Məhkəmə qərarları › İş №e-2(002)-931/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(002)-931/2023

09.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-931/2023 09.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sərdliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı «ödənilmiş sığorta məbləğinin tutulması» tələbinə dair mülki iş üzrə əlavə qətnamənin çıxarılması məsələsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı «ödənilmiş sığorta məbləğinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 2.195 manat 01 qəpik sığorta ödənişinin və ödənilmiş 41 manat 95 qəpik dövlət rüsumunun, 40 qəpik bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı "xxxx" ASC ərizələrlə məhkəməyə müraciət edərək, nəticə etibarı ilə Cavabdeh2 QSC-nin cavabdeh qismində cəlb edilərək, iddianın təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 QSC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2.195 manat 01 qəpik sığorta ödənişi, ödənilmiş 41 manat 95 qəpik dövlət rüsumu və 40 qəpik bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəsatətini təmin edərək, Cavabdeh2 QSC-nin cavabdeh qismində mülki işə cəlb etmişdir. İşə mahiyyəti üzrə baxılmış və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli e-2(002)-1195/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 1.671 manat sığorta ödənişi, ödənilmiş 334 manat 83 qəpik X1 (18 %), 41 manat 95 qəpik dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamənin icra olunmasına nəzarət edilərkən, müəyyən olunmuşdur ki, qətnamə çıxarılarkən ekspertiza xərci göstərilsə də, həmin xərcin kimdən tutulması barədə göstəriş qətnamədə qeyd olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 9/6035 saylı rəyinə əlavə edilmiş hesabat sənədindən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Qətnamədən də görünür ki, həm ekspertiza rəyi, həmçinin ekspertiza xərcinin məbləği tam şəkildə qeyd olunmuşdur. Tərəflərə qeyd olunan məsələyə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar və nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ekspertiza xərcinin tutulması ilə bağlı əlavə qətnamə çıxarılması məsələsinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnaməni nəzərdən keçirərək hesab edir ki, ekspertiza xərcinin tutulması məsələsinə hüquqi qiymət verilmədiyindən, əlavə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1, 229.1.1 və 229.1.2-ci maddələrinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa və hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə əlavə qətnamə çıxara bilər. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, 100 manat ekspertiza xərcinin Cavabdeh1 və Cavabdeh2 QSC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi barədə əlavə qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 229, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı «ödənilmiş sığorta məbləğinin tutulması» tələbinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılsın. Cavabdeh1 və Cavabdeh2 QSC-dən müştərək qaydada 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar