Məhkəmə qərarları › İş №e-2(003)-1961/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-1961/2024

04.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1961/2024 04.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmova Şeyda Ədalət qızı, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 930 manat pul sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri Xəzər Rayn Məhkəməsinə müraciət etməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əməl etməmişdir. Belə ki, iddia ərizəsində cavabdehin faktiki yaşayış ünvanının – Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 121 nömrəli məktəbin yanı göstərilmişdir. Halbuki iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli “MAPS” arayışından müəyyən edilmişdir ki, Cavabdeh 20 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Balandin küçəsi, 42 İNZ BİNA ünvanından qeydiyyatdan çıxmışdır. xx.xx.2024-cü il tarixli “MAPS” arayışından görünür ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 2 zamanda iddia ərizəsində Cavabdeh şəxsiyyət vəsiqəsinin məlumatlarından da məlum olur ki, onun qeydiyyat ünvanı ünvan 3rəfdən Cavabdeh axırıncı yaşayış yerinin məhz Bakı şəhəri, Xəzər rayonu ərazisi olması rəsmi sənədlərlə müəyyən edilməmişdir. Göründüyü kimi cavabdehin qeydiyyat ünvanının Bakı şəhəri, Xəzər rayonu olması, digər tərəfdən cavabdehin məlum olan axırıncı yaşayış yerinin Bakı şəhəri, Xəzər rayonu ərazisində olması iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının hazırki mülki iş üzrə - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etməsi yolverilməzdir. Ona görə də iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, aidiyyət qaydalarına riayət etməklə müvafiq iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və 30 manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-yə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizə ilə aidiyyət qaydalarına riayət etməklə aiddiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar