ sahəsinin alınması məqsədilə cavabdehə illik 7 faiz hesablanması şərtilə 300 ay müddətinə 78400 manat məbləğində istehlak krediti verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, müvafiq bağ sahəsinin satın alınmasına dair alıcı qismində çıxış edən cavabdehlə, satıcı və ipoteka saxlayan qismində çıxış edən iddiaçı bank arasında alqısatqı və ipoteka müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən satıcı müvafiq bağ sahəsinini alıcı qismində çıxş edən cavabdehin mülkiyyətinə vermiş, cavabdehlə iddiaçı banka arasında bağalanılmış müvafiq kredit müqaviləsinin icrasının təminatı qismində həmin bağ sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan halları hər iki tərəf təsdiq etməklə, habelə iş üzrə mövcud olan sənədlər əsasında təqsid olunmaqla, həmin hallar işin mübahisəsiz halları hesab edilir. İddiaçı cavabdehin müvafiq kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyin lazımi qaydada və vaxtında icra etmədiyini əsas gətirərək, həmin borcun cavabdehdən alınması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq kredit müqaviləsi üzrə iddiaçı tərəfindən öz öhdəliyini icra etdiyi halda, cavabdeh tərəfindən öz üzərinə götürüdyü öhdəlikləri lazımi qaydada və vaxtında icra etməmiş, bununla da onun iddiaçı bank qarşısında həmin kredit müqaviləsindən irəli gələn və onun mülki hüquqi məsuliyyətinin yaranmasının əsası qismində çıxış edən borc öhdəliyi yaranmışdır. Həmçinin, məhkəmə iclasında cavabdehin veridyi izahatından aydın olur ki, o müvafiq kredit müqaviləsi üzrə aylıq ödənnişləri 6 ay müddət olar ki, ödəməmiş və ödəm\məyinin səbəbi kimi həmin kredit məbləğinin əslində dayısına aid olduğunu, onun ödədiyini, indi isə dayısı işsiz qaldığından, ödəmədiyini qeyd etmişdir. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, müqaviq kredit müqaviləsi üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda tədqiq edərək, hesab edir ki, iddia tələbi kredit borcunun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə dəəsaslı olmaqla, təmin edilməldiir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda yaranır. Həmin Qanunun 36.3-cü maddəsinə əsaəsn ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin qanunun 39.3.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsaəsn ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İpoteka haqqında Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən eidlməsi məsələsinə” dair xx xxxx 2020-ci il tarixli 01 nömrəli Qərardadına əsasən İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını və müvafiq borc öhdəliyinin ipoteka predmetinin satışıdan əldə olunmuş vəsaiti hesabına ödənilməsini tələb edir. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, ipoteka haqqında qanunvericiliyin tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi borcun ipoteka predmetinə yönəldilməsi hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə müvafiq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən eidlməsi hissəsi ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə müvafiq ipoteka predmetinin ilkin satış qiyməti məhz həmin ekspert rəyi əsas götürülməklə, həmin rəy əsasında müəyyən edilmiş müvafiq daşınmaz əmlakın likvid dəyəri əsasında müəyyən edilməlidir. Belə ki, məhkəmə araşdırması çərçivəsində təyin edilmiş müvafiq ekspertizanın nəticəsinə dair rəyi məzmununda aydın olur ki, hazırki mülki iş üzrə müvafiq ipoteka predmetinin likvid dəyəri 80000 (səksən min) manat məbləğ təşkil edir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə müvafiq ipoteka predmetinin ilkin satış qiyməti 80000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin ailə üzvləri ilə birlikdə yaşayış sahəsini tərk etmədiyi və yaşayış sahəsindən çıxarmadığı halda onun müvafiq bağ evindən məcburi qaydada çıxarılması və həmin evin boşaldılması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Həmin Qanunun 59.3.1-ci və 59.3.2-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsaəsn bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, ipoteka haqqında qanunvericiliyin tələbinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi halı qeyd olunan şərtlə mövcud olduqda ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsini 1 ay ərzində tərk etməsi üçün əsasdır , tərk etmədiyi halda qanunevriciliklə müəyyən edilmiş qayadada məcburi qayadada çıxarılma üçün əsasdır və bu norma imperativ norma kimi müəyyən edilmişdir. Bu halda, məhkəmə ipoteka haqqında qanunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, habelə hazırki mülki iş üzrə tutmanın ipoteka predemetinə yönəldilməsi halının müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi cavabdehin onunla birlikdə yaşayan ailə üzvləri ilə birlikdə ipoteka predmeti olan yaşayış sahəsini 1 ay ərzində tərk etmədiyi halda, müvafiq bağ evindən çıxarılması və müvafiq bağ evinin boşaldılması hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetin tutmanın qeydə alınması üçün 60 manat məbləğində rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsaəsn işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu halda, məhkəmə mülki prosessual qnaunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş rüsumuların tutulması hissəsində də əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehxx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 77405,85 (yetmiş yeddi min dörd yüz beş manat 85 qəpik) manat məbləğində əsas borc, 5315,36 (beş min üç yüz on beş manat 36 qəpik) manatməbləğində faiz borcu olmaqla, ümumilikdə 82721,21 (səksən iki min yeddi yüz iyirmi bir manat 21 qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun məbləği tutularaq iddiaçıya ödənilməli, cavabdehdən tutulmalı olan borcun məbləği ipoteka predmeti olan cavabdehə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında olan 0,025 ha torpaq sahəsində yerləşən, 75,6 kv.m ümumi sahədən ibarət olan 3562E saylı bağ evinə yönəldilməli, ipoteka predmeti olan bağ evinin ilkin satış qiyməti 80000 (səksən min) manat məbləğində müəyyən edilməli, ipoteka predmeti olan bağ evinin satışı açıq hərrac yolu ilə realizə edilməli, həmin bağ evinə tutma yönəldikdən və o, satıldıqdan sonra cavabdeh ailə üzvləri ilə birlikdə ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında olan 0,025 ha torpaq sahəsində yerləşən, 75,6 kv.m ümumi sahədən ibarət olan 3562E saylı bağ evini 1 ay ərzində tərk etmədikdə, cavabdeh həmin bağ evində onunla birlikdə yaşayan ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında olan 0,025 ha torpaq sahəsində yerləşən, 75,6 kv.m ümumi sahədən ibarət olan 3562E saylı bağ evindən məcburi qaydada çıxarılmalı və bağ evi boşaldılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat Cavabdeh tutularaq “X5” MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehxx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 77405,85 (yetmiş yeddi min dörd yüz beş manat 85 qəpik) manat məbləğində əsas borc, 5315,36 (beş min üç yüz on beş manat 36 qəpik) manatməbləğində faiz borcu olmaqla, ümumilikdə 82721,21 (səksən iki min yeddi yüz iyirmi bir manat 21 qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun məbləği tutularaq iddiaçı “İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh tutulmalı olan borcun məbləği öhdəliyinin təminatı kimi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında olan 0,025 ha torpaq sahəsində yerləşən, 75,6 kv.m ümumi sahədən ibarət olan 3562E saylı bağ evinə yönəldilsin. Həmin bağ evi açıq hərrac yolu ilə realizə edilsin. Bağ evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m. ümumi sahədən ibarət 3562E saylı bağ evinin ilkin satış qiyməti 80.000 (səksən min) manat müəyyən olunsun. Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m. ümumi sahədən ibarət 3562E saylı bağevinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər bağ evindən məcburi qaydada çıxarılsın və bağ evi boşaldılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat Cavabdeh tutularaq “X5” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-693/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-693/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver