Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1212/2023 18.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz C220” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində X18 vəfat etmiş və X17 yüngül dərəcəli xəsarət almışdır. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində vəfat etmiş X12 ölümünə görə ödəniş məbləğinin ¾ hissəsi, yəni 3750 manat sığorta ödənişi qismən varisi sayılan X13, ¼ hissəsi yəni 1250 manat sığorta ödənişi qismən varisi sayılan X4 ödəmiş, X8 yüngül dərəcəli xəsarətinə görə 750 manat sığorta ödənişi etmişdir. xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerini tərk etdiyinə görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Ona görə də Cavabdeh X12 ölümünə görə ödəniş cəmi 5000 manat, X8 yüngül dərəcəli xəsarətinə görə ödənilmiş 750 manat və ödənilmiş 77,90 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək izahatında göstərdi ki, o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(003)-232/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qəti olaraq 04 il 01 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hadisədən sonra zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Hökm elan edildikdən sonra zərərçəkmiş şəxslərə dəymiş zərər sığorta şirkəti tərəfindən ödənilmişdir. Sığorta şirkəti tərəfindən ona bildiriş göndərilmiş və o, həmin bildirişlə tanış olmuşdur. Lakin, maddi vəziyyəti yaxşı olmadığından ödəniş edə bilməmişdir. İddia ərizəsinin təmin edilməsinə etiraz etmədiyini və həmin məbləği hissəhissə ödəməyə razı olduğunu bildirdi. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X7 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə çıxarışın surətindən müəyyən olunur ki, X5 məxsus “Mercedes Benz C220” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi PAT********** saylı sığorta şəhadətnaməsi əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər sığorta məbləği 55000 manat, azadolma məbləği olmamaqla "xxxx" ASC-də sığortalanmışdır. 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin VVADQ şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 999145 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2019-cu il tarixdə “baş beynin diffuz travması” səbəbi ilə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(003)-232/2019 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2, 66.4 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə qəti olaraq 04 il 01 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz olan “Mercedes-Benz C220” minik markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda Buzovna-Maştağa yolunun “Greenlife” bitki mağazasının yaxınlığından keçən hissəsində Maştağa qəsəbəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yolun sağ kənarı ilə hərəkətdə olan piyadalar X14 və X9 ehtiyyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə vurmuşdur. X3 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına və 18 mart 2019-cu il tarixdə saat 17:00-da X6 ölməsinə, X10 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkət qaydalarını pozmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-ci hissəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. xx.xx.2019-cu il tarixli 069997 saylı sığorta aktının surətindən müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitələrinin icbari sığortası növündə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər sığortalanmış ** UH *** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C220” markalı avtomobilin də iştirak etdiyi xx.xx.2019cu il tarixdə Buzovna qəsəbəsində yol-nəqliyyat hadisəsi zamanı X18 vəfat etmişdir. “İcbari sığortalar haqqında” Qanunun 14-cü maddəsinə əsasən ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100 faizini təşkil edir. Hazırda sığorta məbləği 5000 manat olduğundan X12 ölümünə görə sığorta ödənişi məbləğinin ¼ hissəsi, yəni 1250 manat onun varislərindən biri X4 ödənilməsi qərara alınır. xx.xx.2019-cu il tarixli 070002 saylı sığorta aktının surətindən müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitələrinin icbari sığortası növündə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər sığortalanmış ** UH *** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C220” markalı avtomobilin də iştirak etdiyi xx.xx.2019cu il tarixdə Buzovna qəsəbəsində yol-nəqliyyat hadisəsi zamanı X18 vəfat etmişdir. “İcbari sığortalar haqqında” Qanunun 14-cü maddəsinə əsasən ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100 faizini təşkil edir. Hazırda sığorta məbləği 5000 manat olduğundan X12 ölümünə görə sığorta ödənişi məbləğinin ¾ hissəsi, yəni 3750 manat onun varislərindən biri X13 ödənilməsi qərara alınır. xx.xx.2019-cu il tarixli 070001 saylı sığorta aktının surətindən müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitələrinin icbari sığortası növündə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər sığortalanmış ** UH *** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C220” markalı avtomobilin də iştirak etdiyi xx.xx.2019cu il tarixdə Buzovna qəsəbəsində yol-nəqliyyat hadisəsi zamanı X17 yüngül dərəcəli xəsarət almışdır. “İcbari sığortalar haqqında” Qanunun 14-cü maddəsinə əsasən səhhətə vurulan zərərə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 15 faizini təşkil edir. Hazırda sığorta məbləği 5000 manat olduğundan X1 vurulan yüngül zərərə görə sığorta ödənişi məbləği 750 manat təşkil edir. xx.xx.2019-cu il tarixli 7619 saylı ödəniş tapşırığının surətindən müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2019-cu il tarixli 069997 saylı sığorta aktına əsasən 1250 manat məbləğində sığorta ödənişi X2 bank hesabına köçürülmüşdür. xx.xx.2019-cu il tarixli 7681 saylı ödəniş tapşırığının surətindən müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2019-cu il tarixli 070002 saylı sığorta aktına əsasən 3750 manat məbləğində sığorta ödənişi X8 bank hesabına köçürülmüşdür. xx.xx.2019-cu il tarixli 7680 saylı ödəniş tapşırığının surətindən müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2019-cu il tarixli 070001 saylı sığorta aktına əsasən 750 manat məbləğində sığorta ödənişi X8 bank hesabına köçürülmüşdür. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. Həmin Qanunun 53.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsinin baş verməsi və Cavabdeh həmin hadisəni törətməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübut edilmişdir. Hadisə baş verən zaman Cavabdeh icbari sığorta müqaviləsi olan nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən cinayət hadisəsi törətmiş, nəticədə baş vermiş sığorta hadisəsinə görə iddiaçı 5750 manat sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı 5750 manat sığorta ödənişini həyata keçirməklə subroqasiya hüququnu əldə etdiyindən, sığorta hadisənin baş verməsində cavabdehin etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə cinayət hadisəsi törədildiyindən və cavabdehin hadisə yerindən yayınması qanuni qüvvəyə minmiş hökmlə sübut edildiyindən iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh X12 ölümünə görə ödənilmiş 5000 (beş min) manat sığorta ödənişi, X8 yüngül dərəcəli bədən xəsarətlərinə görə ödənilmiş 750 (yeddi yüz əlli) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 77.90 (yetmiş yeddi manat, doxsan qəpik) manat olmaqla, ümumilikdə 5827.90 (beş min səkkiz yüz iyirmi yeddi manat, doxsan qəpik) manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1212/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1212/2023
18.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver