Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1875/2024 07.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Toyota LC 200” markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində onun ½ hissədə mülkiyyət hüququunun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Toyota LC 200” markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısından əldə edilmiş 54000 manat pulun ½ hissəsini təşkil edən 27000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə, 4 saylı Bakı “ASAN xidmət” X3 nikaha daxil olub ailə qurmuşdur. Nikahları 2498 №-li qeyd ilə reyestrə daxil edilmişdir. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-169/2024 saylı xx.xx.2024-cü il tarixli, qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə daşınar əmlak olaraq “TOYOTA LC 200” markalı, buraxılış ili 2011-ci il olan, Ban: JTMHT05J405097363 nömrəli, qara rəngli, **-MK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini əldə etmişlər. Cavabdeh iyun ayının 12-də evi tərk etmiş, avqust ayında isə nikahın pozulması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İyun ayında evi tərk etsə də faktiki demək olar ki bir neçə ay idir ki, danışmırlar. Cavabdeh birgə nikah dövründə əldə etdiyi **-MK-*** markalı dövlət qeydiyyat nişanlı avtomobili ona heç bir məlumat vermədən başqa bir şəxsə satmışdır. Mülkiyyət hüquqlarının yaranmasına əsas olmuş sənədlərin əldə edilməsi məqsədi ilə vəkil tərəfindən göndərilmiş sorğu ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin xx.xx.2024-cü il tarixli, cavab məktubundan da göründüyü kimi birgə nikah dövründə əldə edilmiş “TOYOTA LC 200” markalı, buraxılış ili 2011-ci il olan, Ban: JTMHT05J405097363 nömrəli, qara rəngli, **-MK-*** dövlət qeydiyyat nişanlı minik avtomobil cavabdeh tərəfindən alqı-satqı müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə başqasına satılmışdır. Əmlak mübahisəsinin həlli ilə bağlı mediasiyaya müraciət edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, avtomobil 2019-cu il tarixdə əldə edilmişdir. Cavabdeh 12 iyun tarixindən evi tərk edib getmişdir. Bundan sonra nikahın pozulması prosesduru başlanmışdır. Yanvar ayında nikah pozulmuşdur. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, hər iki tərəfi tanıyır. Dayə kimi onların uşaqlarına baxmışdır. 8-9 aydır ki, dayə kimi fəaliyyət göstərir. Ayan doğulmazdan əvvəl də işləmişdir. Avtomobil qara rəngdə idi. Avtomobilin qeydiyyat nişanını xatırlamır. Mikail iyun ayının əvvəllərində əşylarını yığaraq evdən getmişdir. Qız isə evdən çıxmamışdır. Mikail hələ də evə gəlmir. O, hal-hazıradək də dayə kimi uşaqlara baxır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahidin ifadəsini dinləyib və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə saat 13:00-a təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: V.V.Vəliyev). -Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş komputer çıxarışından görünür ki, “TOYOTA LC 200” minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyatdan keçirilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinə sərəncam vermə hüququ əsasında X6 və X4 etibarnamə verilmişdir. Həmin tarixdə avtomobilin qeydiyyat nişanı ** LA ***, qeydiyyat şəhadətnaməsi isə BB426472 olmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında X1. -xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, “TOYOTA LC 200” minik markalı ** LA *** dövlət nişanlı avtomobil 54000 manata X1. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-169/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi təmin edilərək iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2498 saylı qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2, 32.2.1, 32.2.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intelektual fəaliyyəti nətcəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlalmlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarəlrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş payla, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmamasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir; Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; Həmin Məcəllənin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Sadalanan maddi hüquq normalarının mənasına görə məhkəmə ər-arvadın birgə mülkiyyətinin bölünməsi zamanı yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, ərarvadın birinin üzrsüz səbəbdən gəlir əldə etməməsini və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyini nəzərə alaraq həmin mülkiyyəti bərabər bölməyə bilər. Belə olan hallarda məhkəmə tərəflərin paylarının nisbətini müəyyən edərkən qanunun göstərişlərini, tərəflərin diqqətəlayiq mənafelərini və işin bütün hallarını məcmu şəkildə qiymətləndirməlidir. İş materiallarından görünür ki, “TOYOTA LC 200” markalı, buraxılış ili 2011-ci il olan, Ban: JTMHT05J405097363 nömrəli, qara rəngli, **-MK-*** dövlət qeydiyyat nişanlı minik avtomobil xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən alınmışdır. Daha sonra isə xx.xx.2023-cü il tarixdə X1. Həmin nəqliyyat vasitəsinin birgə nikah dövründə əldə edilməsi tərəflər arasında işin mübahisələndirilməyən halı kimi müəyyən edilmişdir. Həmin fakt şahid ifadəsi ilə də təsdiq edilir. Həmin nəqliyyat vasitəsi birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməklə həmin nəqliyyat vasitəsinin satışından əldə edilən gəlirə tərəflərin hər birinin ½ payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəcəlləsinin 220.1-220.2-ci və 220.3-220.5-ci maddələrinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və 3 ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, “TOYOTA LC 200” markalı, buraxılış ili 2011-ci il olan, Ban: JTMHT05J405097363 nömrəli, qara rəngli, **-MK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alqı-satqısından əldə edilmiş 54000 manat məbləğində pulun ½ hissəsini təşkil edən 27000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. “Toyota LC200” minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2011-ci il tarixli, ban JTMHT05J4********) avtomobilin alqı-satqısından əldə edilmiş 54000 manat məbləğində pulun ½ hissəsini təşkil edən 27000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1875/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1875/2024
07.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver