Məhkəmə qərarları › İş №e-2(003)-1399/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1399/2024

17.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1399/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “nikah dövründə əldə olunmuş əmlakın bölgüsü” tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ümumi əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “nikah dövründə əldə olunmuş əmlakın bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adında qeydiyyatda olan “Mercedes 220D” markalı **-XK-***, “ZİL 5301 AO YÜK” markalı **-XO-*** və “Toyota Camry” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərində 2/3 hissədə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “ümumi əmlakın bölünməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 65A, 72 saylı mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi müəyyən edilməklə, Cavabdeh 1/2 payının müəyyən edilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı ilk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2021-ci ildə rəsmi nikaha daxil olmuş, xx.xx.2023-cü il tarixində tərəflərin birgə ərizəsinə əsasən nikaha xitam verilmişdir. Lakin onlar ailə kimi 2003-cü ildən birgə yaşamış və ailə təsərrüfatını idarə etmişlər. İddiaçı cavabdehlə ailə təsərrüfatını birlikdə idarə etməklə birgə nikah dövründə maddi gəlirlər əldə etməklə əmlaklar əldə etmişdir. Belə ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən vekil sorğusuna gələn xx.xx.2023-cü il tarixli cavaba əsasən xx.xx.1961-ci il təvəllüdlü X6 adında xx.xx.2005-ci il tarixdən “Mercedes 220D” markalı **- XK-***, xx.xx.2005-ci il tarixindən “ZİL 5301 AO YÜK” markalı **-XO-*** və xx.xx.2021-ci il tarixdən “Toyota Camry” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. Butün bu sadalanan əmlaklar hamısı birgə nikah dövründə əldə edilmiş əmlaklardır. Qeyd edildiyi kimi idilaçı cavabdehlə faktiki olaraq 2003-cü ildən birgə yaşamaqla nikah münasibətlərində olmuş və ümumi vəsait hesabına əldə etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə xx.xx.2021-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Lakin faktiki olaraq ər arvad kimi F.Ə.İddiaçıSultani ilə 12 il birlikdə yaşamışlar. Cavabdeh və İddiaçı qərara gəlmişlər ki, ev alıb bir yerdə ailə kimi yaşasınlar və bu səbəblə "xxxx" MTK-dan xx.xx.2021-ci il tarixində 100.000 (yüz min manat) ilkin ödəniş etməklə Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 65A, 72 saylı mənzili almışlar. Mənzilin qiyməti isə 138132,0 (yüz otuz səkkiz min yüz otuz iki) manat olub. Sonradan mənzilin digər qalıq məbləğini, yəni 38.132 (otuz səkkiz min yüz otuz iki) manat və sayğac texniki xərclər üçün 2.000 (iki min) manatı Cavabdeh ödəmişdir. Bundan başqa Cavabdeh sözü gedən mənzili tam şəkildə təmir etmiş, mebel və elekron avadanlıqlar almışdır (təmir, mebel və elektron texnikanın alınmasına dair qaimələr təqdim ediləcək), yəni mənzilin faktiki olaraq dəyərini artırmışdır. Nəzərə almaq lazımdır ki, Cavabdeh İddiaçı rəsmi olaraq xx.xx.2021-ci il tarixində nikaha daxil olmuşlar, lakin nikaha daxil olmamışdan qabaq faktıki olaraq ər arvad kimi yaşamışlar və birgə təsərufat aparmışdırlar. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə verilmiş iddia tələbində Cavabdeh adında qeydiyyatda olan “Mercedes 220D” markalı **-XK-***, “ZİL 5301AO YÜK” markalı **-XO-*** və "Toyota Camry” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərində 2/3 ssədə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Lakin hazırda faktiki olaraq birgə nigah dövründə əldə edilmiş “Toyota Camry” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərində 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məqsədə uyğun hesab edilmişdir. Eyni zamanda bildirir ki, vabdeh tərəfindən birgə nikah dövründə xx.xx.2022-ci il tarixində "xxxx"MMC ilə bağlanmış avans protokoluna əsasən 74.000 ABŞ dolları (50000 ABŞ dolları avans şəklində, 24.000 ABŞ dolları hissə-hissə olmaqla) ödənilərək 2022-ci il istehsalı olan Elite Plus lazer dəsti (CRYO6 soyuducu sistemi və otağın tam təchizatı) alınmışdır (sənədlər əlavə edilir). Qeyd edilənlərə əsasən birgə nigah dövründə əldə edilmiş “Toyota Camry” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərində 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi, birgə nikah dövründə əldə edilmiş 2022-ci il istehsalı olan Elite Plus lazer dəsti (CRYO6 soyuducu sistemi və otağın tam təchizatı) üzərində 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak etmiş ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə edərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ev üçün 100000,0 manat ilkin ödənişi o, rəsmi nikaha daxil olmamışdan əvvəl, öz vəsaiti hesabına ödəmişdir. Həmçinin Cavabdeh lazer aparatını satıb həmin evi təmir etdiyini iddia etsə də, bu tamamilə yalandır, lazer aparatı satılmayıb. Evi isə o, öz vəsaiti hesabına təmir etdirib, hətta evin kombisini atasının pensiyası ilə alıb. Qarşı tərəf həmin evə heç bir xərc çəkməyib. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X10 qarşılıqlı iddia tələbini etiraf etmədi. İlk iddia tələbini müdafiə edərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbini qismən etiraf edərək və qarşılıqlı iddia tələbini müdafiə edərək ilk iddia tələbinin qismən təmin, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Belə ki, İddiaçı tərəfindən tələb edilən əmlak həqiqətən rəsmi nikah dövründə əldə edilib. Lakin lazer aparatı məzilin təmiri üçün satılmışdır. Həmçinin mübahisəli ev rəsmi nikaha daxil olmamışdan əvvəl əldə olunsa da, mənzilin tam dəyəri nikah dövründə ödənilib, Elnarə tərəfindən ilkin ödəniş olaraq 100000,0 manat ödənilib, qalan hissəsi və təmir işlərini isə onun tərəfindən qarşılandığını qeyd etmişdir. Mənzil 2021ci il 5 may tarixində eldə edilib, bundan 2 ay sonra təmir işlərinə başlanılmışdır. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 ilk iddia tələbini qismən etiraf edərək və qarşılıqlı iddia tələbini müdafiə edərək ilk iddia tələbinin qismən təmin, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, o, ev təmiri ilə məşqul olan ustadır. Fazil onları mənzilini təmir etmək üçün çağırmışdır. Təmir zamanı mütəmadi olaraq Fazil ilə əlaqə saxlamışlar, Fazil hər gün mənzilə gəlib gedirdi, lazımi materialları alırdı. Təmiri 2022-ci ilin noyabr ayından 2023-cü ilin mart ayınadək ediblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, o, da həmçinin ev təmiri ilə məşqul olur və mübahisəli mənzilin təmirini etmişdir. Təmir zamanı yalnız Cavabdeh görüb, hər gün mənzilə baş çəkib. Məhkəmə tərəfləri və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, ilk iddia təmin edilməlidir, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan nikaha daxil olmaq haqqında arayışın surətindən görünür ki, Cavabdeh X3 ilə 25 may 2021-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikah daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 966 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Sultani soyadı verilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 213 sayla qeyd aparılıb. Nikah pozulduqdan sonra qadına Quliyeva soyadı verilmişdir. İş materiallarında olan 58 saylı xx.xx.2021-ci il tarixli müqavilənin sürətindən görünür ki, X3 "xxxx" MTK-dan Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 65A, 72 saylı mənzili satın almışdır. İş materiallarında olan kassa mədaxil orderinin sürətindən görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MTK-ya aid Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 65A, 72 saylı 3 otaqlı mənzil üçün 100000,0 manat ilkin ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan və kompüter çıxarışından görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə xx.xx.1961ci il təvəllüdlü Cavabdeh adında xx.xx.2005-ci il tarixdən “Mercedes 220D” markalı **-XK- ***, xx.xx.2005-ci il tarixdən “ZİL 5301 AO YÜK” markalı **-XO-*** və xx.xx.2021-ci il tarixdən “Toyota Camry” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AY010/22 Avans protokolunun surətindən görünür ki, Cynosure İnc ABŞ şirkətinə məxsus olan 74000,0 ABŞ Dolları dəyərində 2022-ci il istehsalı olan Elite Plus lazer dəsti (CRYO6 soyuducu sistemi və otağın tam təchizatı) 50000,0 ABŞ Dolları ilkin ödəniş edilməklə, daha sonra isə 6 ay ərzində 4000,0 ABŞ Dolları ödənilməsi şərti ilə Cavabdeh satılmışdır. İş materiallarında yazılı qəbzin sürətindən görünür ki, A.Həsənova Cavabdeh tərəfindən 50000,0 ABŞ Dolları ödənilib. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli AY-011/2022 saylı satın-alma müqaviləsi və 1 saylı Əlavədən görünür ki, Cynosure İnc ABŞ şirkətinnin 09-2022-ci il istehsalı olan Elite Plus (S/N:EKM+4226) lazer epilyasiya avadanlğı və onun dəsti olan Almaniya istehsalı olan “Zimmer Medizine GMBH”-nın istehsalı olan “CRY06” (SN:**********) soyuducu sistemi X7 tərəfindən X1 108800 AZN satmışdır. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş 58 saylı öhdəçilik vərəqəsinin sürətindən görünür ki, X3 satın aldığı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 65A, 72 saylı mənzil üçün ödənilməmiş 40132,0 manat məbləğinin ödəniş cədvəli üzrə ödənişlərin edəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan qaimə fakturalarının sürətindən görünür ki, ümumi dəyəri 58597,16 manat məbləğində təmir materialları alınmışdır. İş materiallarında olan Gold Electronics tərəfindən alınan malların siyasının sürətindən görünür ki, ümumi dəyəri 12051,0 manat olan elektron avadanlıq Fazil müəllim tərəfindən alınmışdır. İş materiallarında olan Elektron məhkəmə informasiya portalından çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası hüdudlarından kənarda olmuşdur. Məhkəmə ilkin iddianın “birgə nikah dövründə əldə edilmiş əmlakın bərabər paylara bölünməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. AM-in 37.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. MM-in 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Göründüyü kimi, qeyd edilən əmlak tərəflərin birgə nikah müddətində əldə edilmişdir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, tərəflər xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş, xx.xx.2023-cü il tarixdə aralarındakı nikah pozulmuşdur. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak tərəflərin rəsmi nikah müddətində əldə edildiyindən və rəsmi nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, həmçinin ilkin iddiaçının avtomobilin bərabər paylara bölünməsi tələbinə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etiraz etmədiyindən tərəflərin birgə nikah müddətində əldə etdikləri “Toyota Camry” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tərəflər arasında ½ hissədə bərabər paylara bölünməlidir. Beləliklə, ilkin iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilkin iddianın “Cynosure İNC ABŞ şirkətinə məxsus olan 74000,0 ABŞ Dolları dəyərində 2022-ci il istehsalı olan Elite Plus lazer dəsti (CRYO6 soyuducu sistemi və otağın tam təchizatı) müəyyən edilməklə bölünməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, sözügedən əmlak tərəflərin rəsmi nikah dövründə əldə edildiyindən (xx.xx.2022-ci il) iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin mübahisəli lazer epilyasiya dəstinin Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 65A, 72 saylı mənzilin təmir işləri üçün satıldığını qeyd etsə də, bununla bağlı dəlilləri iş materiallarına əlavə etməmiş (alqı-satqı müqaviləsi), məhkəmə araşdırması zamanı bu halı sübuta yetirə bilməmişdir. Məhkəmə cavabdehin vəkilinin lazer dəstinin artıq Cavabdeh tərəfindən satıldığına dair sübut qismində təqdim edilmiş 17 noyabr 2022-ci il tarixli AY-011/2022 saylı satın-alma müqaviləsi və 1 saylı Əlavəyə münasibət bildirərək qyd edir ki, satın alnma müqaviləsi başqa şəxslər arasında bağlanmış, Sultanı Fazil müqavilənin tərəfi olmamış, həmçinin X11 lazer dəstini xx.xx.2022-ci ildə əldə etdiyi halda, qeyd edilən lazer dəsti xx.xx.2022-ci ildə satıldığı müəyyən olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia tələbi əsaslıdır və təmin edilməlidir. Həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 65A, 72 saylı mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi müəyyən edilməklə, Cavabdeh həmin mənzil üzərində 1/2 payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 65A, 72 saylı mənzilin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2 nikaha daxil olmazdan mülkiyyətində olduğundan, həmin mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak kimi qəbul edilə bilməz. Həmçinin, tərəflərin özlərinin izahatları və iş materialları ilə də müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 65A, 72 saylı mənzilin xx.xx.2021-ci il tarixdən, yəni nikaha daxil olmazdan əvvəl X3 tərəfindən 100000,0 manat ilkin ödəniş edilərək alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin mənzilin tərəflər arasında bölünməsi mümkünsüzdür. Belə ki, qarşılı iddianın təmin edilməsi ilkin iddiaçının əmlak hüquqlarının kobud pozulmasına gətirib çıxarar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olarkən onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Məhkəmə onu da qeyd edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli mənzilin "xxxx" MTK-dan xx.xx.2021-ci il tarixində 100.000 (yüz min manat) ilkin ödəniş etməklə İddiaçı adına alındığını, mənzilin qiymətinin isə 138132,0 (yüz otuz səkkiz min yüz otuz iki) manat olduğunu və sonradan mənzilin qalıq məbləğininin, yəni 38132,0 (otuz səkkiz min yüz otuz iki) manat, təmir xərclərinin və sayğac texniki xərcləri üçün 2.000 (iki min) manatın onun tərəfindən ödənildiyini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən mənzilin dəyərinin geri qalan 38132,0 manatı (138132,0-100000,0) tərəflərin birgə nikah dövründə ödənilmişdir. Lakin mənzilə çəkilmiş təmir xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh izahtında mənzilin təmirinə mənzili aldıqdan 1-2 ay sonra başladığını bildirmişdir, mənzilin 20 may 2021-ci il tarixdə alındığını nəzərə alaraq, təmir işlərinin iyun iyul aylarına təsadüf etdiyini güman etmək olan. Lakin iş materiallarına sübut kimi əlavə olunmuş tikinti materiallarının alınmasına dair fakturalar isə 2022-2023-cü illərə aiddir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş təmir işləri ilə məşqul olan Musayev Nicat və Niftəliyev Elşən təmirin 2022-ci ilin noyabr ayından 2023-cü ilin mart ayınadək davam etdiyini və Cavabdeh hər gün mənzilə baş çəkdiyini izahatlarında bildirməklərinə baxmayaraq Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası hüdudlarından kənarda olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında Cavabdeh bir daha iddia tələbində qeyd etdiyi halların təsdiq edilməsi üçün sübutların təqdim edilməsi təklif edilsə də, iddiaçı iddianın əsaslılığını sübuta yetirəcək dəlilləri təqdim etməmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən təqdim edilmiş dəlillər inandırıcı və iş hallarına uyğun deyil. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qət naməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, ilk iddia əsaslıdır, qarşılıqlı iddia əsassızdır. Buna görə də ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə bu təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddia təmin edilsin. “Toyota Camry” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində və “Cynosure İNC ABŞ şirkətinə məxsus olan 74000,0 ABŞ Dolları dəyərində 2022-ci il istehsalı olan Elite Plus lazer dəsti (CRYO6 soyuducu sistemi və otağın tam təchizatı) üzərində Sultani (Quliyeva) Elnarə Vladimirovnanın və Cavabdeh hər birinin 1/2 hissədə payları müəyyən edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar