Məhkəmə qərarları › İş №e-2(003)-1919/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1919/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1919/2023 06.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin Cavabdeh qarşı tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 810 manat məbləğində sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Rüstəmov küçəsi ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra Şirkət) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”növü ilə sığortalanmış “Lexus RX 300 minik” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol- nəqliyyat hadisəsi törədilmiş və nəticədə “X8 avtobus” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. AR DİN Xətai RPİ DYP-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə” arayışına və Xətai RPİ-nin İstintaq şöbəsinin müvafiq ittiham aktına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və əməlində cinayət tərkibi olduğu üçün ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2 və 234.4.3-cü maddələrinə əsasən ittiham irəli sürülmüşdür. İttiham aktından məlum olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışından məlum olur ki, Cavabdeh hadisə zamanı “Lexus RX 300 minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan (sürücülük vəsiqəsi olmadan) idarə etmişdir. “Lexus RX 300 minik” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari Sığortası”növü üzrə Şirkət tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmışdır. xx.xx.2020-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair akta əsasən hadisə nəticəsində “X8 avtobus” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 810,00 manat məbləğində müəyyən edilmişdir. 810,00 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “X8 avtobus” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3 "xxxx" ASC-dəki hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə Xətai RPİ-nin İstintaq şöbsinin müstəntiqi, polis mayoru Elşn Quliyev tərəfindən tərtib edilmiş ittihak aktının surətindən görünür ki, Cavabdeh, təkrarən özgənin əmlakını talama məqsədi ilə 05 iyul 2020-ci il tarixdə saat 04:30 radələrində X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 “V” saylı binanın həyətində yerləşən “Çinar” marketə qapının kilidini açmaq yolu ilə qanunsuz daxil olaraq, oradakı saxlanc yeri hesab olunan kassadan 20 (iyirmi) manat məbləğində nəğd pulu oğurlamış, eyni zamanda kassanın yanında stolun üzərində saxlanılan avtomobil açarını taparaq götürmüş, daha sonra ünvan 1 ünvanının qarşısında dayanmış vəziyyətdə olan X2 məxsus “Lexus RX300” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarını həmin açar vasitəsi ilə açaraq, mühərriki işə salıb avtomobili idarə etməklə (talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirərək qaçırmış, həmin avtomobillə Bakı şəhəri, Nizami rayonu istiqamətində hərəkət edərkən ünvan 2 ünvanının qarşısında dayanmış vəziyyətdə olan X5 məxsus, “X8” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətdikdən sonra avtomobili tərk edərək hadisə yerindən yayınmış, nəticədə zərərçəkmiş şəxs “Lexus RX300” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Mehman İsmayılova 2270 manat, digər zərərçəkmiş şəxs “X8, markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Əhməd Aslanova isə 1750 manat məbləğində maddi ziyan vurmuşdur. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 07:00 radələrində Bakı şəhəri Nizami rayonu Rüstəmov küçəso 43 nömrəli evin yanında yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadissinin baş vermsində təqsirli olan şəxs “Lexus RX300” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avomobilin sürücüsü Cavabdeh olmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı “X8, markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə zərər dəmişdir. İş materiallarında İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “Lexus RX300” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən əmlaka vurulan zərərə görə 5000 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “X8” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 810 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan sığorta ödənişi ilə bağlı 3322/20 nömrəli aktın surətindən və digər materiallardan görünür ki, “X8” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 810 manat məbləğində pul həmin avtomobilin sahibi X3 hesabına köçürülmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən X4 ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “X8” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 810 manat məbləğində müəyyənləşdirilərək ödənildiyi bildirilmiş və ondan həmin məbləğin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdalıq edilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmişşəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. İş materialları ilə müəyyən edilir ki, iş üzrə yüksək təhlükə mənbəyi olan minik avtomobili sahibinin məlumatı olmadan iş üzrə cavadbeh Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və bu hadisə zamanı digər avtomobilə 810 manat məbləğində zərər vurmuş, həmin zərər iddiaçı sığorta şirkəti tərəfindən ödənilmişdir. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 810 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 810 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar