Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-71/2025 28.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Kia Optima” markalı ** XZ ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 5000 AZN (beş min manat) sığorta ödənişi və ödənilmiş 70 AZN ( yetmiş manat) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2018-ci ildə Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolnəqliyyat hadisəsi törədərək “Kia Optima” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. “İş materiallarına əlavə edilmiş 059161 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, ** TG ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ƏN-Vİ seriyalı 236737 nömrəli etibarnamənin surətinə əsasən Cavabdeh “Opel Astra” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2019-cu ilə qədər qüvvədə olan etibarnaməsi olmuşdur. Beləliklə hadisə zamanı o nəqliyyat vasitəsinə qanuni sahiblik etmişdir. İş materillarına əlavə edilmiş AC seriyalı 360639 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “C” dərəcəli sürücülük hüququ olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli “Qüsur aktın”a əsasən hadisə zamanı ““Kia Optima markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 AZN (beş min manat) məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC görə dəymiş zərərləri aradan qaldırmış və iş materiallarına əlavə edilmiş 14145 nömrəli ödəniş tapşırığına əsasən “Kia Optima” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 AZN (beş min manat) sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirik ki, xx.xx.2018ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Belə ki, iş materillarına əlavə edilmiş Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2019-cui il tarixli 3(011)- 657/2019 saylı qərarından görünür ki, Musayev X1 Xətalar Məcəlləsinin və 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. İddiaçı Sığorta Şirkəti ASC xx.xx.2025-ci il tarixdə ərizə göndərərək, mülki iş üzrə keçiriləcək bütün məhkəmə hazırlıq və baxış iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan ekspert rəyi ilə tanış olmuş və etirazları yoxdur. Həmçinin müstəqil ekspert tərəfindən keçirilən ekspertiza xərci olan 300 AZN iddiaçı tərəfindən ödənilmişdir. Buna görə də, ekspertizanın keçirilməsi üçün iddiaçı tərəfindən ödənilən ekspert xərcinin, iddia tələbinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında qeyd etdi ki, iddia tələbini qəbul etmir və hadisə baş verəndə onun C kateqoriyası üzrə vəsiqəsi var idi, 2019-cu ildə isə B kateqoriyası üzrə vəsiqəni də əldə etmişdir. Həmin vaxtı B kateqoriyası üzrə vəsiqəsi olmadığından “Opel Astra” markalı avtomobil ilə vurduğuna görə onu 400 manat məbləğində cərimə etmişdilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2018-ci ildə Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “Kia Optima” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 059161 nömrəli xx.xx.2018-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2018-ci ildə Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı ASC-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. 14145 saylı ödəniş tapşırığından görünür ki, sığorta şəhadətnaməsi üzrə 059161 nömrəli xx.xx.2018-ci il tarixli sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ƏN-Vİ seriyalı 236737 nömrəli etibarnamənin surətinə əsasən Cavabdeh “Opel Astra” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2019-cu ilə qədər qüvvədə olan etibarnaməsi olmuşdur. İş materillarına əlavə edilmiş AC seriyalı 360639 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “C” dərəcəli sürücülük hüququ olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli “Qüsur aktın”a əsasən hadisə zamanı “Kia Optima markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 AZN (beş min manat) məbləğində ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-657/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki Musayev X1 Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri nəzərədə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, 400 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tərəbiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 71 nömrəli ekspert rəyindən görünür ki, Aparılmış tədqiqatlar nəticəsində, "Kia Optima" markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X2 tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş qüsur aktında göstərilən materialların və xidmətlərin qiymətinin həmin tarixə real bazar qiymətlən mətlərinə uyğun müəyyən etmək mümkün olmamışdır.İs materiallarında olan xx.xx.2018-ci il tarixdə tərtib edilmiş qüsur aktında "Kia Optima" həmin hissələrə aid görülmüş işlərin (xidmətlərin) həmin tarixə ümumi dəyəri 3,623.00 manat olaraq markalı **- XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilən və ya təmir edilən hissələrinin və müəyyən edilmişdir.Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil etmiş həmin məbləğ İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olmaqla qismən təmin edilməlidir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “Opel Astra” markalı, **-TG-*** dövlət nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək “Kia Optima” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur, icbari sığorta müqaviləsinə əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərçəkmiş şəxsə 5000 manat sığorta ödənişi edilmişdir. Hazırda «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən iddiaçı subroqasiya hüququ yarandığı üçün həmin ödənişi cavabdehdən geri tələb edir. Cavabdeh isə iddia tələbinə qəbul etməmişdir. Məhkəmə tərəfindən mülki iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 71 nömrəli ekspert rəyindən görünür ki, "Kia Optima" markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin xx.xx.2018-ci il tarixdə tərtib edilmiş qüsur aktındakı hissələrə aid görülmüş işlərin (xidmətlərin) həmin tarixə ümumi dəyəri 3623 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hadisə baş verərkən cavabdehin “Opel Astra” markalı, **-TG- *** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüquq olmadığı məhkəmə qərarı ilə, hadisə nəticəsində yaranmış zərərin isə iddiaçı tərəfindən ödənildiyi sübutlarda öz əksini tapmışdır. Bu səbəbdən məhkəmə qeyd edir ki, hazırda iddiaçının subroqasiya hüququ yarandığı üçün həmin ödənişi cavabdehdən geri tələb edir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 71 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə təmin edilməli qalan hissədə rədd edilməlidir. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sübuta yetirildiyindən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən cavabdehə qarşı subroqasiya hüququ yarandığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu hazırki iddia tələbi təmin edildiyindən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutlmalıdır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 56,23 manat təşkil etdiyindən məhkəmə hesab edir ki həmin məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülk iş üzrə ekspertiza xərci-300 manat iddiaçı tərəfindən ödənilmiş və hazırda həmin məbləğ iddiaçı tərəfindən tələb edildiyindən məhkəmə hesab edir ki, 300 manat məbləğdə ekspertiza xərci cavabdehdən tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 3623 manat məbləğində sığorta ödənişi, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 56,23 manat məbləğində dövlət rüsumu və 300 manat ekspertiza xərci tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3623(üç min altı yüz iyirmi üç) manat məbləğində sığorta ödənişi, ödənilmiş 56,23(əlli altı manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu və 300(üç yüz) manat ekspertiza xərci tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-71/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-71/2025
28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver